Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-536/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Mirzəyevin sədrliyi X3 Qurbanovun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə Bakı şəhərində 06 may 2021-ci il tarixdə İddiaçı ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Reyhan Nadir qızı iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X5 arasında bağlanan 12.05.2017-ci il tarixli, 348-12.05.2017-SM0071 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 20 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 2430 manat məbdəğində kredit verilib. Cavabdeh X5 29.04.2018-ci il tarixdə vəfat edib. 4 saylı Bakı Asan Xidməti Mərkəzinin notaoriat ofisinin 08.08.2020-ci il tarixli 912 saylı məktubu ilə müəyyən edilib ki, mərhum X2 adına vərəsəlik işi açılıb və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Bank tərəfindən təqdim olunan 27.08.2020-ci il tarixli maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə Banka ödənilməyən 621.57 manat əsas borcu olmaqla, cəmi 621.57 manat borcu qalıb. Cavabdeh mərhum X1 qalan miras qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməyib. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməyib. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia tələbi təmin olunsun və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 621.57 manat kredit borcu,30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunsun. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, mərhum anası bankdan kredit götürmüşdür, o, vəfat etdikdən sonra sığorta şirkəti tərəfindən ödəniş edilmişdir, lakin bank borcu silməmişdir.Ona görə də xahiş edir ki,iddia tələbi təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X5 arasında bağlanan 12.05.2017-ci il tarixli, 348-12.05.2017-SM0071 nömrəli kredit müqaviləsindən görünür ki,Bank tərəfindən cavabdehə 20 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 2430 manat məbdəğində kredit verilib. Maliyyə arayışından görünür ki,cavabdehin banka 621.57 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X5 arasında 12.05.2017-ci il tarixli, 348-12.05.2017-SM0071 nömrəli kredit müqaviləsi bağlanmış, Bank tərəfindən mərhum X4 20 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 2430 manat məbdəğində kredit verilmişdir. X5 29.04.2018-ci il tarixdə vəfat etmiş və onun oğlu hazırki iş üzrə Cavabdeh mirası qəbul etmişdir. Hal-hazırda həmin müqavilə üzrə 621.57 manat borc qalığı mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh 621.57 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulması İddiaçı ASC-nin xeyrinə tutulsun. . Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-536/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-536/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver