Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-645/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(007)-2113/2019 saylı qətnaməsinə əsasən 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına yatana kimi saxlanılınası üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, cavabdeh X3 hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması, habelə mediasiya xərcinə görə ödədiyi 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09.10.2004-cü ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 684 nömrəsi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuş, həmin nikahdan 02.09.2005-ci il təvəllüdlü X7 və 03.03.2010 cu il təvəllüdlü X6 anadan olmuşdur. Evliliklərinin ilk vaxtlarında mehriban yaşamışlar. Bir müddət sonra, cavabdeh işləmək üçün Rusiya Federasiyasına getmiş, sonradan o da, onun yanına getmişdir. İkinci uşaqları olandan sonra, aralarındaki isti münasibətlərə son qoyulmağa başlanılmışdır. Daha sonra ailə münasibətləri pozulmuş, ər-arvad münasibətləri kəsilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(007)- 2113/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə Babayeva (Nəsirli) Nuranə Namiq qızı arasında Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində bağlanmış və 09.10.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 684 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 02.09.2005-ci il təvəllüdlü X4 atası Cavabdeh Ağamelıdi oğlunun yanında, 03.03.2010-cu il təvəllüdlü X2 anası Babayeva (Nəsirli) Nuranə Namiq qızının yanında qalmaları, Cavabdeh 22.05.2019-cu il tarixdən başlayaraq 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, Babayeva (Nəsirli) Nuranə Namiq qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə X4 atası Cavabdeh yanında qalması müəyyən edilsə də, faktiki olaraq onun himayəsində qalmış və anası Bilqeys Babayevanın yaşadığı ünvan 1 ünvanda yaşayır, hazırda da ünvan 2 etdirir. Cavabdeh oğlunun təminatı üçün müxtəlif vaxtlarda oğluna pul göndərdiyinə görə, oğlu ilə bağlı aliment tələb etmir. Hazırda isə qeyd olunan qətnamənin qəbulundan xeyli müddət keçmiş, uşaqlarımın inkişafı ilə əlaqədar məsrəfləri yetərincə artmış, onların geyim və yemək xərcləri də çoxalmışdır ki, bir ana kimi Respublika Perinatal Mərkəzində tibb bacısı işləməklə azyaşlı övladlarının normal səviyyədə saxlanılmasını təmin elmək mümkün deyildir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh oğlu ilə arabir telefonla əlaqə saxlayıb, ona arabir maddi köməklik göstərsə də, azyaşlı qızlarına maddi köməklik göstərmir. Cavabdeh məhkəməyə İddiaçı qarşı “aliment” tələbi ilə qarşılıqlı idida ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan 02.09.2005-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün cavabdeh Nəsirli (Babayeva) Nuranə Namiq qızından aylıq 193 manat pul vəsaitinin (alimentin) alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə 26.04.2022-ci il tarixdə ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Ərizə əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.04.2022-ci il tarixli, 2(007)-645/2022 saylı qərardadı ilə qarşılıqlı iddianın geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iki övladı var. Oğlu qanunla cavabdehdə olsa da onun anası oğluna baxır və anası ilə Naxçıvanda yaşayır. Cavabdeh 2019-cu ildən heç bir ödəniş etməmiş, bu sentyabr ayından uşağa 250 manat hazırlıq pulunu göndərməyə başlamışdır. O, həmçinin Perinatal mərkəzdə tibb bacısı işlədiyini, 420 manat əmək haqqı, 160 manat aliment və sosial yardım aldığını, bunların uşağın saxlanılmasına çatmadığını, 193 manat alimentə də razı olduğunu qeyd etdi. Məhkəmə iclasında Cavabdeh qətnamə ilə oğlu X4 yanında qaldığını, iddiaçının qazancının qənaətbəxş olduğunu, ondan 160 manat aliment tutulduğunu, əgər ondan193 manat aliment tutulsa imkanı olsa ödəyə biləcəyini bildirdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 341041 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Cavabdeh arasında olan nikah 18.01.2020-ci il tarixdə ləğv edilmişdir - Bakı şəhəri, Nizami rayon məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(007)-2113/2019 saylı qətnaməsindən görünür ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Cavabdeh ilə Babayeva (Nəsirli) Nuranə Namiq qızı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 09.10.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qetdləri kitabında 684 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 02.09.2005-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında, 03.03.2010-cu il təvəllüdlü X2 anası Babayeva (Nəsirli) Nuranə Namiq qızının yanında qalması, Cavabdeh 02.05.2019-cu il tarixdən başlayaraq 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,0 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Babayeva (Nəsirli) Nuranə Namiq qızına ödənilməsi qət edilmişdir. - 01.12.2021-ci il tarixli MŞİH-07651 nömrəli “X1 X10 Etdirilə Bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı qızı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. - NMR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsi V.Zeynalov adına 3№li tam orta məktəb tərəfindən verilmiş arayışlardan görünür ki, X7 həqiqətən NMR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsi V.Zeynalov adına 3№li tam orta məktəbdə oxuyur və Naxçıvan şəhəri, İstiqlal küçəsi, döngə 6, ev 4-də yaşayır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 02.09.2005-ci il təvəllüdlü X7 və 03.03.2010-cu il təvəllüdlü - X6 adlı övladları anadan olmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(007)-2113/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Cavabdeh ilə Babayeva (Nəsirli) Nuranə Namiq qızı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 09.10.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qetdləri kitabında 684 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 02.09.2005-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında, 03.03.2010-cu il təvəllüdlü X2 anası Babayeva (Nəsirli) Nuranə Namiq qızının yanında qalması, Cavabdeh 02.05.2019-cu il tarixdən başlayaraq 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,0 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Babayeva (Nəsirli) Nuranə Namiq qızına ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 250 manat olmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 250 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə, Cavabdeh 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 193 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2017ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeḣ oğlundan 03.03.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2113/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeḣ oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, Nəsı̇ rli Ṅuranə Namı̇ q qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeḣ oğlundan 03 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2113/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeḣ oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, Nəsı̇ rli Ṅuranə Namı̇ q qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Nəsı̇ rli Ṅuranə Namı̇ q qızının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. İddiaçı Nəsı̇ rli Ṅuranə Namı̇ q qızının ödəməkdən azad edildiyi 50,0 manat dövlət rüsumu isə cavabdeh Cavabdeḣ oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-645/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-645/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver