Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-575/2020 03.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X3katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dairmülkiişəaçıqməhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh 3740 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş 110 manatın İddiaçı xeyrinə tuulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2019-cu il il tarixdə, saat 16:55 radələrində onun idarə etdiyi “Mersedes” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Cavabdeh tərəfindən idarə olunan “BMW” markalı, ** MR *** dövlət qeydiyat nişanlı avtomobillə toqquşmuşdur. Bu hadisə nəticəsində ona 8740 (səkkiz min yeddi yüz qırx) manat ziyan dəymişdir. Bu barədə fiziki şəxs X6 məxsus servis xidmətinin 08.10. 2019-cu il tarixli aktı da vardır. Lakin siğorta tərəfində ona 5000 manat ödənilmişdir. Hadisə Cavabdeh günahı nəticəsindən baş vermişdir. Hadisənin Cavabdeh günahı nəticəsindən baş verdiyini təsdiq edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ******* saylı qərarı vardır. Lakin cavabdeh- Cavabdeh bütün bunlara baxmayaraq ona vurulmuş maddi ziyanı ödəməkdən imtina edirlər. O, bu barədə ona dəfələrlə cavabdehə müraciət etsə də bu bir nəticə verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlimişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 413752 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ** MR *** dövlət qeydiyyat nişanlı “BMW 325 minik” markalı avtomobilin sahibi X5r; - ƏN-İV 965660 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X8 ona məxsus olan ** MR *** dövlət qeydiyyat nişanlı “BMW 325 minik” markalı avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. - AC 458224 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” markalı avtomobilin sahibi X1r; - ƏN-İV 975060 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X2 ona məxsus olan ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” markalı avtomobili İddiaçı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. - 17 sentyabr 2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 17 sentyabr 2019-cu il tarixdə saat 16:54-də ** MR *** dövlət qeydiyyat nişanlı “BMW 325 minik” markalı avtomobili idarə edən Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermiş, bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; - 17 sentyabr 2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir; - 08 oktyabr 2019-cu il tarixli qüsur aktından görünür ki, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində xəsarət almış ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” avtomobilə 8740 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2020-ci il tarixli 1492 nömrəli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan fərdi sahibkar X10 tərəfindən təqdim edilmiş 08.10.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mercedes” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7595,00 manat müəyyən edilir. - 25 oktyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 17 sentyabr 2019-cu il tarixdə saat 16:54-də ** MR *** dövlət qeydiyyat nişanlı “BMW 325 minik” markalı avtomobili idarə edən Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermiş, bununla da İXM-nin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, İddiaçı idarə etdiyi “Mersedes” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə İddiaçı maddi zərər yetirmişdir. 08 oktyabr 2019-cu il tarixli qüsur aktında əsasən, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində xəsarət almış ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” avtomobilə 8740 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Həmin avtomobilin sığorta olunduğu Sığorta Şirkəti tərəfindən iddiaçıya 5000 manat ödənilmiş, avtomobilin ümumi təmir xərcləri iddiaçı tərəfindən həyata keçirilmiş, iddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh vurduğu maddi ziyanın əvəzini iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq ** MR *** dövlət qeydiyyat nişanlı “BMW 325 minik” markalı və ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edildiyi, onun tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, 08 oktyabr 2019-cu il tarixli qüsur aktına əsasən, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində xəsarət almış ** RE *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ S 320L minik” avtomobilə 8740 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Avtomobilin sığorta olunduğu şirkət tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, iddiaçı ödənilməyən 3740 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərcinin, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7595 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi ziyanın məbləği məhz məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 7595 manat məbləğdən həyata keçirilmiş 5000 manat sığorta ödənişi məbləği çıxılmaqla qalan 2595 manat pul vəsaiti maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə hüquqi yardıma görə ödənilmiş 110 manatın cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü əlavə etməmişdir. Belə olan halda iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğundan İddiaçı xeyrinə maddi ziyan qismində 2595,00 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, ekspertiza tədqiqatının keçirilməsinə sərf edilmiş pul məbləği cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğundan İddiaçı xeyrinə maddi ziyan qismində 2595,00 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh oğundan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-575/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-575/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver