Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-624/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırdı ki, ərizəçinin 09.11.1971-ci il təvəllüdlü qardaşı X6 1995-ci il tarixində işləmək məqsədilə Rusiya Federasiyasına gedib.07.11.1997-ci ilədək onunla əlaqələri olub, Rusiya Federasiyasında işlədiyindən xəbərdar olmuşlar. Lakin 1997-ci ildən sonra 09.11.1971-ci il təvəllüdlü X6 ilə əlaqələri kəsilib, ondan xəbər olmayıb. Onu da qeyd edir ki, dəfələrlə yaxın qohumlarının iştirakı ilə Rusiya Federasiyasında onu axtarmağa çalışsalar da tapa bilməmişlər, ümumiyyətlə onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. 09.11.1971-ci il təvəllüdlü X3 1997-ci ildən bəri heç bir məlumat olmasa da bu günədək onun xəbərsiz itkin düşməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Lakin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün (torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə) olan şəxslər siyahısında 09.11.1971-ci il təvəllüdlü X4 razılığı tələb olunduğundan həmin rəsmiləşdirmə işlərini apara bilmirlər. Belə ki, onun iştirakı tələb olunur. Rəsmiləşdirilmə prosesinin aparılmasında isə 09.11.1971-ci il təvəllüdlü X4 iştirakı mümkünsüz olduğundan o, məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab olunmalıdır. Yuxarıda qeyd olunanları əsas götürərək. 09.11.1971-ci il təvəllüdlü X4 1998ci ildən etibarən xəbərsiz itkin düşmüş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, X6,09.11.1971-ci il tarixdə anadan olmuşdur.X11 Mürsəl oğlu,anası X2r. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Yaqub oğlu,28.10.1957-ci il tarixdə anadan olmuşdur.X11 Mürsəl oğlu,anası X2r. Naxçıvan Muxtar Respublikası DİN Şərur Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 11.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında anadan olmuş 09.11.1971-ci il təvəllüdlü X6 barəsində Şərur Rayon Polis İdarəsində hər hansı bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhədd Xidmətinin Sərhədd Nəzarət xidmətindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 16.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, X4 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Nizami Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 16.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, 09.11.1971-ci il təvəllüdlü X6 barəsində Nizami Rayon Polis İdarəsində hər hansı bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Nizami Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 11.02.2022-ci il tarixli məktubda qeyd olunur ki, 09.11.1971-ci il təvəllüdlü X6 barəsində Nizami Rayon Polis İdarəsinin arxivində heç bir məlumat aşkar olunmamışdır. Rusiya Federasiyası DİN Tümen Vilayəti üzrə Daxili İşlər İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 20.04.2022-ci il tarixli məktubda qeyd olunur ki, 09.11.1971-ci il təvəllüdlü X6 barəsində Rusiya Federasiyası DİN Tümen Vilayəti üzrə Daxili İşlər İdarəsinin informasiya mərkəzində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki,həm Ərizəçi həm də ki, itkin düşmüş şəxs Mürsəl Əbilov onun qardaşlarıdır.Onlaruşaqlıqdan mehriban yaşamışlar və bacı qardaş arasında həmişə mehriban münasibət olub. Qardaşı Mürsəl 1995-ci ildə qazanc məqsədi ilə Rusiya Federasiyası gedib, orada işləyirdi. İlk vaxtlar mütəmadi olaraq əlaqə saxlayırdılar, lakin 1997-ci ildən bu günə kimi onun haqqında hər hansı bir məlumat əldə edə bilməmişlər. Dəfələrlə tanışlar vasitəsi ilə onu Tumen vilayətində axtarsaq da, bunun müsbət nəticəsi olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki,həm Ərizəçi həm də ki itkin düşmüş şəxs Mürsəl Əbilov onun əmiləridir. Əmisi Mürsəl 1995-ci ildə Tumen filayətində getmişdir. İlk vaxtlar əlaqədə olurdular, danışırdılar. Hətta o,1997-ci ildə orada olanda əmisi ilə görüşmüşdür. Həmin ilin avqust ayında o, Azərbaycana gəldi. Bir müddət sonra əmisi ilə əlaqə saxlamaq istədilər, lakin bunun edə bilmədilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 312.Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313.Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 316.Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də 09.11.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş X6 ilə onun yaxın qohumları arasında 1998-ci ildən sonra heç bir əlaqə yoxdur.Məhkəmə araşdırması zamanı onun hal-hazırda harada olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, X11 Mürsəl oğlu,anası X5 olan 09.11.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş X6 1999-cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40,MPMnin 315-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1, anası X5 olan, 09.11.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş X6 1999-cu ilin yanvar ayının 1-dən xəbərsiz itkin düşmüş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-624/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-624/2022
29.04.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver