Məhkəmə qərarları › İş №2(007)-527/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-527/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-527/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMM Q̇BKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3054.58 USD, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görs 0.00 USD olmaqla, cəmi 3054.58 (üç min əlli dörd dollar, əlli səkkiz sent) USD və həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 12.000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 937 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 qzı zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfləri olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsi 30.03.2016-cı il tarixli **********2420 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 7885.58 USD, faiz 0,00 USD, cərimə 0,00 USD müəyyən edilmişdir. Beləliklə, 01 sentyabr 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən 30.03.2016-cı il tarixli **********2420 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3054.58 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 3054.58 (üç min əlli dörd dollar, əlli səkkiz sent) USD təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor "xxxx" MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iddiaçı “FİNCA Azerbaijan" MMM QBKT-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, son ödəniş cavabdehlər tərəfindən 2019-cu ilin fevral ayında olmuşdur. İş üzrə keçirilmiş ekspert rəyinə etirazlarının olmamasını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməməsini, borc məbləği ilə razı olmamasını, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 24% faiz dərəcəsi olmaqla 15 ay müddətinə 12.000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfləri olmuş və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. - 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsi 30.03.2016-cı il tarixli **********2420 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 7885.58 USD, faiz 0,00 USD, cərimə 0,00 USD müəyyən edilmişdir. Həmin müqavilə yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır; - 08 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMM QBKT tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMM QBKT-nin 01 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.03.2016-cı il tarixli **********2420 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3054.58 USD əsas, faiz borcu üzrə 0.00 USD, cərimə borcuna görə 0.00 USD olmaqla cəmi 3054.58 (üç min əlli dörd dollar, əlli səkkiz sent) USD məbləğində borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsi üzrə 16.11.2020-ci il tarixinə əsas borc üzrə 3.026,23 ABŞ dolları məbləğində, faiz borc üzrə isə 617,95 **********2420 saylı kredit müqaviləsi üzrə 16.11.2020-ci il tarixinə əsas borc üzrə 3.026,23 ABŞ məbləğində borc təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2015-ci il tarixli, **********2420 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 15 ay müddətinə, 24% faiz dərəcəsi 12000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 qzı zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfləri olmuşdur, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh1 "xxxx" MMM QBKT ilə bağladığı 29.07.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh1 ilə yanaşı, zaminlər Cavabdeh3 və Cavabdeh2 da tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, “FİNCA Azerbaijan" MMM QBKT ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi 29.07.2015-ci il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni “FİNCA Azerbaijan" MMM QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi 29.07.2015-ci il tarixdə 15 ay müddətinə bağlanmışdır. Həmin kredit müqaviləsinin 8-ci bəndinə əsasən həmin Müqavilənin 1.1-ci bəndi ilə nəzərdə tutulmuş vaxt, yəni “29” oktyabr 2016-cı il tarixli borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti “29” oktyabr 2016-cı il tarixdə başa çatmalı idi. “FİNCA Azerbaijan" MMM QBKT ilə borcalan Cavabdeh1 arasında 30.03.2016-cı il tarixdə 29.07.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi restrukturizasiya edilməsinə dair saziş imzalanmışdır. Qalan 7885,58 ABŞ dollarının 19 ay müddətinə tamamilə ödənilməsinə dair razılığa gəlinmişdir. Həmin saziş və həmin sazişə əlavə edilən ödəniş qrafiki zaminlər tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə 15.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 04 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və həmin cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, "xxxx" MMM QBKTnin xeyrinə 29.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3054.58 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 140 manat Hüseynova Mayı̇ sə İskəndər qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüseynova Mayı̇ sə İskəndər qızından "xxxx" MMM QBKT-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi tarixə dolların manata məzənnəsi nəzərə alınmaqla 3026,23 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 140 manat Hüseynova Mayı̇ sə İskəndər qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar