Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-476/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16198.53 manat əsas borc, 1899.96 manat faiz borcu olmaqla, cəmi 18098.49 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC İPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərk cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nemət oğlundan, Cavabdeh3 və Cavabdeh4 15.212,70 manat əsas borcun və 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə X8 arasında bağlanmış 02.04.2019-cu il tarixli, BPM**********8 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 60 ay müddətinə, illik 22 faiz hesablanmaqla, 17800 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 4.4.2-ci bəndinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh1 ilə 02.04.2019-cu il tarixli, BPM**********87 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin 1.1-ci bəndinə əsasən Seyidli X3 Nemət Mehdi oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3.3-cü bəndinə əsasən borclunun zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə Kreditordan bildiriş aldığı zamandan 5 gün müddətində zamin borclunun öhdəliyini icra etməlidir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən 14.08.2020-ci il tarixə Cavabdeh1 Banka 16193.53 manat əsas borc, 1899.96 manat faiz borcu olmaqla, cəmi 18098.49 manat təşkil edir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin 31.05.2020-ci il tarixli arayışına əsasən X8 17.02.2020-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən zaminə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmişdir. İddiaçı ASC məhkəməyə vəsatət təqdim edərək, mülki iş üzrə Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 da cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 9 saylı Notariat kontorunun 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, 21 dekabr 2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4dır. - İddiaçı ASC ilə X8 arasında bağlanmış 02.04.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X7 illik 22 faizlə, 60 ay müddətinə 17800 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.04.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 02.04.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X8 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - AZ-İİ 059602 nömrəli ölüm haqqında şəhadətnamənin surətundən görünür ki, X8 21 dekabr 2019-cu il tarixdə ölmüşdür. - İddiaçı ASC-nin 14 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16198.53 manat məbləğində əsas borc, 1899.96 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 18098.49 manat məbləğində borcu vardır. - 20 avqust 2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış 02.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, X8 İddiaçı ASC-dən illik 22 faizlə, 60 ay müddətinə 17800 manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.04.2019-cu il tarixli zaminlik müqaviləsiə əsasən, zamin 02.04.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X8 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. X1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq 21 dekabr 2019-cu il tarixdə vəfat etmiş kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin Cavabdeh1 və X4 vərəsələri Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 tərəfindən pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, X8 İddiaçı ASC-dən ilə 02.04.2019-cu il tarixli kredit müqaviləsi bağlamış, lakin 21 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. X4 ölümündəsn sonra, kredit müqaviləsi üzrə zamin Cavabdeh1 və X4 vərəsələri Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşlar və cavabdehlər öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü sətəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Bununla da müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada X4 “İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu X8 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15.212,70 manat məbləğində əsas borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 Nemət oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15.212,70 (on beş min iki yüz on iki manat, yetmiş qəpik) manat məbləğində əsas borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-476/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-476/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver