Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-513/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzər əsas borc qismində 3180 manat, cərimə borcu qismində 1590 manat, cəmi 4770 manat borcun və ödənilmiş dövlət rüsümunun əvəzi qismində 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, onunla Cavabdeh2 arasında bağlanmış 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 3480 (üç min dörd yüz səksən) manat məbləğində kredit üsulu ilə hər ay 290 manat ödəməklə cavabdehə Samsung Televizoru (model:UE55NU7100U) və LG televizoru (model:55UK6450PLC) satılmışdır. Bundan əlavə, Cavabdeh1 ilə aralarında bağlanmış 23.04.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs, Cavabdeh2 23 aprel 2019-cu il tarixdə bağlanmış 038 saylı alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirilməsinədək onunla birlikdə Alışanov məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh2 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehin 3180 manat əsas borcu və 1590 manat cərimə borcu olmaqla üzrə cəmi 4770 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdəhlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması, Cavabdeh2 və Cavabdeh1 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsinə əsasən 3180 manat əsas borcun, 1590 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 aprel 2019-cu il tarixli 038 saylı alqısatqı müqaviləsindən görünür ki, cavabdehə 12 ay müddətinə ödəmək şərti ilə 3480 (üç min dörd yüz səksən) manat məbləğində kredit üsulu ilə hər ay 290 manat ödəməklə Samsung Televizoru (model:UE55NU7100U) və LG televizoru (model:55UK6450PLC) satılmışdır. Zaminlik müqaviləsindən görünür ki, ƏliyevXəyyam Hacı oğlu 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətinə hər ay 290 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 23 aprel 2019-cu il tarixli 038 saylı alqısatqı müqaviləsi üzrə 3180 manat əsas,1590 mant cərimə borcu vardır. borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Bildirişdən görünür ki, borc qaytarılmacağı cavabdehlərə qarşı iddia qaldırılacağı barədə onlar xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 aprel 2019cu il tarixli 038 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 3480 (üç min dörd yüz səksən) manat məbləğində kredit üsulu ilə hər ay 290 manat ödəməklə cavabdehə Samsung Televizoru (model:UE55NU7100U) və LG televizoru (model:55UK6450PLC) satılmışdır. Kreditin qaytarılmasının təminatı məqsədi ilə Cavabdeh1 ilə aralarında bağlanmış 23.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2 müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Digər Cavabdeh2 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyi icra etməmişdir. Hal-hazırda Cavabdeh2 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsi üzrə 3180 manat əsas, 1590 mant cərimə borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 23 aprel 2019-cu il tarixli 038 saylı alqı-satqı müqaviləsinə əsasən 3180 manat əsas borc, 1590 manat cərimə, cəmi 4770 manat pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-513/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-513/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver