Məhkəmə qərarları › İş №2(007)-630/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-630/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-630/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dayısının yaxın tanışı X1 vasitəsi ilə tanıdığı Daşkəsən rayon İcra Başçısının köməkçisi vəzifəsində işlədiyi dövrdə Cavabdeh1 və həmin rayon Torpaq şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə Cavabdeh2 Gəncə şəhəri ilə Göygöl rayonu arasında fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisi üçün ilə ümumilikdə 12000 ABŞ dolları pul verib. Cavabdehlərlə ilk əvvəl dayısı X2 tanış X3 vasitəsi ilə tanış olub. Belə ki, dayısı X4 ona bildirmişdir ki, onun tanışı X3 qaynı, Daşkəsən rayon İcra Hakimyyətinin Başçısının Tahir Kərimov ilə birgə işləyən Cavabdeh1 vasitəsi ilə ona torpaq sahəsi əldə etməklə əlaqədar kömək edə bilər. Nəticə etibarı ilə X3 dayısının ona torpaq verilməsinə görə xahişini edib və Cavabdeh1 mobil telefon nömrəsini ona verib. Bundan sonra Cavabdeh1 ona fərdi yaşayış evinin tikintisinə icazənin verilməsində köməkliyin göstərilməsini Daşkəsən rayon İHB Torpaq şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh2 tapşırıb və sonuncu onunla ilk əvvəl Gəncə şəhəri Gülüstan qəsəbəsində görüşüb.Həmin vaxt oğlu Taleh də onun yanında olub. Cavabdeh2 ilə görüş zamanı cavabdeh ondan fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin ayrılması, tikinti işlərinin aparılmasına icazənin verilməsi qarşılığında 20000 ABŞ dolları məbləğində pul istəmiş və həmin pul məbləğinin Daşkəsən rayon İHB-nın köməkçisi Cavabdeh1 çatacağını bidirmişdir, lakin son nəticə etibarı ilə onlar həmin işlərin görüləcəyi qarşılığında 10000 ABŞ dolları verilməsində qərarlaşmışlar. O, həmin pulu Cavabdeh2 Gəncə şəhərində verməli idi, lakin sonuncunun istəyi ilə həmin 10000 ABŞ dollarını dayısı Oktay Hüseynovun, keçmiş polis əməkdaşı İlham Bağrovun və Xaçmaz rayon İcra şöbəsinin icra məmuru Namiq Məmmədovun iştirakı ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi “Meydan” adlanan ərazidə ona vermişdir. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona verdikləri vədi yerinə yetirməmişlər və nəticə etibarı ilə cavabdehlərin ona qarşı etdikləri yalan vəd nəticəsində sözü gedən torpaq sahəsində iddiaçı tərəfindən aprılan tikinti işləri Gəncə şəhəri Nizami rayonu İHB-nı əməkdaşları tərəfindən qanunsuz və özbaşına tikinti işləri hesab edilərək məcburi qaydada sökülmüş və nəticə etibarı ilə ona 20000 ABŞ dolları məbləğində maddd ziyan dəymişdir. Bundan sonra o, cavabdchlərdən onlara verilən pulun və dəymiş 15000 manat məbləğində maddi ziyanın geri qaytarılmasını tələb etmiş və cavabdehlərdən Cavabdeh2 ona bildirmişdir ki, qeyd olunan torpaq sahəsi inzibati ərazi vahidlərinin yerlərinin dəyişdirilməsi nəticəsində Gəncə şəhərinin inzibati ərazi vahidliyinə daxil edilib.Buna görə də ondan əlavə olaraq yaranan problemlərin həll edilməsi üçün 2000 ABŞ dolları pul almışdır. Buna baxmayaraq cavabdehlər ona verdikləri vədlərin heç birini etməmiş və nəticə etibarı ilə cavabdehlər onun etibarından sui istifadə etməklə, habelə tutduqları dövlət qullğu mövqeyindən sui-istifadə etməklə 12000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirmişlər. Həmçinin, aprdığı tikinti işlərinin sökülməsi nəticəsində ona əlavə olaraq cavabdehlər tərəfindən 20000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Ona qarşı cavabdehlər tərəfində yol verilən qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına çox saylı şikayətlər etmişdir. Binəqədi rayon Prokurorluğunun xx.xx.12019-cu il tarixli, xx.xx.2019-ciu il tarixli, xx.xx.2020-ui il tarixli, xx.xx.2020-ci il tarixli qərarları ilə cinayət işinin başlanılması rədd edildi. Lakin, onun şikayətiləri üzrə Binəqədi rayon prokurolrluğunda aparılan araşdırma zamanı ifadələri alınmış şahidlər onun hazırkı iddia ərizəsində qeyd etdiyi halları təsdiq etmişlər.Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onlara verdiyi 12000 ABŞ dolları və vurulmuş maddi ziyana görə 20000 ABŞ dolları, dövlət rüsumuna görə ödədiyi 253.20 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185.4-cü və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.Təqdim etdiyi ərizəni müdafiə edib əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən hadisə 2007-2008-ci illəri əhatə edir. Bu da onun göstəricisidir ki, Mülki Məcəllənin tələbinə uyğun olaraq iddiaçı iddia müddətini ötürüb.Bundan başqa,ona qarşı irəli sürülən iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı qeyd etdiyi məsələ ilə əlaqədar ona nə şəxsən,nə də başqa şəxslər vasitəsi ilə pul verməmişdir.Bu məsələ dəfələrlə araşdırılmış və öz təsdiqini tapmamışdır.Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmənin 19 aprel 2022-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsivəkili Vəkil1 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməmiş və izahat verərək göstərmnişdir ki,o, iddiaçını ümumiyyətlə tanımamışdır, onu görməmişdir. İddiaçı ilə 2018-ci ildə prokurorluqda izahat verən zaman tanış olmuşdur.O,iddiaçıdan pul almamış və ya ona hansısa bir işin həllinə görə söz verməmişdir. Bəli iddia ərizəsində qeyd olunan dövrlərdə o, Torpaq komitəsində işləyirdi, təxminən 2007-ci ildə iddiaçı tərəfindən inşa edilən tikililər İcra Hakimiyyəti tərəfindən sökülüb. Həmin söküntü ilə onun hər hansı bir əlaqəsi olmayıb. Əlaqəsi var idisə nə üçün həmin ərəfələrdə məhkəmədə iddia qaldırmayıb, tələbi əsaslı olsaydı vaxtında məhkəmədə iddia qaldırardı. Bir daha qeyd edir ki, onun iddia ərizəsində göstərilənlərlə əlaqəsi yoxdur, xahiş edir iddia tələbi təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq faktla bağlı Binəqədi rayon Prokurorluğunda aparılmış araşdırma materiallarının əsli məhkəməyə göndərilmişdir.Həmin araşdırma zamanı ifadəsi alınmış Oqtay Hüseynov(iddiaçının dayısı)onun iştirakı ilə bacısı oğlu İddiaçı Cavabdeh2 10000 ABŞ dolları məbləğində pul verdiyini təsdiq etmişdir. Lakin pulun verildiyi tarix göstərilmir. İfadəsi alınmış Cavabdeh2 İddiaçı torpaq sahəsi almaq üçün və dəymiş ziyanın ödənilməsinə nail olmaq üçün məhkəməyə müraciət emək barədə məsləhətlər verdiyini bildirsə də Fərhaddan pul almadığını bildirmişdir. İfadəsi alınmış X5 bildirmişdir ki,Fərhad və onun dayısı Kamrana əvvəl 10000 ABŞ dolları,daha sonra isə 2000 ABŞ dolları verdiklərini ona bildirmişlər. Binəqədi rayon Prokurorluğunun xx.xx.12019-cu il tarixli, xx.xx.2019-ciu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qərarları ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə pul verilməsini yalnız iddiaçının yaxın qohumu olan dayısı Oqtay Hüseynov təsdiq etmişdir.Lakin həmin ifadə işdə olan digər sübutlarla təzib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında mübahisə 2007-ci ildə yaranmışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həm pul tələbi üçün müəyyən olunmuş 3 illik iddia müddətini,həm də 10 illik ümumi iddia müddətini açıq-aşkar ötürmüşdür. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən iddia müddəti açıqaşkar ötürüldüyündən təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar