Məhkəmə qərarları › İş №2(007)-52/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-52/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-52/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 və Cavabdeh1iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan “Dəmirbank" ASC-in xeyrinə 6680.34 ABŞ dolları əsas, 5712.60 ABŞ dolları faiz, 26.49 ABŞ dolları cərimə burcu olmaqla, cəmi 12419.43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 aprel 2014-cü il tarixli 68135749 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 29 %-lə 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit götürmüşdür. 08.05.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 12752.27 ABŞ dolları təşkil edir və müddəti 08.05.2022-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 04.04.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Tərəflər arasında bağlanmış kredt müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməlidir. Həmin müqavilənin 6.1.1ci bəndində qeyd edilmişdir ki, borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, kreditor verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borclandan tələb edə bilər. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərər görə AR-nın qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 04.04.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 24 sentyabr 2018-ci il tarixinədək cavabdehlərin ləğv prosesində olan banka 6680.34 ABŞ dolları əsas. 5712.60 ABŞ dolları faiz. 26.49 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12419.43 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyirdi, lakin sonradan yaranan maddi problemləelə bağlı ödənişləri edə bilməmişdir. Hamçinin tələb olunan məbləğlə razı deyil, hesab edir ki, qeyd olunan məbləğlər şişirdilmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 29 faizlə, 24 ay müddətinə 12 700 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 08 may 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 12752.27 ABŞ dolları təşkil edir və müddəti 08.05.2022-ci il tarixədək təyin edilir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 08 may 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh2 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi və 08 may 2017-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 23 oktyabr 2018-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı ASC-nin 16 yanvar 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7605.04 ABŞ dolları əsas, 1507.95 ABŞ dolları faiz, 0.00 ABŞ dolları cərimə olmaqla, cəmi 9112.99 ABŞ doları məbləğində borcu vardır. - İddiaçı ASC-nin 26 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 6680.34 ABŞ dolları əsas, 5712.60 ABŞ dolları faiz, 26.49 ABŞ dolları cərimə olmaqla, cəmi 12419.43 ABŞ doları məbləğində borcu vardır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 sentyabr 2019-cu il tarixli 13810 nömrəli rəyindən görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6680.34 ABŞ dolları, faiz borcu üzrə 5712.6 ABŞ dolları təşkil edir. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2020-ci il tarixli 970 nömrəli rəyindən görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 7453.85 ABŞ dolları, faiz borcu üzrə 4207.66 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 29 faizlə, 24 ay müddətinə 12 700 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 08 may 2017-ci il tarixli Əlavə Sazişə əsasən, kreditin qalıq məbləği 12752.27 ABŞ dolları təşkil edir və müddəti 08.05.2022-ci il tarixədək təyin edilir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 08 may 2017-ci il tarixli Əlavə Sazişə əsasən, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun həmçinin, digər Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə 08 may 2017-ci il tarixli Əlavə Saziş üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh3 ilə zaminlik müqavilə bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərdən 04 aprel 2014-cü il tarixli Kredit müqaviləsi üzrə 6680.34 ABŞ dolları əsas, 5712.60 ABŞ dolları faiz borcu tələb edilsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6680.34 ABŞ dolları, faiz borcu üzrə 5712.6 ABŞ dolları təşkil edir. Bundan başqa iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 7453.85 ABŞ dolları, faiz borcu üzrə 4207.66 ABŞ dolları təşkil edir. Belə olan halda, məhkəmə təkrar keçirilmiş ekspertiza rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, təkrar ekspertiza rəyi ilə əsas borc qismində 7453.85 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən əsas borc qismində iddia tələbi həcmində - 6680.34 ABŞ dolları borc tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6680,34 ABŞ doları əsas borc, 4207,66 ABŞ dolları faiz borcu, 26,49 ABŞ dolları cərimə borcu olmalqa, ümumilikdə 10 914,49 ABŞ dolları qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkə qeyd edir ki, Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 350,0 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6680,34 ABŞ doları əsas borc, 4207,66 ABŞ dolları faiz borcu, 26,49 ABŞ dolları cərimə borcu olmalqa, ümumilikdə 10 914,49 ABŞ dolları qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 350,0 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ**********00********) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar