Məhkəmə qərarları › İş №2(007)-513/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-513/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-513/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə qeydiyyata düşməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25.06.2006-cı ildə adət-ənənə ilə toy edərək Cavabdeh1 evinə- ünvan 2-ya gəlin köçürülmüşdür. Birinci oğlu dünyaya gəldikdən sonra 19.08.2008-ci ildə rəsmi nikaha girmişlər. Onların bu evlilikdən 2 övladı- 05.09.2007ci il təvəllüdlü X7 və 30.08 2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Həyat yoldaşı Cavabdeh1 onu gəlin gəldiyi, yaşadıqları qeyd olunan mənzilə qeydiyyata salmaq istədiyi halda qaynı Cavabdeh2 buna icazə vermir. Dəfələrlə bu barədə söhbətlər olsa da onun mənzilə qeydiyyata salınmağına razılıq verməyəcəyini bildirib. Qeyd olunan mənzil 083281 №li Order 26.09.1969-cu il tarixdə qayınatası X3 verilmişdir. Qayınatası rəhmətə getdikdən sonra 2512.2000-ci il tarixli 25 №li Qərar ilə həyat yoldaşı Cavabdeh1 adına keçmişdir. O, 2006-cı ildə gəlin gəldiyi gündən ailəliklə onların daimi ıstifadələrindədir. O qeyd etmişdir ki, gəlin gəldiyi gündən bir dəfə də olsun qaynı Cavabdeh2 göstərilən ünvanda, yəni yaşadığı evdə görməmişdir. O, 1987-cı ildə ailə həyatı qurmuş və 1992-cı ildə ailəsi ilə birlikdə bu mənzildən köçmüşdür. Həmin vaxtdan da Cavabdeh2 ailə qurub köçməsi ilə əlaqədar qeyd olunan mənzili birdəfəlik daimi olaraq tərk etmiş və öz ailəsi ilə birlikdə özlərinə məxsus yaşayış məntəqəsində (sahəsində) yaşayır. Ailə qurub mənzildən getdikdən sonra cavabdeh bir gün belə olsun sözügedən mənzildə yaşamamışdır. Lakin buna baxmayaraq Cavabdeh2 onun mənzilə qeydiyyata düşməyinə razılıq vermir. Buna görə də o, cavabdehə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, o, Cavabdeh1 ilə ailə qurduğu vaxtdan həmin evdə yaşayır. 16 ildir evlidir və orada yaşayır. Həyat yoldaşı Cavabdeh1 onu həmin evə qeydiyyata salmaq istəsə də qaynı cavabdeh X4 buna icazə vermir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, ev onun evidir, amma çıxarışı yoxdur, həyat yoldaşı İddiaçı qıznın ora qeydiyyata düşməsinə qardaşı narazılıq edir. Polisə müraciət etmişlər, polis qeydiyyata salmamış, onlara məhkəməyə müraciət etmələri bildirmişdirlər. Asan xidmət cavabdehlərin razılığı olmağını demişdirlər. Qardaşının özünün 2 evi var, 30 ildir başqa evdə yaşayır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ № 433251 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 19.08.2008-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 557 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağabəyov, arvada Ağabəyova soyadı verilmişdir. - AZ-İİİ 226502 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05.09.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. AZ-İİİ 201671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30.08 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. - 25.12.2000-ci il tarixli, 25 nömrəli “şəxsi hesabın dəyişdirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzilin şəxsi hesabının Cavabdeh1 adına dəyişdirilməsi qərara alınmışdır. - 121 saylı MKİS-nin 18.11.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yaşayır və onunla birlikdə həmin ünvanda , İddiaçı, X5 və X7 qeydiyyatdadırlar. - Qonşular tərəfindən tərtib edilmiş aktdan görünür ki, X4 1987-ci ildə ailə həyatı qurmuş, 1993-cü ildə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzildən köçüb getmişdir və həmin vaxtdan orada yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 25.06.2006-cı il tarixdə ünvan 2-ya gəlin köçürülmüşdür. O, Cavabdeh1 ilə 19.08.2008-ci ildə rəsmi nikaha girmişdir. Onların bu evlilikdən 2 övladı- 05.09.2007-ci il təvəllüdlü X7 və 30.08 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. 25.12.2000-ci il tarixli, 25 nömrəli Qərar ilə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzili həyat yoldaşı Cavabdeh1 adına keçmişdir. O, 2006-cı ildə gəlin gəldiyi gündən ailəliklə onların daimi ıstifadələrindədir. X4 1987-ci ildə ailə həyatı qurmuş, 1993-cü ildə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzildən köçüb getmişdir və həmin vaxtdan orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri iddiaçının mübahisəli mənzilə köçdüyü 2006-cı il tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.10.2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Belə ki, iş materiallarında olan 25.12.2000-ci il tarixli, 25 nömrəli Qərar ilə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzil Cavabdeh1 adına keçmişdir. Göründü kimi, mülki iş üzrə Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisidir və o, iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına və qeydiyyata düşməsinə razıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı 2006-cı ildə gəlin gəldiyi gündən ailəlikcə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzil onların daimi ıstifadələrindədir. X4 1987-ci ildə ailə həyatı qurmuş, 1993-cü ildə Bakı şəhəri, Nizamı rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzildən köçüb getmişdir və həmin vaxtdan orada yaşamır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və X1 ailə üzvü, Cavabdeh1 həyat yoldaşı 15 ildən artıq müddətdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 16, 46 saylı mənzildə yaşayan şəxs, vətəndaş kimi həmin mənzildən istifadə hüququna malikdir. Ona görə də, onun mənzildən istifadə hüququ tanınmalıdır. Həmçinin məhkəmə iddiaçının yaşayış yeri üzrə mübahisəli mənzilə qeydiyyata alınması tələbinə dair qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alınma yalnız qanunvericiliyn tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nurı̇ yev küçəsı̇ ndə yerləşən 16 sayli evı̇ n 46 sayli mənzı̇ lı̇ nə ı̇ stı̇ fadə hüququ tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nurı̇ yev küçəsı̇ ndə yerləşən 16 sayli evı̇ n 46 sayli mənzı̇ lı̇ nə ı̇ stı̇ fadə hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar