Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-506/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, mülkiyyətində olan “ Range Rover” markalı 90-KE- 574 dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün 2014cü il tarixdə X1 və Fuad adlı şəxsə vermişdir. Lakin həmin şəxslər ona məxsus avtomobili girov qoyub faizə pul götürüblər. Xüsusi ilə məhkəmənin nəzərinə çatdırır ki,avtomobilə aid heç bir sənədi, həmçinin satışı həyata keçirmək üçün etibarnaməni onlara verməmişdir.Belə ki, X2 faizə pul götürmək üçün avtomobili Cavabdeh girov verib.Lakin Cavabdeh avtomobili həyətində saxlayaraq ona qaytarmayıb. Bir müddət sonra Cavabdeh onu çağıraraq həyətdəki avtomobili təhvil vermək istəyib. Lakin o, avtomobili götürməyə gedərkən avtomobilin tamamilə yararsız vəziyyətə salındığını görmüşdür. Onun detalları zədələnmiş, tamamilə istifadəyə yarasız vəziyyətə salınmışdır. Daha sonra Cavabdeh ona məxsus avtomobili razılığı olmadan başqa şəxsə satıb. Xüsusi ilə qeyd etməlidir ki, Firuz və Fuad adlı şəxs Cavabdeh faizə götürdükləri pulu tam ödəyiblər. Buna baxmayaraq cavabdeh ona məxsus avtomobili yararsız hala salmaqla yanaşı sataraq gəlir əldə edib.Yuxarıda qeyd olunanları təsdiq edən sübutlar cinayət işi materiallarında mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan göründüyü kimi həqiqətən də ona məxsus “Rover” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Firuz Qəhrəmanov tərəfindən ələ keçirildiyi öz təsdiqini tapır. Belə ki, qərarda öz əksini tapmasa da, cinayət işi materiallarında tərəflərin və həmçinin cabadehin izahatı ilə avtomobilin Xətirə Məmmədova tərəfindən satıldığı,ona 12.700 ABŞ dolları məbləğində ziyan vurulduğu öz təsdiqini tapır.Buna görə də, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən tam ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh ona vurulmuş maddi ziyana görə 12.700 ABŞ dolları pul tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Xətai rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi,polis mayoru X3 “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qəbul etdiyi 28 aprel 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ona məxsus “Range Rover” markalı 90-KE- 574 dövlət qeydiyyat nişanlı avtomobilin X2 tərəfindən etibarından sui-istifadə etməklə onu aldadaraq girov qoyub faizə pul götürməsi ilə əlaqədar Xətai rayon prokurorluğuna etdiyi şikayət əsasında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq zamanı müəyyən olunmuşdur ki,X2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə faktiki olaraq İddiaçı məxsus olan 2001-ci il buraxılışlı “Range Rover” markalı 90-KE- 574 dövlət qeydiyyat nişanlı avtomobili 9960.61 manat bərabər olan 12700 ABŞ dollarına alacağına dair yalan vəd verib aldatmaqla 17 iyul 2014-cü il tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərmiş BMW Servis avtomobil təmiri məntəqəsində həmin avtomobili İddiaçı razılığı ilə götürüb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdar hesab edilən 9960.61 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Aparılan araşdırma zamanı Cavabdeh nə təqsirləndirilən şəxs qismində,nə də şahid qismində işə cəlb olunaraq dindirilməmişdir. Qeyd olunan qərara əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinə xitam verilmişdir. Mübahisəli avtomobillə bağlı iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə,şifahi və ya yazılı razılaşma mövcud deyil. İddiaçı, Cavabdeh qarşı bu cür iddia qaldırmasını onunla izah edir ki, cavabdeh maşını öz həyətində saxlayaraq faizə pul vermiş, sonradan həmin avtomobil onun həyətindən götürülərkən onun yararsız vəziyyətdə olması aşkar edilmişdir. Lakin işin bu halını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.Hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.İddiaçının məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-506/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-506/2023
17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver