Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-483/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1560,45 (bir min beş yüz altmış manat, 45 qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat pulun Cavabdeh və X1 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04.08.2021-ci il tarixdə, saat 11:30 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində Quba rayonu istiqamətində üç zolaqlı yolun orta zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi avtomobilə arxadan zərbə dəymişdir. Zərbənin təsirindən idarəetməni itirərək avtomobilinin qabaq hissəsi qarşıda hərəkətdə olan “Mercedes-Benz C200” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sinəsinə toqquşub dayandı. O, avtomobildən düşdükdən sonra müəyyən etmişdir ki, onun avtomobilini arxadan vuran “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Sonradan o, “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X3 mülkiyyətində olduğunu və hadisə zamanı həmin avtomobili idərə edən və qəza törədərək ona maddi ziyan vuranın Cavabdeh olduğunu müəyyən etmişdir. “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari qaydada sığorta olunduğu üçün onun avtomobilinə dəyən ziyana görə sığorta ödənişi almaq məqsədilə "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" MMC tərəfindən “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirilməsi aparılmış və bu barədə 24.09.2021-ci il tarixdə, 3021 saylı “qiymətləndirmə aktı” tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilinə ümumilikdə 4825 manat ziyan vurulduğu müəyyən edilmişdir. Baş vermiş qəza nəticəsində onun avtomobili ilə yanaşı eyni zamanda “Mercedes-Benz C200” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə də maddi ziyan dəydiyi üçün qanunvericlilkdə nəzərdə tutulan 5000 manat sığorta ödənişi onunla “Mercedes-Benz C200” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 arasında bölüşdürülərək, yekunda ona 3264,55 manat sığorta ödənişi ödənilmişdir. Lakin avtomobilə dəyən ziyan məbləği 4825 manat müəyyən olunduğu üçün və həmin məbləğdən ona "xxxx" ASC tərəfindən cəmi 3264,55 manat ödəniş olunduğu üçün yerdə qalan 1560,45 manat dəymiş ziyan məbləğini o, cavabdehdən tələb etmiş və avtomobilinin təmir xərclərini ödəməsini bildirmişdir. Lakin Cavabdeh həmin məbləği ödəməkdən imtina etmiş və həmin məbləği ona ödəməyəcəyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X6 08.09.2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş, həmin qərara əsasən, Cavabdeh hərəkətlərində “X9” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu qeyd edilmişdir. Eləcə də bu qeyd olunanlar Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2021-ci il tarixli, 8/1923 saylı ekspert rəyində də öz əksini tapmışdır. Cavabdeh onun avtomobilinə vurduğu maddi zərəri ödəməkdən yayındığını nəzərə alaraq həmin zərər məbləğinin məhkəmə qərarı ilə Cavabdeh və X1 müştərək qaydada tutularaq ona ödənilməli olduğunu hesab edir. Daha sonra İddiaçı 24.01.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək X4 qarşı qaldırdığı iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 2 avtomobilə dəyən zərər sığorta tərəfindən ödənilib. Onun avtomobilinə dəyən ziyan 4825 manat müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən cəmi 3264,55 manat ödəniş olduğu üçün yerdə qalan 1560,45 manat dəymiş zərəri Cavabdeh ödəməlidir. Həmin vaxt Cavabdeh avtomobili idarə edirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, avtomobili yol vərəqəsi ilə idarə etdiyini, digər cavabdeh X3 avtomobilin sahibi olduğunu, təqsirini boynuna aldığını, boyun qaçırmadığını, sadəcə iş yeri olmadığı üçün ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7, hadisə baş verdiyi anda sürücüsü Cavabdehdur. - "xxxx" MMC-nin 24.09.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı оğluna məxsus olan “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin məbləği 4825,00 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1923 saylı, 30.08. 2021-ci il tarixli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən, “X12 115” markalı, 99-0L-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «X9» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, təhqiqat tərəfindən göstərilən şəraitdə “Chevrolet Cruze” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqinin xüsusi texniki bilik tələb etmədiyi, təhqiqat tərəfindən göstərilən şəraitdə “Mercedes Benz C200” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqinin xüsusi texniki bilik tələb etmədiyi müəyyən olunmuşdur. - "xxxx" ASC-nin 21.10.2021-ci il tarixli, PXA91787 saylı sığorta aktından görünür ki, “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4825,00 manat məbləğində ziyan dəymiş, ödəniləcək məbləğ 3264,55 manat müəyyən edilmişdir. - 03.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı оğlu tərəfindən 36,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04.08.2021-ci il tarixdə, saat 11:30 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində Quba rayonu istiqamətində üç zolaqlı yolun orta zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi avtomobilə arxadan zərbə dəymiş, zərbənin təsirindən idarəetməni itirərək avtomobilinin qabaq hissəsi qarşıda hərəkətdə olan “Mercedes-Benz C200” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sinəsinə toqquşub dayanmışdır. Onun avtomobilini arxadan vuran “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətidir və hadisə zamanı həmin avtomobili idərə edən və qəza törədərək ona maddi ziyan vuran Cavabdeh olmuşdur. O, avtomobilinə dəyən ziyana görə sığorta ödənişi almaq məqsədilə "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" MMC tərəfindən “Chevrolet Cruze” minik markalı, **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirilməsi aparılmış və bu barədə 24.09.2021-ci il tarixdə tərtib olunmuş “qiymətləndirmə aktı”na əsasən, avtomobilə ümumilikdə 4825 manat ziyan vurulduğu müəyyən edilmişdir. Baş vermiş qəza nəticəsində “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanaşı eyni zamanda “Mercedes-Benz C200” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə də maddi ziyan dəydiyi üçün qanunvericlilkdə nəzərdə tutulan 5000 manat sığorta ödənişi İddiaçı ilə “Mercedes-Benz C200” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 arasında bölüşdürülərək, yekunda ona 3264,55 manat sığorta ödənişi ödənilmişdir. “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan məbləği 4825 manat müəyyən olunduğu üçün və həmin məbləğdən ona "xxxx" ASC tərəfindən cəmi 3264,55 manat ödəniş olunduğu üçün yerdə qalan 1560,45 manat dəymiş ziyan məbləğini iddiaçı cavabdehdən tələb etmiş və avtomobilinin təmir xərclərini ödəməsini bildirmişdir. Lakin Cavabdeh həmin məbləği ödəməkdən imtina etmiş və həmin məbləği ödəməyəcəyini bildirdiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, təqsirini boynuna aldığını, boyun qaçırmadığını, sadəcə iş yerinin olmadığı üçün ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, hadisə baş verdiyi zaman “Mercedes-Benz Vito 115 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmiş, onun idarə etdiyi avtomobil tərəfindən “Chevrolet Cruze” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4825 manat miqdarında zərər dəymiş və həmin məbləğdən ona "xxxx" ASC tərəfindən cəmi 3264,55 manat ödəniş olunmuşdur. Yerdə qalan 1560,45 manat dəymiş ziyan məbləği Cavabdeh tərəfindən ödənilməlidir. Bununla yanaşı, Cavabdeh iddianı qəbul etmiş, təqsirini boynuna almış, 1560,45 manat dəymiş ziyan məbləğini ödəməli olduğunu etiraf etmiş, pulu ödəməkdən boyun qaçırmadığını, sadəcə iş yerinin olmadığı üçün ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, məhkəmə iclasında cavabdeh tərəfindən borcun etiraf edilməsinə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlara əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 36.00 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Fətəlı̇ yev Sultan Fətəlı̇ oğlundan İddiaçı xeyrinə avtomobilə vurulmuş maddi zərərə görə 1560,45 manat və dövlət rüsumuna görə ödənilmiş 36,00 manat vəsait tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Fətəlı̇ yev Sultan Fətəlı̇ oğlundan İddiaçı xeyrinə avtomobilə vurulmuş maddi zərərə görə 1560,45 manat və dövlət rüsumuna görə ödənilmiş 36 manat vəsait tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-483/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-483/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver