Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-54/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami Rayon Mənzil X5 12 saylı MKİS cəlb edilməklə “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1000 (min) manat dəymiş maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 1030 (min otuz) manatın tutulması və ödənilməsi və mənzildə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi öhdəliyinin cavabdeh X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və həmin qeydiyyat əsasında daşınmaz əmlak ona məxsusdur. Cavabdeh X7 qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 86, 35 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzilə köçən gündən o, problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdeh özünəməxsus olan mənzilin şaxtasından yaşadığı sahə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 1000 (min min) manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdehin qeyri-qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir. İddiaçı 29 aprel 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin 06 may 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh X7 əsl Cavabdeh ilə əvəz olunmuşdur. Cavabdeh vəkili-nümayəndəsi Vəkil yazılı çıxış verərək iddi tələbinin təmin edilməməsini xahiş etmiş və çıxışı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında keçirilən ekspertiza zamanı ekspert su sızmasının texniki səbəbləri barədə verilən suala cavab verə bilməmişdir. Mənzildə təmir işləri hazırkı cavabdedən daha əvvəl aparıldığından cavabdehin ümumiyyətlə mənzilin nə vaxt kim tərəfindən təmir edildiyindən də məlumatı yoxdur. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh dəvət etdiyi usta tərəfindən ona məxsus mənzildə həm şaxtada, həm sanitar qovşağda olan bütün kanalizasiya xətləri və birləşmələri və su xətlərinin üstü açılmışdır. Müşahidə nəticəsində binanın ümumi şaquli istiqamətdə olan boruların mənzildə olan hissəsindəki birləşmələrində olan rezin birləşmə yerlərində nəzərdə tutulan rezinlərin olmadığı müəyyən edilmişdir. Baxmayaraq ki ekspert suyun axmasının texniki səbəblərini müəyyən edə bilməmişdir, ehtimal var ki, suyun sızması şaxtada şaquli istiqamətdə binanın ümumi kanalizasiya borusunun mənzildən keçən hissəsindəndir. Yuxarı mərtəbələrdən həmin boru vasitəsi ilə suyun axıdılması zamanı həmin birləşmə hissələrindən döşəmə panelə tökülərək nəmləndirməyə səbəb olduğunu ehimal edirlər. Sanitar qovşaqda yerləşən mənzilə məxsus qalan su və kanalizasiya birləşmələrində heç bir su sızması müəyyən olunamışdır. Binanın ümumi şaquli su və kanalizasiya xətlərində baş verən nasazlıqlara görə mənzil mülkiyyətçisinin heç bir məsuliyyəti yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, rəyə etiraz etmir, cavabdehlər aralarında barışıq yoxdur. Cavabdeh qonşu mənzildə yaşayır. Onun 10 ildir ki, müraciət etmədiyi orqan qalmamışdır. O, dəfələrlə gedib bu barədə məlumat vermişdir. Neçə illərdir ki, o, suyun axma səbəbinin cavabdehin evində olduğunu demiş, lakin cavabdeh həmin şaxtanı açıb təmir etdirməmiş və onun evini bərbad vəziyyətə gətirmişlər. O, borc alıb evini təmir etdirmiş, 1000 manat maddi ziyanı hələ az tələb edir və həmin maddi ziyanla bağlı heç bir güzəşt etmir. O, həmçinin bildirdi ki, şaxtada kanalizasiya xətləri bir-birinə çatmadığına görə su axırdı, şaxta açıldı və məlum oldu ki, su elə ordan axır. Həmin yer ustalar tərəfindən açılanda o orada olmuş, açan kimi kanalizasiya xətlərinin bir-birinə çatmadığı görünmüşdür. Cavabdeh həmin yerin şaxtasının kanalizasiya xətlərini əvvəllər özü dəyişmiş, lakin əlavə etdikləri borunu düzgün əlavə edə bilməmişdir. Hazırda kanalizasiya xətləri dəyşdirildiyi üçün axıdılan suyun qarşısı alınmış. Ona görə də evinə su axmır. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil yazılı çıxışın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, həmin bina köhnə binadır, bina 1958-ci ildə tikilmişdir və problem ümumi şaxtada olan problemdir. Yəni ümumi şaxtada olan problem cavabdehin mənzilinin hissəsinə düşür. Cavabdeh ümumi binanın şaxtasına cavabdeh deyildir. Həmin yerdə kanalizasiya xətləri arasında rezin qoyulmadığına görə su axması baş vermişdir. Orada ekspert suyun axma səbəbini texniki cəhətdən yaza bilməmişdir. Orada şaxtada kanalizasiya xətləri arasında rezin olmadığına görə su axması baş vermişdir. Şaxtada qoyulan kanalizasiya xətləri bina tikilən vaxt qoyulan kanalizasiya xətləridir. Cavabdeh orada şaxtanın kanalizasiya xətləri düzəltməli deyildir. Cavabdeh öz evini 2010-ci ildə təmir etdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X6 xx.xx.2022-ci il tarixdə verdiyi ekspert rəyində ziddiyyətlərlə bağlı yaranmış sualların izah edilməsi və həmin ziddiyyətlərin aradan qaldırılması üçün cavabdehin vəkilinümayəndəsinin yazılı vəsatəti əsasında dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əvəllər mütəxəssisi olmuş və məhkəmədə şahid qismində ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, cavabdehlə heç bir münasibəti yoxdur, onların şirkətinə müraciət edilmiş və onların iştirakı etmələri bildirilmişdir. Birinci dəfə binaya gedəndə borular görünməmiş, söküləndən sonra birləşmə yerlərinin qısa olduğu, 2-3 hissədə birləşmə kipləşdirici rezinlərin olmadığını görmüşdür. Həmin boru bina inşa olunan vaxtı qoyulan boru olmuşdur. Borunun rəngi yadında deyil, amma həmin boru plastik olmuşdur. Şaquli istiqamətdə yığılan stok düzgün qoyulmamışdır. Üfüqini dəyişmək olsa da, şaqulini yığmaq mümkün deyil. Bu məsələdə ev sahibinin heç bir günahı yoxdur. O ev kimin balansındadırsa, həmin şəxs gəlib nəzarət etməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, evlə bağlı çıxarışları mövcuddur. Bina köhnədir və o da həmin binaya köçdüyü zaman sanuzeldən onun evinə su axıdılmışdır. Ümumi sistemdə problem vardır, şaxtadan dayanmadan su axır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 86, 19 saylı mənzilə həmin evin Cavabdeh məxsus olan 35 saylı mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin sanitar qovşağı və yaşayış otağının bir divarı yararsız vəziyyətə düşmüşdür. Bu hal ilə bağlı 12 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilərək imzalanmışdır. Həmin aktda qeyd olunmuşdur ki, baxış zamanı məlum oldu ki, həmin binanın 3-cü mərətəbəsində yerləşən, 35 saylı mənzilin sanitar qovşağından su axma nəticəsində, İddiaçı oğlunun 2-ci mərtəbədə yerləşən 19 saylı mənzilinin sanitar qovşağı və yaşayış otağının bir divarı yararsız vəziyyətə düşmüşdür. İddiaçı dediyinə görə, 35 saylı mənzildə yaşayanlara dəfələrlə müraciət etməsinə baxmayaraq indiyədək heç bir müsbət nəticə olmamışdır. Cavabdeh iddiaçının mənzilinə vurulmuş maddi ziyanı ona ödəməmişdir. Məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ekspertinin xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsi ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 86, 19 saylı mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin 12 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatların nəzərə alaraq, 19 saylı mənzilə 35 saylı mənzildən su sızması baş verdiyi, 19 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etməyin mümkün olmadığı, lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 19 saylı mənzilə su sızması 35 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 35 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi, tədqiq olunan 19 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməsi bərp işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1592 manat məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə cavabdeh tərəfindən onun məsuliyyətdən azad olmağı, iddiaçının mənzilinə axıdılmış suyun ümumi şaxtadan olduğu, həmin yerdən suyun axmasına cavabdehin nəzarət etməli olmaması, ekspertin suyun axma səbəbini texniki cəhətdən aydınlaşdıra bilməməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Hazırki halda iş materiallarına əlavə edilmiş sübutlar əsasında idiaçının mənzilinə dəymiş zərərin cavabdehin mənzilindən su sızma nəticəsində baş verməsi müəyyən edilmişdir. Ekspert tərəfindən kanalizasiya xətlərinin gizli şəkildə olduğu üçün su sızmanın texniki səbəbinin konkret olaraq rəydə qeyd edilməməsi nəticə etibarı ilə iddiaçıya dəyən zərərin cavabdehin mənzilindən su sızma nəticəsində baş verməsini istisna etmir. Qeyd olunmalıdır ki, yalnız iddia ərizəsinə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən kanalizasiya xətlərinin təmiri ilə bağlı tədbirlər görüldükdən sonra iddiaçının mənzilinə su sızma aradan qaldırılmış, bunun əksinə olaraq cavabdeh tərəfindən həmin zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində əmələ gəlməsi isə sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci və 1111.2-ci maddələrinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilinin sanitar qovşağı və yaşayış otağının bir divarı yararsız vəziyyətə düşməsi və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı X9 dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən iddiaçının iddia tələbində qeyd olunan məbləğ nəzərə alınmalı, Cavabdeh vurulmuş maddi zərərə görə 1000 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi bu hissədəəsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənzildə axıdılan suyun qarşısının alınması üçün su borularının dəyişdirilməsi, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, hazırda iddiaçının da bildirdiyi kimi iddia tələbinin bu hissəsində qeyd olunan hallar aradan qalxdığı üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 1000 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumilikdə 1030 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə əlavə olaraq hesab edir ki, məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 1000 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumilikdə 1030 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texnikası ekspertizalarına sərf olunmuş 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************, Adı: X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-54/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-54/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver