Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-502/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 (mərhum), Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еtmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, o, əvvəllər cavabdehlərin mərhum anasına borc vermişdir. O, əvvəllər həmin şəxsləri məhkəməyə vermiş, lakin sonra onları bağışlamışdır. Cavabdehlər isə onun pulunu qaytarmamışlar. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o, qeyd olunan 3200 manat borclarının olmasını qəbul edir. Belə ki, mərhum anası iddiaçıdan həmin pulu götürmüşdür. Lakin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, artıq bununla bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-45/2023 saylı qətnaməsi mövcuddur. İddiaçı eyni əsasla təkrarən məhkəməyə müraciət etmişdir. İcraata verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizənin məhkəməyə çıxarılması məsələsi müzakirə edilərkən müəyyən olundu ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(007)-45/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3200 manat pulun tutularaq ona verilməsi barədə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, həmin qətnamə qüvvəyə mindikdən sonra yaranmış yeni əsas olmadan və belə əsasa istinad etmədən İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3200 manat pulun alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin həmin tələbləri iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş AA212620 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3200 manat pulun alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, xitam verilsin. İşin icraatına xitam verildiyi üçün eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi İddiaçı izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-502/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-502/2024
29.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver