Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-498/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona dəymiş 2480 manat maddi ziyanın və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən 00:45 radələrində etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Bakı şossesinin köməkçi yolunda, yolun tam kənarında dayanan zaman KİA markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissədən onun avtomobilini vurmuş, zərbə nəticəsində avtomobilinin qabaq sağ hissəsi yolun kənarında olan dəmir boruya çırpılmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ciddi ziyan dəymiş, avtomobili yararsız hala düşmüşdür. Yol nəqliyyat hadisəsinin baş verdiyi yerə Abşeron rayon Yol Polis əməkdaşları gəlmiş, araşdırma aparılmış və Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, İXP6568086 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə İXP6568086 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sığorta şirkəti tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobillər üçün 5000 manat pul hesablanmış, həmin puldan 480 manatı isə hadisə zamanı digər zərərçəkmiş Opel markalı avtomobilə ayrılmışdır. Autouniversal Servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin qüsur aktından göründüyü kimi onun avtomobilinə ümumilikdə 7000 manat maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş 2480 manat pulu cavabdehdən tələb etsə də, o bu ziyanı ödəməkdən boyun qaçırmış, sonradan telefon zənglərinə belə cavab verməmiş, bugünki günədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş materialları :
3. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 00:45-də, Sumqayıt-Bakı şossesinin köməkçi yolu ərazisində KİA K3 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır.
4. “Autouniversal” Servis tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ilkin qüsur aktının surətindən görünür ki, 2011-ci buraxılışı olan “Hyundai” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 7000.00 manat məbləğində qiymətləndirilmişdir.
5. Abşeron RPİ DYPŞ-də Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:45-də etibarnamə ilə idarə etdiyi Kia K3 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt şossesini köməkçi yolunda Xırdalan dairəsi istiqamətində hərəkət edərkən idarəetməni itirib yolun kənarında olan Opel markalı avtomobilə dəymiş, sonra da dayanmış vəziyyətdə olan Hyundai Sonata markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurduğunu, o da zərbədən qarşı tərəfi dəmir turbaya dəydiyini bildirmişdir.
6. Abşeron RPİ DYPŞ-də X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:45-də etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Bakı şossesinin köməkçi yolunda yolun tam kənarında dayanan zaman Kia markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissədən maşını vurduğunu, zərbədən maşının qabaq sağ hissəsinin yolun kənarında olan dəmir boruya dəydiyini bildirmişdir.
7. İş materiallarına “Yol-nəqliyyat hadisəsinin sxemi”nin surəti əlavə edilmişdir.
8. BB seriyalı, 453163 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai Sonata minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur.
9. AD seriyalı, 147579 nömrəli “sürücülük vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur.
10. BA seriyalı, 350105 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “KİA K3 Sedan minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur.
11. “Sürücülük vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ayıq olmuş, alkoqol qəbul əlamətləri aşkar edilməmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ayıq olmuş, alkoqol qəbul əlamətləri aşkar edilməmişdir.
14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 4636 manat məbləğində sığorta ödənişi edilmişdir.
15. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü” üzrə "xxxx" Sığorta Şirkətində sığorta olunan **-MK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və Opel markalı, 77AK160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində 77KT980 və 77AK160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəyən zərər cəmi 7550 manat müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq 5000 manat sığorta məbləği zərərə mütənasib qaydada bölünərək “Hyundai Sonata” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər üzrə 4636 manat, 77AK160 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər üzrə isə 364 manat sığorta ödənişi hesablanmışdır.
16. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 45 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52-1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52-1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52-1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52-1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
23. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı.
İşin faktiki halı :
24. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə əsasında idarə etdiyi X1 məxsus olan və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmış **-MK-*** dövlət qeydiyyat nişanlı “Kia K3 minik” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində İddiaçı idarəetdiyi “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və nəticədə “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobilə 7000 manat və “Opel” minik markalı 77AK160 dövlət qeydiyyat nişanlı avtomobilə 550 manat zərər dəymişdir.
25. Cavabdeh Azərbaycann Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
26. Hadisə nəticəsində “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı və “Opel” minik markalı 77AK160 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin miqdarı müəyyən edilərək "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsində zərərçəkən “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 xx.xx.2024-cü il tarixində 4636 manat və “Opel” minik markalı 77AK160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsə isə 364 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmənin mövqeyi :
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, Cavabdeh idarə etdiyi “Kia K3 minik” markalı nəqliyyat vasitəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə icbari sığorta ilə sığortalandığı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 7000 manat zərərə görə 4636 manat, “Opel” minik markalı 77AK160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 550 manat zərərə görə 364 manat sığorta ödənişi edilmişdir.
29. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
30. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir.
31. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
33. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta məbləğindən artıq hissənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən Qərarda onu da vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır.
35. MM-nin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
36. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlərDelikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
39. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
40. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsinə qanuni əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik etmişdir.
41. Məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli olması, zərər vurulması, zərərin həcmi və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqə sübuta yetirildiyi üçün İddiaçı Cavabdeh pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.
42. Belə ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.
43. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, müvafiq qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini alaraq icra edilmişdir.
44. Məhkəmə iclasında tədqiq edilmiş qiymətləndirmə aktına əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus avtomobilə 7000 manat zərər dəymişdir. Müvafiq qiymətləndirmə aktı, dəymiş zərərin miqdarı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
45. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına (sığorta ödənişi aktı, xx.xx.2024-cü il tarixli qəbz) əsasən müəyyən edilmişdir ki, dəymiş zərərə görə “Hyundai Sonata minik” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 4636 manat məbləğində sığorta ödənişi edilmişdir.
46. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2480 (iki min dörd yüz səksən) manat məbləğində maddi ziyanın ödənilməsinə dair tələbi qismən təmin edilməlidir.
47. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişi hesablandığını, həmin sığorta ödənişindən isə 480 manatın isə hadisə zamanı digər zərərçəkmiş “Opel” minik markalı 77AK160 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq ödənilməsi ilə əsaslandırmışdır.
48. İş materialları əsasında isə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınaraq 5000 manat sığorta məbləği zərərə mütənasib qaydada bölünərək “Hyundai Sonata” markalı, 77KT980 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər üzrə 4636 manat, 77AK160 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər üzrə isə 364 manat sığorta ödənişi hesablanmışdır.
49. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməyən hissəsi 2364 (7000-4636) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
50. İddiaçı ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər tutulması tələbini irəli sürmüşdür.
51. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir.
52. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 43.64 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
54. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi qismində 2364 (iki min üç yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43.64 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi qismində 2364 (iki min üç yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43.64 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva