Məhkəmə qərarları › İş №2(007)-626/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-626/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-626/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yaşayır və həmin daşınmaz əmlak ona məxsusdur. Cavabdeh qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518, ev 37b, mənzil 96 saylı mənzilin sahibidir. 16 noyabr 2021-ci ildə Cavabdeh məxsus 96 saylı mənzildə istilik radiatorunda yaranan nasazlıq nəticəsində su axma baş verib. Cavabdeh evdə olmadığı üçün vaxtında nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Nəticədə mənzilə dolan su onun evinə axıb. Evinin tavanları, divar kağızları, mənzilin elektrik xətləri ilə və çilçıraqlarına zərər dəyib. Dəyən ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 3000 manat müəyyən edilib.Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, əvvəlcə mənzili təmir etməyə söz vermiş sonradan dəyən ziyanın ödənilməsindən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdr. Cavabdehin qeyri-qanuni və səhlənkar hərəkətlərinə görə ona dəyən maddi ziyan ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh 3000 manat dəymiş maddi ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materallarnda olan: "xxxx" MMC-nin 17 noyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518, ev 37b ünvandakı 93 saylı mənzilə həmin evin 96 saylı mənzilindən su axıdılmışdr. DƏDRX-dən verilmiş RX seriyalı,0835860 nömrəliı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518, ev 37b ünvandakı 93 saylı mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518, ev 37b ünvandakı 93 saylı mənzilə həmin evin 96 saylı mənzilindən su axıdılmışdr.Susızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2084,0 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, 16 noyabr 2021-ci ildə Cavabdeh məxsus 96 saylı mənzildə istilik radiatorunda yaranan nasazlıq nəticəsində iddiaçının mənzilinə axıdılan su sızma nəticəsində ona maddi ziyan dəymişdir.Ekspert rəyinə əsasən ziyanın məbləği 2084,0 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki,iddia maddi ziyanın tələb olunması hissəsində qismən əsaslı olduğundan 2084,0 manat təmin olunmalıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki,iddia qismən təmin olunmalı,Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 2084,0 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulmalıdır,qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2084,0 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar