Məhkəmə qərarları › İş №2(007)-618/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-618/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-618/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh 07 iyul 2011-ci ildən başlayaraq 03 noyabr 2008-ci il təvəllüdlü X4 və 08 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 76 manat olmaqla, X6 xeyrinə aliment tutulması barədə qətnaməsi, Cavabdeh apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2012-ci il tarixli 2(103)-824/2012 saylı qətnaməsi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixdən başlayaraq 03 noyabr 2008-ci il təvəllüdlü X4 və 08 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər uşağa 50 manat sabit pul məbləğində aliment alınaraq X7 ödənilməsi, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli qətnaməsilə Cavabdeh hər uşağa sabit pul məbləğində tutulan 50 manat aliment məbləği artırılaraq tərəflərin birgə nikah münasibətlərindən doğulmuş 03 noyabr 2008-ci il təvəllüdlü X4 və və 08 dekabr 2009-cu il təvəllüdlü X2 üçün tutulan sabit pul məbləğində alimentin miqdarı 10 avqust 2012-ci il tarixdən 71 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(103)-983/2017 nömrəli qətnaməsinə əsasən 2(011)-3583/2012 saylı 24 sentyabr 2012-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmişdir. 10 avqust 2012-ci ildən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində, hər uşaq üçün 71 manat və qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2017-ci il 2(011)- 3004/2017 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün sabit pul məbləğində137 manat, cəmi 274 manat iddiaçıya verilməsi barədə qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(103)-7466/2017 nömrəli qətnaməyə əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-3004/2017 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(011)-3662/2018 nömrəli qətnaməsində hər ay hər uşaq üçün sabit pul məbləğində 154 manat, cəmi 308 manat sabit pul məbləğinin iddiaçıya verilməsi haqqında qətnamə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində 13 iyun 2018-ci il tarixli 2(103)-6884/2018 nömrəli qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-3662/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Onun evi yoxdur, uşaqların tələbatını ödəyə bilmir, onların maddi təminatında çətinlik çəkir. Hal-hazırda Cavabdeh tutulmalı olan aliment məbləği Azərbaycan Respublikasında müəyyən olunmuş uşağın yaşayış minimumundan aşağı olduğundan məhkəməyə müraciət etmişdir. Buna görə də, birgə nikah münasibətlərindən doğulmuş 03.10.2008-ci il təvəllüdlü X4 və 08.12.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh alınan alimentin miqdarının sabit pul məbləğində hər uşağa görə artırılıb 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar