Məhkəmə qərarları › İş №2(007)-64/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-64/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-64/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh vəkili və nümayəndəsi Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərən İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Piano Gallery” musiqi alətləri mağazasında piano və digər musiqi alətlərinin satışı ilə məşğul olur. Cavabdeh sonradan adını bildiyi Cavabdeh (bundan sonra cavabdeh) fortepioano alətindən kifayət qədər anlayışı olan qarmon ifaçısıdır. Həmin vaxta qədər cavabdeh dostu üçün də mağazalarından piano bəyənmiş və almışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi Bakı şəhərində yerləşən bütün musiqi alətləri mağazalarını gəzib araşdırmış və müəyyən etmişdir ki, onların mağazasında olan pianino alətləri digər mağazalarda olan pianinolardan qat-qat keyfiyyətli və üstündür (səsinə və digər göstəricilərinə görə). Cavabdeh alğı-satqı etməzdən öncə, 2-3 dəfə mağazalarına gələrək mağazada yerləşən akustik fortepianoların hamısında ifa etməklə səslənmələrinə qulaq asmış, alətləri texniki göstəricilərinə görə test edərək təcrübədən keçirmişdir. O, 25 sentyabr 2022-ci il tarixdə mağazalarına yenidən müraciət edərək piano seçimində qətiləşdiyini bildirdi. Bununla da onlar aralarındakı razılaşmaya əsasən cavabdehlə “Hailun VD6” markalı pianonun 8 800 (səkkiz min səkkiz yüz) manat dəyərində alğı-satqısına razılaşmışlar. Cavabdeh qeyd olunan vəsaitin 3000 (üç min) manatını ilkin ödəniş olaraq, qalan 5 800 (bes min səkkiz yüz) manatını 8 ay, hər ay 725 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etmək istəyir ki, razılaşmaya əsasən daşınmanın xərci və məsuliyyəti cavabdehin üzərində idi. Həmin gün “Hailun YD6” markalı pianino cavabdehin göstərdiyi 5-ci mərtəbədəki mənziə pilləkanla qaldırılmış və cavabdehə təhvil verilmişdir (videolar əlavə olunur). Elə həmin gün daşınma həyata keçirən şəxslərin yanında cavabdeh mağazaya video görüntülü zəng edərək, piaonun qapağının açılıb-bağlanmasında problem olduğunu bildirdilər. Onlar cavabdehə dərhal bildirdilər ki, “heç bir detala toxunmayın, sabah mütəxəssislə gəlib qaydaya qoyacağıq”. Çünki bu kimi hallar normal haldır, istənilən pianino bir yerdən başqa yerə daşınanda yeri tarazlaşdırılmalıdır ki, bütün qapaqlar normal bağlansın, pianinonun səslənməsi normal olsun və pianino yerə bərkidilsin. Ertəsi gün, günün birinci yarısında mağazanın satış meneceri Nümayəndə və təmir üzrə mütəxəssis Ruslan adlı usta həmin ünvana yollandı, yaranmış xırda problem cavabdehin həyat yoldaşının iştirakı ilə 2-3 dəqiqə ərzində aradan qaldırıldı və pianonun tam qaydasında olduğuna dair yerində video çəkiliş aparıldı (disk əlavə olunur). Elə həmin gün günorta saatlarında cavabdeh yenidən onlarla əlaqə saxlayaraq, pianinonun sağ tərəf dillərindən (klaviş) bir və ya ikisində xırda problemlər olduğnu bildirdi (bu da normal haldır). Menecerləri Arzu xanım elə həmin gün axşam ikinci dəfə piano kökləyicisi Valeh adlı şəxslə birlikdə həmin mənzilə yolladı. Bu dəfə cavabdeh özü ilə yanaşı, cavabdehin mütəxəssis qismində dəvət etdiyi Milli Konservatoriyanın fortepiano müəllimi, pianoçu Rəna xanım da mənzildə idi. Onların iştirakı ilə piano kökləndi, bütün məqamlar yoxlanıldı və cavabdehə təhvil verildi (video görüntü əlavə olunur). Hətta pianodan çox razı qalan cavabdeh həmin axşam qalıq borcundan bir qismini ödəniş etmək niyyətində olduğunu bildirdi, ancaq o an tərəflərindən kassa çeki təqdim edə bilmədiklərinə görə ödənişi qəbul edə bilməmişlər. Bundan sonra 2-3 gün sonra tam sakitlik oldu, lakin 3 gündən sonra cavabdeh yenidən zəng edərək pianonun 1-2 klavişinin onu qane etmədiyini və pianonu yenisi ilə dəyişdirilməsini xahiş etmişdir. Onlar etiraz etmişlər, belə ki, bu kiçik problem artıq aradan qalxmışdı, bunu mütəxəssislər də təsdiq etdi. Daha sonra cavabdeh özü mağaya gəldi və pianonu qaytarmalarını tələb etdi. Onlar da öz növbəsində bildirmişlər ki, pianoya baxış keçirdikdən sonra onu qaytara bilərik, yalnız bu şərtlə ki, piano tam yoxlanacaq, hər hansı bir problem olmadığı halda geri qaytarma baş tuta bilər və bununla bağlı ertəsi gün onların xahişi ilə mütəxəssis qismində dəvət etdikləri Bakı Musiqi Akademiyasının professoru, pianoçu, bəstəkar Könül Hüseynova ilə birlikdə cavabdehin evinə getmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən cavabdeh özü də öz hesabına mütəxəssis dəvət etməli idi, həmin şəxs də orada idi. Onlar cavabdehin mənzilində pianoya baxış keçirmişlər və müəyyən olundu ki, pianonun texniki göstəricilərində heç bir qüsur yoxdur, ancaq onlar pianoya tam baxış keçirən zaman müəyyən etmişlər ki, pianonun əmtəə görünüşü pozulub, ona kənar müdaxilə olunub və çoxsaylı gözlə görünən cızıqlar və zədələr əmələ gəlib (video və şəkillər əlavə olunur). Bununla onlar satdıqları pianonu qaytarmaqdan imtina etmişlər və borcun ödənilməsini tələb etmişlər. 17 oktyabr 2022-ci il tarixdə alətin texniki tərəfinə baxmaq üçün piano kökləyicisi Akif Mirzəyev və alətin əmtəə görünüşündə yaranmış problemi araşdırmaq üçün daşınmada iştirak etmiş şəxsin iştirakı ilə yenidən cavabdehin mənzilinə getmişlər, çünki cavabdeh təkidlə demişlər ki, yeni yaranmış cızıqlar və zədələr istehsal qüsuru və daşınma zamanı olmuşdur. Aşkar etmişlər ki, pionaya başqa usta tərəfindən kənar müdaxilə olmuş, pianonun ön tərəfində, qapağında gözlə görünən, ciddi zədələr və cızıqlar var. Bu zaman daşınmada iştirak edən şəxs Şahid cavabdehin üzünə qarşı bildirmişlər ki, piano təhvil verilən zaman onun xarici görünüşündə heç bir zədələnmə olmamışdır. Elə həmin gün tərəflərindən akt tərtib olundu və video çəkiliş aparıldı. Akta mağazanın meneceri Arzu Təhmozova, mütəxəssis Akif Mirzəyev, pianonun daşınmasında iştirak edən Şahid imza etdilər, lakin Cavabdeh akta imza etməkdən imtina etdi. Akta əsasən müəyyən olunmuşdur ki, “pianinoda heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Pianonun zahiri görünüşündə yaranan zədələmnələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil”. Buradan da göründüyü kimi, faktiki nöqsanlar nə istehsalçı tərəfindən, nə də ki, daşınma zamanı baş vermişdir. Qeyd olunan nöqsanların cavabdehin özü tərəfindən yaranmışdır. Buna görə də tərəflərindən pianonun qaytarılması mümkün olmayacağı barədə cavabdehə bildirilmişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyini hal-hazıradək yerinə yetirməmiş, ödəməli olduğu 5800 (beş min səkkiz yüz) manat məbləği ödəməkdən boyun qaçırmışdır. Qeyd edir ki, pianino hal-hazıradək Cavabdeh mənzilində və istifadəsindədir (video və görüntülər əlavə olunur). Xüsusilə bildirmək istəyir ki, cavabdeh tərəf qərəzli olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş və tərəflərindən də cavab almışdır və onun iddiası rədd olunmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh 5.800 (beş min səkkiz yüz) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu, 300 (üç yüz) manat vəkil üçün ödənilmiş xidmət haqqı, 87 (səksən yeddi) manat dövlət rüsumu, ümumilikdə 6.687 (altı min altı yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 5800 manat əsas borc, 500 manat dəbbə pulu, 300 manat vəkil üçün ödənilmiş xidmət haqqı, 87 manat dövlət rüsumu, ümumilikdə 6687 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixdə “Piano Galery “mağazasından “Hailun” markalı (vin kod 81354) piano almışdır. Ümumi dəyəri 8800 manat olan pianonun alqı-satqısı ilkin ödəniş 3000 manat ödəməklə yerdə qalan məbləğin 8 aya ödənilməsi qarşılıqlı olaraq razılaşdırıldı və tərəfimdən 3000 manat pul mağazaya ödənildi. Həmin gün piano mağazanın çatdırılma xidməti (mağaza əməkdaşları) vasitəsilə ünvanına çatdırılmış və mağazanın ustaları tərəfindən həmin tarixdə mənzilində qurulmuşdur. Elə həmin gün alətin qapağının açılmadığını görüb daşınma edən əməkdaşların yanında görüntülü zəng edərək Arzu xanıma (tel ***-***-**-**) bu barədə məlumat vermişdir. O isə alətə toxunmamağı, problemin sabah aradan qaldırılacağını bildirdi. Səhəri günü o, işdə olduğu vaxt Arzu xanım mağaza ustası ilə yaşadığı ünvana gələrək, yoldaşının iştirakı ilə alətə müdaxilə edib qapağı düzəltmiş, ona zəng edib heç bir problem olmadığını, aradan qaldırıldığını və istifadəyə tam yararlı olduğunu, alətin kökləndiyini bildirmişdir. O, nahar fasiləsində işdən evə gəlmiş və aləti yoxladıqda məlum oldu ki, alətin dilləri işləmir, basılı qalıb geri qayıtmır və pianonun üzərində cızıqlar var. Dərhal Arzu xanımla əlaqə saxlamış və ona bu barədə məlumat vermiş və ona bildirmişdir ki, sabah yoluna qoyulacaq. xx.xx.2022-ci il tarixdə o, işdə olduğu zaman Arzu xanım alət ayarlayıcı ilə mənzilinə gəlmiş, guya pianonu düzəltmişlər. Həmin gün işdən gəldikdən sonra pianonun dillərini yoxlamış və musiqi təhsilli olduğundan alətin düzgün işləmədiyini müəyyən etmişdir. Daha sonra vin kodla araşdırma zamanı məlum oldu ki, ümumiyyətlə bu kod altında tamamilə başqa alət qeydiyyata alınıb. Yenidən Arzu xanıma bu barədə məlumat vermiş, mübahisə etmişlər və yekunda ona bildirilmişdir ki, “istəsəniz də istəməsiniz də alət belə “işləyir”. xx.xx.2022-ci il tarixdən hər gün Arzu xanıma zəng edib gəlib pianonu götürməyi və ödədiyi pulu geri qaytarmağı tələb etməyinə baxmayaraq zənglərinə heç bir əhəmiyyət verilməmiş, müxtəlif bəhanələr gətirərək istehlakçı hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2022-ci il tarixdə pianonu aldığı mağazaya və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək, ona satılmış qüsurlu malın geri götürülməsini və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Təxminən iki həftə sonra mağaza əməkdaşı onunla əlaqə saxlayaraq mütəxəssis iştirakı ilə pianoya baxış keçirməyi xahiş etdilər. Razılaşmış və özünü mütəxəssis kimi təqdim edən Akif adlı şəxsin, mağaza meneceri və əməkdaşının iştirakı ilə pianoya baxış keçirilmiş və guya heç bir qüsur olmadığı, alətin yüksək fortepiano standartlarına cavab verdiyini, pianonun görünüşündə olan zədələrin onun özbaşına müdaxiləsi nəticəsində yaradığı barədə rəy tərtib etmişlər. O, tərtib edilmiş saxta rəylə razılaşmadığını və həmin rəyi imza etməyəcəyini bildirmişdir və müsiqi təhsili olduğundan pianonun dillərinin işlək vəziyyətdə olmadığını, kökləndikdən sonra qısa müddətdə kökdən düşməsinin real olmadığını, alətin dillərində problem olduğunu və aləti geri götürməklərini, ödədiyi məbləği geri qaytarmaqlarını tələb etmişdir. Lakin tələblərinə heç bir əhəmiyyət verməyib pianonu zədələdiyini və bu səbəbdən qaytarılmanın mümkün olmadığını bildirmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsində müqaviləyə istinad edərək daşınma ilə bağlı məsuliyyətin onun üzərində olduğu bildirilsə də, müqavilədə onunla bağlı hər hansı bir tələb yoxdur, daşınma onun tərəfindən deyil, mağaza tərəfindən edilmiş və onun tərəfindən alətə hər hansı müdaxilə qətiyyən olmamışdır. Satıcının aləti geri götürmək və ödədiyi məbləği geri qaytarmaq niyyətinin olmadığını görüb xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada təkrar şikayət ərizəsi göndərərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi və satıcının İXM-nin 447-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna baxmayaraq şikayət ərizəsi ilə bağlı heç bir tədbir görülmədi və araşdırma nəticəsi barədə ona hər hansı məlumat verilmədi. Hesab edir ki, alət keyfiyyəsiz və qüsurlu olduğundan geri qaytarılmalı və alətə görə ödənilmiş məbləğ satıcıdan tutularaq ona ödənilməlidir. Buna görə də, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (“Hailun” markalı pianonun cavabdehə və ödənilmiş 3000 manatın iddiaçıya qaytarılması), 320 manat vəkil üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 ilkin iddianı müdafiə edib izahatında bildirmişdir ki, “Piano Gallery” mağazası pianoların satışını həyat keçirməkdədir, tərəflər arasında 2022-ci ilin sentyabr ayının 25-də 8354 nömrəli pianonun satışı həyata keçirilmişdir. Cavabdeh alqı-satqı gününə qədər bir neçə dəfə bu mağazaya gəlmiş və buradakı pianoların həm görüntü, həm səs keyfiyyəti, həm də digər xüsusiyyətlərinə görə Bakı şəhərindəki digər mağazalardan seçildiyini söyləmişdir, 1 ay axtarışdan sonra nəhayət bu pianonu bəyənmişdir. Piano Çin istehsalıdır, belə ki, qeyd edilən piano çox dəyərlidir, hətta dəyərindən artıq keyfiyyəti var. 15 ildir ki, mağazadakı pianolar istehlak olunur, bu günə qədər pianolarda da heç bir problem olmayıb. Pianonun orijinal dəyəri 8800 manatdır, ilkin olaraq 3000 manat ödənilmiş, qalan 5800 manatı isə cavabdeh hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra piano təhvil verildikdən sonra Cavabdeh pianonun dillərində problem olduğunu bildirmişdir. 2 gün sonra bunu bildirdikdə tərəflər problemin aradan qaldırılması ilə bağlı razılığa gəlmişlər. Xüsusilə qeyd etməlidir ki, Cavabdeh özü həvəskar qarmon ifaçısıdır, bir çox incəsənət adamları, xüsusən də Xalq artisti Ənvər Sadıqovla yaxındır, bununla bağlı şəkilləri diskə əlavə edərək məhkəməyə təqdim etmişlər, diskdə aləti ifa etdiyi ilə bağlı video da vardır ki, alətin səs keyfiyyəti, görünüşü aydın şəkildə göstərilmişdir. Onlar 2 gün sonra onun evinə getdikdə, hansı ki, diskdə də qeyd edilib, şəxs iddia edir ki, alətin klavişlərində problem var. Vurğulamaq istədiyi məqam budur ki, bu problem tez aradan qaldırıla bilən bir məsələdir. Təhvil-təslim aktının mahiyyəti həmin malın sahibinə çatıb-çatmadığını bildirir, videodan da görünür ki, Toğrulun gəlib “pianonuzu götürün” deməyi təhvil-təslim aktının mahiyyətini təsdiqləyir. Əvvəlki videolarda da pianoda olan yastıq olmayıb, sonraki videoda isə cızıqlar əks edilib. Videonu yaxınlaşdırıb baxanda cızıqları aydın görmək olur. Arzu xanım çox dürüst bir şəxsdir, çünki əlavə xərc çəkərək əlavə mütəxəsislər, professorlar aparıb ki, problemi həll etsin. Çünki o, çox məsuliyyətli bir insandır. Pianoda olan problem üçün baxış keçirməklə əlaqədar Cavabdeh evinə gediblər. Bundan başqa, bu piano kimi mağazada 10-15 piano da satışa qoyulur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pianonu almazdan qabaq digər pianoları da yoxlayıb və o, pianoda çox gözəl ifa edir. Onun ifasını da dinləmişdir. Belə anlaşılır ki, o, piano ifa etməkdə mütəxəssisdir və pianonu zövq alaala ifa edir. Ona vitrindəki piano deyil, özünün seçdiyi piano verilib və paketlənməsi daxil hər bir şey qaydasında olub. Bu pianodan mağazada 18-20 ədəd olub. Lakin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onlara yalnız pianonun qapağının açılması ilə bağlı olan problem qeyd edilib. Digər məsələlər olan cızıqlar və klavişlərlə bağlı olan problemlərlə bağlı heç bir şey bildirilməyib. Problemlə bağlı Arzu xanıma bildiriləndə Arzu xanım deyib ki, “özüm gəlib baxacam”. Arzu xanım ustaları da aparıb, məsələni yerindəcə həll edib. Yeni alətdə kökdən düşmə 3 aya qədər özünü göstərir. Dillərdə yüngülvari problem olub, o da alət yeni olduğu üçün sürtkü yağından istifadə edərək düzəldilib. Cavabdeh qarmon ifaçısıdır və bilməlidir ki, qarmonla pianonun quruluşu eyni deyildir. Toğrul müəllim qarmonda aldığı effekti pianoda ala bilmədiyi üçün düşünüb ki, alətdə qüsur var. Pianonun quruluşu standartdır, bahalı pianodur, Çində onun qiyməti 20000 manat edir. Əgər istehsal qüsuru olsaydı, onlar onu dərhal qaytarardılar. Aydın olur ki, pianonu onların iştirakı olmadan təcrübəsiz bir şəxs açıb, lakin düz açmayıb, ona görə də problem yaranıb. Qarşı tərəfin sübut qismində təqdim etdiyi Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin Ekspert Komissiyasının rəyini qəbul etmirlər. Məsələ budur ki, muzeyin belə rəy vermək səlahiyyəti yoxdur. Rəydən görünür ki, komissiya üzvləri orada iştirak etməyib. Onlar pianonu ümumiyyətlə göstərməyiblər. Həmin rəy sübut hesab edilə bilməz. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib izahatında bildirmişdir ki, o, İddiaçı bacısıdır, həm də mağazanın satış meneceridir. Həyata keçirilən alqı-satqı onun tərəfindən həyata keçirilib. Toğrul bəy lap əvvəl dostu üçün piano almışdı, uzun-uzadı gəzdi, araşdırdı, nəhayət onların mağazasından piano aldı. Yəqin ki, bəyənməsəydi həm özü, həm də dostu üçün piano almazdı. Dostu üçün piano alanda hazırda aldığı pianonu bəyənmişdi. Sentyabrın 25-i 2022-ci ildə pianonu aldı, pulu ödədi, kassa çeki təqdim etdilər. İlkin ödəniş olaraq 3000 manat ödəmişdir. Qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Ödənişi hissə-hissə ödədiyi üçün həm daşınma, həm də digər xərclər ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh üzərində idi. Bunu qarşılıqlı olaraq razılaşdırmışdılar ki, daşınma və digər xərcləri o edəcək. Faizsiz hissəvi ödənişlər zamanı daşınma və digər xərclər alıcının üzərinə qoyulur. Daşınma xərclərinin satıcıya aid edilməsi ilə bağlı müqavilədə olan hissənin üzərindən yanlışlıqla xətt çəkilməyib. Cavabdeh Leninqrad tipli binanın 5-ci mərtəbəsində yaşayır. Piano həmin evə aparılmışdır. Pianonu rezinlə bağlayaraq 1 nəfər ön, 1 nəfər isə arxa hissədə olaraq pianonu daşıyıblar. Piano tam bağlı şəkildə falqanın içərisində təhvil verilib. Toğrul falqanı çıxarmağa icazə verməyib, Toğrul bəyin özü çox detalcı bir insandır. Pianonun qapağını hər iki tərəfdə silindrikvari bir taxta saxlayır, o taxtada sürüşmə yaranıb. Cavabdeh evində pianonu falqadan açarkən hər şeyin qaydasında olduğunu bildirib, lakin o, silindrikvari taxta dartınma zamanı qapağın ağırlığından sürüşüb. Toğrul ona daha sonra zəng vurdu ki, “pianonun qapağında problem var”. O da demişdir ki, “əl vurmayın gəlib özüm baxacam”. Sentyabrın 26-sı səhər saat 11- 12 radələrində usta ilə Cavabdeh evinə getmişlər. Orada onlar videoçəkilişlər də etmişlər. Bütün klavişlər bir-bir yoxlandı, hər bir şey qaydasında idi. Sadəcə pianonun üzərində ləkə var idi. Onu da yoldaşına demişdir ki, silsin. Cavabdeh zəng edəndə mobil setlə bağlı zəng çatmadı, internet Toğrulun işlədiyi yerdə zəif olduğu üçün videonu göndərə bilməmiş, amma o videoçəkilişlər onda mövcuddur. O, tək piano satıcısı deyil, həm də pianist, piano müəlliməsidir. Qeyd edir ki, piano hidrosqafik alətdir. Rütubətə, soyuğa qarşı həssasdır. Onun içərisində olan hissələr, keçələr bir az rütubət olan kimi şişməyə, sürtünməyə başlayır. Onu ya qrafitlə, ya da sürtünmənin qarşısını alması üçün yağ sürtürlər. O, Toğrulgilin evinə öz mağazanın quraşdırıcısını deyil, şəffaflıq olsun deyə başqa mağazanın quraşdırıcısını aparmışdır. Sentyabrın 26-sı onların evinə gedəndə Milli Konservatoriyanın müəllimi Rəna xanım da orada idi. Həm Cavabdeh, həm Rəna xanım, həm də quraşdırıcı pianoda ifa etdi, heç bir problem yox idi, hər şey qaydasında idi. Orada etdiyi çəkilişlər var. Habelə pianoda cızıq yox idi. Həmin gün Toğrul onlara dedi ki, “əlimdə bir az pulum var, ödəniş etmək istəyirəm”. Lakin o, həmin gün ona çek verə bilməzdi. 1-ci gün Toğruldan səs çıxmadı. Cavabdeh ona sentyabrın 29-u, 30-u Ənvər Sadıqovla olan şəkilini göndərdi. Ona bildirdi ki, piano yaxşı işləmir, bunu qaytarın. Bundan əvvəl mağazaya gəlmişdi, bununla bağlı da videogörüntülər var. O, Toğrula bildirmişdir ki, əgər pianoda hər hansı bir cızıq varsa, habelə əmtəə görünüşündə qüsur vasa, pianonu qəbul etməyəcək. Əks halda pianoda heç bir problem olmasaydı, pianonu qəbul edəcəkdi. O pianodan mağazada cəmi 1 ədəd qalmışdı, Toğruldan soruşanda ki, pianoda cızıq var idimi, o mənə pianoda lap əvvəl də, indi də cızıq olmadığını demişdir. O etiraf etdi ki, “siz pianonu təhvil verəndə də, indi də cızıq yoxdur”. O, Toğrul müəllimə mütəxəssis çağırmağı təklif etmişdir. Ona söyləmişdir ki, hər ikisi mütəxəssis çağırsın. O, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar-pianoçu Könül Hüseynova ilə Cavabdeh evinə getmişdir. Əvvəlcədən də razılaşmışlar ki, hamı birlikdə evə qalxacaq. Onlar həyətə çatanda Toğrul dedi ki, “biz evdəyik, evə qalxın”. Əli usta var idi, hansı ki onunla arasında rəqabət var idi, onların satışları biri-birilərinə maneə olurdu. Toğrulgilin evində Könül xanım pianonu yoxladı, heç bir problem yox idi. Əli ustaya demişdir ki, “siz də bir yoxlayın, pianoya baxın, sizin fikriniz də maraqlıdır”. Lakin Əli usta bildirdi ki, “mən pianoya əl vura bilmərəm”. Onda o, icazə ilə, gözü zəif gördüyü üçün telefonun kamerasının işığını yandıraraq baxmış, baxan zaman görmüşdür ki, qapağın hər iki tərəfində dərin cızıqlar və cırıqlar yaranıb. Bu pianonun köhnə pianolardan quruluşu tamam fərqlidir. Ona görə də qapağın çıxarılma qaydasını düzgün bilmədiklərindən, qapağı çıxaran zaman dəmir onun qıraqlarını söküb, cırmışdı. Əli usta zərər vurulmuşdu deyə artıq yaxınlaşmaq istəmirdi. Pianonun altında nəmdən qorunmaq üçün 1 kisənin içərisində dərman var ki, o nəmi özünə çəksin, şişsin. Sentyabrın 26-sı 2022-ci ildə Toğrulun evində çəkiliş edən zaman qeyd etdiyi hissə yox idi. O, diqqət etmişdir ki, həmin o kisələr pianonun üzərinə qoyulub. Bu o deməkdir ki, bu pianonun altı açılıb. Pianoda olan cızıqların onlar tərəfindən yaranmadığını göstərən 2 nüansı qeyd etmək istəyir. Toğrul müəllim “Antiinhisara” müraciət edəndə deyib ki, “daşınma zamanı cızıqlar yarana bilərdi”, lakin sonra ərizəsində qeyd edib ki, “o cızıqlar mən pianonu təhvil alanda var idi”. Cavabdeh çox detalcı, xırdaçı bir insandır. Üzərində cızıq olan pianonu heç vaxt qəbul etməzdi. Pianonun mat səthi var. Təmirə çətin tabe olur, nə qədər təmir etsəniz də, bilinir ki, təmir edilib. Guya ki pianonun seriya nömrəsi yanlışdır. “Hailun” markasının Azərbaycanda olan rəsmi distrübütoru onların mağazasıdır. Bununla bağlı sənədlər, habelə firmanın rəsmi saytında da məlumatlar var. O, belə bir hadisə olacağını bilsəydi, əvvəldən daha çox, foto və video çəkərdi. O, panoroma formasında video çəkmişdir, Toğrulun pianoda ifası əks edilib, orada görünür ki, pianoda heç bir cızıq yoxdur. O, sonradan yaranan cızıqların da videosunu çəkmişdir. Videoların hər birində ünvan və tarixlər əks edilib. Onların heç bir yanlışları yoxdur, özlərindən əmindirlər. İstər gitara, istər digər simli alətlər olsun, yeni alanda simləri bir neçə dəfə kökləmək lazımdır. Piano canlı alətdir, kapron və plasmas deyil, onun içərisində ağac hissəcikləri var. Biraz nəm olan kimi deformasiyaya uğrayır və klavişlər yaxşı işləmir. İqlimlə və rütubətlə əlaqədar vəziyyəti dəyişir. Bundan başqa, onların bu məsələ ilə bağlı 2 mütəxəssis rəyi var. Alətdə heç bir qüsur yoxdur. Azər Zeynalov və Ənvər Sadıqov, hansı ki hər ikisi Azərbaycanın görkəmli sənətkarlarıdır, onlar Abbas müəllimə deyiblər ki, məsələni yoluna qoysun. Toğrul isə Abbas müəllimə rüşvət təklif edərək saxta rəy almağa çalışıb, Abbas müəllim isə bunu qəbul etməyib. Abbas müəllimdən başqa Akif müəllim də var ki, o da tanınmış pianoçudur, habelə İsfar Sarabski, xaricdən gələn pianoçuların pianolarına quruluş verir. Qapağı saxlayan barmaq şəklində olan taxta sürüşüb, çünki piano 5-ci mərtəbəyə qaldırılıb. Pianonun çəkisi ağırdır, onlara Toğrul bununla bağlı müraciət edəndə səhərisi gün usta ilə birgə ünvana gedib pianonun qapağında olan problemi aradan qaldırmışlar. Bununla bağlı videogörüntüləri də var. Axşam ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ona bildirdi ki, pianonun ağ dilinin biri yavaş qayıdır, bu da normal haldır, çünki piano anbardan çıxıb, hava dəyişdiyi üçün də içindəki taxta şişib. Bu adam qarmon ifaçısıdır, bilməlidir ki, qarmonda edilən yayma da daxil olmaqla qarmonun quruluşu pianonun quruluşundan fərqlidir. Professional pianoçular belə həmişə konsert öncəsi məşq edirlər ki, barmaqlar öyrəşsin. Simli alətlər, ümumilikdə yeni alınan alətləri bir neçə dəfə quruluş vermək lazımdır. Cızıqla bağlı deyə bilər ki, alət qapalı formada, falqanın içərisində təhvil verilib. Cızıqlar daşınma zamanı yaranmayıb, sonradan alətə kənar müdaxilələr nəticəsində yaranıb. Alqı-satqı müqaviləsində yanlışlıq nəticəsində köklənmə, daşınma ilə bağlı xərclərin ümumi qiymətə daxil edilməsi ilə bağlı müddəaların üzərindən xətt çəkilməyib. Amma Toğrul müəllim onlara 3000 manat ilkin ödəniş, 90 manat da əlavə olaraq ödəyib. Əgər daşıma qiymətə daxildirsə niyə əlavə olaraq 90 manat ödəyib. Piano addım-addım aparılıb, videoları da var. Daşınarkən də falqada olub. Pianoda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özü də ifa edib, habelə Milli Konservatoriyanın müəllimi Rəna xanım da ifa edib və göründü ki, heç bir qüsur yoxdur. Həmin axşam Toğrul ona ödəniş etmək istəmişdir, qüsur var idisə niyə ödəniş etmək istəyirdi? O isə kassa çeki olmadığı üçün səhər mağazaya yaxınlaşmasını xahiş etmişdir. Onların əlində 2 görkəmli mütəxəssisin rəyi var, Toğrul isə saxta rəy almaq üçün mütəxəssisə pul təklif edib. Onların mağazasında səsli kameralar var, onların da görüntülərində əks edilib ki, Toğrul ona deyib ki, “pianonu qaytarım”. O, Toğrula demişdir ki, “əgər zədə varsa pianonu qəbul etməyəcəm”. Pianoda cızıqlar var idi deyə geri götürməmişdir. O cızıqlar da sonradan yaranıb, daşıma zamanı baş verməyib. Bununla bağlı şahidləri də var. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cızıqları özü yaradıb, daşınma zamanı yaranmayıb. 15 aydır piano Cavabdeh istifadəsindədir. Alət çatdırılan gün, səhərisi günün videoları var. Əgər o alətdə cızıq olsa idi, həmin şəxs onu qaytarardı. 15 ay ərzində alət onun evində olduğu halda bu şəxs alətə qəsdlə də zərər vura bilər. O malı zədələyib, adını istehsal qüsuru qoyub. O, yaxşı bilir ki, malı necə geri qaytarmaq olar. O saxta rəy almaq istəyib. Amma ala bilməyib. Bu adam bilir ki, yeganə geri qaytarmaq üsulu istehsal qüsuru adı ilə geri qaytarmaqdır. Müştəri istəyirsə 14 gün ərzində malı geri qaytara bilər. Lakin, onlar demişlər ki, malda hər hansı istehsal qüsuru yoxdursa, qaytara bilər. O da demişdir ki, mal veriləndə qüsur olmamışdır. Cavabdeh özü demişdir ki, malda cızıq yoxdur. Qarşı tərəfin sübut qismində təqdim etdiyi Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin Ekspert Komissiyasının rəyində adı çəkilən Alla xanım sənətşünasdır. Valeh adlı şəxs usta kimi ilkin kökləmədə iştirak edib. Sonra saxta rəy verilməsi üçün müraciət edilmişdir. Bundan başqa, Leyla xanım əvvəllər sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Lakin o, artıq ƏDV ödəyicisidir. Ödənilən vergiyə münasibətdə arada 16 faiz fərq yaranır. Həmin ƏDV-nin də cavabdehdən tutulması zəruridir. Çünki qarşı tərəf ödənişi gecikdirdiyindən onlar 928 manat ƏDV ödəməli olacaqlar. Göstərdiklərinin nəzərə alınmasını və ilkin iddia tələbinin təmin edilməsini, cavabdehdən tələb olunan pul məbləğinin, dəbbə pulunun, dövlət rüsumunun, vəkilə ödənilmiş xidmət haqqının, eləcə də ƏDV üçün ödənilməli olan məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh verdiyi izahatlarında bildirmişdir ki, o, alətin səslənməsini bəyənmişdi. Bu sahənin adamı deyil, piano barəsində çox da təcrübəsi yoxdur. Pianonu qarşı tərəfin mağazasının adamları gətirib. O, aləti açan kimi qapaq yarıya kimi gəldi. Klavişləri vurmuş, geri qayıtmamışdır. Arzu xanıma bildirəndə sonuncu demişdir ki, “gəlib səhər özü baxacaq”. Arzu xanıma bildirmişdir ki, “mən işdəyəm nahar vaxtı gəlin ki, mən evdə olum”. Arzu xanım razılaşmadı, dedi ki, “işimiz çox olduğu üçün indi gələ bilərik”. O da razılaşmışdır, çünki yoldaşı evdə idi. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə mobil nömrə ilə onunla əlaqə saxladıqda bildirdi ki, problem düzəlib. O, daha sonra bir daha klavişlərə basmış, görmüşdür ki, alət reaksiya vermir. Yenidən zəng etmişdir ki, problem həll olunmayıb. Bundan sonra usta gətirmişdir, aləti birlikdə sökmüşlər, səhv etmirsə ustanın adı Elvin idi. Problem ordadır ki, klavişləri 5 dəfə basır, 3 dəfə qayıdır. O da respublikanın dəyərli sənətçisi Ənvər Sadıqovu çağırmışdır. O da ifa edib bildirdi ki, pianoda qüsur var. Arzu xanım onlara gələndə özü ilə Konservatoriyanın müəllimini gətirmişdi, o da ifa etdi və bildirdi ki, “mağazadaki piano bundan daha yaxşıdır, bunun sanki səslənməsi sağ tərəfdən zəifdir”. O, bir piano ustası var, yaxın dostudur, onu çağırmışdır. O qarşı tərəfi yaxşı tanıdığını, onun alətinə yaxın durmayacağını söyləmişdir. Arzu xanım deyir ki, “bu alətə əl dəyib”, lakin Abbas müəllim də pianoda istehsal qüsuru olduğunu, pianonun kaloklarının kök saxlamadığını söyləmişdir. Evə çatan kimi bildirmişdir ki, bu pianoda problem var. Bu alət 3 gün kök saxlamadı. 1 həftə keçmişdi, o demişdir ki, “daşınma xərclərini də ödəyəcəm, yetər ki, gəlib bu pianonu aparın”. Pianodakı cızıqları daşınma zamanı ediblər. O, evdə pianonun qablaşdırılmasını açanda pianoda cızıqlar var idi. Arzu xanım video çəkərkən pianonu ifa etmişdir, problem olmayıb. Lakin daha sonra baxmışdır ki, pianonun klavişləri gec reaksiya verir. Qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 qarşılıqlı iddianı müdafiə edib izahatında bildirmişdir ki, qara klavişlərin dili ilə bağlı məsələ xüsusilə vurğulanmalıdır, qara klavişlər toxunuşa dərhal reaksiya vermir. Cavabdeh bildirir ki, 8000 manata aldığı piano sökülməli və onun kalokları düzəldilməlidir. O da pianonun kökləndiyi halda kökdən düşmə hallarını araşdırmışdır. Məlum oldu ki, pianonun tez kökdən düşməsi istehsal qüsuru ilə bağlıdır. Daşınmadan 2 gün sonra belə bir problemin olması qəribə haldır. Özlərindən müayinə aktı tərtib edirlər. Onlar istehsal qüsuru ilə bağlı “Antiinhisara” müraciət etdikdən sonra Arzu xanım məsələyə daha ciddi yanaşmağa başladı. Onların şikayətinə qədər Arzu xanım Toğrula deyirdi ki, “mən bilmirəm ki, sən 5-ci mərtəbədə yaşayırsan”. 5-ci mərtəbəyə daşınma problemi onların deyil, qarşı tərəfin problemidir. Əli usta da qüsur olduğunu təsdiq edib. Onlarda olan videogörüntülərdə də bu əks edilib. Ənvər Sadıqov da təsdiq edir ki, pianonun klavişlərini 5 dəfə vurduqda 3 dəfə geri qayıdır. Onun da videosu mövcuddur. Cızıqlar ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən edilməyib, onu qarşı tərəf məhz daşınma zamanı edib. Onlar Abbas müəllimin təqdim etdiyi rəyi sübut kimi qəbul etmirlər. Bu rəyə şübhə ilə yanaşır. Çünki qarşı tərəf piano satışı ilə məşğul olur. Toğrul Abbas müəllim üçün adi bir şəxsdir. Abbas bəyin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə olan əlaqələri onu şübhələnməyə vadar edir. Onlar pianonun normal işləmə qaydası və Cavabdeh mənzilindəki pianonun necə işləməsi ilə bağlı məhkəməyə 2 videogörüntü təqdim etmişlər. Belə ki, pianonun işləmə qaydası ilə bağlı kökləyici mütəxəssis Abbas Quliyevin tərtib etdiyi rəy var. Abbas müəllim bir müddət əvvəl dünyasını dəyişmişdir. Qeyd etməlidir ki, tərtib edilən rəyin obyektivliyi ilə bağlı ciddi şübhələr vardır. “Piano Gallery” mağazası və Arzu xanımın piano sahəsi ilə əlaqədar olan şəxslərlə, peşəkarlarla ciddi və görkəmli işgüzar nüfuzu vardır. Görünür ki, bu rəy də sırf işgüzar nüfuz xatirinə verilmiş bir mütəxəssis rəyidir. İddiaçının nümayəndəsi də hazırda yaranmış problemlərlə əlaqədar məsələni otaq tempraturu və daşınma ilə bağlı məsələlərə bağlayır. Bununla razıdırlar. Bəli, bu “canlı” bir alətdir, yəni ağacdan hazırlanıb. Belə ki, daşıma məsələsi satıcı tərəfin öhdəliyində olan bir məsələdir. İş materialında olanlara əsasən və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi özü də təsdiq edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən daşıma həyata keçirildikdən, piano yerləşdirildikdən sonra dərhal alətdə problem olduğu ilə bağlı qarşı tərəfə məlumat verilmişdir. 1 günlük otaq tempraturu ilə bağlı pianoda bu qədər dəyişikliyin olması inandırıcı deyil. O, bununla bağlı internet resurslarında araşdırdıqda pianonun içindəki hiberklakların temperatur dəyişkənliyi və ya daşıma zamanı yaranan hər hansı bir zərbə ilə xarab olması mümkündür. Lakin pianonun klavişi ilə bağlı problemlərin yaranma səbəbi bu deyil. Belə ki, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi qeyd edir ki, bütün alətlər kökləndikdən sonra kökdən tez düşür. Lakin bu müddət 2-3 ay təşkil etməlidir. Pianonun kökləndikdən 1 həftə sonra kökdən düşməsi qəribə bir haldır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ürzə iddiaçı da qeyd edə bilər ki, pianonun klavişləri toxunuşlara reaksiya vermir. Lakin klavişlərə toxunulduğu zaman dərhal reaskiya verilməlidir. Bununla bağlı hesab edir ki, verilmiş mütəxəssis rəyi obyektiv deyil. 09 fevral 2024-cü il tarixdə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin Ekspert Komissiyasının rəyini məhkəməyə təqdim etmişlər. Həmin rəy sübutlar siyahısına əlavə edilməlidir. Valeh müəllim də, Tural müəllim kimi yoxlayıb. Qara klavişlərdə boşluq təsdiq olunur. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəsatəti əsasında dəvət edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, pianonun daşınması zamanı iştirak etmişdir. Daşıma zamanı 4 nəfər olmuşlar. İki nəfər daşıyıcı, yəni o və digər daşıyıcı, sürücü və pianonun sahibi olmuşlar. Onlar malı qutuda aparmışlar, iç falqası qalmaqla qutudan çıxarmışlar. Falqanı Toğrul müəllimin yanında açmışlar. Amma pianonun qapağı açılmamışdır. Yəni, qapaq açılmış, amma bağlanmamışdır. O, pianonu kəmərə bağlayıb, o formada qaldırmışlar. O, pianoda heç bir cızıq görməmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Mövcud borcun etirafı haqqında” 25 sentyabr 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı Cavabdeh ilə satıcı Nümayəndə arasında bağlanmış müqaviləyə əsasən “Haulin VD 6” markalı (akustik, rəqəmsal) pianonu qarşılıqlı razılaşma əsasında (çatdırılma, quraşdırılma və köklənmə xərcləri daxil olmaqla) Cavabdeh 8.800 manat məbləğə almışdır. Alıcı 3.000 manatı nağd şəkildə ödəmiş, geri qalan 5.800 manat borcun isə 8 ay müddətində hər ay 725 manat olmaqla hissə-hissə ödənilməsi barədə tərəflər razılaşmışlar. Tərəflər qeyd olunan müqaviləni öz imzaları ilə təsdiq etmişlər. - 17 oktyabr 2022-ci il tarixli malın müayinə edilməsi barədə aktın surətindən görünür ki, “HAİLUN VD6” markalı pianoya baxış keçirilmişdir. Baxış zamanı aşkarlanmışdır ki, alətdə heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Pianonun zahiri görünüşündə yaranan zədələnmələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil. - “Piano Gallery” mağazası tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh müraciəti il əlaqədar ünvanlanmış xx.xx.2022-ci ıl tarixli 10/09- 5/3868 nömrəli məktub qəbul edilmiş və araşdırılmışdır. Müəyyən olunmuşdur ki, müştəri Cavabdeh xx.xx.2022-cı il tarixdə mağazadan qiyməti 8800 manat dəyərində olan “Hailun” markalı pianoya ilkin olaraq 3000 manat ödəniş edərək əldə etmişdir. Mal mənzilinə çatdırılmış və qüsursuz vəziyyətdə təhvil verilmişdir, qeyd edirlər ki, əllərində bunu isbat edən fotoşəkillər və video çəkilişlər var. Pianonu bir neçə gün istifadə etdikdən sonra güya qüsurlu olduğunu iddia edərək qaytarılmasını tələb etmişdir. Tərəflərindən müştərinin mənzilində mala baxış keçirilməsi üçün mütəxəssis dəvət edərək araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirir ki, malda istehsal xarakterli qüsur aşkar edilməmişdir. Müştərinin iddia etdiyi qüsur, pianoya onların iştirakı olmadan özbaşına şəkildə qeyripeşəkar şəxs (usta) müdaxilə etmiş və pianonu fiziki olaraq zədələmişdir. Pianonun işləmə mexanizmində heç bir qüsur yoxdur. Həmin zədələr pianonun dillərinin üzərini örtən qapağın yan tərəflərində, yəni korpus hissəsində aşkar etmişlər. Bu isə fiziki zədələnmənin nəticəsində əmələ gəlmişdir (yəni pianoların klaviatura qapağının açılma mexanizmi köhnə pianolardan tam fərqlidir və yeni alətlətlə mütəmadi məşğul olmayan ustalar qapağın açılma qaydasını bilmir. Beləliklə müştərinin onlardan xəbərsiz müdaxiləsi nəticəsində malın əmtəə görünüşünə zədələr vurulmuşdur. Vətəndaş Cavabdeh məhz həmin zədələnmələrə görə hər vəchlə malı qaytarmaqda israr edir. Lakin müştərinin iddiaları əsassızdır və yanlışdır. Belə ki, Cavabdeh hər bir nüansa diqqət edən bir müştəridir. Belə bir müştərinin cızılmış, zədələnmiş pianonu həmin zədələrlə qəbul edib evinə yerləşdirməsi heç bir halda mümkün deyil. Piano taxta və qalın kartondan ibarət olan qablaşdırmada müştərinin yaşadığı binaya gətirilib, alətin germetik falqa bağlaması müştərinin mənzilində açılıb müştəri tərəfindən baxış keçirilərək qəbul edilib. Halbuki həmin hissələrin zədəli olduğunu vizual olaraq rahatlıqla görmək olur, malı təhvil götürən zaman bu zədələri görməmək mümkün deyil. Bunu alətə baxış və texniki müayinə prosesində iştirak edən Şahid (pianonun müştərinin mənzilinə daşınmasında iştirak edən 2 fəhlədən biridir) Cavabdeh iddiasının doğru olmadığını, alətin mənzilə heç bir zədə almadan çatdırıldığını bildirdi və Cavabdeh, Şahid dediklərinə etiraz etmədi. Bütün bunlardan əlavə pianonun mənzilə daşınmasından bir gün sonra piano kökləyən usta ilə birlikdə müştərinin mənzilində pianonu yerində kökləyib müştəriyə təhvil vermişlər. Təhvil zamanı müştəri pianoya öz qonşuluğunda yaşayan peşəkar pianoçu ilə birlikdə baxış keçirib, hətta pianoda ifa edib, tam razı qalmışdır. Bundan başqa daha sonra pianonu müayinə etmək üçun dəvət etdikləri piano üzrə mütəxəssis Mirzəyev Akif pianoda heç bir istehsal qüsuru olmadığını, alətin bütün piano standartlarına uyğun olduğunu bildirib. Bu barədə vətəndaşa ətraflı izah edilib və məlumat verilib. Araşdırma nəticəsini təsdiq edən akt tərtib edilib, lakin müştəri malın qaytarılmasını tələb edir Bu halda malın qaytarılması mümkün deyil. Çünki malın qüsuru istehlakçının səbəbindən əmələ gəlmişdir. Beləliklə, əmtəə görünüşünü itirmiş belə vəziyyətdə malın dəyişdirilməsindən və qaytarılmasından imtina etmişlər. - Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının Baş piano kökləyicisi X5 tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, o, təqribən 2022-ci ilin okyabr ayının sonlarında vətəndaş Cavabdeh dəvəti ilə, vətəndaşın Bakı şəhərində yerləşən “Piano Gallery" musiqi alətləri mağazasından aldığı “HAİLUN VD6” markalı akustik pianonun mexanizminə və klaviaturasına mütəxəssis baxışı keçirib rəy verməyi üçün Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilinə getmiş və pianinoya baxış keçirmişdir. Baxış zamanı Cavabdeh Hailun VD6 pianonun mexanik olaraq tam sağlam və işlək olduğunu, alətin heç bir problemi olmadığını bildirmişdir. - 06 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün məhkəməyə 87 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəməyə sübut qismində disklər təqdim edilmişdir. - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İnsan Resursları və qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 113 nömrəli arayışından görünür ki, X6 həqiqətən xx.xx.2017-ci il tarixdən həmin akademiyada kökləyici vəzifəsində işləyir, ümumi iş stajı 6 il 2 ay təşkil edir. - Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, o, 17 yanvar 2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilində HAİLUN VD6 markalı akustik pianoya (bundan sonra alət) baxış keçirmişdir və bildirir ki, alətdə heç bir istehsal qüsuru aşkarlanmadı. Alətin hal-hazırda olan vəziyyəti onun satış tarixindən (1 il 4 ay müddətində) indiyədək olan müddət ərzində köklənmədiyini və texniki xidmət göstərilmədiyini nəzərə alsaq, onun 0.15 HZ kökdən düşməsi yüksək standartlar çərçivəsindədir. Cavabdehin iddia etdiyi və qüsur olaraq bildirdiyi mexaniki iş prinsipini bir mütəxəssis kimi tamamilə səhv hesab edir, alətin yoxlanma üsulunun tamamilə yalnış olduğunu bildirir. Qeyd edir ki, tərəflərin, o cümlədən Cavabdeh iştirakı ilə alətə tərəfindən keçirilən mütəxəssis baxışı zamanı alətin mexanizminin və klavişlərinin, həmçinin digər bütün detallarının düzgün fəaliyyət göstərdiyini bildirmiş və alətin düzgün yoxlama üsulunu tərəflərə əyani şəkildə izah edərək göstərmiş və bütün bunları yerli baxış zamanı qeydə alınmış 5 ədəd videoçəkilişdə bildirmiş və həmçinin öz yazılı rəyi ilə təsdiq edir. - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, muzeyin ekspert komissiyasına Cavabdeh “Hailun” markalı (vin kod 81354) pianino musiqi aləti haqqında rəy verilməsi üçün müraciət etmişdir. Dəvət olunmuş ekspert, piano üzrə mütəxəssis X3 alətə baxış keçirmişdir. Alət ekspertizadan keçdikdən sonra komissiya aşağıdakı nəticəyə gəlmişdir: Alətin texniki göstəricilərinə dair sənəd (pasport) təqdim edilmədiyindən istehsal ilini, harada istehsal edildiyini, həqiqiliyini və mənşəyini müəyyən etmək mümkün olmadı. Alətin vin kod üzrə axtarışı heç bir nəticə vermədi. Musiqi alətinin mövcud vəziyyəti qənaətbəxşdir. Piano dillərinin üzərini bağlayan qapağının sağ tərəf hissəsində xırda cızıq aşkar edilmişdir. Yaranma səbəbi qapağın nizamsız və səliqəsiz açılmasından ola bilər. Restavrasiya, yəni cilalanma üsulu ilə cızığın aradan qaldırılması mümkündür. Alət 88 dilli peşəkar musiqi aləti hesab edilir, məişət, məşğələ və dərsdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Konsert və orkestr tələblərinə uyğun deyildir. Piano mütəxəssisi X3 tərəfindən müayinə edilərək xüsusi proqram vasitəsilə yoxlanılmışdır. Qəbul edilmiş standartlara əsasən alətin tonallığı komertonda, yəni birinci oktavanın LYA notunda 440 HZ eşitmə tezliyində olmalıdır. Lakin hazırda təqdim edilmiş piano 430 HZ tezliyindədir, 10 HZ standartdan aşağıdır. Alətin dillər mexanizminin işləmə tezliyi qaydasında deyil və düzgün işləmir. Belə ki, trell yoxlanışı (ardıcıl sürətli toxunuş) zamanı bir neçə zərbədən bir piano dillərinin boşluğa düşdüyü, toxunuş sayına uyğun cavab vermədiyi müəyyən edilmişdir. Halbuki yoxlama üsulundan asılı olmayaraq dillər toxunuş sayına uyğun olaraq geri qayıtmalı, hər toxunuşa görə səs effekti verməlidir. Pianonun kök saxlamadığını, pianonun qara dillərinin düzgün işləmədiyini bildirmişdir. Bundan başqa, pianonun səs artırmaq üçün nəzərdə tutulmuş sağ pedalı basıldığı zaman küt və kənar səslər verdiyi, digər iki pedalda belə kənar səslər olmadığı aşkar edilmişdir. Səbəbin müəyyən edilməsi üçün alətin pedal hissəsinin sökülməsi zəruridir. Bu istehsal qüsuru hesab edilir və təmirlə aradan qaldırılması mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış “Mövcud borcun etirafı haqqında” 25 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən, “Haulin VD 6” markalı (akustik, rəqəmsal) pianonu qarşılıqlı razılaşma əsasında (çatdırılma, quraşdırılma və köklənmə xərcləri daxil olmaqla) Cavabdeh 8.800 manat məbləğə almışdır. Alıcı 3.000 manatı nağd şəkildə ödəmiş, geri qalan 5.800 manat borcun isə 8 ay müddətində hər ay 725 manat olmaqla hissə-hissə ödənilməsi barədə tərəflər razılaşmışlar. Tərəflər qeyd olunan müqaviləni öz imzaları ilə təsdiq etmişlər. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh 5.800 (beş min səkkiz yüz) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu, 300 (üç yüz) manat vəkil üçün ödənilmiş xidmət haqqı, 87 (səksən yeddi) manat dövlət rüsumu, ümumilikdə 6.687 (altı min altı yüz) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh isə malın istehsal qüsuru ilə ona satıldığını əsas gətirərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (“Hailun” markalı pianonun cavabdehə və ödənilmiş 3000 manatın iddiaçıya qaytarılması), 320 manat vəkil üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliklərini əməl etdiyini, lakin alıcının öhdəliklərinə əməl etməyərək qalan borcunu ödəməməsi ilə tələbini əsaslandırır, qarşılıqlı iddia üzrə iddiaçı isə sözügedən müqavilə əsasında əldə etdiyi malın istehsal qüsuru ilə satıldığını əsas gətirməklə, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (“Hailun” markalı pianonun cavabdehə və ödənilmiş 3000 manatın iddiaçıya qaytarılması), 320 manat vəkil üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmə bu baxımdan, tələblərin mahiyyəti nəzərə alınmaqla ilkin və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə baxılarkən tərəflər arasında mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddiaların əsaslı olub-olmaması, iddiaların müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən 25 sentyabr 2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh 25 sentyabr 2022-ci il tarixdə “Piano Gallery” mağazasından aldığı “Haulin VD6” markalı pianoya görə qalan 5.800 manat borcunun olduğunu tam etiraf edərək, borc məbləğini 8 ay müddətinə hər ay 725 manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün ilkin iddia üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun olması barədə tərəflər arasında olan 25 sentyabr 2022-ci il tarixli müqavilə (əqd) yazılı qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə iclasında müəyyən olundu ki, 25 sentyabr 2022-ci il tarixli borcun etirafı müqaviləsi əsasında Cavabdeh iddiaçıya 5800 manat borcu olduğunu etiraf etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı (sadə) qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, bununla ilkin iddia üzrə iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, ilkin iddia üzrə cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, borc öhdəliyinin yaranmasından müqavilənin 25 sentyabr 2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində ilkin iddia üzrə cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Cavabdeh məhkəmə baxışı müddətində də borcun ödənilməsinə yönəlmiş hərəkətlər etməmişdir ki, bunlar özlüyündə borclunun ödəniş qabiliyyətini itirməsi deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb hüququ mövcuddur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu baxımdan qismən təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat pul məbləğində əsas borc və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə ilkin iddia tələbinin 500 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə Cavabdeh bu barədə öz üzərinə hər hansı öhdəlik götürməmişdir, bununla bağlı müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır, ilkin iddiaçı isə bunun əksini təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim etməmişdir, buna görə də ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin vəkil üçün ödənilmiş 300 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, ilkin iddia həmin hissədə də təmin edilə bilməz, bu zaman nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müdafiəçiyə məhz həmin məbləğdə xidmət göstərməsi üçün pul ödəməsini təsdiq edə biləcək hər hansı dəlil təqdim edilməmişdir, ilkin iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən müqavilə əsasında əldə etdiyi malın istehsal qüsuru ilə satıldığını əsas gətirməklə, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (“Hailun” markalı pianonun cavabdehə və ödənilmiş 3000 manatın iddiaçıya qaytarılması), 320 manat vəkil üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Lakin, məhkəmə araşdırması zamanı sözügedən malın istehsal qüsuru ilə satıldığına dəlalət edə biləcək hər hansı aşkar edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi rəyə münasibətdə isə qeyd edilməlidir ki, həmin rəy məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən müqavilə üzrə 5800 manat borcunun olmasını etiraf etmiş, müqaviləni öz imzası ilə təsdiq etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddiasının təmin edilməsinə əsas kimi göstərdiyi hal isə qeyd olunan pianonun onun mənzilinə qaldırıldıqdan sonra cızıqlar aşkar etməsi, pianonun qapağında problem olması və klavişlərində problem olmasından ibarət olmuşdur. Göstərilən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən yerində müayinə keçirilmiş və yerində müayinə aktı tərtib edilməklə, mütəxəssisin iştirakı ilə, göstərilən xüsusatlar araşdırılmışdır. Bu hal, məhkəmənin yerində müayinə aktında da öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1, mütəxəssis qismində dəvət edilmiş Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X2 və mütəxəssis X1 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli yerinə müayinə aktından görünür ki, baxış zamanı Cavabdeh, klaviaturanın geri qayıtma sayının az, gecikməsini irad olaraq qeyd etmiş və kalokların kök saxlamadığını bildirmişdir. Mütəxəssis qismində dəvət edilmiş Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X6, “Hailun” markalı, “VD 6” modelli pianonun klaviaturalarına toxunaraq onun vəziyyətini yoxlayıb, pianoda heç bir qüsur aşkarlamadığını, “kalok”ların hamısını kökün saxladığını, Cavabdeh alətin sazlığını düzgün yoxlamadığına görə, daha dəqiq desək, klaviaturanı düzgün, mütəxəssislərin yoxladığı qaydada yoxlamadığına görə səhv qənaətə gəldiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, alətdə heç bir istehsalçı qüsuru mövcud deyil, sadəcə piano onun göstərdiyi qaydada normativlərə uyğun olaraq yoxlanılmamışdır. Alət hazırda kökdə deyil, alətin hazırda 0,15 HZ olması və 1 il 4 ay ərzində kökdən düşməyi normadır, klaviaturaların hamısı eyni qaydada kökdən düşüb və bu texniki normalara cavab verir. Beynəlxalq normalara əsasən, pianolar il ərzində müəyyən qrafik üzrə köklənməlidir, buna dair cədvəllər mövcuddur. Bundan başqa, mütəxəssis qismində dəvət edilmiş X4 mübahisə predmetini müayinə edərək bildirmişdir ki, mütəxəssis X2 fikirləri ilə tam razıdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Müayinə aktı iştirakçılar tərəfindən tanış edilməklə imzalanmışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə sübut etmək yükü üzərinə düşmüş qarşılıqlı iddia üzrə iddiaçı, iddiasının təmin edilməsi üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmiş və bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İlkin iddia tələbinin təmin edilməsi üçün yuxarıda qeyd olunan əsaslar da nəzərə alınmaqla, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, qarşılıqlı iddia üzrə iddiaçının malın istehsal qüsuru ilə bağlı göstərdikləri hallar da sübuta yetirilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat pul məbləğində əsas borc və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat pul məbləğində əsas borc və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar