Məhkəmə qərarları › İş №2(007)-552/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-552/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-552/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh3 ilə aralarında bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yerləşən bazarın yanında 1000 manat borc pul vermişdir. Cavabdeh3 həmin borcu 30 gün müddətinə qaytaracağını öhdəsinə götürsədə müxtəlif bəhanələr borc aldığı pulu ödəməkdən yayınır. Ona olan borcunu 30 gün müddətinə qaytaracağı barədə özünə aid olan şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa səhifəsində əlyazma ilə qeyd aparıb. Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 yanında Cavabdeh3 zəmanəti və onun vasitəsi ilə Bakı şəhəri Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yerləşən bazarın yanında 1000 manat borc pul vermişdir. Cavabdeh2 həmin borcun qaytaracağını öhdəsinə götürsə də, bu günədək müxtəlif bəhanələrlə borc aldığı pulu ödəməkdən yayınır.Ondan aldığı borc barədə özünə aid olan şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa səhifəsində əlyazma ilə qeyd aparmışdır. Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yanında, Cavabdeh3 zəmanəti və onun vasitəsi ilə Bakı şəhəri Nizami Rayonunun 8-cikilometr qəsəbəsində yerləşən bazarın yanında 1000 manat borc vermişdir. Cavabeh Cavabdeh1 həmin borcu 20 gün müddətində qaytaracağını öhdəsinə götürsə də, bu günədək müxtəlif bəhanələrlə borc aldığı pulu ödəməkdən yayınır. Ona olan borcunu 20 gün müddətinə qaytaracağı barədə özünə aid olan şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa səhifəsində əlyazma ilə qeyd aparıb. Cavabdehlərin ondan borc pul alıb qaytarmamaları haqqında ərizə ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəsinə şikayət ünvanlamişdır Onun ərizəsi əsasında 24-cü Polis Bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məndən borc pul almalarını qismən etiraf ediblər və bu barədə Polis Bölməsində izahat veriblər.O,cavabdehlərin həmin izahatda qeyd etdiklərini nəzərə alaraq əvvəlki tələbini azaldır və Cavabdeh1 300 manat, Cavabdeh2 1150 manat, Cavabdeh3 isə 190 manat pulun olınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı şikayəti əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü Bölməsində aparılan araşdırma zamanı cavabdehlərin verdikləri izahatlardan görünür ki, Cavabdeh1 İddiaçı 300 manat, Cavabdeh2 1150 manat, Cavabdeh3 isə 190 manat borcunun olduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər İşin hallarından görünür ki, iddiaçı cavabdehlərlə şifahi borc müqaviləsi bağlamış və onların hər birinə müəyyən məbləğdə borc vernişdir.İddiaçının hazırda cavabdehlərdən ayrı-ayrılıqda tələb etdiyi borc məbləğini cavbdehlər iddiaçının şikayəti üzrə aparılmış təhqiqat araşdırması zamanı etiraf etmişlər. Ona görə də iddia təmin olunmalı, Cavabdeh1 300 manat, Cavabdeh2 1150 manat, Cavabdeh3 isə 190 manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 300 manat, Cavabdeh2 1150 manat, Cavabdeh3 isə 190 manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar