Məhkəmə qərarları › İş №2(007)-524/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-524/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-524/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər DƏDRX-in 1 saylı Ərazi İdarəsi və 32 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, DƏDRX-in 1 saylı Ərazi İdarəsi və 32 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 32 saylı Notaria Kontorunda aralarında bağlanan 20 may 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 66 saylı evin 61 saylı mənzil onun xüsusi mülkiyyətində olmuş və həmin mənzilini satmaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq müxtəlif ev alqı-satqısı saytlarına elan vermiş, ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Bundan bir müddət sonra "xxxx" MMC-nin icracı direktoru Cavabdeh yanında sürücü işləyən oğlu ona zəng vurub bildirdi ki, Cavabdeh həmin mənzili almaq niyyətindədir. Cavabdeh gəlib mənzilə baxıb bəyənmiş və həmin mənzilin alqı saqi qiymətini 75.000 manat məbləğində razılaşmışlar. O, Cavabdeh bildirmişdir ki, mənzilini satıb əldə edəcəyi pul vəsaiti hesabına torpaq sahəsi alıb oğluna fərdi yaşayış evi tikdirmək niyyətindədir. Cavabdeh isə tikinti şirkətinin olduğunu bi dirmiş və ünvan 1 ünvanında yerləşən 253 kv/m sahəsi olan mənzili öz tikinti şirkəti tərəfindən oğluna fərdi yaşayış evi tikdirməyi təklif etdi. Bunudan sonra “Podratçı” adlanan "xxxx" MMC-nin icracı direktoru Cavabdeh ilə aralarında 13 may 2014cü i tarixdə Podrat müqaviləsi bağlanıldı. Müqaviləyə əsasən Podratçı Sifarişci-nin ünvan 2 ünvanında yerləşən 253 kv m sahəsi olan mənzili, həmin müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən təmir və quraşdırma işlərinin siyahısına əsasən daxili işlənməsi üzrə kompleks işlərin müəyyən edilmiş müddət ərzində gürülməsini öhdəsinə götürür, ”sifarişci” isə görülən işləri qəbul etməyi və razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə Cavabdeh ilə aralaırnda 20.05.2014-cü il tarixdə AN- İ ******* nömrəli alqı-satqı müqaviləsi imzalandı ki, həmin alqı-satqı zamanı cavabdeh Banka cəmi 20.000 manat pul qoydu. “Podratıçı” adlanan ’’NV-LYUKS TİKİNTİ TƏMİR” şirkətinin İcraçı direktoru Cavabdeh və aktı tərtib edərək həmin müqavilə imzalandıqdan sonra bu müqavilənin 8.1 bəndində və xüsusi şərtlərində göstərilən ərlə əlavə olaraq, tərəfindən müqavilədə nəzərdə tutulan ümumi dəyərinin ilkin ödənişi olaraq 20 faiz miqdarı olan 20000 (iyirmi min) manat məbləği ödəmişdir. Digər hissəsi olan 85 000 manat məbləği “Sifarişçi” tərəfindən təmir başlayan tarixindən etibarən 48 ay ərzində ayda 1771 (min yeddi yüz yetmiş bir) manat ödənilməsini razılaşdırdılar. Beləlliklə mənzilin qiyməti kimi 75000 manata satmağa razılaşdıq. Aralarında olan razılaşmaya əsasən cavabdeh 12000 manat pulu ona verib evini girovdan azad etməli, 12000 manat isə onun adına ünvan 2ndə 3 sot torpaq almalı, alqı-satqı zamanı isə 20000 manat ona pul ödəməli idi. O, isə 20 000 manat pul verməklə 48 ay ərzində 1771 manat ödəməli idin. Lakin aralarında olan razılıq onun 20000 manat ödədiyi və cavabdehin ona 24800 manat ödədiyi hissədə icra edilsə də qalan hissədə icra edilmədi. Beləliklə mübahisəli alqı-satqı müqaviləyə görə mənzilin dəyəri kimi ona ödənməli olan 75000 manat tam şəkildə ödənmədi və cavabdeh əldə edilmiş razılığa riayət etmədi. Həmin alqı-satqı isə tam etibarsız əqddən başqa bir şey deyil. Aramızda olan razılaşmaya əsasən alınmış həmin torpaq sahəsində ona öz şirkəti hesabına ev tikməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Bununla da cavabdeh onu maddi ziyana məruz qoymuşdur. Dəfələrlə cavabdehdən mənzilinin təmir olunması üçün verdiyi pulunu tələb etsə də o, müxtəlif bəhanələr gətirirək pulu ödəməkdən yayınmışdır. Mübahisəli mənzilin özü və sənədləri də məhz həmin dövrdən ondan olduğundan və həmin alqı-satqının formal xarakter daşıdığından həmin alqı- satqının etibarsızlığı barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Üçüncü şəxslər DƏDRX-in 1 saylı Ərazi İdarəsi və 32 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına səlahiyyətli nümayəndələrini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 185.5-ci maddəsinə əsasən işə cavabdein və 3-cü şəxsin hlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 32 saylı Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 20 may 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 66 saylı evin 61 saylı mənzil 20.000,00 manata Cavabdeh satılmışdır. İş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seryalı ******* saylı 13.06.2014-cü il tarixli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 66 saylı evin 61 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən qd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-cimaddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 66 saylı evin 61 saylı mənzil Cavabdeh satılmışdır. Həmin mənzilə dair Cavabdeh adına mülkiyətə dair çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanılsa da və ona görə cavabdeh tərəfindən müəyyən olunmuş məbləğin müəyyən bir hissəsi ödənilsə də tərəflər artıq həmin müqavilənin icrasında maraqlı deyillər hər iki tərəf müqavilə üzrə verdiklərini və aldıqlarını digər tərəfə qaytarmağa razıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 32 saylı Notariat Kontorunda Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 66 saylı evin 61 saylı mənzilə dair bağlanmış 20 may 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Həmin mənzilə dair cavabdehin adına mülkiyyətə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və 32 saylı Notariat Kontoruna qarşı Cavabdeh ilə aralarında bağlanmış 20 may 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə iddiası təmin edilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılsın. Həmin mənzilə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv olunsun. İddiaçıdan 24.000,00 (iyirmi dörd min) manat alınaraq Cavabdeh verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar