Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-563/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və X2 4350 (dörd min üç yüz əlli) manat məbləğinəd pulun, iddia ərizəsinin tərtib edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 90 (doxsan) manat rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 63,50 (altmış üç manat əlli qəpik) dövlət rüsumunun, ümumilikdə 4503,50 (dörd min beş yüz üç manat əlli qəpik) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə “iddia tələbinin həcminin azaldılmasına” dair ərizə ilə məhkəyə müraciət edərək, 4000 manat pulun, iddia ərizəsinin tərtib edilməsi üçün hüquqi yardıma görə ödədiyi 90 manat məbləğin, 60 manat ödədiyi dövlət rüsumunun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və X3 cavabdehlər sıyahısından çıxarılmasını xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X10 cavabdehlər sıyahısından çıxarılmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 torpaq sahələrinin alqısatqısı ilə məşğul olan şəxs kimi tanıyıb və tikintiyə icazə ala biləcəyini bildirərək, qanuni sənədlər düzəldə biləcəyini vəd edib. Bununla bağlı aralarında razılıq olub və xx.xx.2024cü il tarixdə Qaradağ rayonu, Lökbatam qəsəbəsi, 1-ci massiv ünvanında yerləşən ona məxsus torpaq sahəsinin yaxınlığında 4000 (dörd min) manat verib. Həmin pulu götürdükdən sonra, X9 da həmin pulun verilməsində iştirak edib və birlikdə Qaradağ rayon İcra Hakimiyyətindən torpağa sərəncam ala biləcəklərini deyərək gediblər. Daha sonra, ona Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı adından 28 sentyabr 2000-ci il tarixli 921 saylı sərəncamın surətini verərək, guya X4 adına Lökbatan qəsəbəsi ərazisində 600 kv.metr torpaq sahəsinin ayrılması və həmin sərəncam əsasında torpağı öz adına, daha sonra mənim adıma rəsmiləşdirəcəyini vəd ediblər. Bunun üçün əlavə olaraq 1500 manat pulun tələb olunduğunu bildirdikdə, o, tikinti başa çatdıqdan sonra sərəncamın onun adına rəsmiləşdirilərsə, 1500 manat ödəyəcəyini bildirib. Daha sonra müxtəlif vaxtlarda 150 manat və 200 manat olmaqla, ümumilikdə 4350 manat pul verib. Daha sonra, sərəncamın əslini tələb etdikdə, sərəncamı kompyuterdə çap edərək, əslini ona təqdim edəcəklərini bildiriblər. Bu zaman o, həmin sərəncamın saxta olduğunu, əslində X4 adına hər hansı sərəncam verilmədiyini, başqa sərəncamın üzərində öz ad və soyadını yazmaqla ona saxta sənəd verdiklərini başa düşüb. Bundan sonra pulunu dəfələrlə geri tələb etməyinə baxmayaraq, ona məxsus 4350 manat pulu qaytarmaqdan imtina ediblər. X4 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edilməsi üçün Qaradağ rayon Prokurorluğuna, Qaradağ rayon Polis İdarəsinə müraciət etsə də, müraciəti əsasında Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin təhqiqatçısı X7 07 oktyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmin qərardan Qaradağ rayon Prokuroruna şikayət versə də, nəticəsi olmayıb. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
İş materialları:
5. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. Mədaxil orderlərindən görünür ki, hüquqi xidmət göstərilməsi üçün İddiaçı tərəfindən Bakı şəhəri 29 saylı Vəkil Bürosunun hesabına xx.xx.2024-cü il tarixdə ümumilikdə 90 manat dövlət rüsumu ödənilmişdir.
7. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 64 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları:
8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh X8 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X11 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 4000 manat məbləği İddiaçı qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
İşin faktiki halı:
13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsinin alınması üçün Cavabdeh 4000 manat məbləğində pul verilib, lakin alqı-satqı baş tutmadığından, iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarılması barədə ona müraciət etmiş, ödəniş edilməyib. Hazırda iddiaçı həmin pulu və məhkəmə xərclərini cavabdehdən tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
Nəticə:
16. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
17. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ona hüquqi xidmət göstərilməsi üçün ümumilikdə 90 manat dövlət rüsumu və ərizəsinin verilməsi üçün 64 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı tələbə münasibətdə (4000 manat) 60 manat dövlət rüsumunün ödənilməsi tələb olunur.
19. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumunun 60 manatı cavabdehə aid edilməli, hüquqi xidmət haqqı üçün ödənilmiş 90 manatı cavabdehə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul, ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 90 (doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva