Məhkəmə qərarları › İş №2(007)-4692/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4692/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4692/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edib, cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 1310 (bir min üç yüz on) manat məbləğin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25.02.2019-tarixdə, gecə saat 21:00 radələrində Bakı şəhəri, Tiblisi prospektində Cavabdeh idarə etdiyi “Hyundai HD 72” markalı, ** JX *** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə qarşıda hərəkət edən digər “MercedesE-klas” markalı avtomobil ilə toqquşmuş və hadisə nəticəsində avtomobilə ziyan dəymişdir. Bununla da, İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh barəsində DİN DYP-nin İXP ******* nömrəli, 25.02.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Cavabdeh törətdiyi yol qəzası nəticəsində onlara məxsus “Hyundai HD 72”markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobilə ziyan vurmuşdur. Bununla bağlı, "xxxx" MMC tərəfindən verilmiş 04.04.2019-cu il tarixli Qüsur aktı ilə “Hyundai HD 72" markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobilin alınacaq ehtiyyat hissələrinə və təmir işlərinə görə ümumilikdə 1310 (bir min üç yüz on) manat dəymiş ziyan xərci hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh AğaquliyevEmin Kamil oğlu ilə aralarında bağlanmış müqaviləyə əsasən “Hyundai HD72” markalı, **-JX-*** dövlət nömrə nişanlı evakuator tipli nəqliyyat vasitəsi etibarnamə ilə Cavabdeh idarəetməsinə verilmişdir. Cavabdehlə bağlanmış 04.02.2019-cu il tarixli, EX-2019-361 saylı xidmət müqaviləsinin 2.2.6-ci bəndinə əsasən, “İcraçı tərəfindən pozulmuş yol hərəkəti qaydalarına, buna görə yazılmış olan cərimələrin və digər ödəmələrin və baş vermiş yol nəqliyyat hadisələri zamanı hərəkət iştirakçısı olan digər şəxslərə dəymiş zərərin ödənilməsi öhədliyini İcraçı daşıyır. İcrçı tərəfindən xidmətlərin icrası zamanı istifadə olunan ona etibar edilmiş yük avtomobili Sifarişçiyə məxsus olmasına baxmayaraq Sifarişçi yüksək təhlükə mənbəyi olaraq hesab olunmamalı və göstərilməməlidir. Bu cür ödəmərə və dəymiş ziyanlara görə Sifarişçi hec bir məsuliyyət daşımır.” Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən “İcraçı bu tələblərin pozduğu halda və ya digər təqsirli hərəkətləri nəticəsində Sifarişçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır və dəymiş ziyanı tam şəkildə Sifarişçiyə ödəməlidir.” Həmçinin müqavilənin 2.2.8-ci bəndinə əsasən “İcraçı, Sifarişçi tərəfindən ona etibar edilmiş avtomobil və digər avadanlıqlardan istifadə zamanı texniki və təhlükəsizlik tələblərinə uyğun davranmalı və müqaviləyə xitam verildikdə onları saz vəziyyətdə Sifarişçiyə geri verməlidir. İcraçı bu tələblərin pozulması və digər təqsirli hərəkətləri nəticəsində Sifarişçiyə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır.” Qeyd edirlər ki, tələb etmələrinə baxmayaraq, hazırki vaxta kimi cavabdeh vurduğu zərərin əvəzini könüllü şəkildə ödəməkdən boyun qaçırmış, bununla da, qanunla qorunan hüquq mənafelərini və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Lakin cavabdeh törətdiyi yol qəzası nəticəsində onlara vurduğu ziyanı könüllü şəkildə ödəməyərək qeyd olunan qanun normalarının və hüquq manafeylərini kobud şəkildə pozmuşdur. Buna görə də, iddia tələbləri məhkəmə qaydasında təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, EX-2019-361 saylı xidmət müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçınə yüklərin daşınmasında sürücülük xidməti göstərir. Müqavilənin 2.2.6-ci bəndinə əsasən, “İcraçı tərəfindən pozulmuş yol hərəkəti qaydalarına, buna görə yazılmış olan cərimələrin və digər ödəmələrin və baş vermiş yol nəqliyyat hadisələri zamanı hərəkət iştirakçısı olan digər şəxslərə dəymiş zərərin ödənilməsi öhədliyini İcraçı daşıyır. Müqavilənin 2.2.8-ci bəndinə əsasən İcraçı, Sifarişçi tərəfindən ona etibar edilmiş avtomobil və digər avadanlıqlardan istifadə zamanı texniki və təhlükəsizlik tələblərinə uyğun davranmalı və müqaviləyə xitam verildikdə onları saz vəziyyətdə Sifarişçiyə geri verməlidir. İcraçı bu tələblərin pozulması və digər təqsirli hərəkətləri nəticəsində Sifarişçiyə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır. Müqavilənin 4.1-cü bəndinə əsasən tərəflər qəbul edir ki, bir tərəfin təqsirli hərəkəti (və/və ya hərəkətsizliyi) nəticəsində digər tərəə zərər vurularsa, həmin zərərə görə təqsirli tərəf məsuliyyət daşıyır. - AC 490511 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD-72”markalı, **-JX-*** dövlət nömrə nişanlı evakuator tipli nəqliyyat vasitəsinin sahibi "xxxx" QSC-dir. - İddiaçı tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh "xxxx" MMC-nin sahibliyində olan “Hyundai HD-72”markalı, **-JX-*** dövlət nömrə nişanlı evakuator tipli nəqliyyat vasitəsini Azərbaycan Respublikasının ərazisində idarə etmək səlahiyyəti verilmişdir. - 12.11.2018-ci il tarixli ET 020-078/04-2012 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC müvafiq lizinq müqaviləsi üzrə lizinqə verilmiş “Hyundai HD-72” markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-nin səlahiyyətləndirdiyi şəxslər tərəfindən Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar edir. - Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib olunmuş 25.02.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, törədilmiş inzibati xətaya görə 25.02.2019-cu il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 04.04.2019-cu il tarixli, 000033 №-li Qüsur Aktından görünür ki, “Hyundai HD72”markalı, **-JX-*** dövlət nömrə nişanlı evakuator tipli nəqliyyat vasitəsinə 1310 manat zərər dymişdir. - AB 319056 №-li Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi 01.06.2009-cu il tarixdən 01.06.2019-cu il tarixinə kimi etibarlıdır. - 04 iyun 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 25.02.2019-tarixdə, gecə saat 21:00 radələrində Bakı şəhəri, Tiblisi prospektində Cavabdeh idarə etdiyi “Hyundai HD 72” markalı, ** JX *** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə qarşıda hərəkət edən digər “Mercedes E-klas” markalı avtomobil ilə toqquşmuş və hadisə nəticəsində avtomobilə ziyan dəymişdir. Bununla da, İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh barəsində DİN DYP-nin İXP ******* nömrəli, 25.02.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Cavabdeh törətdiyi yol qəzası nəticəsində onlara məxsus “Hyundai HD 72”markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobilə ziyan vurmuşdur. Bununla bağlı "xxxx" MMC tərəfindən verilmiş 04.04.2019-cu il tarixli Qüsur aktı ilə “Hyundai HD 72" markalı, **-JX-*** dövlət nömrə nişanlı avtomobilin alınacaq ehtiyyat hissələrinə və təmir işlərinə görə ümumilikdə 1310 (bir min üç yüz on) manat dəymiş ziyan xərci hesablanmışdır. İddiaçı Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən “Hyundai HD72” markalı, **-JX-*** dövlət nömrə nişanlı evakuator tipli nəqliyyat vasitəsi etibarnamə ilə Cavabdeh idarəetməsinə verilmişdir. Cavabdehlə bağlanmış 04.02.2019-cu il tarixli, EX-2019-361 saylı xidmət müqaviləsinin 2.2.6-ci bəndinə əsasən “İcraçı tərəfindən pozulmuş yol hərəkəti qaydalarına, buna görə yazılmış olan cərimələrin və digər ödəmələrin və baş vermiş yol nəqliyyat hadisələri zamanı hərəkət iştirakçısı olan digər şəxslərə dəymiş zərərin ödənilməsi öhədliyini İcraçı daşıyır. İcrçı tərəfindən xidmətlərin icrası zamanı istifadə olunan ona etibar edilmiş yük avtomobili Sifarişçiyə məxsus olmasına baxmayaraq Sifarişçi yüksək təhlükə mənbəyi olaraq hesab olunmamalı və göstərilməməlidir. Bu cür ödəmərə və dəymiş ziyanlara görə Sifarişçi hec bir məsuliyyət daşımır”. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən “İcraçı bu tələblərin pozduğu halda və ya digər təqsirli hərəkətləri nəticəsində Sifarişçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır və dəymiş ziyanı tam şəkildə Sifarişçiyə ödəməlidir”. Həmçinin müqavilənin 2.2.8-ci bəndinə əsasən “İcraçı, Sifarişçi tərəfindən ona etibar edilmiş avtomobil və digər avadanlıqlardan istifadə zamanı texniki və təhlükəsizlik tələblərinə uyğun davranmalı və müqaviləyə xitam verildikdə onları saz vəziyyətdə Sifarişçiyə geri verməlidir. İcraçı bu tələblərin pozulması və digər təqsirli hərəkətləri nəticəsində Sifarişçiyə dəymiş ziyana görə tam maddi məsuliyyət daşıyır.” Qeyd edirlər ki, tələb etmələrinə baxmayaraq, hazırki vaxta kimi cavabdeh vurduğu zərərin əvəzini könüllü şəkildə ödəməkdən boyun qaçırmış, bununla da, qanunla qorunan hüquq mənafelərini və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurulmuş maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 1310 (bir min üç yüz on) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 1310 (bir min üç yüz on) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar