Məhkəmə qərarları › İş №2(007)-629/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-629/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-629/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat dəyərində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi haqqında qətnamə qət qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1718/2023 saylı xx.xx.2023-cü il tarixi hökmü ilə 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru Aysel Həsənova tərəfindən məhkuma yeni elektron nəzarət vasitəsi tətbiq edilmiş, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları ona izah edilmiş və bu barədə onun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu ( Attenti markalı 35638727№-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq hazırki iş üzrə cavabdeh olan Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Cavabdeh elektron nəzarət vasitələrini üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsini-mobil qurğunu yararsız vəziyyətə salmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh mobil qurğunu yararsız vəziyyətə salmasına dair 07.11,2023-cü il tarixdə protokol tərtib olunmuş və ondan izahat alınmışdır. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Bakı Şəhər Probasiya idarədə rəhbərliyi müvəqqəti təmin edən Baş məsləhətçi Nicat Bayramov məhkəməyə ərizə ünvanlayaraq, icraatlarında olan iş yükünün çoxluğu səbəbi ilə təyin edilmiş məhkəmə iclasının İddiaçı səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı Bakı Şəhər Probasiya idarədə rəhbərliyi müvəqqəti təmin edən Baş məsləhətçi Nicat Bayramov məhkəməyə iddia həcminin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, elektron nəzarət vasitəsinin komplektinin dəyəri 2277,40 manat təşkil edir. Bu səbəbdən Cavabdeh elektron nəzarət vasitəsinin komplektinin dəyəri olan 2277.40 manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə münasibətdə bildirdi ki, iddia olunan cərimə böyük məbləğdir. Aylara bölünsə ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-399/2023 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki gününün azadlığın məhdudlaşdırılması cəzasının bir gün hesabı ilə (03 (üç) ay) tam toplanılmaqla, Cavabdeh qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tutularaq saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 08 ay 26 gün (iki il səkkiz ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - xx.xx.2023-cü il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhvil verilmiş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli İzahatdan görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1718/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd etmək istəyir ki, cəzasının müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, kimi vəzifələr ona izah olunmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona ətraflı izah olunmuşdur. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli İzahatdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir və üzərinə hökümlə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək kimi vəzifələr qoyulmuşdur. Hökümün icrası ilə əlaqədar, elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxanması üçün ona xidmət etmək vəzifəsi və hökm üzrə inzibati ərazi məhdudiyyətini,vaxt məhdudiyyətini icra məmuru tərəfindən ona ətraflı izah edilmişdir. O, xx.xx.2023-cü il tarixdə mərkəzdə olarkən su hövuzunun yanında müalicə məqsədi ilə idman hərəkətləri edərkən cibinə qoyduğu mobil qurğu içində su olan hovuza sürüşərək düşmüş, o qurğunu dərhal sudan çıxarmış, lakin ekranda müxtəlif yazılar yazılmış və sonra ekranın işığı sönmüşdür. Daha sonra o, qurğunu enerji ilə yükləmək istəmiş, qurğu enerji toplamış lakin “GPS üçün bayıra çıxın” siqnalı gəlmişdir. Mobil qurğunun dəyərini hissə-hissə ödəməyə hazırdır, əks halda öz məsuliyyətini dərk edir. Qurğunun qəsdən nasaz vəziyyətə salmadığının üzürlü hesab edilməsini xahiş etmişdir. - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, elektron mobil qurğunu yararsız hala saldığı üçün onun dəyəri olan 2277,40 manat pulu ödəməsi tələb olunmuş, mobil qurğunun dəyəri Cavabdeh tərəfindən könüllü olaraq ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə idarənin icra məmuru Aysel Həsənova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçındə olarkən izahatı alınmış, o, izahatında xx.xx.2023-cü il tarixdə mərkəzdə olarkən su hövuzunun yanında müalicə məqsədi ilə idman hərəkətləri edərkən cibinə qoyduğu mobil qurğu içində su olan hovuzasürüşərək düşdüyünü bildirmişdir. İzahatda avadanlığın dəyərinin 2277,40 manat (ƏDV daxil) təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023cü il tarixli İzahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxmini saat 21:00-dan mobil qurğunu mindiyi taksidə unutduğunu, taksini tanımadığından mobil qurğunun harada olduğundan xəbərinin olmadığını, mobil qurğunu tapmadığı halda dəyərini ödəməyə hazır olduğu, əks halda məsuliyyətini dərk etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Prortokol tərtib edilmiş, məhkum Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi təhvil verilmiş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, Cavabdeh ptotokolu imzalamqla bu halların ona izah edilməsini qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Prortokolda qeyd olunmuşdur ki, Bakı Şəhəri Probasiya İdaərisnin qeydiyyatdından olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh nəzarət vasitəsi kimi quraşdırılmış env-nin mobil qurğusunu itirdiyindən yenisi ilə əvəz olunaraq hüquq və vəzifələri izah edilmişdir (ENV-nin № 356228007, qolbaq 50495). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 2277,40 manat məbləğində maddi ziyan vurduğu təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron mobil nəzarət qurğusunun 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat dəyərində vəsaiti Cavabdeh alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumundan azad olduğu üçün 42,77 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh elektron mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat məbləğində vəsait tutularaq dövlət büdcəsinin hesabına (X1, müxbir hesab AZ41NABZ********************, VÖEN: **********, Kod 210005, SWİFT: CTREAZ22, Ədliyyə Nazirliyi, Hesab nömrəsi AZ18CTRE********************, Səviyyə kodu: 7, Təsnifat kodu 142120 VÖEN: **********) köçürülməli, məhkəmə xərcləri Cavabdeh aid edilməli, Cavabdeh 42,77 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 2277,40 manat məbləğində pul tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilsin. İş üzrə ödənilməli olan 42,77 manat dövlət rüsumu Cavabdeh tutulub, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar