Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-623/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2016-cı il təvəllüdlü X5 üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 500 manata çatdırılaraq Cavabdeh Sirin oğlundan tutulması, xx.xx.2016-cı il təvəllüdlü X2 ağır xəstəliyini nəzərə alaraq onun müalicəsi üçün əlavə olaraq hər ay 300 manat pulun Cavabdeh alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə faktiki ailə münasibətlərinə daxil olmuş, ailə münasibətlərindən xx.xx.2016-cı ildə X6 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, övladının anadan olmasının 40-cı günündə cavabdeh onlardan ayrılmış və heç bir formada əlaqə saxlamamışdır. O, çıxılmaz vəziyyətdə qalaraq bir təhər yaxınlarının köməkliyi ilə bu günə kimi çox çətin vəziyyətlərlə rastlaşır. Ən əsas da övladının ağır xəstəliyi ilə bağlı xeyli miqdarda pul vəsaiti tələb olunduğundan, tibbi qayğılarını tam qarşılaya bilmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Uşağının bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Alimentin təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuş olsa da cavabdeh tərəfindən alimenti vaxtı-vaxtında ödəsə də, ata kimi övladına valideyn qayğısı göstərmir. Belə ki, övladının xəstəliyi ilə bağlı heç bir mənəvi köməklik etmir, təyin edilmiş aliment ödənişindən başqa heç bir qayğı övladına qarşı etmir, hətta onu dəfələrlə fiziki zor tətbiq edərək bədəninin müxtəlif yerlərinə ciddi xəsarət edib. Cavabdehin bu kimi iyrənc hərəkətləri, onun necə bir insan olduğunu göstərir. Ən əsas da övladını təhqir etməsi qeyd etdiyi fikirləri bir daha sübut edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2306/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 üçün sabit pul məbləğində hər ay 175 (yüz yetmiş beş) manat aliment və 40 (qırx) manat əlavə xərc (dərman pulu) təyin edilsə də cəmi 215 (iki yüz on beş manat) aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə uşaqlar üçün 193 manat müəyyən edilmişdir, lakin övladının sağlamlıq vəziyyəti ilə bağlı davamlı tibbi xərclər nəzərə alınaraq qeyd edilən məbləğ belə tibbi tələbatlarına yetmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşaqla maraqlanmır, onu və övladını təhqir edir. Cavabdeh onu 40 günlük uşaqla qoyub qaçıb getmişdir. Uşaq xəstədir, uşağın ayaqlarında və sinə sümüyündə deformasiya, bronxlarında, xayasında problem var. Bundan başqa o, uşağı 3 aydan bir masaj etdirir. Hansı ki, bunların hamısı bahalı müalicələrdir, lakin cavabdeh heç vaxt uşağın müalicəsinə, dərmanlarına xərc çəkməmişdir. O, ayda 500 manat uşağın saxlanılmasına və dərmanlarına pul xərcləyir. Cavabdeh bahalı maşın sürür, bahalı həyat tərzi yaşayır, evi, avtomobilləri var. O, isə kirayədə yaşayır, firmada işləyib kasmatik əşyalar satır, ayda 700-800 manat pul qazanır. Cavabdeh uşağın xəstəliyi üçün çəkilən xərclərə kömək etməlidir. O, cavabdehdən özü üçün heç nə istəmir, sadəcə uşağın müalicəsinə kömək etməsini istəyir. O, cavabdehə dəfələrlə uşağı həkimə aparması ilə bağlı demiş, dərman reseptlərini gətirmişdir. Cavabdeh ondan Faberlik mallarını götürüb aparmış və pulunu verməmiş, onun telefon nömrəsini bloka atmışdır, o da onlara həmin malların pulunu istəmək üçün getmişdir. Cavabdeh onun barəsində uzaqlaşdırma qərarı çıxartdırmış, amma onları aparıb restoranda yemək yedizdirir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, alimentin artırılmasına razı olmadığını, hal-hazırda 215 manat aliment ödədiyini, əvvəlki alimenti verməyə etiraz etmədiyini, ailəli və 3 uşağı olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, onun rəsmi iş yeri yoxdur, qeyri-rəsmi olaraq turizim şirkətində sürücü işləyir, lazım olanda çağırırlar, o da işə gedir. İddiaçının özü demişdir ki, iki mağaza işlədir, işçiləri var və yaxşı pul qazanır. Bundan başqa uşaqda heç bir xəstəlik yoxdur, iddiaçı uşağı versin, o özü aparıb həkim müayinəsindən keçirtsin. Həmçinin, onun qardaşı rəhmətə getmiş, onun ailəsinə də o baxmaq məcburiyyətindədir. O, iddiaçının əlindən evini satıb getmək istəyir. Cavabdehin təqdim etdiyi şəkillərin hamısı köhnə şəkillərdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh qeyri-rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3702/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində aliment, həmçinin uşağın müalicəsi məqəsdilə əlavə çəkilən xərclərə görə hər ay 40 manat aliment olmaqla, ümumilikdə 177 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra İddiaçı Lütvəli qızı cavabdeh X4 qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2306/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılması, X1 xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 500 manat və uşağın müalicəsi üçün əlavə olaraq 300 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 500 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalı olduğundan iddia tələbi “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin tutulması” hissəsindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2016-cı il təvəllüdlü X2 ağır xəstəliyini nəzərə alaraq onun müalicəsi üçün əlavə olaraq hər ay 300 manat pulun Cavabdeh alınaraq ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iş materiallarına uşaqla bağlı dərman reseptləri əlavə etsə də, iddiaçı tərəfindən çəkdiyi xərclər, uşağın daimi olaraq müalicə və qulluğa ehtiyacı olması, cavabdehin əmək haqqı və gəliri barədə məhkəməyə sübut təqdim etmədiyindən, iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyi, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğu nəzərə alınmalı olduğundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3702/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşağın müalicəsi məqəsdilə əlavə çəkilən xərclərə görə hər ay 40 manat aliment təyin edildiyindən və həmin hissə hələ də qüvvədə qaldığından iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Şı̇ rin oğlundan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2306/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh Şı̇ rin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şı̇ rin oğlundan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2306/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Şı̇ rin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait iddiaçıya aid edilsin. İddiaçı ödəməkdən azad olduğu 50 manat dövlət rüsumu Cavabdeh Şı̇ rin oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-623/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-623/2023
30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver