Məhkəmə qərarları › İş №2(007)-50/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-50/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-50/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 dəymiş zərərə görə 2255 manat, ziyan aktının tərtib olunması üçün ödənilmiş 200 manat, dövlət rüsumu olaraq ödənilmiş 100 manat, ümumilikdə vurulmuş zərərin əvəzi olaraq 2555 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayon, Türkan- Hövsan yolunda yerləşən min bir xırdavat mağazasının müdrü olan cavabdeh X4 xx.xx.2022-ci il tarixdə evinin təmiri üçün müraciət edib. Həmin vaxt Elnur Süleymanova 2255 manat pul verərək, 5 m3 beton (400 marka) və nasos sifariş edib. Elnur etdiyi sifarişi təmin edib. Çox keçməmiş beton hər yerdə çatlayıb və sallanmağa başlayıb. Mütəxəssisləri çağırıb, işlərinə görə pul verib və məlum olub ki, beton 200 marka və cəmi 3 m3-dir. 6-7 sm qalınlığında balkonun altlığı 40 kv.m, 5 m3 ola bilməz. Bu betonu ona satan mağazaya üz tutub, beton maşının sürücüsünün telefon nömrəsini veriblər. Elnur (055) 393-69-14) da öz növbəsində zavodun ona bu qədər beton verdiyini deyib. Zavodla əlaqə saxlayıb (Şahin-***-***-**-**), bu məsələ ilə məşğul olacaqlarını deyiblər. Amma 2022-ci ilin aprelindən oktyabr ayına kimi ona cavab verməyiblər. Sonra deyiblər ki, bəlkə sürücü ona məxsus olan betonu satıb, əvəzində başqasını (aşağı marka) gətirib. Yenidən sürücüyə üz tutub, sürücü isə ona verilənləri gətirdiyini deyib. İş o yerə çatıb ki, zavod direktoru son sözlərlə onu təhqir edib, buna həmin vaxt onun yanında işləyən ustalarda şahid olublar. Sonra armaturdan strukturu yığan ustaları günahlandırmağa başlayıb. Ona daha aşağı keyfiyyətli (85x5m3 = 425 azn + 180 azn nasos) betonun daha ucuz qiymətə satılmasında özləri günahkar olsalar da, özlərini ağardıb düzəltməyə hər cür cəhd göstəriblər. Amma o, ekspertizaya üz tutub nəticələri göstərəndən sonra deyiblər ki, ona ancaq beton və nasos verəcəklər, amma bundan əlavə onların ucbatından əlavə xərc olan 2255 manat da ödəməlidirlər. Onun digər xərcləri və itkiləri, necə deyərlər, onlara dəxli yoxdur, baxmayaraq ki, bütün bunlar onların günahı ucbatından baş verib. O, böyük miqdarda pulunu və qiymətli vaxtını itirib və bütün bunların ödənilməsini tələb etmək hüququ var. Beton zavodunun direktoru bütün günahı özündən atır və ona deyir ki, get hardan almısan (yəni mağazadan) tələb et. Onun sözlərinə görə, o, böyük adamdır və böyük insanların qohumudur və onun üçün heç bir qanun yoxdur. O, yenidən bu betonu aldığı mağazaya üz tutub və satıcının özü də bu vəziyyətdən çox üzülüb və zavodda bunu edəcəklərini gözləmirdi. Satıcı çox layiqli insandır, müəyyən müddət ondan müxtəlif materiallar alıb və onunla heç bir problemi olmayıb. Hazırki iddia ərizəsinə əlavə etdiyi, ziyan aktından da görünür ki, cavabdehin törətdiyi əməli nəticəsində ona ümumilikdə 2555 manat maddi ziyan təşkil edir. Dəfələrlə cavabdehdən dəymiş maddi ziyanın ödənilməsini tələb etməyinə baxmayaraq, o hələ dəona dəyən maddi ziyanı ödəməyib. Buna görə də, məcburiyyət qarşısında qalıb ona dəymiş maddi ziyanın cavabdehdən alınması tələbi barədə məhkəməyə müraciət etməli olub. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh siyahısından çıxarılmasını, Cavabdeh qismində cəlb olunmasını, iddianın təmin olunmasını, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, Məişət malları İB-nın təşəbbüs B/Y-nin yanında ona məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun ümumi dəyəri olan 705 manat, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun lazım olan 2490 manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 200 manat məbləğin və ödədiyi 54 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X6 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını, qiyabi qətnamə qəbul edilməsini, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli hazırlıq əqnaməsindən görünür ki, “Keyfiyyət” şirkətinin 2022ci ilin noyabr ayında İddiaçı Abrikovaya texniki kömək göstərilib. Beton möhkəmliyinin dağıtmayan üsulla yoxlanılmasının ümumi dəyəri 200 manatdır. - Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı X1 barəsində qeyd etdiyi məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9196 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y- nın yanında İddiaçı məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsinin (40,0 kv.m) armaturla toxunaraq üzərinə 0,1 m (10 sm) qalınlıqda beton töküldüyü, tökülmüş beton təbəqənin bəzi hissələrinin uçub töküldüyü, bəzi hissələrində isə ovulmaların olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y-nın yanında İddiaçı məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 705 manat məbləğində, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün tələb olunan məbləğin (usta haqqı (xidmət haqqı)) mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təribən 2490 manat məbləğində olduğu müəyyən edilmişdir. - Məhkəməyə iddiaçı tərəfindən fotoşəkillər və 1 ədəd disk daşıyıcı təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh tikinti materialları almış və həmin materialları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y-nın yanında yerləşən fərdi yaşayış evinin tikintisində istifadə etmişdir. Lakin iddiaçı sonradan aldığı materialların qüsurlu olduğunu aşkar etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən adıçəkilən ünvanda İddiaçı məxsus fərdi yaşayış evindən görülən təmir işlərinin, evin təmirinə (betonun vurulmasına, dağıdılmasına və yenidən vurulmasına) sərf edilmiş məbləğ bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil etməsini, təmir işləri zamanı materialların daşınma xərci və usta haqqı (xidmət haqqı) 2022-2023-cü ci illər üzrə hansı məbləğdə olmasının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsinin (40,0 kv.m) armaturla toxunaraq üzərinə 0,1 m (10 sm) qalınlıqda beton töküldüyü, tökülmüş beton təbəqənin bəzi hissələrinin uçub töküldüyü, bəzi hissələrində isə ovulmaların olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y-nın yanında İddiaçı məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 705 manat məbləğində, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün tələb olunan məbləğin (usta haqqı (xidmət haqqı)) mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təribən 2490 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini sübut növlərindən biri kimi qiymətləndirərək hesab edir ki, iddiaçının ünvanında görülən tikinti işlərində yaranmış qüsurlar cavabdeh tərəfindən iddiyaçıya qüsurlu malların satılması nəticəsində əmələ gəlmişdir. Bu səbəbdən iddiaçı hazırkı vaxtadək çəkdiyi və gələcəkdə çəkəcəyi xərcləri cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y-nın yanında yerləşən fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla çəkilən xərcin əvəzi kimi 705 manat, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün tələb olunan məbləğ kimi 2490 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 54 manat dövlət rüsumu və mütəxəssis rəyinin tərtibi üçün 200 manat haqq ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9196 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, mütəxəssis rəyinin tərtibi üçün haqq cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 21, 52, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, məişət malları İB-nin təşəbbüs B/Y-nın yanında yerləşən fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla çəkilən xərcin əvəzi kimi 705 manat, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün tələb olunan məbləğ kimi 2490 manat məbləğində pul, mütəxəssis rəyinin tərtibi üçün ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat məbləğində tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X5, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar