Məhkəmə qərarları › İş №2(007)-555/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-555/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-555/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin bağlanması və s.” tələbinə dair ilkin, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı idda ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin bağlanması və s.” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 üzərinə 02 avqust 2019-cu il tarixdə, Bakı şəhəri, 19 saylı Notariat Ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərini dərhal, qeyd-şərtsiz icra edilməsi öhdəliyin qoyulması, fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılıb naturada təhvil verilməsi, fərdi yaşayış evinin müvafiq mülkiyyət sənədlərinin təqdim edilməsi və alqı-satqı müqaviləsinin bağlanması, vurulmuş maddi ziyana görə cavabdeh-Cavabdeh4 5000 (beş min) manat, mənəvi ziyana görə isə 50 000 (əlli min) manat məbləğində pul tutularaq ona ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 İsa oğlu, Cavabdeh2 İsa oğlu və Cavabdeh3, azyaşlı uşaqlar-X4 və X3 fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanına olan istifadə hüquqlarına xitam verilmələri barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh4 arasında 02 avqust 2019-cu il tarixdə, Bakı şəhəri, 19 saylı Notariat Ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanda yerləşən, ümumi sahəsi 260.7 kv.m. olan fərdi yaşayış evin və fərdi yaşayış evin torpaq sahəsini 200 000 (iki yüz min) manat müqabilində ona satmışdır. O cümlədən, göstərilən fərdi yaşayış evində daimi pasport qeydiyyatında olan yetkinlik yaşına çatan şəxslər-Cavabdeh1 İsa oğlu, Cavabdeh2 İsa oğlu və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin satılmasına və ya istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmədikləri barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri vermişlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh4 2 ay müddətində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışı alıb təqdim etməli, eləcə fərdi evi və torpaq sahəsini naturada ona təhvil verilməsini də həyata keçirməli idi. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən tərəflər öz istəyi ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin tarixini 02 oktyabr 2019-cu il tarixində müəyyən edirlər. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflərdən biri bu ilkin müqavilədə göstərilmiş alqı-satqısına dair ösas Müqavilənin bağlanmasından yayındıqda, o vicdanlı tərəfə vurduğu ziyanı ödəməlidir. Müqavilənin yuxarıda qeyd edilən şərtlərinin heç birini bu günə qədər cavabdeh tərəfindən yerinə yetirməmişdir. Müxtəlif bəhanələrlə vaxtı uzadaraq, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. Dəfələrlə özünə və ailə üzvlərinə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmişdir. Bütün bunlara baxmayaraq, birtərəfli qaydada müqavilə şərtlərini icra etməkdən imtina edir. Beləliklə, evi vaxtında boşaldılıb ona naturada təhvil verilmədiyi üçün, məcburi olaraq kirayədə qalır və buna görə xeyli miqdarda maddi ziyana düşmüşdür. Eləcə, tərəf öhdəliyi vaxtında icra etmədiyi üçün ağır sarsıntı, əsəb keçirməkdədir, bu hal özünün və ailə üzvlərinin sağlamlığına ağır zərər vurmuşdur. İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh4 arasında 02 avqust 2019-cu il tarixdə Bakı şəhəri, 19 saylı Notariat Ofisində reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 "xxxx" MMC-nin Bakı şəhərində inşa etdiyi binaların üzlük (fasad) işlərinin görülməsi ilə bağlı aralarında 24 aprel 2018-ci il tarixdə 5 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilədə görüləcək işlərin sahəsi 5000 kv.m göstərilsə də PİLOT İNŞAAT- A MMC tərəfindən inşa etdiyi binalarda görüləcək işlərin ümumi sahəsinin 42000 kv.m olduğunu və sonradan 37000 kv.m sahə ilə bağlı görüləcək işlərə görə xidmət müqaviləsinin bağlanılacağı vəd edilmişdir. Həmin işlərin görülməsi ilə bağlı gələcəkdə mal-material alınması üçün "xxxx" MMC tərəfindən inşa edilmiş binadan oğlu Cavabdeh1 müqavilə ilə 3 mənzil verilmiş, həmin mənzilləri isə Təyyar müqavilədə göstərilmiş məbləğdən ucuz qiymətə sataraq puluna "xxxx" MMC-nin sifariş etdiyi işlərlə bağlı mal-material alaraq gördüyü işləri ilə bağlı istifadə etmişdir. Lakin sonradan "xxxx" MMC tərəfindən inşa edilmiş binalarda görülməli olan 37000 kv.m işlərlə bağlı Cavabdeh1 müqavilə bağlanmamışdır. Bundan sonra "xxxx" MMC oğlu Cavabdeh1 gördüyü işlərlə bağlı ödədiyi puları və pul müqabilində verdiyi mənzilləri geri istəməyə başlamış və mənzil almış şəxslərlə Təyyarın arasında narahatçılıqlar yaşanmışdır. Cavabdeh1 "xxxx" MMC-nin inşa etdiyi binalarda görüləcək işlərin ümumi sahəsinin 42000 kv.m olduğunu və sonradan 37000 kv.m sahə ilə bağlı görüləcək işlərə görə onunla xidmət müqaviləsinin bağlanacağını güman edərək qiymətləri az göstərdiyini, 5000 kv.m. də gördüyü işlərdə ziyan etdiyini, sonrakı işlərdən xeyir götürəcəyini güman edərək xidmət müqaviləsinin bağladığını "xxxx" MMC-nin rəhbərliyinə bildirsə də onlar Təyyara ödədiyi pullarını tələb etməyə başlamışlar. O, oğlu Cavabdeh1la birlikdə borcun məbləğini dəqləşdirmək üçün "xxxx" MMC-nin rəhbəri Valeh müəllim ilə bir neçə dəfə görüşsələr də, borcun 228000 manat olduğunu və Cavabdeh1 tərəfindən həmin borcu qısa müddətdə ödəyəcəyi ilə bağlı yazılı öhdəlik götürməsini tələb etmişlər. Oğlu Cavabdeh1 da işgüzar nüfuzuna xələl gətirilməməsi və satmış olduğu mənzillərin alıcıları ilə aralarında problemlərinin yaranmaması üçün "xxxx" MMC-yə 228 000 manat borcunun olması və həmin pulu dəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 hesablamalarına əsasən onun "xxxx" MMC-yə olan borcu 71500 manat olmuşdur. Bundan sonra "xxxx" MMC tərəfindən oğluna edilən təzyiqlər nəticəsində o, məcbur olub oğlu Təyyarın "xxxx" MMC-yə 228 000 manat borcunun olması və həmin pulu ödəyəcəyi barədə götürdüyü öhdəliyinə xitam verlməsi şərti ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin və torpaq sahəsinin "xxxx" MMC-nin rəhbəri Valeh müəllimin oğlu İddiaçı ilə aralarında ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Lakin həmin müqavilədə evin dəyəri 200 000 manat qeyd edilsə də faktiki dəyəri 350000-400000 manat olmuş və ona hər hansı bir məbləğdə pul ödənilməmişdir. Həmin pullar Valeh müəllimin oğlu İddiaçı tərəfindən banka təhvil verilmiş və o da həmin pulları bankdan götürərək elə oradaca İddiaçı vermişdir. Lakin "xxxx" MMC tərəfindən oğlu Cavabdeh1 göndərilmiş 12 sentyabr 2019-cu il tarixli, 449 saylı "xxxx" məktubundan görünür ki, oğlu Təyyarın PİLOT İNŞAAT-A MMC-yə 228000 manat borcunun olması və həmin pulu ödəyəcəyi barədə götürdüyü öhdəliyinə xitam verilməmiş və 3 gün müddətində hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. O, "xxxx" MMC-nin rəhbərliyinin və orada işləyən şəxslərin dediyinə görə onların dövlət orqanlarında yüksək vəzifə tutan qohumlarının olmasından və onların adlarından istifadə edərək ona və ailə üzvlərinə yarada biləcəkləri problemlərdən qorxaraq ona heç bir məbləğ verilmədən ilkin alqı-satqı müqaviləsinin bağlanılmasına məcbur olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi X2 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddia tələbininin təmin olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilkin iddianı qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar "xxxx" MMC-də fasad işini görmək üçün ilkin olaraq 5000 kv.m iş üçün müqavilə üzrə, 42 000 kv.m şifahi olaraq nəzərdə tutulmuşdur, ona görədə, 5000 kv.m. üçün müqavilə bağlayıb işə başlamışlar. Lakin 5000 kv.m işi gördükdən sonra Valeh müəllim işi dayandırmışdır. O, işə başlayanda nəzərdə tutumuşdur ki, ümumilikdə yeddi binanın fasad işini aparacaqdır. Ona görə də, iş dayanmaması üçün gördüyü işin əvəzi olaraq verilən mənzilləri dəyər dəyməz satıb işi davam etdirmiş, lakin iş anidən dayandığı üçün bəlli bir borc üzərində qalmışdır. Onun 228 000 manay yox, 71500 manat borcu vardır. 71 000 manata görə mənzilini girov qiymuşdur. Evi sənədləşdirib satmaq istəmiş, lakin sənəd ala bilməmişdir. Ona görə də, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi X6 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Göstərdiklərinin nəzərə alınmasını və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünavnında yerləşən yaşayış evinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflər öhdəliklər götürmüşdür. Müqavilənin 21.1-ci bəndi ilə əmlakın satış qiyməti 200 000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh4 müqavilə bağlandığı gündən 2 ay müddətində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanında yerləşən yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışı alıb təqdim etməli, eləcə fərdi evi və torpaq sahəsini İddiaçı təhvil verməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən tərəflər öz istəyi ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin tarixini 02 oktyabr 2019-cu il tarixində müəyyən edirlər. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflərdən biri bu ilkin müqavilədə göstərilmiş alqı-satqısına dair əsas Müqavilənin bağlanmasından yayındıqda, o vicdanlı tərəfə vurduğu ziyanı ödəməlidir. Həmin müqavilə üzrə ödənilməli olan 200 000 manat məbləğində vəsait Cavabdeh4 xüsusi depozit hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2saylı xüsusi əyinatlı MKTB-nin 25 saylı MKİS tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli, 399 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin sahibi Cavabdeh4dur. Onunla birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan 01 avqust 2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin satılmasına və ya istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etməmişlər. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2-1(82)-3304/2019 nömrəli Qərarından görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddisının təmin edilməməsi qərara alınmşdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh4 02 avqust 2019-cu il tarixldə ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən, Cavabdeh4 müqavilə bağlandığı gündən 2 ay müddətində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanında yerləşən yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışı alıb təqdim etməli, eləcə fərdi evi və torpaq sahəsini İddiaçı təhvil verməlidir. Müqaviləyə əsasən, əmlakın satış qiyməti 200 000 manat müəyyən olunmuşdur. Hazırda İddiaçı alqı-satqı müqaviləsinin bağlanması və s. tələbinə dair ilkin, Cavabdeh4 isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq ilkin iddia tələbinin “Cavabdeh4 üzərinə 02 avqust 2019-cu il tarixdə, Bakı şəhəri, 19 saylı Notariat Ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərini dərhal, qeyd-şərtsiz icra edilməsi öhdəliyin qoyulması, fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılıb naturada təhvil verilməsi, fərdi yaşayış evinin müvafiq mülkiyyət sənədlərinin təqdim edilməsi və alqı-satqı müqaviləsinin bağlanması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Yuxarıda qeyd olunan maddi normaların məzmunundan görünür ki, ilkin müqavilə bağayan tərəflər, həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İş materiallarında olan, İddiaçı ilə Cavabdeh4 arsında bağlanmış 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh4 müqavilə bağlandığı gündən 2 ay müddətində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanında yerləşən yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışı alıb təqdim etməsini, eləcə fərdi evi və torpaq sahəsini İddiaçı təhvil verməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, əmlakın satış qiyməti 200 000 manat müəyyən olunmuşdur. İddiaçı isə müqavilə üzrə əmlakın satış qiyməti 200 000 manatı Cavabdeh4 ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə İddiaçı 02 avqust 2019-cu il tarixli ilkin alqı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş və müqavilə üzrə ödənilməli olan 200 000 manat məbləğində vəsaiti Cavabdeh4 xüsusi depozit hesabına köçürmüşdür. Lakin ilkin iddia üzrə Cavabdeh4 sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməli, X7 üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə ilkin iddia tələbinin “vurulmuş maddi ziyana görə cavabdeh-Cavabdeh4 5000 (beş min) manat tutularaq ona verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilkin İddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə ilkin iddia tələbinin “mənəvi ziyana görə isə 50 000 (əlli min) manat məbləğində pul tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ. müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə bununla bağlı qeyd edir ki, ilkin iddia üzrə İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia ərizəsinin “fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılıb naturada təhvil verilməsi, fərdi yaşayış evinin müvafiq mülkiyyət sənədlərinin təqdim edilməsi və alqı-satqı müqaviləsinin bağlanması, cavabdehlər Cavabdeh4, Cavabdeh1 İsa oğlu, Cavabdeh2 İsa oğlu və Cavabdeh3, azyaşlı uşaqlar-X4 və X3 fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, ev 25/1 A ünvanına olan istifadə hüquqlarına xitam verilmələri” hissəsini əsassız sayaraq qeyd edir ki, 02 avqust 2019-cu il tarixli ilkin alqı satqı müqaviləsində Cavabdeh4 üzərinə belə bir öhdəlik götürməmişdir. Ona görə də ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh4 arasında 02 avqust 2019-cu il tarixdə Bakı şəhəri, 19 saylı Notariat Ofisində reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Qeyd edilənlərlə müəyyən olundu ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh4 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hazırkı halda müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh4 arasında 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, depozit hesabları, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 02 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, 02 avqust 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, X7 üzərinə 02 avqust 2019cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, X7 İddiaçı qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin torpaq sahəsinə dair İddiaçı ilə X8 arasında 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia iddia tələbi qismən təmin edilsin. X7 üzərinə 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin şərtlərinin icra edilməsi öhdəliyi qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. X7 İddiaçı qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin torpaq sahəsinə dair İddiaçı ilə X8 arasında 02 avqust 2019-cu il tarixli, Bakı şəhəri 19 saylı Notariat ofisində, reyestrdə 3M-833 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar