Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-488/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5208 manat borcun, vəkilə ödənilmiş 101 manat və 74 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 534 saylı kredit müqaviləsinə əsasən sonuncuya 5308 manatlıq məişət avadanlığı tərəfindən verilmişdir. Müqavilə üzrə cavabdeh 100 manat ilkin ödəniş etmiş və 24 ay ərzinə hər ay üçün ona 217 manat ödəməyə öz öhdəsinə götürmüşdür. Bildirir ki, cavabdehlə aralarında bağlanan kredit müqaviləsi elə nisyə alğı-satqı müqaviləsidir. Cavabdehlə aralarında müqavilə işlədiyi məişət avadanlıqların satış mərkəzində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş, tərəfindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə 5208 manat borcu müəyyənİəşmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin oğlunun borc almasına münasibətdə bildirdi ki, onda elə məlumat yoxdur. Faktiki olraq tərəflərin iradə ifadəsini əks etdirən müqavilə var cavbdehin özü tərəfindən imzlanmış. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmənin iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Oğlu mağazanın sahibi Məzahir adlı şəxsdən 4500 manat əlavə 700 manat faizlə qaytarmaq şərtilə borc pul götürmüşdür. Hal-hazırda oğlu həbsdədir. İddiaçıya evin plana düşüb satılan zaman oğlunun əvəzinə pulunu verəcəyini demişdir. İddiaçı da aralarında müqavilə bağlamağı təklif etmiş, oğlundan şikayət etmək istəmədiyini bildirmişdir. O, da savadsız olduğundan müqaviləni mağazada bağlamışdır notariusa getməmişdir. Öhdəsində gəlini, nəvəsi var. Təqaüdlə ailəsini dolandırır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2021-ci il tarixli, 534 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5300 manat pulu, 100 manat ilkin ödəniş etməklə aylıq 217 manat ödəmək şərtilə 24 ay müddətinə kredit vermişdir. - 23 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2021-ci il tarixli, 534 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh hal-hazırda İddiaçı 5208 manat borcu vardır. - 22 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3 gün müddətində borcun tam ödənilməsi barədə xəbərdar olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. - 24 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh oğlu həbs olunmamışdan əvvəl borc pul götürmüşdu. Lakin cavabdehin oğlu öhdəliklərinə əməl etməmiş və agır cinayətdə təqsirli bilinib həbs olunduğundan İddiaçı Cavabdeh oğlunun mağazanın sahibinə borcu olduğunu, yenidən oğlunun vəziyyətini ağırlaşdırmaq istəmədiyini onun barəsində şikayət etmək istəmədiyini bildirmiş və borcun öz aralarında hissə-hissə cavabdeh tərəfindən qaytarılmasına razılaşaraq 05 aprel 2021-ci il tarixdə mağazada müqavilə bağlamışlar. Müqaviləyə əsasən cavabdeh 5308 manat məbləğdə borc pulu ilkin ödəniş 100 manat etməklə aylıq 217 manat ödəmək şərtilə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh də 2 il keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlığını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq oğlu həbsdə olduğundan faktiki olaraq borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan mal almadığını oğlunun həbs olunmamışdan əvvəl mağazanın sahibi Məzahir adlı şəxsdən 4500 manat əlavə 700 manat faiz qaytarmaq şərtilə borc pul götürdüyünü etiraf etmişdir. Həmçinin mağazada müqavilə bağladığını və evi satılan zaman oğlunun borcunu ödəyəcəyini, müqavilədəki imzanın ona məxsus olmasını da bildirmişdir. Lakin sonra müqavilə bağlanan zaman aldandığını bildirmişdir. Cavabdeh aldadıldığını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi və məhkəmə iclasında dinlənilən CD diskdə oğlu ilə Məzahir adlı şəxsin danışığının olmasını bildirsə də məhkəmə həmin diskdə olan şəxslərin kim olmasını müəyyən edə bilmədi, həmçinin cəzçəkmə müəssisəsində olan şəxsin həmin telefon danışığını necə və hansı şəraitdə yazması məhkəməyə aydın olmadı. Ona görə məhkəmə təqdim olunan CD diski mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq oğlu həbsdə olduğundan faktiki olaraq borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Yuxarıda istinad edilən 05 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 5308 manat məbləğində borc almış, borc alan, borc verənə, yəni iddiaçıya həmin məbləğdə borcunu 100 manat ilkin ödəniş etməklə aylıq 217 manat ödəmək şərtilə 24 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 05 aprel 2021-ci il tarixli müqavilə (əqd) yazılı qaydada bağlanmışdır, həmin müqavilə (əqd), onun tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır. Borc alan Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, 05 aprel 2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh oglunun borc öhdəliyini öz üzərinə götürmüşdür. Oğlunun İddiaçı 5308 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı qaydada müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırki halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borclunun öhdəliklərini qəbul etdiyindən oğlunun aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Bu zaman məhkəmə, cavabdehin məhkəmədə verdiyi izahatında oğlunun iddiaçıdan əlavə 700 manat faiz ödəməklə 4500 manat borc pul aldığı barədə izahatını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbləri baxımından, cavabdehin iddianı etiraf etməsi kimi qiymətləndirir. Həmin maddənin tələbinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5208 manat məbləğində pul, vəkilə ödənilmiş 101 manat və ödənilmiş 74 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5208 manat məbləğində pul, vəkilə ödənilmiş 101 manat və ödənilmiş 74 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-488/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-488/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver