Məhkəmə qərarları › İş №2(007)-646/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-646/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-646/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Nizami rayonundakı 8-ci km.bazarında işləyərkən yaxın tanışı və əvvəllər münasibətləri olan Cavabdeh 2000 mant pul vermişdir.Bu pulu verərkən onun şəxsiyyət vəsiqəsini,həm də dilindən yazılı arayış almışdır.O,pulu qaytarmağa söz versə də bu günə qədər cəmi 50 manat qaytarmışdır.Ona zəng edib pulun qalanını istədikdə isə cavabdeh onu söymüş,bıçaqla öldürəcəyini bildirmişdir.Bu barədə müvafiq orqanlara müraciət etsə də ona bildirmişlər ki,məhkəməyə müraciət etməlisən.Bütün bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə səbəb olmuşdur.Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldi.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 2000 manat əsas məbləğin,100 manat hüquqi yardıma çəkilən xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğlu iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, 2010-cu il tarixdə Cavabdeh İddiaçı 2000 (iki min) manat pul almışdır. Həmin ildə də iddiçıya faizi ilə birlikdə 2400 manat pulu qaytarmışdır. İddiaçı pul veriləndən 10 il sonra məhkəmə iddia ilə müraciət etmişdir. Burdan görünür ki, iddiaçı iddia müddətini ötürmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mübahisəyə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan 27 mart 2010-cu il tarixli və 13 aprel 2010-cu il tarixli aktların məzmunundan görünür ki, Cavabdeh İddiaçı hər dəfə 1000 mant,cəmi 2000 (iki min) manat pul almış,əlavə olaraq hər 1000 manata görə ayda 100 manat ödəyəciyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1.ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İşin hallarından görünür ki, 2010-cu il tarixdə Cavabdeh İddiaçı 2000 (iki min) manat pul almışdır.Belə ki,iş materiallarında olan 27 mart 2010-cu il tarixli və 13 aprel 2010-cu il tarixli aktların məzmunundan görünür ki, Cavabdeh İddiaçı hər dəfə 1000 mant,cəmi 2000 (iki min) manat pul almış,əlavə olaraq hər 1000 manata görə ayda 100 manat ödəyəciyinə söz vermişdir. Göründüyü kimi tərəflər arasında sadə yazılı şəkildə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilələr 2010-cu ildə bağlansa da, iddiaçı həm 3 illik iddia müddətini,həm də 10 illik ümumi iddia müddətini ötürməklə 2020-ci ilin 07 noyabr tarixində məhkəməyə müraciət etmişdir.Məhkəməyə iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili mübahisəyə iddia müddətinin tətbiq olunması barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə verdiyindən iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar