Məhkəmə qərarları › İş №2(007)-589/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-589/2024

02.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-589/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 noyabr 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-514/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Həmin qətnamənin qət etdi hissəsində yazılmışdır ki, “iddia qismən təmin edilsin. X14 ilə Cavabdeh arasında 13 iyun 2014-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində bağlanmış və 1529 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Birgə nikahdan dünyaya gəlmiş 09 fevral 2015-ci il təvəllüdlü X19 və 04 noyabr 2017-ci il təvəllüdlü X15 anaları X8 yanında saxlanılsın. X11 məhkəməyə müraciət edildiyi xx.xx.2019-cu il tarixdən başlayaraq 09 fevral 2015-ci il təvəllüdlü X19 və 04 noyabr 2017ci il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 135 manat olmaqla, cəmi 270 manat, həmçinin 04 noyabr 2017-ci il təvəllüdlü X12 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment, X8 xeyrinə tutulsun”. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, cavabdehlə aralarında münasibət yenidən yaxşılaşdığına görə, yenidən ailə kimi yaşamağa davam etmişlər. Ona görə də alimenti cavabdehdən o, tələb etməmiş və nəticədə aliment işinin icrasına xitam verilmişdir. 02 iyul 2023-cü il tarixdə Tuncay adlı övladları dünyaya gəlmişdir. Bir müddətdən sonra aralarında olan münasibət pozulmuşdur. Hal-hazırda azyaşlı uşaqlar onun yanında olmaqla cavabdehdən ayrı yaşayır. Qeyd edir ki, cavabdeh alimenti könüllü ödəmir, o isə məcbur olub az yaşlı uşaqların saxlanması üçün cavabdehi məhkəməyə vermişdir. Qeyd edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün hər ay 220 manat pulun tutulması barədə məhkəmə qətnamə qəbul edə bilər. Məlum edir ki, azyaşlı uşağa baxmaq və onların ehtiyaclarını ödəmək çox çətindir. Buna görə də, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-cü il tarixli, 2(007)- 514/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq 09 fevral 2015-ci il təvəllüdlü X16, 04 noyabr 2017-ci il təvəllüdlü X4 üçün hər ay Cavabdeh sabit pul məbləğində hər uşaq üçün 220 (iki yüz iyirmi) manat pul məbləğində alimentin tutulması, 02 iyul 2023-cü il təvəllüdlü X2 üçün hər ay Cavabdeh sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat pul məbləğində alimentin tutulması və 02 iyul 2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 09 fevral 2015-ci il təvəllüdlü X16 və 04 noyabr 2017-ci X4 üçün təyin edilmiş alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat pul məbləğinə dəyişdirilməsini və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək 150 manat məbləğində alimentin təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdehin maddi imkanının az olduğu üçün aliment tələbini azaldır və cavabdeh hər uşaq üçün 150 manat məbləğində aliment ödəməsini tələb edir. Eyni zamanda X6 3 yaşına çatanadək saxlanması üçün tələb etdiyi 50 manat məbləğində alimentdən də imtina edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 600 manat maaş alır və 450 manat aliment ödəməyə imkanı yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 484065 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 09 fevral 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İ\/ seriyalı, 017312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 04 noyabr 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İ\/ seriyalı, 898592 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 iyul 2023-cü il tarixdə doğulmuşdur. X5, anası İddiaçıdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-514/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 iyun 2014-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində bağlanmış və 1529 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş 09 fevral 2015-ci il təvəllüdlü X19 və 04 noyabr 2017-ci il təvəllüdlü X15 anaları X8 yanında saxlanılması, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2019-cu il tarixdən başlanılmaqla 09 fevral 2015-ci il təvəllüdlü X19 və 04 noyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 135 manat olmaqla, cəmi 270 manat, həmçinin 04 noyabr 2017-ci il təvəllüdlü X9 üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment, X8 xeyrinə tutulması qət edilmişdir. - 16 may 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. - AA seriyalı, 399015 saylı məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə məcburi köçkün kimi qeydə alınmışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, № MŞB/14-01127 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 09 fevral 2015-ci il təvəllüdlü X19, 04 noyabr 2017-ci il təvəllüdlü X21 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman X19 və X3 Vüsalə Elman qızının yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-514/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşağa 135 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin birgə münasibətlərindən 02 iyul 2023-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və birgə münasibətdən dünyaya gəlmiş uşağın saxlanması üçün alimentin təyin edilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə iddia tələbinin “Cavabdeh onun xeyrinə 02 iyul 2023-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Cavabdehin qeyd olunan alimenti ödəməyə maddi imkanının olmaması barədə göstərdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, o cümlədən iddiaçı da cavabdehin mənafeyini nəzərə alaraq, ağlabatan həddə tələbini azaltmışdır, cavabdehin məhkəmə iclasında göstərdikləri isə onu aliment ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz, ona görə də iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 28 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, 02 iyul 2023-cü il təvəllüdlü X1 üçün tələb olunan aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 09 fevral 2015-ci il təvəllüdlü X16 və 04 noyabr 2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-514/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2015-ci il təvəllüdlü X16 və 04 noyabr 2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və 02 iyul 2023-cü il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bununla bağlı, məhkəmə qeyd edir ki, alimentin artırılması və aliment tələbi ilə bağlı iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumundan azad edilmiş, lakin mediasiya sessiyası zamanı 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu mediasiya xərcindən az olduğundan, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 09 fevral 2015-ci il təvəllüdlü X16 və 04 noyabr 2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(007)-514/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2015-ci il təvəllüdlü X16 və 04 noyabr 2017-ci il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Cavabdeh 28 noyabr 2023-cü il tarixdən başlayaraq, 02 iyul 2023-cü il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar