Məhkəmə qərarları › İş №2(007)-557/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-557/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-557/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4180.68 (dörd min yüz səksən manat 68 qəpik) manat əsas, 374.72 (üç yüz yetmiş dörd manat 72 qəpik) manat faiz, 2917.40 (iki min doqquz yüz on yeddi manat 40 qəpik) manat cərimə, 598.56 (beç yöz doxsan səkkiz manat 56 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərman verilmişdir, həmin Fərmanın 5.1-ci bəndində, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Mərkəzi Banka; 6.1-ci bəndində Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi; 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri banklara tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin qeyd edilən əsaslarla baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 07 fevarl 2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, cavabdehin bu kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 8.6cı bəndinin, habelə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.1-ci bəndinin tələblərinə cavab verdiyindən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə daxil edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu (4180,68 manat) restrukturizasiya olunması təklif olunan kreditlərə aid edilmişdir. Lakin əsas kredit borcunun restrukturizasiya olunması ilə bağlı iddiaçının cavabdehə müraciət etməsi, bu zaman cavabdehin əsas kredit borcunun restrukturizasiya olunmasından imtina etməsi müəyyən edilməmişdir. Eyni zamanda, bu məsələnin həlli imkanı da itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin 25 may 06.12.2013-cü il tarixli 3047 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas kredit məbləğinin restrukturizasiya olunması təklifi ilə Cavabdeh müraciət etməsini (pretenziya qaydasına riayət edilməsini) təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlər isə, məhkəmənin iş üzrə yekun nəticəyə gəlməsinə, borcun məbləğini müəyyən etməsinə, məhkəmə aktı formasında qətnamə qəbul etməsinə mane olur, eləcə də ümumiyyətlə həmin tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxılmasını müəyyən etmək mümkün olmur, ona görə məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərməsi məqsədi ilə verilmişdir. Başqa sözlə, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən, həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 06 dekabr 2013-cü il tarixli 3047 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu məbləğinin restrukturizasiya olunması təklifi ilə Cavabdeh müraciət etdikdən sonra onun imtinasını aldığı təqdirdə həmin kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun tutulması tələbi ilə məhkəmədə yenidən iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar