Məhkəmə qərarları › İş №2(007)-525/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-525/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-525/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış 28.08.2019-cu il tarixli FN-00016-00/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 2799.85 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və borc öhdəliklərini yerinə yetirməmişdir.Borcluya dəfələrlə şifahi telefon bağlantısı ilə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmə əmələ gəlmişdir.Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Cavabdehin kredit müqaviləsi üzrə 04.09.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 2640.55 manat əsas borcu,443.78 manat faiz borcu və 165.66 manat dəbbə pulu,cəmi 3249.99 manat borcu vardır. Qeyd olunanlara əsasən Cavabdeh 28.08.2019-cu il tarixli FN-00016-00/19A saylı kredit müqaviləsinə əsasən 3249.99 manat kredit borcunun,30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmiş, rəsmi teleqramla məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmuşdur. İş materiallarında olan: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış 28.08.2019-cu il tarixli FN-00016-00/19A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 2799.85 manat kredit verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 04.09.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 2640.55 manat əsas borcu,443.78 manat faiz borcu və 165.66 manat dəbbə pulu,cəmi 3249.99 manat borcu vardır. 09.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ,0.40 manat bank xidmət haqqı ödəmişdirr. Bildirişdən görünür ki, bank tərəfindən X2 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış kredit məbləğini cavabdehə versə də,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.04.09.2020-ci il tarixinə cavabdehin ödənilməmiş 2640.55 manat əsas borcu,443.78 manat faiz borcu qalmışdır.Qeyd olunanlara əsasən məhkəmə əsas borc və faiz borcu hissəsində iddia tələbini əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 28.08.2019-cu il tarixli FN-00016-00/19A saylı kredit müqaviləsi üzrə 165.66 manat dəbbə pulunun tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 165.66 manat manat məbləğində dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, X1, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2640.55 manat əsas borc,443.78 manat faiz borcu və 10 manat dəbbə pulu,cəmi 3094.33 manat tutulmalıdıt.Qalan hissədə iddia təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2640.55 manat əsas borc,443.78 manat faiz borcu və 10 manat dəbbə pulu,cəmi 3094.33 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar