Məhkəmə qərarları › İş №2(007)-498/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-498/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-498/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrin ləğvi, dərs yükünün bərpası və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbinə qarşı olan “xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrin ləğvi, dərs yükünün bərpası və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbə qarşı “xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrin ləğvi, dərs yükünün bərpası və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının qanunsuz olaraq azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükünün bərpa edilməsini və bərpa edilən günədək məcburi buraxdığı 2 (iki) saat dərs yükünə görə ödənilməli əmək haqqının dəymiş ziyan qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməsini və iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 5000,00 (beş min) manat, həmçinin, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60,00 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə Bakı Dövlət Universitetinin tarix ixtisasını bitirmiş, ali təhsilini davam etdirmiş, 2008-ci ildə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2014-cü ildə isə Bakı Dövlət Universitetində tarix elmləri üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. 30 sentyabr 2005-ci ildən etibarən bugünə qədər Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışmışdır. İddiaçı çalışdığı müddət ərzində müəllim kimi vəzifə funksiyasını qüsursuz və nöqsansız icra etmiş, tarix fənnini şagirdlərə sevərək və sevdirərək tədris etmişdir. Əmək fəaliyyəti dövründə nə şagirdlərdən, nə valideynlərdən, nə də məktəb rəhbərliyindən barəsində məktəbə hər hansı şikayət daxil olmamış, hər hansı intizam tənbehinə məruz qalmamışdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair imtahanlarda da iştirak etmiş və 60 bal üzərindən 50 bal toplamaqla müsbət uyğun nəticə göstərmişdir. İddiaçı bundan əlavə 2015-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən ilin müəllimi müsabiqəsinin qalibi olmuşdur. İddiaçı hazırda Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə 6c; 6ç; 7a; 7b; 7c, 8c və 8ç siniflərində həftəlik ümumilikdə 16 (on altı) saat olmaqla tarix fənnini tədris edir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri 201 saylı tam orta məktəbə Cavabdeh direktor təyin olunduqdan sonra iddiaçının dərs saatları qanunsuz və əsassız olaraq azaldılmışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə görə dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü minimum 18 (on səkkiz) saat müəyyənləşdirilir. Lakin buna baxmayaraq direktor Cavabdeh tərəfindən iddiaçının həftəlik dərs yükü qəsdən qanunsuz olaraq həftəlik 16 (on altı) saat olaraq müəyyənləşdirilmişdir. İddiaçı ilk olaraq bu barədə direktora öz yazılı etirazını bildirmişdir. Lakin müsbət nəticə əldə edilməmişdir. Bir müddətdən sonra isə məktəbin direktor müavini Şahid3 tərəfindən aparılan araşdırmalar nəticəsində iddiaçıya məlum olmuşdur ki, direktor Cavabdeh rəhbərliyi ilə məktəb daxilində bu cür qanunsuz əməllər baş alıb getməkdədir. Belə ki, məktəbdə fəaliyyət göstərən bəzi sinif rəhbərləri və müəllimlər dərslərdə iştirak etməyən uşaqlara saxta qiymətlər yazır, bəzi şagirdlərin adı iki və ya üç sinifdə qeyd olunur, Azərbaycan Respublikasında olmayan şagird Azərbaycanda - 201 nömrəli məktəbdə təhsil alırmış kimi sinif jurnalında adı qeyd olunur və s. İddiaçı nəhayət bütün bu və ya bunun kimi digər pozuntular barəsində ərazi üzrə hüquq mühafizə orqanlarına məlumat vermək qərarına gəlmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində Nizami Rayon Prokurorluğunda müstəntiq İlham Xankişiyevə, xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Elçin Baxşəliyevə korrupsiya hüquq pozuntuları barəsində məlumat vermişdir. Verilən məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ********* saylı cinayət işi başlanılmış və işin istintaqı həmin Baş İdarənin İstintaq İdarəsində aparılmaqdadır. İddiaçı direktor Cavabdeh və onunla qabaqcadan əlbir olan bir qrup şəxsin korrupsiya hüquq pozuntuları barəsində hüquq mühafizə orqanlarına məlumat verdikdən sonra direktor Cavabdeh və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müxtəlif təzyiq və təqiblərə məruz qalmışdır. Belə ki, ilk öncə xx.xx.2023-cü il tarixində həmkarlar ittifaqının iclasında iddiaçıya nə üçün direktor ilə məsləhətləşmədən izahat verdiyi üçün təzyiq göstərilmiş və ona töhmət veriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixində məktəbin Pedaqoji Şurasının iclaslarında kollektiv qarşısında "şərəfsiz, tərbiyəsiz, əxlaqsız" kimi sözlərlə təhqir olunmuş və ona töhmət elan edilmişdir, elan edilmiş töhmət intizam tənbehi xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmr ilə rəsmiləşdirilmişdir. Bu kimi təhqirlər nəticəsində məktəbin digər müəllim heyəti də iddiaçıdan üz döndərmiş, onunla ünsiyyəti kəsmişdir. Direktor Cavabdeh Pedaqoji Şuranın iclasında Şahid3, Rasimə Hüseynova və digər qara siyahıya düşmüş müəllimlərin növbəti şura iclasında iştirak etməyəcəklərini, çünki həmin vaxta qədər işdən qovulacaqlarını bildirmişdir. İddiaçı üzləşdiyi təqib, təzyiq və təhqirlərlə bağlı xx.xx.2023-cü il tarixində teleqram vuraraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, xx.xx.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya, xx.xx.2023-cü il tarixində X23, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasına, xx.xx.2023-cü il tarixində Ombudsmana məlumat vermiş, 23 və 28 sentyabr 2023-cü il tarixlərində online qaydada Azərbaycan Respublikası Baş X26 və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun, xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası Prezident X1 qəbulunda olmuşdur. Nə iddia olunan "intizam pozuntuları" barəsində iddiaçının yazılı izahatı alınmadığından, nə də əmrin surəti iddiaçıya təqdim edilmədiyindən iddiaçı yazılı müraciət edərək əmrin surətini tələb etmişdir. Bütün bu təzyiq və təqiblərdən sonra iddiaçı məcbur qalıb pozulmuş hüquqlarının bərpası üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrin ləğvi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan ləğv edilməlidir: a. Qərəz və qisas xarakterli münasibət: İntizam tənbehi iddiaçının cavabdehin direktoru Cavabdeh barəsində hüquq mühafizə orqanlarına korrupsiya hüquq pozuntuları barəsində məlumat verdiyinə görə qərəzli və qisas xarakterli münasibətin nəticəsində verilmişdir. b. İntizam tənbehinin korrupsiya barədə məlumata aidiyyatinin olmaması barədə əsaslandırma: İntizam tənbehi verilərkən cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.4-cü maddəsinin tələbləri nəzərə alınmamış, cavabdeh tərəfindən əmrdə intizam tənbehinin iddiaçı tərəfindən korrupsiya hüquq pozuntuları barəsində verilən məlumata aidiyyatının olmadığı əsaslandırılmamışdır. c. X5 qiymətləndirilməməsi və sinifdə qalması barədə: Əmrdə intizam pozuntusu kimi qeyd edilən Vb sinif şagirdi Aytən Allahverdiyevanın iddiaçı tərəfindən bilərəkdən qiymətləndirilməməsi və onu sinifdə saxlaması tamamilə yalandır və bu iş materialları ilə sübut olunur. Belə ki, iddiaçı X5 təhsil aldığı 5b sinfinin sinif rəhbəri olmuşdur. Sinif rəhbəri kimi iddiaçı şagirdi ona dərs deyən müəllimlərin yazdığı qiymətləri jurnalın sonunda ümumiləşdirmə aparmaqla qiymətləndirməlidir, lakin həmin şagirdə fənn müəllimləri tərəfindən hər hansı qiymət yazılmadığı üçün iddiaçı təbii olaraq şagirdə hər hansı qiymət yaza bilməmiş və bu barədə hesabat tərtib direktor müavini Şahid1 təqdim etmişdir. Şagirdin sinifdə qalma səbəbi heç bir fənn müəlliminin onu qiymətləndirməməsi olmuşdur. d. Əmrdə qeyd olunan digər ümumi müddəalar barədə: Bu cür ümumi və subyektiv fikirlərə əsaslanan pozuntular isə tamamilə yalandır. Belə ki, cavabdeh əmrin bu hissəsində ümumi ittihamlar səsləndirmiş, iddiaçının guya dərslərdə davamiyyətə nəzarət etmədiyini, təhsil sənədlərinə yanlış məlumatlar yazdığını, şagirdləri dəstəkləmədiyini, valideynlərlə əlaqə yaratmadığını və onlara uşaqların tərbiyə olunmasında dəstək göstərmədiyini, təhsil müəssisəsi ilə ailələr arasında əlaqələr yaratmadığını, heç bir şagirdlə fərdi və qarşılıqlı fəaliyyət təşkil etmədiyini, sənədləşmələrin aparılmasında ciddi nöqsanlara yol verdiyini, heç bir nəticəyönümlü iş görmədiyini, əməlləri ilə təhsilə və şagird mənafeyinə zərər vurduğunu qeyd etmişdir. Göründüyü kimi ittihamların hamısı direktor Cavabdeh şəxsi, qərəzli və subyektiv fikirlərinə əsaslanan pozuntu iddialarıdır. Halbuki, iddia olunan intizam pozuntuları konkret və birmənalı olmalıdır. İddiaçı 19 illik pedaqoji fəaliyyətində əmək və təhsil qanunvericiliyini pozmamış, əksinə 2014-2015-ci dərs ilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş “ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, "ən yaxşı müəllim" adına layiq görülmüş, Respublikamızda və xarici ölkələrin nüfuzlu universitetlərinin jurnallarında məqalələri çap olunmuş, beynəlxalq və yerli konfranslarda çıxış edərək daima məktəbin adını uca tutmuşdur. Valideynlərlə mütəmadi əlaqə saxlamış, müəllim- şagird-valideyn münasibətlərinin yüksək səviyyədə təşkilinə, şagirdlərin dərsə davamiyyətinin artırılmasına, tədrisin keyfiyyətinin yüksəldiməsinə nail olmuş, şagirdlərdə vətənə və dövlətə layiqli vətəndaş olmaq hissi aşılamışdır. Cavabdehin qanunsuz və əsassız olaraq tərtib etdiyi iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmri ləğvi edilməlidir. Digər iddia tələbi isə ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 201 saylı tam orta məktəbə Cavabdeh direktor təyin olunduqdan sonra 2022- 2023-cü tədris ili üzrə iddiaçının həftəlik 23 saat dərs saatı olsa da, korrupsiya hüquq pozuntuları barədə məlumat verdikdən sonra iddiaçının dərs saatları qanunsuz və əsassız olaraq azaldılmışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə görə dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü minimum 18 (on səkkiz) saat müəyyənləşdirilir. Lakin buna baxmayaraq direktor Cavabdeh tərəfindən iddiaçının həftəlik dərs yükü qəsdən qanunsuz olaraq həftəlik 16 (on altı) saat olaraq müəyyənləşdirilmiş və iddiaçıya verilməyən dərslər onunla əlbir olan digər müəllimlərə pul qarşılığında satılmışdır. Belə ki, heç bir qanuni əsas olmadan iddiaçının dərs dediyi azərbaycan sektoru olan 7ç sinfi iddiaçıdan alınaraq, rus sektorunun müəllimi Tairə Məmməd-Zadə adlı müəllimə verilmişdir. Rus bölməsinin müəllimi azərbaycan bölməsinə dərs keçə bilməz. Məktəbin digər tarix müəllimləri Cəfərov Dahid 24 saat, Əliyeva Nahidə 22 saat, Hüseynova Əntiqə 21 saat dərs yükü ilə təmin olunduğu halda iddiaçının həftəlik dərs yükü qanunsuz olaraq azaldılmış və rus bölməsinin müəlliminə verilmişdir. Bundan əlavə, direktor müavini Şahid1 iddiaçının 16 saat olan dərs saatının beş iş gününə pərakəndə şəkildə paylaşdırılması barədə təlimat vermiş, iddiaçının ailə vəziyyətini və 2 azyaşlı uşağının olmasını nəzərə almamışdır. Hesab edir ki, iddiaçının qanunsuz olaraq azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükü bərpa edilməlidir. Digər iddia tələbi isə ondan ibarətdir ki, iddiaçıya qanunsuz və əsassız olaraq töhmət intizam tənbehinin verilməsi və dərs saatlarının qanunsuz olaraq azaldılması nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçının həftəlik 2 (iki) saat dərs yükündən məhrum olması nəticəsində iddiaçıya təxminən aylıq 70,00 (yetmiş) AZN məbləğində maddi ziyan dəyməkdədir. Bundan əlavə iddiaçının qanunsuz və əsassız olaraq kollektiv qarşısında töhmət intizam tənbehinə məruz qalması nəticəsində ona mənəvi ziyan dəymişdir. İddiaçı müstəqil olaraq mənəvi ziyanın məbləğini 5000,00 (beş min) AZN olaraq qiymətləndirməkdədir. Hesab edir ki, iddiaçının qanunsuz olaraq azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükü bərpa edilən günədək ona vurulmuş maddi ziyanın əvəzi və mənəvi ziyana görə 5000,00 (beş min) AZN məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 9.1.1ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Ona görə də iddiaçı tərəfindən dövlət rüsumu ödənilmir. Lakin iş üzrə iddiaçı tərəfindən 60,00 AZN məbləğində ilkin mediasiya sessiyasında iştirak haqqı ödənilmişdir. Hesab edirik ki, həmin məbləğ cavabdehə aid edilməli və cavabdehdən tutularaq ona ödənilməlidir.

İş materialları :

3. Bakı şəhəri 201 nömrəli orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 687 saylı Əmrdən görünür ki, Bakı şəhəri 201 №-li tam orta məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən töhmət verilmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq məktubda X5 müvafiq komissiyanın qərarı əsasında 6-cı sinfə keçirildiyi və valideynin istəyi ilə digər ümumtəhsil müəssisəsinə yerdəyişmə edildiyi bildirilmişdir.

5. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/3/2023-01119 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi İMS-də iştirak etmiş, cavabdeh 201 saylı tam orta məktəb iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

6. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin tarix müəllimi, VB sinfinin rəhbəri İddiaçı Nizami rayonu, 201 saylı tam orta məktəbin tədris üzrə direktor müavini Şahid3 yazılı şəkildə ünvanlandırdığı xx.xx.2023-cü il tarixli xidməti məlumatından görünür ki, qiymətləndirilməyən 3 şagird haqqında yekun məlumat səhifəsində onlar haqda məlumatın-əmrin olmaması barədə sorğuya cavab olaraq bildirmişdir ki, dəfələrlə direktora və katibəsi Şəmsiyyə Məmmədovaya müraciət etdiyni və müraciətinin cavabsız qaldığını, sinif rəhəbəri kimi vəzifə borcunu yerinə yetirdiyini Şahid1a İİ yarımilin hesabatını verərkən və jurnalı təhvil verməli olduğu üçün onların əmrlərinin tapılmasında ona köməklik göstərilməsini xahiş etsə də heç bir faydası olmadığını, Aslanova Yağmur və Əliyev Əlinin 5 b sinfində 2022-2023 tədris ilinin sentyabrından, Aytən Allahverdiyevanın isə 2023-cü ilin fevral ayından gəldiyini və bununla bağlı dirketora müraciət etməsinə baxmayaraq ona heç bir əmr təqdim olunmadığını, müraciətlərinin cavabsız qaldığını bildirmişdir.

7. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin illik yekunlarına dair VB sinif şagirdlərinin müvəffəqiyyət cədvəlinin surətindən görünür ki, VB sinfində təhsil alan X17ə heç bir fənn müəllimləri tərəfindən hər hansı qiymət yazılmamış və qiymətləndirilməmişdir.

9. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “LCG” vəkil bürosunun vəkili Vəkil1 ünvanladırdığı xx.xx.2023-cü il tarixli məktubunda Şahid3 müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Bakı şəhəri 201 saylı orta məktəbin vəzifəli şəxsləri barəsində fakta görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparıldığı bildirilmişdir.

10. İş materiallarına Bakı şəhəri 201 saylı tam orta məktəbin fənn müəllimləri tərəfindən İddiaçı whatsapp tətbiqi vasitəsilə fənn hesabatlarının göndərilməsinə dair whatsapp mesajlarının olduğu fotoşəkillər əlavə edilmişdir.

11. İş materiallarına əlavə edilmiş “Excel” (cədvəl) formatında hazırlanmış fənn üzrə nailiyyət cədvəlindən görünür ki, VB sinfində təhsil alan X17 110, 117, 131 kodlu fənlərdən illik qiymət olaraq 2 ilə qiymətləndirilmişdir.

12. İş materiallarına əlavə edilmiş sinif jurnalının təsdiq edilmiş surətindən görünür ki, B V sinfində təhsil alan X17ə heç bir fənn müəllimləri tərəfindən qiymətləndirilmə aparılmamışdır. Məsələn, Azərbaycan dili fənnindən İİ yarımildə 1 KSQ-də iştirak etmiş, digər 2 KSQ və BSQ-dən qiymətləndirilməmişdir. Ədəbiyyat fənnindən İİ yarımildə 1 KSQdə iştirak edərək 61 bal yığaraq 4 ilə qiymətləndirilmiş, lakin İİ yarımildə digər 2 KSQ-də iştirak etmədiyi üçün qiymətləndirilməmişdir.

13. 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli Pedaqoji Şuranın qərarından çıxarışdan görünür ki, tarix müəllimi İddiaçı əmək funksiyasını düzgün icra etmədiyinə görə töhmət verilməsi qərara alınmışdır.

14. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin 2023-2024-cü tədris ili üçün dərs cədvəlindən çıxarışın surətindən görünür ki, İddiaçı İ gün 7A, 7B, 6Ç sinflərinə, İİ gün 8Ç, 7C, 8C sinflərinə, İİİ gün 6C, 7A, 8 Ç sinflərinə, İV gün 8C, 6Ç, 7C, 8Ç sinflərinə və V gün 6C, 7B, 8C sinflərinə dərs deməklə, 16 saat dərs yükü olmuşdur.

15. Azərbaycan Təhsil İşçiləri X34 201 nömrəli tam orta məktəb üzrə komitəsinin sədri Cəbrayılov Valeh tərəfindən məktəbin tarix müəllimi İddiaçı tənbeh olunması ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəydə 201 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı fəaliyyəti və əməllərinin araşdırıldığı, sinif rəhbəri və müəllim olaraq vəzifələrinin icrası zamanı kobud səhvlərə yol verdiyi və əmək funksiyalarının yerinə yetirilməsində nöqsanlar, səlahiyyətlərini aşması, qanunvericiliyin tələbləri və müəllimlərin etik normalarını ciddi pozmasının aşkarlandığı, İddiaçı vəzifələrini düzgün icra etmədiyinə görə, əmək funksiyalarını yerinə yetirməsində kobud nöqsanlara yol verdiyinə görə, səlahiyyətlərini aşdığına görə inzibati tənbeh olaraq töhmət verilməsinin məqsədəuyğun hesab olunduğu bildirilmişdir.

16. Bakı şəhəri, 201 №-li tam orta məktəbin direktoru Cavabdeh həmin məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, məlumatda tarix müəllimi İddiaçı işlədiyi müddət ərzində elmi dərəcəsi və “Ən yaxşı müəllim” adı olmasına baxmayaraq məktəbdə nə tədrislə bağlı, nə də şagirdlərin təlim-tərbiyəsi ilə bağlı bu adları və etimadı doğruldacaq heç bir diqqətəlayiq iş görmədiyi, məktəb daxilində və məktəbdən kənarda həyata keçirilən işlərdə bu adlara müvafiq heç bir fəaliyyət nümayiş etdirmədiyi, əmək funksiyalarının icrasını kobud pozduğu, sinif jurnalının işlənməsində ciddi nöqsanlara yol verdiyi, məktəbdaxili qiymətləndirmə Qaydalarını ciddi pozduğu, əmək funksiyalarının icrasını kobud pozduğu, sinif jurnalının işlənməsində ciddi nöqsanlara yol verdiyi, məktəbdaxili Qiymətləndirmə Qaydalarını ciddi pozduğu, İddiaçı 19 illik iş təcrübəsi zamanı nə açıq dərs, nə də nümunəvi dərs vermədiyi, təklif etdikdə imtina etdiyi, dərslərinin və etdiyi tədrisin səviyyəsinin heç vaxt “ortabab müəllim” ölçüsündən yuxarı qalxmadığı və olimpiada və fənn müsabiqələrində məktəbin adını ucaldacaq və ya şagirdlərin rifahını yüksəldəcək heç bir xidməti olmadığı bildirilmişdir.

17. Bakı şəhəri Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya 201 nömrəli tam orta məktəbin V b sinfinin valideyini Şahid2 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ərizədə övladı Aytən Allahverdiyevanın 201 nömrəli tam orta məktəbin 2022/2023-cü tədris ilində V b sinfində təhsil aldığı, sinif rəhbəri İddiaçı qızı Aytənin biliyini qiymətləndirmədiyi, sinifdə saxladığı, qəsdən bilərəkdən ona xəbər vermədiyi, sinif rəhbərinin qərəzli əməlləri nəticəsində onun qızının ciddi pisxoloji sarsıntı keçirdiyi, depresiyaya məruz qaldığı, bu səbəbdən də Nizami rayon Prokurorluğuna müəllim ilə bağlı şikayət ərizəsi ilə müraciət etdiyi, müəllimənin məsələi prokurorluqda araşdırılaraq ona verilən məlumata tədbir görülməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət etməsi qeyd olunmaqla, müəllimənin lazımınca cəzalandırılması və onun qızı Aytən Allahverdiyevanın yeni tədris ilində məktəbə getməsi üçün qiymətləndirməsi, sinifdən–sinfə keçirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

18. Bakı şəhəri, 201 №-li tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Azərbaycan Təhsil İşçiləri X34 201 nömrəli tam orta məktəb üzrə komitəsinə ünvanlandırılmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, məktəbin tarix müəllimi İddiaçı 2022-2023-cü tədris ilində sinif rəhbəri olduğu V B sinfində məqsədli olaraq şagirdin vəziyyətindən sui-istifadə edərək Allahverdiyeva Aytəni sinifdə saxladığı, həmçinin, müavin Şahid3 diktəsi ilə rəsmi sənədlərdə — sinif jurnalında süni surətdə məlumatlar yerləşdirdiyi, saxtalaşdırmaya yol verdiyi, bunu gizli saxladığı, məktəb rəhbərliyinə heç bir xəbər vermədiyi, əksinə, “fakt” kimi, coğrafiya müəllimi Rasimə Hüseynova və direktor müavini Şahid3 ilə birləşərək məktəb və məktəb rəhbərliyi haqqında saxta məlumatlar “kompromat” hazırlayaraq böhtan dolu şikayət məktubları ilə hüquq mühafizə orqanlarına və rəsmi qurumlara müraciət etdiyi, birbaşa məsuliyyət daşıdığı əmək funksiyalarını düzgün yerinə yetirmək əvəzinə, məktəbə və təhsilə zərər vurmaqla məşğul olduğunu, sinif rəhbəri olaraq fəaliyyətində ciddi nöqsanlara yol verdiyi, buna görə İddiaçı fəaliyyəti dəyərləndirildiyini və kobud səhvlər aşkar edildiyi, şifahi xəbərdarlıq edilsə də, öz işində heç bir müsbətə doğru dəyişikliklər etmədiyi, yenə də öz çirkin niyyətindən əl çəkmədiyi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid3 təlimatlarına əsasən öz mənafelərini qorumaq üçün “iş” apardığını və bu “işləri” davam etdirdiyi, həmçinin Sosial şəbəkələrdə təhsilə və gələcək nəslin təlim-tərbiyəsinə zərər vuran paylaşımlar etdiyi, məktəbin nüfuzuna xələl gətirdiyi qeyd edilməklə İddiaçı fəaliyyətindəki nöqsanlara və müvafiq qaydada tənbeh olunmasına rəyin bildirilməsi xahiş edilmişdir.

19. İş materiallarına əlavə edilmiş Şahid2 Azil qızının Nizami rayon Prokurorluğuna ünvanlandırdığı ərizədən görünür ki, Şahid2 Nizami rayon Prokurorluğuna müraciət etmişdir.

20. Şahid2 tərəfindən Bakı şəhəri, Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Cavabdeh ünvanlanmış həmin məktəbin valideyini xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ərizədə ailə vəziyyəti ilə əlaqədar (işsizlik) 2022-cil il dekabr ayında Bakı şəhəri Keşlə qəsəbəsinə gəldiyi, Keşlə qəsəbəsində kirayədə yaşadığı üçün 201 nömrəli məktəbə onlayın yolu ilə 5 b sinfinə qəbul etdirdiyi, dekabr ayının 22-dən aprel ayının 27-nə qızı hər gün məktəbə getdiyi, bir ay 17 gün şagird dərsə getmədiyi, qızını sinif rəhəri Əsəgərova Cəmalənin qəsdən sinifdə saxladığı qeyd edilməklə bu məsələnin araşdırılaraq sinif rəhəbəri Cəmalə haqqında tədbir görülməsi xahiş edilmişdir.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışda komissiya sədri Cavabdeh, komissiya üzvləri X14, X28, X25, X19, X9 iştirakları keçirilmiş Bakı şəhəri 201№-li tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 664№-li əmrinə əsasən V-Vİİİ sinif jurnalları yoxlanıldığı, yoxlamanın məqsədi sinif jurnallarında yol verilən nöqsanların aşkarlanması olduğu qeyd edilmişdir. Həmin arayışda İddiaçı bir sıra nöqsanlara yol verdiyi qeyd edilərək onun Vc sinfində müəllim İddiaçı KSQ 2 (səh 216) Xəlilov Raulun qiymətində, Vİ B sinfində ümumi tarix fənnindən Məsiyev Tunarın, Rzalı Mırkamalın qiymətində, Vİİc sinfində ümumi tarix fənnindən (səh 205) Ağayeva Bahar, Mərcanova Ayan, Yusifova Ceyranın qiymətində, Vİ c sinfində Əzizov Teymur, Xamiyeva Nurayın qiymətində düzəliş edildiyi edildiyi bildirilmişdir. Həmçinin həmin arayışda Aytən Allahverdiyevanın valideyni xx.xx.2023-cü il tarixində 195№-li ərizə ilə müraciət edərək sinif rəhbərinin onu arxayın salaraq qəsdən qızını sinifdə saxladığı haqqında şikayət etdiyi qeyd edilmişdir və araşdırma göstərmişdir ki, həqiqətən sinif rəhbəri İddiaçı VB sinifinin şagirdi X2 dərsə gəlmədiyi haqqında məlumatlar gizlətmiş, qanunverici tələbləri və normativ qaydaları bilərəkdən pozaraq direktor müavinlərinə və direktora məlumat verməmiş, şagirdlə bağlı heç bir müvafiq tədbir görməmiş, daha sonra guya "qanun pozuntusu" kimi bu və digər məlumatları X21 ilə birgə məktəb rəhbərliyinə qarşı “fakt" olaraq prokurorluğa təqdim etmiş, Müəllim adına yaraşmayan bu hərəkətlə İddiaçı bır şagirdin həyatı ilə oynamışdır Sinifdə qalması uşaqda (yaxşı oxuyandır) ciddi psixoloji travma yaratmış, İddiaçı çirkin niyyətini həyata keçirmək üçün şagirdin hüquqlarını pozmuş, uşağı psixoloji sarsıntıya məruz qoymuş, qanunverici normativlərə əməl etməmiş, eyni zamanda Cəmalə Ələsgərova xx.xx.2023-cü il tarixində başqa məktəbə yerdəyişmə qaydalarına müvafiq olaraq məktəbdən getmiş Sadıqov Sabirin adını tədris ilinin sonunadək VB sinfinin jurnalında yazmış və bu barədə də rəhbərliyə məlumat verilməmiş, gizlətdiyi məlumatları X21 və Şahid3 ilə birlikdə şikayət arqumenti olaraq prokurorluğa təqdim etmiş olduğu bildirilmiş və jurnalda səhvlər olsa da, direktor müavini tərəfindən jurnalın arxasında müvafiq səhifədə bu barədə qeydlər aparılmamış olduğunu araşdırdıqlarını qeyd edilmişdir.

22. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, məlumatda məktəbin tarix müəllimi İddiaçı fəaliyyət göstərdiyi illər ərzində sinif rəhbəri və müəllim kimi nə sinif rəhbərinin iş planını, nə digər sənədləri, sinif rəhbərinin portfoliosunu, fənn müəllimi kimi iş planını hazırlamadığı və təqdim etmədiyi, İddiaçı əvvəlki illərdə və 2022/2023-cü tədris ilində sinif rəhbəri kimi hesabat və hesabat xarakterli heç bir sənəd təqdim etmədiyi qeyd edilmişdir.

23. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, məlumatda məktəbin V b sinfinin sinif rəhbəri X6 2022/2023-cü tədris ilində sinif rəhbəri funksiyalarını yerinə yetirmədiyi, belə ki, Cəmalə Əskərovanın tədris ili ərzində həmin siniflə heç bir tədbir həyata keçirtmədiyi, 2023-cü ilin “Heydər Əliyev” ili elan olunmasına baxmayaraq, bir tarix müəllimi kimi, sinif rəhbəri kimi heç bir iş görmədiyi, Cəmalə Əskərovanın sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmadığı, şagirdlərin dərsə davamiyyətinə nəzarət etmədiyi, rəhbəri olduğu sinfin şagirdlərinin tədris nailiyyətlərinə nəzarət etmədiyi, onların uğur və səhvlərini qeydə almadığı və vaxtında kömək göstərmədiyi, valideynlərlə əlaqə yaratmadığı və onların uşaqlarının tərbiyə olunmasında məktəb psixoloqu, fənn müəllimləri vasitəsilə kömək göstərmədiyi, Azərbaycanın milli bayramları: əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmədiyi, C.Əskərova valideynlərlə birgə tədbirlər təşkil etmədiyi şagirdlərin ailələri ilə tanış olmadığı və ailələrlə fərdi iş təşkil etmədiyi, C.Əskərovanın rəhbəri olduğu Vb sinfində təhsil alan Aytən Allahverdiyevanın aprel ayının 27-nə kimi dərsə gəldiyi halda sinifdə qalması onun yarıtmaz işinin bir nümunəsi olduğu, Cəmalə Əskərovanın tədris ili bitməmiş A.Allahverdiyevanın kitabları təhvil verməsini bildirdiyini qeyd edilmişdir. Həmçinin həmin təqdimatda onuda qeyd etmişdir ki, sonradan valideyn direktoryanı şurada bildirib ki, Cəmalə Əskərova ilə bir neçə dəfə əlaqə yaradıb və Cəmalə Əskərova rəhbəri olduğu sinifdə təhsil alan Aytən Allahverdiyevanın sinifdə qalma məsələsini sinif rəhbəri kimi təcrübəsinin olmamasını səbəb gətirib, halbuki Cəmalə Əskərova 2021/2022-ci tədris ilində Vç sinfinin sinif rəhbəri, 2016/2017-ci tədris ilində Vİİc sinfinin, 2019/2020-ci illərində isə X”c sinfinin sinif rəhbəri vəzifəsini icra etmişdir, yəni C.Əskərovanın sinif rəhbəri kimi təcrübəsi az deyil. Həmin təqdimatda onuda bildirmişdir ki, C.Əskərova məktəbin ictimai işlərində iştirak etməmişdir.

24. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, həmin məlumatda qeyd edilmişdir ki, məktəbin 2022/2023-cü tədris ilində V "B" sinfinin sinif rəhbəri İddiaçı tədris ili ərzində sinif rəhbəri kimi dərsə davamiyyətə nəzarət etmədiyi, əgər dərsə davamiyyətində nöqsan və müntəzəm dərsə gəlməyən şagirdlərlə düzgün işləsəydi, xx.xx.2023-cü il tarixində 508 B nömrəli əmrlə sinifdən çıxan X15 adını sinif jurnalının səhifələrində xx.xx.2023-cü il tarixinə kimi yazmazdı. Həmçinin həmin təqdimatda onuda bildirmişdir ki, növbəti bir qüsur: tarixində rəhbəri olduğu V "B" sinfində müntəzəm dərsə gəlməyən şagirdlər haqqında məlumat verərkən, davamiyyətinin zəif olması səbəbindən sinifdə qəsdən saxlanılan Aytən Allahverdiyeva adlı şagirdin hələ tədris ili sona çatmamış dərsliklərinin təhvil verməsini təşkil edən İddiaçı bu barədə (Aytən Allahverdiyevanın dərsə gəlməməsi barədə) məlumat verməmişdir və ilin sonunda hesabat verərkən İddiaçı ona yaxınlaşaraq rəhbəri olduğu sinifdə oxuyan Aytən Alahverdiyevamn dərsə gəlmədiyi üçün qiymətləndirilmədiyini bildirdiyi, o ondan (İddiaçı şagird haqqında nə üçün zamanında məlumat verməmisiniz soruşduqda) İddiaçı valideynlə heç bir əlaqə yarada bilmədiyini bildirdiyi, Aytən Allahverdiyevanın valideyni ilə heç cür əlaqə yarada bilmədiyini qeyd etmişdir. Ancaq sonradan Aytən Allahverdiyevanın valideyni Şahid2 bildirdi ki, Cəmalə müəllim mənimlə əlaqə yaradıb və sizə yalan məlumat verildiyini təqdimatda bildirmişdir.

25. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini X3 xx.xx.2023-cü il tarixli xidməti məlumatından görünür ki, xx.xx.2023-cü il tarixli xidməti məlumatı ilə eyni məzmunlu xidməti məlumat vermişdir.

26. Bakı şəhəri 201№-li tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 664№-li əmrinə əsasən V-Vİİİ sinif jurnalları yoxlayan komissiyanın rəyində 15.09 2022-cı il tarixli 495B nömrəli əmr ilə Təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid3 V-Vİİ siniflərinin jurnallarının aparılmasına nəzarət və dəstək həvalə olunmasını aşakar olunduğu, sözü gedən sinif jurnallarında bir sıra qüsurlara və nöqsanlara fərqli müəllimlər tərəfindən yol verildiyi, həmin jurnalların müvafiq səhifəsində direktor muavini S Hüseynova tərəfindən qeydlər aparılsa da komissiyanın aşkarladığı nöqsanlar haqqında müvafiq jurnalların arxasında direktor müavini qeydiyyat aparmadığı bildirilmişdir. Həmin rəydə İddiaçı kifayət qədər ciddi nöqsanları olsa da bu barədə jurnalın arxasında qeydiyyat aparılmadığını, məlumatlar bilərəkdən məqsədli şəkildə gizlədildiyini və müavin Şahid3 tərəfindən direktora heç bir məlumat verilmədiyini nəzərə çarpan fakt olduğunu, əvəzində İddiaçı bu faktları böyük məmnuniyyətlə Şahid3 və Rasimə Hüseynova ilə birlikdə təşkilatlanaraq hüquq mühafizə orqanlarına təqdim etdiyini, həmçinin Rasimə Hüseynovanın jurnalda qiymətləndirilməyən iki nəfər şagirdə "3" qiymət yazdığı aşkarlandığını, qeyrı-iş gününə dərs yazdığını, hətta şagirdlərə "qayıb'' belə qoyduğunu, yanvar ayına şənbə gününə kiçik summativ qiymətləndirmə nəticələri yazdığını, S. Hüseynova özünün birbaşa məsuliyyət daşıdığı vəzifələri yerinə yetirmək əvəzinə jurnallardakı "quraşdırılmış faktları" "toplamaqla" məşğul olduğunu bildirilmişdir və araşdırma nəticəsində Şahid3 əmək fuksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmədiyi ilə bağlı rəy verilmişdir.

27. İş materiallarına audio səs olduğu 2 ədəd disk əlavə edilmişdir.

28. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya ünvanlandırılmış xx.xx.2023-cü il tarixli, 586 nömrəli ərizədən görünür ki, VB sinif şagirdi Aytən Allahverdiyevanın Vİ sinfə keçirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

29. Bakı şəhəri 201 №-li tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 657 №-li əmrdən çıxarışdan görünür ki, Bakı şəhəri, 201 nömrəli tam orta məktəb üzrə iyul, avqust, sentyabr aylarında valideyn, şagird və məktəbin pedaqoji heyətindən daxil olmuş şikayətlərin araşdırılması üçün Həmkarlar İttifaqı üzvlərinin iştirakı ilə Araşdırma Komissiyası yaradılmışdır.

30. Cavabdeh, Şahid1 və X10 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktda xx.xx.2023-cü il tarixində 201 nömrəli orta məktəbin tarix müəllimi İddiaçı yol verdiyi nöqsanlar, V b sinif şagirdi Aytən Allahverdiyevanı qəsdən sinifdə saxladığının səbəbini aydınlaşdırmaq üçün izahat istədiklərində izahat verməkdən imtina etdiyi qeyd edilmişdir.

31. X20, Şahid1 və X29 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktda məktəbin tarix müəllimi İddiaçı əmək funksiyalarım düzgün icra etmədiyinə, müəllimlərin etik normalarını pozduğuna görə direktorun otağına izahat verməsi üçün dəvət olunduğu, İddiaçı izahat verməkdən və direktorla görüşməkdən kobud surətdə imtina etdiyi, İddiaçı “o, kimdir ki məndən izahat istəyir, sözünüz varsa poçtla göndərin" dediyi qeyd edilmişdir.

32. X11, Şahid1 və X10 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktda məktəbin tarix müəllimi İddiaçı 2022-2023-cü tədris ilində Vİİİ “ç” sinfində tarix fənnini tədris etdiyi, 2023-2024-cü tədris ilində həmin (Vİİİ “Ç”) İX “Ç” sinfində dərs deməkdən imtina etdiyi, səbini israrla soruşduqda İddiaçı müəllimə yaraşmayan ifadə işlədərək “onlar dəlidirlər” mən o sinfi istəmirəm, sinifdən imtina etməsinin səbəbini yazılı tələb etdikdə, İddiaçı izahat verməkdən imtina etdiyi, həmçinin sinif rəhbəri olduğu V “B” sinfinin şagird sayının azaldılmasında, sinfin dağılmasında İddiaçı məsuliyyət daşadığı fakt olduğu, siniflər ilə məşğul olmaması, valideyn iclası zamanı məktəb haqqında mənfi rəy verməsi valideynlərin məktəbə olan etibarını sarsıtdığını və sinfin parçalanmasına səbəb olduğu qeyd edilmişdir.

33. X20, Şahid1 və X29 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktda məktəbin tarix müəllimi İddiaçı xx.xx.2023-cü il tarixində verilən töhmət əmrini təqdim etmək üçün direktorun otağına dəvət olunduğu, İddiaçı gəlməkdən və əmri götürməkdən imtina etdiyi və nə verəcəksinizsə onun evinə poçtla göndərin söylədiyi qeyd edilmişdir.

34. Bakı şəhəri, 201 №-li tam orta məktəbin direktoru Cavabdeh həmin məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini Şahid1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatda Aytən Allahverdiyevanın dərsə gəldiyi müddətdəki qiymətləri qey edilmişdir. Həmin cədvələ əsasən müəyyən olunur ki, Aytən Allahverdiyeva Azərbaycan dili (64 bal) və Ədəbiyyat (61 bal), Rus dili (65 bal) fənnindən 1 KSQ-də, Riyaziyyat (31, 55 bal), Tarix (70, 37 bal), Musiqi (80, 81 bal), Həyat Bilgisi (65, 68 bal) fənnlərindən 2 KSQ-də İnformatika və Fiziki Tərbiyə fənnlərindən 3 KSQ-də iştirak etmişdir. Həmçinin həmin Cədvəldən görünür ki, İnformatika fənnində 3-cü KSQ xx.xx.2023-cü il tarixində, Fiziki Tərbiyyə 3-cü KSQ xx.xx.2023-cü il tarixdə, Musiqi 2 KSQ xx.xx.2023-cü il tarixində keçirilmişdir.

35. Bakı şəhəri, 201 №-li tam orta məktəbin direktoru Cavabdeh həmin məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini Şahid1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatda 2023/2024-cü tədris ilində məktəbdə beş nəfər tarix müəllimi fəaliyyət göstərdiyini, tarix fənni üzrə məktəbdə cəmi 90 saat dərs saat olduğunu, fənn müəllimləri arasında metodbirləşmə sədri Nahidə Əliyevaya 22 saat, Dahid Cəfərov əməkdar müəllim adını daşıdığına, məktəb üzrə ən yüksək keyfiyyət nəticəsi verdiyinə görə 20 saat, Hüseynova Əntiqə 19 saat, Məmmədzadə Tahirə 13 saat, Əsgərova Cəmaldə isə 18 saat nəzərdə tutulduğunu, sentyabr ayında 2 şagirdin Vİ B sinfindən çıxması və həmin sinifdə təhsil alan Aytən Allahverdiyevanın qərəzli sinifdə saxlanılması nəticəsində Vİ B sinfi bağlanıldığını, İddiaçı həmin VİB sinfində 2 saat dərsi azaldığını İddiaçı dərs dediyi (V sinifdən İX sinfə kimi) İXç sinfindən imtina etməsi nəticəsində yekunda İddiaçı 16 saat dərsi qaldığını bildirmişdir. Həmin xidməti məlumatda İddiaçı İXç sinfindən etiraz etməsinin səbəbi və digər məsələləri məktəbin direktoru Cavabdeh ilə müzakirə etməsini bildirsə də İddiaçı bunu etməyəcəyini bildirərək “İXÇ sinfində şagirdlər səs salır, oxumur ona görədə bu sinfdən imtina edirəm” deyə bildirdiyini qeyd etmişdir. O da ona bildirəndə ki, İXÇ sinfindən imtina etdiyinizə görə izahat verin İddiaçı isə “Mən heç bir izahat yazmayacam” bildirdiyini həmin xidməti məlumatda bildirmişdir.

36. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixli xidməti məlumatda bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məktəbin tarix müəllimi İddiaçı bildirdi ki, Vlc sinif şagirdləri dərsdən qaçıblar, ancaq şagirdlərin dediyinə görə Cəmalə müəllim sinifə gec gəlmiş və onlar da müəllimənin gəlmədiyini görüb idman dərsinə getmişlər. Həmin xidməti məlumatda bildirlmişdir ki, Vlc sinif şagirdlərinə Cəmalə müəllimənin dərsindən sonra Vİ saat Təranə müəllim onlara ana dili-ədəbiyyat dərsi keçmişdir, yəni şagirdlərin hamısı dərsdə olublar və bununla bağlı İddiaçı hadisə ilə bağlı yazılı şəkildə izahat verməsini istədikdə müəllim kobud şəkildə Sizahat yazmaqdan imtina etdi.

37. Bakı şəhəri 201 №-li tam orta məktəbin direktoru Cavabdeh həmin mətəbin 9 ç sinif şagirdi Səmədova Nigarın valideyni X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət ərizəsində məktəbin tarix müəllimi əvvəllər qızına dərs deyən İddiaçı Nigarla yaxın ünsiyyət yaradaraq onun tərbiyəsinə təsir etdiyini, bu barədə onun məlumatı olmadığını, sinif rəhbərinin məlumatına görə kobudluq olduğunu, Nigarın bu hərəkətlərini nəzərə almağınızı xahiş etdiyini, onun bir valideyn kimi qızını Cəmalə müəllimə ilə münasibətdə olmağının istəmədiyini bildirmişdir.

38. İş materiallarına əlavə edilmiş 201 saylı tam orta məktəbin bakı şəhəri 201 saylı tam orta məktəbin direktoru Cavabdeh həmin məktəbin 9 ç sinif şagirdi Səmədova Nigarın valideyni Səmədova Gündüz tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli iltizam sənədindən görünür ki, qızı Səmədova Nigarın məktəbdə edəcəyi bütün hərəkətlərini ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir.

39. Bakı şəhəri 201 №-li tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlandırıdığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsində bu hadisəni araşdırılmasını, Şahid3 və “dəstəsinin” yuxarıda adı göstərilən üzvləri barələrində ölçü götürərək, müvafiq qaydada ciddi cəzalandırılmasını xahiş etmişdir.

40. Bakı şəhəri Nizami rayonu 201 №-li tam orta məktəbin direktoru Afaq xanım Əliyevaya həmin məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini X3 xx.xx.2023-cü il tarixli xidməti məlumatında bildirmişdir ki, məktəbin tarix müəllimi İddiaçı o müəllim kimi heç bir qeyri-etik iş görməmişdir, müəllim adını daşıyan, alimlik dərəcəsi olan İddiaçı dərs dediyi şagirdlərin həmkarları (müəllim yoldaşları) haqqında çəkdiyi söyüş dolu video mateialı sosial şəbəkələrdə paylaşmışdır. Paylaşımlar, icazəsiz vido, səs, foto çəkilməsinin məktəbin ali orqanı olan Pedaqoji şurada qadağan olunmasına məhəl qoymayan İddiaçı əvəllər dərs dediyi və sonra 2023/2024-cü tədris ilində dərs deməkdən imtina etdiyi İX Ç sinif şagirdləri X36 müəllimlər haqqında söyüş dolu video çəkdirdiyi, həmin sinfin digər şagirdi X13 psixoloji təsir edərək onu mənfi istiqamətə yönləndirdiyi, İddiaçı 28 dekabr 2023-cü il tarixində Vİİİ Ç sinfində dərsdə olduğu halda İX Ç sinif şagirdi X22 rus dili dərsində olmalı olduğu halda, dərs dediyi sinifdə (Vİİİ ç) sinfində oturaraq hansı məsələni isə müzakirə etdiklərini, şagirddən etdiyi hərəkət haqqında izahat tələb etdikdə X22 izahat verməkdən imtina etdiyi bildirilmişdir. Həmin xidməti məlumatda Nigar Səmədovanın valideynləri isə onların övladına İddiaçı təsir etdiyini və bir daha Nigar Səmədova ilə əlaqə yaratmamasını tələb etdiklərini, İddiaçı istədiyi illər ərzində elmi və pedaqoji biliklərini ancaq özünün elmi dərəcə alması istiqamətində həyat keçirtdiyi, şagirdlər və məktəb üçün heç bir töhvə vermədiyi, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasına baxmayaraq bir tarix müəllimi kimi, sinif rəhbəri kimi, heç bir tədbir həyata keçirtmədiyi, hesabat təqdim etmədiyi bildirilmişdir. Hətta həmin xidməti məlumatda bildirilmişdir ki, 201 nömrəli tam orta məktəbin “27 sentyabr anım günü və 8 noyabr Zəfər günü” tədbirlər planında nəzərdə tutulan elmi-praktik konfrans (25 oktyabr 2023-cü il tarixinə nəzərdə tutulmuşdur) saat 14:00-da keçirtməli olduğu halda göstərilən tarixdə saat 14:01-də İddiaçı yaxınlaşdıqda o bildirdi ki, artıq konfransı həyata keçirtmişdir və konfrans necə keçirilib bilmirəm İddiaçı guya keçirtdiyi konfrans haqqında heç bir hesabat təqdim etməmişdir.

Tərəflərin izahatları :

41. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında izahatında bildirmişdir ki, Aytən Allahverdiyevanın sinifdə qalmasının səbəbi fənn müəllimləri tərəfindən qiymətin yazılmamasıdır, onun vəzifəsi fənn müəllimlərinin yazdığı qiyməti blanka köçürülməsidir. Müəllimlər şagirdi görmədiyi üçün qiymət yazmayıblar. Fənn müəllimləri qiymət yazmadıqları üçün şagirdə qiymət yazmamışdır. KSQ bölmə ilə əlaqəlidir, keçirilən mövzular üzrə bitdikdən sonra KSQ imtahanı keçirilir. Whatsapp səs yazısındanda göründüyü kimi Aytən Allahverdiyevanın anasına başqa yerə köçürsə, online qaydada yedəyişmə etməli olduğu haqqında məlumat vermişdir. Şagird rayon dəyişirsə, o zaman kitabları təhvil verməlidir. X32 Bakıya gəldiyi zaman özü ilə kitab gətirməmişdir. O şagirdin gəlməməsi ilə bağlı may ayında Elnurə Ramazanovaya məlumat vermişdir. Şagirdin valideyni ona Ağcabədiyə getdiyi barədə məlumat vermişdir. O, şagirdin valideyninə uşağı məktəbdən çıxarmamasını bildirmişdir. Şagirdin valideyni ona səsli mesaj göndərərək bildirmişdir ki, onlar gedirlər, kitabları təhvil vermək istəyirlər. O da online qaydada yerdəyişmə üçün müraciət etməli olduğunu və kitabları təhvil verməli olduğunu bildirmişdir. İyul ayında zəng edib anası ilə danışmış, əvvəlcə hansı məktəbdə oxuduğunu müəyyənləşdirmişdir. Şagiridin babası ilə danımış o isə uşağın məktəbə gələ bilməyəcəyini bildirmişdir. Müdriyyət ilə məsləhətləşmiş və müdriyyət demişdir ki şagird sinifdə qalsın. Davamiyyətlə bağlı mütəmadi məlumat vermişdir. Davamiyyətə nəzarət edən şəxs məlumatları öz kitabçasında qeyd edir. Davamiyyəti hər gün laborantlar gəlib yoxlayırlar. Kimlər dərsə gəlmirsə, ad soyadını yazıb götürürlər. Həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilən aktlara qol çəkən şəxslər Cavabdeh yaxın adamlarıdır. Təqdim edilən cədvəllər və jurnalın arxasına yazılan cədvəlləri oktyabr ayından başlayaraq yazırlar. Hər ay qiymətlər yazırlar. Eyni cədvəllər elektron formada da hazırlanmışdır. Şagird məktəbə dekabrın 28-i gəlmişdir, onun sinifinə fevral ayının 1-dən gəlmişdir. Fevral, mart ayında məktəbə gəlmiş, aprel ayında aram-aram gəlmişdir. O 1-ci yarımilliyin hesabatını vermişdir, həmin hesabatda həmin şagirdin adı yoxdur. 1-ci yarımilliyin hesabatını yanvar ayının 27-31-nə kimi verirlər. Hesabatı Şahid1a vermişdir. Şagird məktəbə dekabrın 28-i gəlibsə, əvvəlki məktəbdə verdiyi KSQ imahanlarının nəticələri peçat vurulmuş sənədlərlə onların məktəbinə verilməli idi. Bunu yoxlamalı olan şəxs direktor idi. Şagird əvvəlcə Hünel Qaçayevanın 5A sinifinə gəlmişdir. Yeni qaydalara əsasən şagird online qeydiyyatdan keçir, kimin hansı sinifə getməsini sistem özü edir, bunu onlar görmürlər. Fevral ayının 1-dən onun sinifinə 3 şagird gəlmişdir. O tarix fənnini tədris etmişdir. Şagird qiymətləndirilməsi üçün 1-ci yarımili, ya da ki, 2-ci yarım ili tam dərsə gəlməlidir. Şagird əsas fənnlərdən qiymət almalıdır ki, sinifdən sinifə keçirilsin. KSQ imtahanları 4 həftədən bir keçirilir. Şagird dərsə gəlmirsə, “q” yazılır. X16 nəzarət edir. O hesabatları Nəriman Mehdiyevə verir. Həmçinin qeyd etmişdir ki, əlavə sinifi ona o məhkməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra təklif etmişlər. O 9ç sinifini deyil də, öz sinifini 7-ci sinifi istəmişdir. Ondan cavabdeh tərəfindən izahat tələb edilməmişdir. Elmi dərəcəsi olan müəllimənin dərs yükü 18 saatdan aşağı olmamalıdır. Diaqnostik qiymətləndirməyə hansı bölmə üzrə daxil olub imatahan verirsənsə, həmin bölmə üzrə dərs deyə bilərsən. Lakin rus bölməsinin müəlliminə Azərbaycan bölməsində olan sinifi vermişlər. Onun sinifi ona verilsə idi, dərs saatım 18 saat olacaqdı. Minimum dərs saatı 18 saat olmalıdır. Lakin onun dərs yüküm başqa müəllimə dərs saatı verilərək azaldılmışdır. Dərs cədvəlləri əvvəlcədən hazırlanır. Tədris ili başladıqdan sonra ona məlum olmuşdur ki, 7ç sinifini başqa müəllimə vermişlər. O 2015-ci ildə ilin ən yaxşı müəlliməsi seçilmişdir. Artıq qalan dərs saatları elmi dərəcəsi olan müəllimlərə verilməlidir.

42. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında izahatında bildirmişdir ki, tarix üzrə fəlsəfə doktoru olan iddiaçının şagirdi sinifdə saxlmaqda nə kimi marağı ola bilər. Uşağın qiyməti olsa idi, iddiaçı tərəfindən yazılardı. Şagirdlər sinifdən-sinifə illik qiymətləri yaxşı olduqda keçirilir. Şagird dekabrın 28-də 201 saylı məktəbə gəlmiş, aprelin 26-na qədər həmin məktəbdə təhsil almışdır. Aprelin 26-dan sonra məktəbə gəlməmişdir. Şagirdin valideynləri problemli insanlar olmuş, şagirdin atası anasını döymüşdür. Şagird fevral ayında iddiaçının sinifinə köçürülmüşdür. Şagird buna qədər 5a sinifində olub. Şagirdin sinifdə qalmasına cavab verməli olmalı şəxs iddiaçı deyil. Sinif rəhbəri fənn müəllimlərinin yazdığı qiymətlərə əsasən statistik qiymət çıxarır. Ola bilsin ki, sinif rəhbəri öz sinifinə dərs deməsin. Uşağı sinifdə saxlayan fənn müəllimləri olur. Əmrdə iddiaçının şagirdi bilərəkdən qiymətlədirilməyib qeyd edilmişdir. İddiaçının şagirdi sinifdə saxlamağda nə marağı ola bilər. Direktorun köməkçisinin səs yazıları da var ki, qiymətlər yoxdur. Hətta şagiridin anası məktəbə dəvət olunub, Cavabdeh tərəfindən valideynə təzyiq edilmişdir ki, iddiaçının əleyhinə məktub yazsın, yoxsa övladını sinifdə saxlayacaqdır. İddiaçı sinif rəhbəri kimi uşağın dərsə gəlməməsi ilə bağlı məlumat vermişdir. Şagirdin məktəbə qəbulunu, məktəbdən çıxarılmasına direktor cavabdehdir. Dərs saatlarını direktor müəyyənləşdirir. İddiaçının dərs saatı həftəlik 16 saatdır. Digər müəllimlərin dərs saatı 24 saat, 23 saatdır. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən həftəlik dərs yükü ən azı 18 saat olmalıdır. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Əgər digər müəllimlərin dərs saatı çoxdursa, dərs saatı az olan müəllimlərə dərs saatı paylanaraq minimum dərs saatını 18 saata çatdırırlar. Şagirdi qiymətləndirmək üçün ən azı 3 KSQ qiyməti olmalıdır. Nəriman müəllimin məhkəmə təqdim etdiyi cəsvəl bir və 2 KSQ qiymətini əsas götürməklə tərtib edilmişdir. Aytən Allahverdiyevanın 1 KSQ balı 64 olub və şagirdə 3 balı yazılıb. Lakin Qaydalarda var ki, fənn üzrə 3 KSQ keçirilibsə, hər üçünün balı toplanaraq 3-ə bölünməli və alınan bal üzrə qiymətləndirilməlidir. Allahverdiyeva Aytən isə dərsə gəlmədiyi üçün bütün KSQ-də iştirak etməyib. Belə olan halda iştirak etmədiyi KSQ balı 0 olaraq toplanmalıdır. İş materiallarına əlavə edilmiş məlumatda Bağırova Rəhimə direktora məlumat verir ki, siniflərin davamiyyətini yoxlayarakən hansı hadisələr baş vermişdir. Həmin sənədi digər məhkəmə prosesində cavabdeh tərəf məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəf bildirdi ki, sinif rəhbəri bildirməli idi ki, uşaq dərslərə gəlmir. Məktəb rəhbərliyi öz vəzifə təlimatlarına uyğun olaraq davamiyyəti yoxlamalıdır. Məsələn uşağın başına bir hadisə gələrsə, hüquq mühafizə orqanları uşağın başına gələn hadisə ilə bağlı məktəb rəhbərliyini məsul şəxs kimi tanıyacaqdır. Davamiyyəti yoxlamaq məktəb rəhbərliyinin nəzarət funksiyasıdır. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında və Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə Təsil Nazirlyinin 2018-ci il qərarına əsasən, şagirdlərin qiymətləndirilməsi 2 cür, formativ və summativ qiymətləndirilmələrdir. Formativ qiymətləndirmə- keçilən dərslərin şagir tərəfindən mənimsənilməsinin yönəlmiş fəaliyyətlərini izləməkdən ibarətdir. Summativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmədən ibarətdir. Qaydaların 4.5-ci maddəsinə əsasən, kiçik summativ qiymətləndirmə İİ-Xİ siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Böyük summativlər hər yarımilin sonunda keçirilir. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 3.1.1-ci maddəsinə övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli əlavə olunur. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir. Uşaqların yerdəyişməsində ümumiyyətlə sinif rəhbəri iştirak etmir.. Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir: 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə Töhmət əmrinin qüvvədən düşməsinin hazırki mübahisəyə aidiyyatı yoxdur. Belə ki, töhmət əmri qüvvədən düşsə də, töhmət əmrinin verilməsi iddiaçının şəxsi işində qeyd ediləcəkdir.

43. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh Asəf qızı və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişdir.

44. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək 2(103)-2508/2024 saylı mülki iş üzrə 15 aprel 2024-cü il tarixdə saat 10:20-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək təxirəsalınmaz məhkəmə iclasında iştirak etməli olduğundan və səhhətində yaranmış problem ilə əlaqədar diz oynağına iynə vurdurmalı olduğundan 2(007)-498/2024 saylı mülki işin 15 aprel 2024-cü il tarixə saat 14:35-ə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasını başqa vaxta təyin edilməyini xahiş etmişdir.

45. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh Bakı şəhəri 201 saylı tam orta məktəbin direktoru Cavabdeh Asəf qızı iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı rəsmi sənədlərdə, sinif jurnalında sənədlərin saxtalaşdırmasına yol vermişdir, süni surətdə məlumatlar yerləşdirilmiş, saxtalaşdırmaya yol vermiş və bu sözlə deyil, aktlarla təsdiq olunur. İddiaçı birbaşa məsuliyyət daşıdığı funksiyaları yerinə yetirmək əvəzinə məktəbə və təhsilə zərər yetirmiş, sinif rəhəbəri kimi fəliyyətində ciddi nöqsanlara yol vermişdir. Buna görə də, iddiaçının fəaliyyəti dəyərləndirilmiş və kobud səhvlərə yol verdiyi aşkar edilmişdir. İddiaçıya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öz işində müsbət dəyişiklik etməmiş, öz çirkin niyyətindən əl çəkməmişdir. Bununla bağlı o həmkarlar komitəsindən xahiş etmişdir ki, onlar tərəfindən araşdırma qrupu yaradılsın, həmkarlar burada olduğu üçün onların rəyini oxumayacaqdır. Həmkarlar Komitəsinin valideyinin şikayəti əsasında verdikləri rəy var. Bakı Təhsil İdarəsinin məktubu var. İddiaçı işlədiyi dövr ərzində ilin ən yaxşı müəllimi elmi dərəcəsi almasına baxmayaraq məktəbdə şagirdlərlə bağlı heç bir diqqətə layiq iş görməmişdir. Məkətəb daxildində və məktəbdən kənarda həyata keçirilən tədbirlərdə heç bir fəaliyyət göstərməmişdir. Əksinə işdən boyun qaçırmışdır, əmək funksiyalarını ciddi şəkildə pozmuş, sinif jurnallarının işlənilməsində ciddi nöqsanlar yol vermişdir. Məktəb daxili qiymətləndirilmə qaydalarını ciddi şəkildə pozmuşdur. Məktəbdə 2 ildir ki, bütün qiymətlər şəffaf şəkildə aparılır, nə o, nə də direktor müavini şagirdlərin qiymətləndirilməsinə müdaxilə edə bilmirlər. Əgər bir sinifdə şagird qiymətlənmirsə, 1 KSQ – də iştirak edirsə, sinif rəhbərinin borcudur ki, şagiridin fəaliyyətini yüksəltmək üçün fənn müəllimləri ilə əlaqə saxlayıb müəyyən etsin ki, bu uşağa nə üçün qiymət yazılmayıb, niyə uşaq dərsdə iştirak etməyib. Bu barədə tədbir görsün. Əgər tədbir görülmürsə, bu artıq ciddi qanun pozuntusudur, uşaq bir neçə gün ardıcıl dərsə gəlmirsə, bu barədə yazılı olaraq direktor müavininə, direktora məlumat verilməlidir. Əgər uşaq bir neçə dəfə dərsə gəlmirsə, onlar artıq özləri araşdırıb polis idarəsinə şikayət edirlər ki, uşaq məktəbə gəlmir, uşaq haqqında məlumat yoxdur. Uşaq iddiaçı tərəfindən öz başına aprelin 27 də yola salınıb, uşağın getməsindən onların iyul ayında məlumatları olmuşdur. İyul ayında valideyin şikayət edəndə, məlumatları olmuşdur. Ötən tədris ilində şagirdlərin davamiyyətini yoxlamaq üçün dispetçer xidməti fəliyyət göstərmişdir, lakin əmək haqı olmadığına görə həmin fəaliyyəti dayandırmışlar. Sinif rəhbəri uşaq gəlməyəndə mütləq məlumat verməli idi. İddiaçı uşağı bilərəkdən gizlətmişdir. İddiaçı Elnurə Ramazanovaya deyib ki, şagird və onun valideyindən məlumatım yoxdur. Şagirdə qiymət yazılmayıbsa, buna digər direktor müavini məsuldur, fənn müəllimi qiymət yazmayıbsa, sinif rəhbəri məsuliyyət daşıyır. Töhmətin verilməsi haqqıda əmrdə konkret olaraq göstərilmişdir ki, iddiaçı müəllimlərin intizam qaydalarının pozmuş, əmək funksiyalarının yerinə yetirilməsində və fəaliyyətində ciddi nöqsanlara yer vermişdir. Müəllimlərdən və şagirdlərdən daxil olan şikayətlər əsasında məktəb üzrə yaradılımış araşdırma komissiyasına və həmkarlar ittifaqının rəyinə əsasən müəyyən edilmişdir ki, tədris ilində dekabr ayının 28-də aprelin 26-na kimi şagirdin dərslərdə iştirak etməsinə baxmayaraq, iddiaçı 5b sinfinin şagirdi Aytən Allahverdiyevanı bilərəkdən qiymətləndirməmişdir. Demirlər ki, müəllim neçə KSQ-yə görə qiymət yazmır, deyir ki, qəsdən şagirdə qiymət yazılmayıb valideyinə bilərəkdən yalnış məlumat verilmişdir. Qərəzli olaraq yaratdığı problemi məktəb rəhbərliyindən gizlətmişdir. İddiaçının Aytən Allahverdiyevanı sinifdə saxlaması nəticəsində şagird ciddi pisxoloji sarsıntı keçirmişdir. İddiaçı sinif rəhbəri olduğu sinifin şagirdlərinin davamiyyətinə nəzarət etməmiş, bilərəkdən və düşünülmüş şəkildə yanlış məlumatlar vermiş, müvafiq qanun pozuntularına yol vermişdir. Sənədləşmənin aparılmasında, sinif jurnalında şagirdlərinin şəxsi işlərinin, sinif rəhbəri kimi iş planının yaradılmasında hər hansı əməli fəaliyyət göstərməmişdir. Şagirdlərin psixoloji sağlamlığının müdafiəsi, qorulması, möhkəmləndirilməsində ciddi nöqsanlar yol verilmişdir. Əməlləri qərəzli olmuş, şagirdlərdə vətənpərvərlik, sağlam ideologiya formalaşdırılması üzrə heç bir iş görməmişdir. Əməlləri ilə şagirdin şəxsi mənafeyinə zərər vurmuşdur. Həmçinin qeyd etmişdir ki, şagirdlərin yerdəyişməsi UTİS proqamı ilə həyata keçirilir. Bu proqrama məktəb rəhbərliyi müdaxilə edə bilmir. Valideynlərin şəxsi kabineti olur və onlar istədikləri kimi uşaqlarının yerini dəyişə bilirlər. İddiaçı barəsində Həmkarlar Komitəsi tərəfindən şikayətlər var, tərtib edilmiş aktlar var. Həmkarlar İttifaqı rəy vermişdir. Həmkarlar İttifaqının rəyi araşdırıldıqdan sonra sinif rəhbərinin öz səlahiyyətlərini kobud surətdə aşması müəyyən edilmişdir. İddiaçı məktəbin direktor müavini olan Svetlana xanımla birləşərək qanun pozuntusuna yol verməsi bütün faktları ilə pedaqoji şurada araşdırılmışdır. Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlərə diqqət və qayğı ilə yanaşılması ən vacib, piroritet məsələ kimi qiymətləndirilir. X17 ailədaxili münaqişələr nəticəsində depressiv vəziyyətdə olmuşdur. Əmrin verilməsinin əsas səbəblərindən biridə iddiaçının şagirdlərə olan münasibəti idi. İddiaçıya sinif təklif olunur. İddiaçı bildirir ki, “o sinifdəki şagirdlər dəlidirlər, o sinifi götürmək istəmirəm”. Bu sinif rəhbərinə yaraşacaq ifadə olmamışdır. Sinif rəhbəri şagird haqqında düzgün məlumat verməmişdir. Dekabr ayının 27-də X18 gəlib sinifə yerləşdirilmişdir. Məktəbi, sinifi şagirdin valideyni özü sistem vasitəsilə seçir, onlar sistemə müdaxilə edə bilmirlər. Onlar sistem vasitəsilə təsdiq edirlər. Şagirdlərin davamiyyəti ilə bağlı məlumatları sinif rəhbəri direktor müavininə, direktor müavini də direktora məlumat verməlidir. İddiaçı özbaşına hərəkət edərək şagirdin anasına bildirmişdir ki, get kitabları təhvil ver, çıx get. Bu özü birbaşa qanun pozuntusudur. Şagirdi təhsildən yayındırmaqdır. X18 Bakı Baş Təhsil İdarəsi tərəfindən vermədiyi imtahanlarına cəlb edilmiş, şagird imtahanlardan keçmiş və qiymətlər almışdır. Hətta direktor tərəfindən günorta saat 2-də konfrans keçirməsi barədə məlumat verilsə də, o konfrans keçirməkdən imtina etmişdir. Şagird əgər başqa yerə köçürsə, yerdəyişmə etməlidir. 9 illik təhsil icbari təhsildir. Şagird başqa rayona gedirsə, şagird online qaydada getdiyi rayon üzrə məktəbdə qeydiyyatdan keçməli idi. Lakin cavabdeh şagirdin valideyninə bunu izah etməmiş, özbaşına hərəkət edərək ona kitabları qoyub getməsini bildirmişdir (15 mart 2024-cü il).

46. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatlarında bildirmişdir ki, iddiaçıya 9-cu sinif təklif edilib, lakin iddiaçı bunu qəbul etmədiyi üçün dərs yükü azaldılmışdır. İddiaçının izahatı alınması üçün dəvət olunmuş, lakin iddiaçı imtina etmişdir. Direktor akt yazmır, aktı təsdiq edir. Həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi haqqında və Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə Təsil Nazirlyinin 2018-ci il qərarı qüvvədən düşmüşdür. Bundan başqa iddiaçıya verilmiş töhmət əmri mart ayının 15-də qüvvədən düşəcəkdir və qanunvericiliyə əsasən, iddiaçı ümumiyyətlə töhmət verilməmiş kimi hesab olunacaqdır.

47. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

48. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Şahid1 izahatında bildirmişdir ki, Aytən Allahverdiyeva 2-ci yarımildə qiymətləndirilməmişdir. İddiaçı sinif rəhbəri olduğu sinifdə qiymətləndirmə aparılmasında kobud səhvlərə yol vermişdir. İddiaçı şagirdlərə qiymət yazmadığına görə uşaqlara psixoloji təsir etmiş, qərəzli davranaraq şagirdi sinifdə saxlamışdır. Qeyd etmişdir ki, şagirdin qiymətləndirilməsi üçün ən azı 3 KSQ qiyməti mütləq olmalıdır. Aprel ayının 28-nə kimi şagirdlər fənnlərdən asılı olaraq 1 və ya 2 KSQ imtahanı verməli idilər. Hansı uşaq KSQ-də iştirak etmirsə, o şagird 0 qiyməti alır. Aytən Allahverdiyeva dekabr ayından dərsdə olmasına baxmayaraq hesab verdiyi zamanı iddiaçı şagirdin adını qeyd etməmişdir. Birinci yarımilin qiymətləndirilmə hesabatı yanvar ayının 26-a kimi verilir. Həmçinin qeyd etmişdir ki, iddiaçı 5 tarix müəllimi içərisində ən aşağı nəticəni göstərmişdir. Belə ki, ən yüksək nəticə 70 %-dir. İddiaçıda isə göstərici 31 faizidir. Bu göstəricilər müəllimlərin dərs dediyi uşaqların keyfiyyət dərəcəsi ilə müəyyən edilir. İddiaçının 22 saat dərs yükü olmuşdur. Dərs saatı müəyyən edilməsi zamanı diaqnostik qiymətləndirilmə əsas götürülür. İddiaçı diaqnostik qiymətləndirilmədən 60 bal üzərindən 50 bal toplamışdır. Ən yüksək nəticə Tairə müəlliməyə aiddir. İddiaçının göstəricisi ikinci ən yaxşı göstəricidir. Həmçinin qeyd etmişdir ki, əgər şağırdlərin sayı 20 nəfərdən aşağıdırsa, sinif bağlanır. Bu da UTİS proqramı əsasında müəyyən edilir.

49. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən şahid X4 izahatında bildirmişdir ki, iddiaçı ilə həm, whatsapp qrupunda, həm də şəxsidə danışmışdır. İddiaçı ilə danışdığı zaman iddiaçı ona bildirmişdir ki, narahat olmasın uşağın qiyməti yazılacaq, kitabları qapıçıya verib getsin. O, kitabları verdikdən sonra iddiaçıya məlumat vermişdir. Daha sonra iddiaçı onun atasına zəng vuraraq uşağın sinifdə qaldığı barədə məlumat vermişdir. Sonra o iddiaçı ilə danışmış və iddiaçı ona Aytən üçün əlindən gələni elədiyini, lakin qiymət yazdıra bilmədim. O qızının bibisinə zəng dərək vəziyyəti izah etmişdir. Sonradan iddiaçı onun övladının rəfiqəsinin anasına deyib ki, gətirib 500 manat pul versin, işini həll etsin. Sonuncu danışıqda iddiaçı ona katibənin Whatsappdakı nömrəsini göndərdi. O da qərara gəldi ki, özü məktəbə gəlib işin nə yerdə olması ilə bağlı dəqiq məlumat alsın. O Afaq xanımın yanına gəlmişdir. İddiaçı qızını qiymətləndirməyib sinifdə saxlamışdır deyə uşaq psixoloji travma keçirmişdir. Onun qızı həmişə dərsə getmişdir. O aprel ayının 27-də çıxıb rayona getmişdir. O rayona məcburiyyətdən getmişdir. Həmçinin qeyd etdi ki, iddiaçı kitabları qoyub getməsini bildirmiş, lakin online müraciət etməsi barədə ona məlumat verməmişdir.

50. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X10 izahatında bildirmişdir ki, iddiaçı məktəbdə sinif rəhbəri kimi öz vəzifələrini yerinə yetirməmişdir. İddiaçı məktəbdən çıxmış şagirdin adını sinif jurnalında il sonuna kimi saxlamışdır. Dərsə davam etməyən iki şagir haqqında ona məlumat verməmişdir. Tədris ilinin sonunda 24 iyunda iddiaçı Aytən Allahverdiyevanın qiymətlənməməsi barədə ona məlumat vermişdir. Qiymətləndirilməməsinin səbəbini maraqlandıqda isə şagirdin dərsə gəlmədiyini bildirmişdir. İddiaçı ona bildirmişdir ki, valideynlə əlaqə saxlaya bilmir. Hətta onu buna inandırmaq üçün yanında başqa şəxslərə zəng vurub valideyni axtarmağa cəhd edib, özünü maraqlanırmış kimi göstərmişdir. İddiaçı ötən tədris ilində dərs dediyi 9ç sinifindən imtina etmiş və bildirmişdir ki, imtina etməsinin səbəbi valideynlərin onu narahat etməsidir. Hətta ötən tədris ilin iddiaçı bir fənn müəllimi kimi “Heydər Əliyev” elan olunduğu dövr üçün şagirdlərin maarifləndirilməsi üçün heç bir tədbir keçirməmişdir. İddiaçıya oktyabr ayında konfrans keçirilməsi tapşırılmış, lakin keçirilməmişdir. Məktəbdə keçiriləcək tədbirlər 2023cü ilin yanvar ayından hazırlanır. 2023-cü ilin birinci yarım ilində, ikinci yarımilində tədbirlər keçirməmişdir.

İşin faktiki halı :

51. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.

52. İddiaçı cavabdeh 201 saylı tam orta məktəbin 687 nömrəli əmri ilə X18nı bilərəkdən qiymətləndirilməməsi və valideynə düşünülmüş şəkildə yalan məlumat verilməsi əsası və sinif rəhbəri kimi vəzifələrini yerinə yetirməməsi əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən töhmət verilmişdir.

53. İddiaçı dərs saatı 22 saat olmuş və şagirdlərin sinifdən çıxması ilə əlaqədar 1 sinifin bağlanması və 1 sinifin iddiaçıdan alınaraq başqa müəllimə verilməsi ilə əlaqədar onun dərs saatı 16 saat olmuşdur.

Məhkəmə Baxışının Hədləri :

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 9.q. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

10. a. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

10. b. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

59. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarı.

60. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarı.

61. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydaları”:

5.2. Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

Y= (ksq1 + ksq2+…+ ksqn ) / n 5.3. Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

ksq1 + ksq2+…+ 40 60 Y= . + . ksqn BSQ n 100 100

62. Azərbaycan Respublikası təhsil nazirinin 01 may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”.

63. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “08” may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının:

2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

Məhkəmənin mövqeyi :

64. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

65. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi şərti olaraq üç hissədən, yəni birinci tələb olaraq Bakı şəhəri 201 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrinin ləğv edilməsi, ikinci tələb olaraq iddiaçının qanunsuz olaraq azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükünün bərpa edilməsi və bərpa edilən günədək məcburi buraxdığı 2 (iki) saat dərs yükünə görə ödənilməli əmək haqqının dəymiş ziyan qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və üçüncü tələb olaraq iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 5000,00 (beş min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələblərindən ibarət olduğuna görə hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir.

İddia tələbinin Bakı şəhəri 201 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrinin ləğv edilməsinə dair hissəsi ilə bağlı:

66. Bakı şəhəri 201 №-li tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 687 saylı əmri ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, qeyd edilən əmr qanunvericiliyin tələblərinə əməl olunmamaqla, pozuntularla tərtib olunmuşdur.

67. Belə ki, əmək qanunvericiliyinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

68. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbi pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahat verməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilməmişdir.

69. Belə ki, cavabdeh iddiaçıdan izahat tələb etməsini bildirməsinə baxmayaraq işin mahkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, bunu təsdiq edən lazımi sübutlar məkəməyə təqdim edilməmişdir.

70. Belə ki, cavabdeh tərəfindən iş materiallarına iddiaçıdan izahat tələb etməsini təsdiq edən sübut qismində məhkəməyə məktənin direktoru, direktor müavini, katibəsi tərəfindən təsdiq edilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar əlavə edilmişdir.

71. Məhkəmə qeyd edir ki, həmin aktlar cavabdehin iddiaçıdan izahat verməsini tələb etdiyini təsdiq edən mötəbər sübutlar qismində qəbul edilə bilməz. Bu faktı təsdiq edən sübut qismində məsələn, məhkəməyə iddiaçıya ünvanlanmış ondan izahat tələb edilməsini təsdiq edən məzmunda məktub, poçt qəbzi əlavə edilə bilərdi.

72. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlar demək olar ki, eyni şəxslərin iştirakı ilə tərtib edilmiş və həmin aktların iddiaçıya təqdim edilməsi təsdiq olunmur. Hətta həmin aktların məzmunu tərtib edilərkən İddiaçı imzalamaqdan imtina etməsi aktda sadalan hallarla yanaşı qeyd edilmişdir. Halbuki, məntiqi ardıcıllığa əsasən, aktın tərtibatı başa çatıb təqdim edildikdən sonra imzalamaqdan imtina edilsə, sonradan bu barədə qeyd aparılmalı idi, aktın məzmunu tərtib edilərkən deyil. Bununla yanaşı, iddiaçı təqdim edilmiş həmin aktlardan məlumatsız olduğunu, ondan izahat tələb edilmədiyini, əksinə tələb edilsə idi məsələnin nə olduğunu aydınlaşdıra biləcəyini bildirmişdir.

73. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilən faktiki halları ilə müəyyən edilmişdir ki, 201 saylı tam orta məktəbdə məktəb direktoru ilə iddiaçı, və digər müəllimələr-H.Svtelana, H.Rasimə arasında mübahisə, o cümlədən məhkəmə mübahisələri mövcuddur. Həmin mübahisələrdə aktlarda adları qeyd edilən şəxslər V.Nəriman, R.Elnurə məktəbin direktoru Cavabdeh şahidi qismində, H.Svetlana İddiaçı şahidi qismində onların mənafeyinə uyğun izahat vermişlər.

74. Həmçinin əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

75. Məhkəmə tərəfindən tədqiq edilən iş materiallarından (664 nömrəli əmrə əsasən yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixli rəyi, arayış, təqdimat) görünür ki, iddiaçı barəsində araşdırmanın başlanması üçün əsas olan hallardan biri onun hüquq mühafizə orqanlarına müraciət etməsi olmuşdur.

76. Belə ki, 201 saylı məktəbin direktoru Cavabdeh tərəfindən Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar ittifaqının 201 saylı tam orta məktəb üzrə Komitəsinə verilən İddiaçı tənbeh olunması üçün rəy verilməsinə dair təqdimatda İddiaçı yol verdiyi nöqsanlar qismində həmçinin onun H.Rasimə, H.Svetlana ilə birləşərək məktəb və məktəb rəhbərliyi barədə saxta məlumatlar “kompromat” hazırlayaraq böhtan dolu şikayət məktubları ilə hüquq mühafizə orqanlarına və rəsmi qurumlara müraciət etməsi qeyd edilmişdir.

77. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, o, korrupsiya ilə əlaqədar hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etməmişdir. O, verilmiş şikayət ərizəsi ilə əlaqədar yayda hüquq mühafizə orqanına çağılmış və izahatı alınmışdır. Yeni tədris ilində isə o, nə baş verdiyini bilmədən onun barəsində araşdırma başlanmış və xx.xx.2023-cü il tarixdə Şahid1 çıxışında onun 5 qruma şikayət etməsi ilə əlaqədar barəsində araşdırma komissiyasının yaradıldığını bildirmişdir.

78. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şahid3 müraciəti əsasında Bakı şəhəri 201 saylı orta məktəbin vəzifəli şəxsləri barəsində fakta görə xx.xx.2023-cü il tarixdə AZ CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır.

79. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsinin iddiaçının hüquq mühafizə orqanlarına korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət etməsi ilə bağlı olmadığını əsaslandıra biləməmiş, əksinə yuxarıda qeyd edilmiş iş materiallarından da görünür ki, iddiaçı barəsində araşdırılmanın başlanması üçün əsas olan hallardan olmuşdur.

80. Məhkəmə 687 nömrəli xx.xx.2023-cü il tarixli töhmət əmrində qeyd edilən əmrin verilməsi əsasları ilə bağlı qeyd edir ki, əmrin verilməsi üçün əsaslar şərti olaraq 2 hissədən ibarətdir:

1. 2022-2023-cü tədris ilində İddiaçı rəhbəri olduğu Vb sinfinin şagirdi Aytən Allahverdiyevanı dekabr ayının 28-dən aprelin 26-a kimi dərslərdə iştirak etməsinə baxmayaraq bilərəkdən qiymətləndirməməsi və valideynə düşünülmüş şəkildə yalan məlumat verməsi, qərəzli olaraq yaratdığı problemi məktəb rəhbərliyindən gizlətməsi;

2. sinif rəhbəri olduğu sinifdə şagirdlərin dərsə davamiyyətinə nəzarət etməməsi, bilərəkdən və düşünülmüş şəkildə təhsil sənədlərinə yanlış məlumatlar yazması, müvafiq qanunverici tələblərin pozulmasına yol verməsi, sinifdə şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaması, heç bir şagirdin tədris nailiyyətlərini dəstəkləməməsi, uğur və səhvlərini qeydə almaması və vaxtında kömək göstərməməsi, valideynlərlə əlaqə yaratmaması və onlara uşaqların tərbiyə olunmasında kömək göstərməməsi, ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işini təşkil etməməsi, şagirdlərin təhsil fəaliyyətləri məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınmaması və stimullaşdırılmaması, təhsil fəaliyyətinin subyektləri qismində heç bir şagirdlə və bütövlükdə siniflə fərdi və qarşılıqlı fəaliyyəti təşkil etməməsi, sənədləşmənin aparılmasında (sinif jurnalları, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, istedadlı uşaqlarla, risk qrupu şagirdlərlə) ciddi nöqsanlara yol verəsi, şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsində qüsurlara yol verməsi, əməlləri şəxsi mənafeyi naminə qərəzli olması, kobud səhvlər etməsi, şagirdlərdə tərbiyəvi, vətənpərvərlik və sağlam ideologiya formalaşdırılması üçün sinif rəhbərinin fəaliyyət sahələri üzrə heç bir nəticəyönümlü iş görməməsi, əməlləri ilə təhsilə və şagird mənafeyinə zərər vurması.

81. Məhkəmə ilk növbədə qeyd edir ki, əmrin İddiaçı yol verdiyi nöqsanların ümumiləşdirildiyi hissəsi kifayət qədər əsaslandırılmamış, İddiaçı tərəfindən konkret hansı pozuntuya və ya pozuntulara yol verilməsi göstərilməmiş, ümumi şəkildə sinif rəhbərinin vəzifələri sadalanaraq iddiaçı tərəfindən heç bir vəzifənin lazımi qaydada yerinə yetirilməməsi göstərilmişdir.

82. Məhkəmə iclasında cavabdeh 201 saylı tam orta məktəbin direktoru izahatında qeyd etmişdir ki, iddiaçıya töhmət əmrinin verilməsi üçün əsas yalnız Aytən Allahverdiyevanın qiymətləndirilməməsi yox, həmçinin əmrdə qeyd edilmiş digər nöqsanlara yol verilməsi olmuşdur və həmin əmrin verilməsi üçün əsas olan alt sənədlər vardır. Lakin məhkəmə tərəfindən təqdim edilən, töhmət əmrinin verildiyi tarixədək cavabdeh tərəfindən tərtib edilmiş (cavabdeh tərəfindən təqdim edilən materialların bir qismi əmrin verilməsindən sonrakı dövrə aiddir) iş materiallarından görünür ki, həmin nöqsanları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçının yol verdiyi nöqsanlar barədə məhkəməyə təqdim edilmiş materialların əksər hissəsi direktor müavinləri tərəfindən verilən xidməti məlumatlardan ibarətdir.

83. Cavabdeh tərəfindən həmin nöqsanların təsdiqi üçün təqdim edilən sənədlərdən biri olan Şahid1 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatda iddiaçı tərəfindən qiymətləndirmə qaydalarının pozulduğu, sinif jurnalının işlənməsində ciddi nöqsanlara yolverdiyi qeyd edilmiş, lakin konkret hansı nöqsana yol verilməsi, qiymətləndirmə qaydalarının pozuntusunun nədən ibarət olması göstərilməmiş və bu halı təsdiq edən sübutlar məhkəməyə tqədim edilməmişdir. Həmçinin həmin təqdimatdan da görünür ki, iddiaçının elmi dərəcəsi, ən yaxşı müəllim adı alması qeyd edilməklə onun 19 illik iş təcrübəsi dövründə nə açıq dərs, nə də nümunəvi dərs verməməsi, təklif etdikdə imtina etməsi, heç vaxt “ortabab müəllim” ölçüsündən yuxarı qalxmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmədə 19 illik iş təcrübəsi olan müəllimənin qiymətləndirmə qaydalarını bilməməsi, sinif jurnalının işlənməsində nöqsanlara yol verməsi, bilmirdisə, 2023-cü ilin sentyabr ayında, tədris ili yeni başladıqda intizam məsuliyyətinə cəlb edilməsi sual doğurur. Qeyd edilən pozuntular – sinif jurnalının işlənməsində yol verilən nöqsanlar, əmək funksiyalarının icrasını pozulması, qiymətləndirmə qaydalarının pozulması tədris ili başa çatmamış müəyyən edilməli olan pozuntulardır.

84. Təqdim edilən materiallardan biri Elnurə Ramazanova tərəfindən verilən xx.xx.2023, xx.xx.2023-cü il tarixli xidməti məlumatlardır ki, həmin məlumatlarda İddiaçı sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmadığı, şagirdlərin dərsə davamiyyətinə nəzarət etmədiyi, rəhbəri olduğu sinfin şagirdlərinin tədris nailiyyətlərinə nəzarət etmədiyi, onların uğur və səhvlərini qeydə almadığı və vaxtında kömək göstərmədiyi, valideynlərlə əlaqə yaratmadığı və onların uşaqlarının tərbiyə olunmasında məktəb psixoloqu, fənn müəllimləri vasitəsilə kömək göstərmədiyi, Azərbaycanın milli bayramları: əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmədiyi, C.Əskərova valideynlərlə birgə tədbirlər təşkil etmədiyi şagirdlərin ailələri ilə tanış olmadığı və ailələrlə fərdi iş təşkil etmədiyiqeyd edilmiş, lakin həmin nöqsanları təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir.

85. İddiaçı tərəfindən mülki iş materiallarına əlavə edilmiş 201 nömrəli məktəbin indiki “6d” (2022-2023-5b) sinif şagirdlərinin valideynləri (Həsənova Taleyə, Məmmədova Aynur, İmanova Səbinə, Yusifova Məsumə, Məmmədova Vüsalə, Mehrəliyeva Lamiyə, Bayramova Vüsalə, Hüseyonova Mehriban, Əhmədova Nuranə, Hüseynov Abbas, Rəhimova Çimnaz və Gənciyeva Vüsalə) tərəfindən məhkəməyə ünvanlandırıdıqları ərizədə qeyd edilmişdir ki, İddiaçı sinif rəhəbəri olaraq şagirdlərin dərsə davamiyyətinə nəzarət etmiş, hər bir şagirdin tədris nailiyyətlərini dəstəkləmiş, şagirdlərin uğur və səhvlərini qeydə alaraq vaxtında köməklik göstərmiş, mütəmadi olaraq valideynlərlə əlaqə yaratmış, valideynlərin maariflənməsini işini təşkil edərək şagirdlərin vətənpərvərlik ruhunda inkişaf etməsində əlindən gələni əsirgəməmiş və yay tətili müddətində belə valideynlərə məktəbdən verilən göstərişləri valideynlərə çatdırdırmışdır.

86. Cavabdeh 201 saylı tam orta məktəb tərəfindən verilmiş 687 nömrəli xx.xx.2023-cü il tarixli töhmət əmrindən görünür ki, iddiaçıya töhmət verilməsi əsasalarından biri onun sinif rəhbəri olduğu sinfin şagirdi Aytən Allahverdiyevanı dərslərdə iştirak etməsinə baxmayaraq bilərəkdən qiymətləndirməməsi və valideynə düşünülmüş şəkildə yalan məlumat verməsi və qərəzli olaraq yaratdığı problemi məktəb rəhbərliyindən gizlətməsidir.

Bakı şəhəri 201 saylı tam orta məktəbin 687 nömrəli xx.xx.2023-cü il tarixli “Töhmət verilməsi barədə” əmrinin İddiaçı Aytən Allahverdiyevanı bilərəkdən qiymətləndirməməsi hissəsi ilə bağlı:

87. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Aytən Allahverdiyeva 2022-ci ilin dekabr ayının sonundan 2023-cü ilin aprel ayının 26-27-dək 201 saylı tam orta məktəbdə təhsil almışdır. Həmin dövrdə ayrı-ayrı fənnlərdən 1 və ya iki kiçik summativ qiymətləndirmədə iştirak etmişdir.

88. Belə ki, həm cavabdeh tərəfindən təqdim edilmiş dərs jurnalının təsdiq edilmiş surətindən, həm 2022-2023-cü tədris ilinin illik yekunlarına dair VB sinif şagirdlərinin müvəffəqiyyət cədvəlinin surətindən, həm də cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli xidməti məlumatda qeyd olunan Aytən Allahverdiyevanın dərsə gəldiyi müddətdə qiymətləri ilə bağlı cədvəldən aydın olur ki, Aytən Allahverdiyeva 201 saylı tam orta məktəbdə təhsil aldığı müddətdə ayrı-ayrı fənnlər üzrə 1 və ya 2 KSQ-də iştirak etmişdir (37&).

89. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydaları”nın 4.5-ci bəndində nəzərədə tutulmuşdur ki, kiçik summativ qiymətləndirmə İİ-Xİ siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.

90. Həmin Qaydaların 4.15 və 4.16-cı bəndlərində nəzərdə tutulmuşdur ki, üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır. Üzrsüz səbəbdən İ və İİ yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.

91. Həmçinin həmin “Qaydalarda” kiçik və böyük summativ qiymətləndirmələr üzrə balların hesablanması qaydaları müəyyən edilmişdir.

92. Belə ki, müvafiq Qaydaların 5.2 və 5.3-cü bəndlərinə əsasən böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında və böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında hesablanır (&61-də qeyd edilən qaydada).

93. Həmçinin cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli, 8/1 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiqindən ötən müddət ərzində təhsilverənlər tərəfindən yeni yanaşmanın tətbiqi zamanı yaranan çatışmazlıqların, eyni zamanda COVİD-19 pandemiyası ilə əlaqədar təhsil prosesindəki fasilələrin öyrətmə və qiymətləndirməyə təsirinin aradan qaldırlması məqsədilə hazırlanmış “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr”ində də qeyd edilmişdir ki, kiçik summativ qiymətləndirmədə üzürsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında “0” bal, qiymət yazılan xanada “q” yazılır və yarımillik ballarınının hesablanmasında nəzərə alındığı, böyük summativ qiymətləndirmənin keçirildiyi gün üzürsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında “0” bal və qiymət yazılan xanada “q” yazılır və yarımillik balların hesablanmasında nəzərə alındığı qeyd olunmuşdur.

94. Azərbaycan Respublikası təhsil nazirinin 01 may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”ın 4-cü bəndində nəzərdə tutulmuşdur ki, ümumi təhsil müəssisələrinin İ-Vİİİ və X (Xİ)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“kafi” və daha yüksək) olduğu halda keçirilirlər.

95. Həmin Qaydaların 5 və 7-ci bəndlərində nəzərdə tutulmuşdur ki, tədris fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin başa çatmasına 3 (üç) gün qalmış müvafiq fənn müəllimləri tərəfindən şagirdin yarımillik qiymətləri əsasında müəyyən olunur. Şagird ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət almışsa, ona həmin fəndən (fənlərdən) müsbət illik qiymət çıxarıla bilməz.

96. Onuda qeyd etmək lazımdır ki, həmin “Qaydaların” 4.12-cü və 4.19-cu bəndlərinə əsasən kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür və təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə, 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə, 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə, 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə müəyyənləşdirilir.

97. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, şagirdin təhsil aldığı sinifdən yuxarı sinfə keçməsi üçün onun bütün fənlər üzrə keçirilmiş KSQ-lərdə topladığı balların ədədi ortası 30 dan yuxarı olmalıdır ki, onun qiyməti kafi olsun və yuxarı sinfə keçsin. Yəni, Aytən Allahverdiyevanın tədris olunan bütün fənlər üzrə qiyməti kafi olmalıdır ki təhsil aldığı sinifdən yuxarı sinfə keçsin.

98. Məhkəmə tərəfindən tədqiq edilən iş materiallarına (dərs jurnalının təsdiq edilmiş surəti, 2022-2023-cü tədris ilinin illik yekunlarına dair VB sinif şagirdlərinin müvəffəqiyyət cədvəlinin surəti, Şahid1 tərəfindən Cavabdeh verilmiş xx.xx.2024-cü il tarixli xidməti məlumat) əsasən müəyyən edilmişdir ki, İddiaçı sinif rəhəbəri olduğu 5b sinfinin şagirdi Aytən Allahverdiyevaya tədris olunan bir çox fənn üzrə bütün KSQ-lərdə iştirak etməmiş, nəticədə qiymətləndirilməmişdir. Məsələn sinif jurnalından görünür ki, ədəbiyyat fənni üzrə İİ yarımildə 3 KSQ keçirilmiş, lakin Aytən Allahverdiyeva birində iştirak etmiş və həmin KSQ üzrə balı 61 olmuşdur. Bu zaman yuxarıda qeyd edilən qaydalara əsasən şagirdin həmin fənn üzrə qiyməti 2 (61+0+0=20.33) olmuşdur.

99. Bu isə onu deməyə əsas verir ki, VB sinif şagirdi Aytən Allahverdiyevanı İddiaçı bilərəkdən və ya düşünülmüş şəkildə qəsdən sinifdə saxlamamışdır.

Bakı şəhəri 201 saylı tam orta məktəbin 687 nömrəli xx.xx.2023-cü il tarixli “Töhmət verilməsi barədə” əmrinin İddiaçı valideynə düşünülmüş şəkildə yalan məlumat verməsi hissəsi ilə bağlı:

100. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olmuşdur ki, əmrin verilməsinin bu əsası İddiaçı tərəfindən Aytən Allahverdiyevanın valideyninə valideyn iddiaçıya uşağı rayona aparmaq istədiyini bildirdikdə, Aytənə qiymət yazdıracağına valideyni əmin salaraq ona narahat olmadan kitabları təhvil verməklə uşağı aparmasını bildirməsi və ona uşağın yerdəyişməsi üçün online qeydiyyatdan keçmə qaydasını izah etməməsi ilə əsaslandırılmışdır.

101. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Aytən Allahverdiyevanın valideyni Şahid2 izahatında qeyd etmişdir ki, iddiaçı ilə danışdığı zaman iddiaçı ona narahat olmamağını, uşağa qiymət yazılacağını və kitabları qapıçıya verib getməsini bildirmişdir. Sonra o iddiaçı ilə danışmış və iddiaçı ona Aytən üçün əlindən gələni elədiyini, lakin qiymət yazdıra bilmədiyini bildirmişdir. Həmçinin uşağı aparırsa, apardığı rayon üzrə məktəbdə online qeydiyyatdan keçirməli olduğunu izah etmədiyini bildirmişdir.

102. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səs yazısı ilə müəyyən edilmişdir ki, İddiaçı Aytən Allahverdiyevanın valideyninə uşağı apardığı rayon üzrə məktəbdə online qeydiyyatdan keçirməli olduğunu izah etmişdir.

103. Belə olan halda məhkəmə qeyd edir ki, təsir altında və yalan ifadə verdiyi üçün Şahid2 ifadəsi mötəbər sübut qismində qəbul edilə bilməz.

104. Məhkəmə hesab edir ki, İddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş aktlar və xidməti məlumatlar iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, eləcə də hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz.

105. Məhkəmə iş materiallarına əlavə edilmiş rəylər və şahid ifadələri ilə bağlı qeyd edir ki, həmin xidməti məlumatlar və şahid ifadələrində İddiaçı əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları barədə ümumi məzmunlu izhatlar verilmiş, lakin iddiaçının konkret olaraq hansı səhflərə yol verdiyi açıq şəkildə bildirilməmiş və məhkəmə prosesi zamanı həmin hallar öz təsdiqini tapmamışdır.

106. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı barəsində verilmiş töhmət növündə intizam tənbeh tədbiri barədə əmr əsassız olduğundan, qanunvericiliyin tələblərinə əməl olunmamaqla, pozuntularla tərtib olunduğundan Bakı şəhəri 201 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmri ləğv edilməlidir.

İddia tələbinin azaldılmış dərs yükünün bərpası hissəsi :

107. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı dərs yükü azalaraq 16 saata endirilmişdir.

108. Belə ki, həm cavabdeh 201 saylı tam orta məktəbin direktor müavini Şahid1, həmçinin iddiaçının izahatına əsasən müəyyən olunmuşdur ki, iddiaçının 22 saat dərs yükü olmuşdur.

109. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatda qeyd edilmiş, həm də Şahid1 məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, iddiçının Aytən Allahverdiyevanı sinifdə saxlaması, həmçinin 3 şagirdi payıza saxlaması nəticəsində Vb sinfində şagirdlərin sayı 20-dən az olmuş, bu səbəbdən VB sinfi bağlanmış və iddiaçının dərs yükü 2 saat azalmışdır. Şahid1 qeyd etmişdir ki, sinifdə şagirdlərin sayı 20 nəfərdən az olduqda sinif bağlanır.

110. “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dövlət ümumi təhsil müəssisəsində ibtidai (İ-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

111. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına (VB sinif jurnalı, VB sinif şagirdlərinin müvəffəqiyyət cədvəli) əsasən müəyyən edilmişdir ki, VB sinfində 1 şagirdin getməsi, 3 şagirdin qiymətləndirilməməsi nəticəsində VB sinfində şagirdlərin sayı 20 nəfərdən az olmuşdur. Bu onu deməyə əsas verir ki, iddiaçının 2 saat dərs yükünün azalmasına səbəb sinifdə şagirdlərin azalması ilə əlaqədar sinfin bağlanması olmuşdur.

112. İddiaçının dərs yükünün azalmasının digər səbəbi iddiaçının sinfinin ondan alınaraq başqa müəlliməyə verilməsi olmuşdur. Yuxarıda qeyd edilən Şahid1 tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatda qeyd edilmiş “iddiaçının varisi olduğu Xç sinfindəki 4 saat dərs yükünün yenidən özünə qaytarılması” cümləsi də bunu deməyə əsas verir.

113. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh məktəb tərəfindən iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etdikdən sonra digər sinif təklif edilmiş, lakin iddiaçı öz sinfinin verilməsini istəmişdir.

114. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “08” may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə əsasən dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.

115. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq qeyd edir ki, yuxarıda qeyd edilən qaydaların tələbləri, o cümlədən İddiaçı cavabdeh 201 saylı orta məktəbin tarix müəllimləri arasında diaqnostik qiymətləndirmədə ən yaxı ikinci nəticəni göstərməsi (bunu Şahid1 də öz izahatında təsdiq etmişdir), “ən yaxşı müəllim” adı alması (xx.xx.2023-cü il tarixli xidməti məlumatda öz təsdiqni tapır) elmi dərəcəsi olması nəzərə alınmaqla, İddiaçı iddia tələbi 2 saatlıq dərs yükünün bərpa edilməsi hissəsində təmin edilməlidir.

116. Məhkəmə iddia tələbinin “bərpa edilən günədək məcburi buraxdığı 2 (iki) saat dərs yükünə görə ödənilməli əmək haqqı dəymiş ziyan qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ziyan dəyməsi, hansı məbləğdə ziyan dəyməsi ilə əlaqədar sübut təqdim edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.

İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi :

117. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

118. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

119. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

120. Həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.

121. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

122. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

123. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

124. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X40 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

125. Yuxarıda qeyd edilənləri və mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işin faktik hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki qətnamə ilə iddiaçının pozulmuş hüquqlarını bərpa edərək Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 687 nömrəli əmrinin ləğv edilməsi mənəvi zərərin ödənilməsi kimi qiymətləndirilməlidir.

Məhkəmə xərcləri :

126. İddiaçı məhkəmədən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60,00 (altmış) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

127. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

128. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

129. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə :

130. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 687 nömrəli əmri ləğv edilməli, İddiaçı azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükü bərpa edilməli və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

131. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 687 nömrəli əmri ləğv edilsin. İddiaçı azaldılmış həftəlik 2 (iki) saatlıq dərs yükü bərpa edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar