Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-60/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3870 manat maddi ziyanın və dövlət rüsumuna ödənilmiş 70 manat umumilikdə 3940 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ verdiyi AD №474946-1i xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən CBP343244 № li mühərrik, WWWRVİ 163 cm 122205, ** RT *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Jetta” minik markalı avtomaşın ona məxsusdur. 23 yanvar 2022-ci il tarixdə saat 10:40 radələrində idarə etdiyi özünə məxsus “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı, avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə üzü R.Rüstəmov küçəsi istiqamətində hərəkət edən zaman onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan "Toyota Prius” markalı 99 10 166 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 dönmə əməliyyatını həyata keçirmək üçün avtomobilini yolun hərəkət istiqamətinin sol tərəfində saxlamışdır və o, həmin avtomobilə təxminən 5 metr qalmış, sağ zolaqla hərəkət edən avtomobillərin yoluna çıxmamaq üçün avtomobilini həmin avtomobilin arxasında saxlamışdır və qarşıdakı avtomobilin sola dönmə əməliyyatını həyata keçirməyini gözlədi. Bu zaman onunla eyni istiqamətdə arxada hərəkətdə olan ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi özünə məxsus avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsindən zərbə ilə vurdu və zərbənin təsirindən dayanmış vəziyyətdə olan avtomobili qabağa hərəkət edərək qarşıda dönmə əməliyyatını həyata keçirmək istəyən dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəydi. Hadisə nəticəsində onun avtomobilində arxa oturacaqda əyləşmiş sərnişin X5 yüngül dərəcəli bədən xəsarəti aldı və avtomobilinə arxa və ön hissədən ciddi ziyan dəydi. Göstərilən yol-nəqliyyat hadisəsi "X13" markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqənin olması hadisə yerinə baxış keçirilməsi protokolu, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin sxemi, hadisə yerində çəkilmiş fotoşəkillərlə və eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 fevral 2022-ci il tarixli 8/273 nömrəli rəyi ilə həmçinin hadisə iştirakçılarının izahatları ilə sübuta yetirilir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən sürücü Cavabdeh təqsiri Bakı şəhəri, Nizami RPİ-in İŞ-in baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən toplanmış HK-1/38 nömrəli araşdırma materiallarında öz əksini tapmış və nəticədə həmin material üzrə sərnişin Solmaz Məmmədovanın yüngül bədən xəsarəti alması faktı ilə bağlı cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh barəsində isə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün qəbul edilmiş qərar Nizami RPİ-in DYPŞ- nə göndərilmişdir. Araşdırma zamanı Bakı Şəhəri Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Mehrac Niftəliyev tərəfindən HK-1/38 nömrəli material üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin olunmuş və məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/800 saylı rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950,00 manat. Yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən onun avtomaşınına vurulmuş 7415,00 manat maddi ziyandan cəmi 3545 manatı ona məxsus avtomobilin sığorta "xxxx" ASC tərəfindən ödənilmiş qalan 3870 manat hissəsi isə bu günədək ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh 3870 manat maddi ziyanın və dövlət rüsumuna ödənmiş 70 manat ümumilikdə isə 3940 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı 12 iyun 2023-cü il tarixdə teleqram vuraraq ürək əməliyyatı keçirdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC tərəfindən maşına dəymiş ziyana görə 3545 manat, sərnişin Solmaz Məmmədovanın yüngül bədən xəsarəti almasına görə isə 750 manat ödənilib. Bu qədər vaxt maşınsız qala bilməzdi ona görə maşın artıq təmir edilmişdir. Təhqiqatçı tərəfindən HK-1/38 nömrəli material üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası keçirilmişdir dəymiş ziyan 7415 manat müəyyən olunmuşdur. Odur ki, iddianın təmin edilməsini, sığortanın ödəmədiyi 3940 manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 19 oktyabr 2022-ci il tarixli iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Hadisə olan zaman xəsarət alan olmamışdır. İddiaçı maşını düzəltdirib, sığorta pulunu isə sığortadan tələb etməkdənsə, ondan tələb edir. Maşın 2013-cü ilin maşını olub o qədər ziyan dəyməyib. Ekspert rəyi ilə tanış olmuşdur məbləğ çox yazılıb. İddiaçı iddia edir ki, maşının təmirinə 7409 manat pul xərcləyib. Lakin bu belə deyildir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. Məbləğ şişirdilmişdir. İddiaçı qüsur aktını sonradan alıb. Cavabdehin dediklərinə görə, o barışıq üçün adam göndərib lakin iddiaçı qəbul etməyib. Ekspert rəyində “Volkswagen” Servisin təqdim etdiyi qüsur aktına uyğun olaraq məbləğ hesablanıb. Ekspet də həmin məbləği rəyə köçürüb. Bu isə düzgün deyil. Ekspert rəyi heç bir digər mötəbər sübutlarla sübuta yetirilmir. İddiaçı sübut kimi 7400 manat xərc çəkdiyinə dair qəbzləri məhkəməyə təqdim etməlidir. Ekspert rəyi məhkəmə üçün əsas deyil. Sığorta maşında xəsarət alan sərnişin Solmaz Məmmədovaya 750 manat pul da ödəyib. Təhqiqatçının qərarı ilə bir dəfə ekspertiza keçirilmişdir. 04 fevral 2022-ci il tarixli rəydə qeyd olunan məbləğ absurddur. İddiaçı xx.xx.2022-ci il tarixdə sığorta da yazdığı ərizədə qeyd etmişdir ki, «"xxxx" ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində 3545 manat məbləğində maddi zərər vurulmuşdur. Məbləğlə razıdır.» Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, "xxxx" ASC tərəfindən sığortalı Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərər sığorta aktına əsasən hesablamış və 3545 manat xx.xx.2022-ci il tarixdə İddiaçı ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yazdığı ərizədə qeyd olunmuşdur «"xxxx" ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində 3545 manat məbləğində maddi zərər vurulmuşdur. Məbləğlə razıdır. Həmin məbləğin ona təqdim olunan “X14” ASC-nin debit kartına köçürülməsinə etiraz etmir» qeyd etmişdir. Bundan başqa maşında olan sərnişin İddiaçı arvadı X5 yüngül dərəcəli xəsarət almışdır, bunun üçün də “İcbari Sığortalar Haqqında” qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan yüngül zərərə görə İddiaçı 750 manat ödəniş olunmuşdur. Ona görə hesab edir ki, "xxxx" ASC qanunun tələbinə uyğun olaraq düzgün hesablamaqla İddiaçı sığorta pulunu ödəmişdir. Dıgər maşına da ziyan dəymişdir sığorta şirkəti ona da ziyanı ödəmişdir. Bu səbəbdən İddiaçı dəymiş ziyan 3545 manatı ödənilmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami RPİ TŞ-nin 12 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/273 nömrəli rəyindən görünür ki, “X13” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/800 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti- 8220,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950,00 manat. - “Euro Style” LTD-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 12475 manat məbləğində müəyyən edilmişdir. - AD 474946 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - AD 826162 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Toyota-Prius” markalı 99 TO-166 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. - AB 989115 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. - 17 fevral 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40-da ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - "xxxx" ASC-nin 11 mart 2023-cü il tarixli, 103100 nömrəli sığorta aktının surətindən görünür ki, 3545 manat İddiaçı hesabına köçürülmüşdür. - İddiaçı tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanan məlumatın surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-də sığortalanmış nəqliyyat vasitəsi 3545 manat məbləğində zərər vurmuşdur. Həmin məbləğin onun “X14” ASC-nin debit kartına köçürülməsinə etiraz etməmişdir. - "xxxx" ASC-nin 10 mart 2023-cü il tarixli, 103100 nömrəli sığorta aktının surətindən görünür ki, 750 manat X1 hesabına köçürülmüşdür. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:41-də Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi üzü R.Rüstəmov istiqamətində yol-nəqliyyat hadisəsi baş vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Vokswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/800 nömrəli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti- 1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti- 1950,00 manat. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/712 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı “Vokswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qivməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti- 1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti- 1950,00 manat. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 10:41-də Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi üzü R.Rüstəmov istiqamətində yolnəqliyyat hadisəsi baş vermişdir. ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Euro Style” LTD-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 12475 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən 2012-ci il buraxılışlı “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli məhkəmə əmttəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilmiş, dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10170,00 manat. O cümlədən dəyişilməli hissələrin qiyməti-8220,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950.00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7415.00 manat. O cümlədən dəyişməli hissələrin qiyməti-5465,00 manat, təmir-bərpa işlərinin qiyməti-1950,00 manat. "xxxx" ASC tərəfindən sərnişin X3 750 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş 7415 manat məbləğdən 3545 manat isə İddiaçı ödənilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı ** TO *** dövlət qeydiyyat nişanlı və “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İşin hallarından göründüyü kimi sığorta hadisəsinin baş verməsinə səbəb ‘'X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi özünə məxsus avtomobilin qabaq hissəsi ilə iddiaçıya məxsus avtomobili arxa hissəsindən zərbə ilə vurması və zərbənin təsirindən dayanmış vəziyyətdə olan iddiaçının avtomobilinin dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı 99 TO-166 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyməsi olmuşdur. “X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta hərəkəti ilə iddiaçının mülkiyyətində olan “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Toyota Prius” markalı 99 TO-166 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-ci maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 56-cı maddəsinin həmin qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. İşin hallarından görünür ki, “X13” minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta olunmuşdur. Ona görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 avtomobilə - “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Toyota Prius” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu səbəbdən "xxxx" ASC iddiaçıya 3545 manat, digər zərər dəymiş avtomobilin sahibinə isə 300 manat sığorta pulu ödəmişdir. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, müəyyən olunmuş 7415 manat vəsaitin qalan hissəsi 3870 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, “Euro Style” LTD-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən Servis mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş baxış nəticəsində “Volkswagen Jetta” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 12475 manat məbləğində müəyyən edilsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/800 nömrəli, xx.xx.2022-ci il tarixli 9/5304 nömrəli və xx.xx.2023-cü il tarixli rəyləri ilə iddiaçıya 7415 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən iddiaçıya 3545 manat pul ödənilmişdir. Qalan maddi ziyan 3870 manat pul ona ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi ziyanın məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri əsas götürülməklə müəyyən edilməlidir, ekspertlər tərəfindən verilmiş rəylər işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 7415 manat məbləğində pul vəsaitindən 3545 manat ödənilmiş pul vəsaiti çıxılmaqla qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3870 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı ödənilməlidir. Bundan başqa, iddia təmin edildiyindən, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul Cavabdeh tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3870 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul Cavabdeh tutulsun və X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-60/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-60/2023
12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver