Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-655/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli 127206-1-14529 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 39 ay müddətinə 6580 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli 127206-1-14529 saylı “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən borclunun 08.02.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 5831 ABŞ dolları məbləğində müəyyən edilmiş, illik 20 faiz hesablanması şərti ilə 30 ay müddətinə uzadılmışdır. 08.02.2016-cı il tarixə kapitallaşdırılmış kredit məbləğinə 75.55 ABŞ dolları məbləğində cərimə mövcuddur. “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 08.02.2016-cı il tarixli 127206.1-14529/1 saylı müqavilə üzrə kredit borcu 25.07.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 4479.87 manat illik 1% dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini 25.02.2020-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 4479.87 manat məbləğində əsas borcu, 29.02 manat məbləğində faiz borcu, ümumilikdə isə 4508.89 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.Qeyd olunanlara əsasən “Bank VTB (Azərbaycan)”Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli 127206-1-14529/2 saylı (13.04.2015-ci il tarixli 127206-1-14529) saylı kredit müqaviləsinə əsasən 23.09.2020-cı il tarixə cavabdehin Banka borclu olduğu 4479.87 manat məbləğində əsas borcun, 29.02 manat məbləğində faiz borcunun, ümumilikdə isə 4508.89 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 13.04.2015-ci il tarixli 127206-1-14529 saylı “Kredit xətti müqaviləsi”ndən görünür ki, Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 39 ay müddətinə 6580 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 13-dən gec olmayaraq 39 ay müddətinə 232.11 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.04.2015-ci il tarixli 127206-1-14529 saylı “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 08.02.2016-cı il tarixli 01 saylı Razılaşmadan görünür ki, borclunun 08.02.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 5831 ABŞ dolları məbləğində müəyyən olunmuş,borc illik 20 faiz hesablanması şərti ilə 30 ay müddətinə uzadılmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 08-dən gec olmayaraq 30 ay müddətinə ilk 12 ay müddətinə 117 manat, qalan 18 ay müddətinə əsasən 355.08 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 08.02.2016-cı il tarixli 127206.1-14529/1 saylı müqavilə üzrə kredit borcu 25.07.2019-cu il tarixdə restrukturizasiya olunmuş, müqaviləyə əsasən kredit məbləği 4479.87 manat müəyyən edilməklə, illik 1% dərəcəsi ilə müqavilənin müddəti 60 ay müddətinə uzadılmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 60 ay müddətinə hər ayın 25-dən gec olmayaraq ilk 12 ayı 3.98 manat, qalan 48 ayı isə 95.25 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli 127206-1-14529/2 saylı “Kredit xətti müqaviləsi”nə əsasən sonuncunun 4479.87 manat əsas, 29.02 manat faiz borcu, cəmi 4508.89 manat borcu vardır. İş materiallarında olan 21.05.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, bank tərəfindən borclu Cavabdeh 25.07.2019-cu il tarixli 127206-1-14529/2 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 4493.58 manat borcunun olması barədə məlumatlandırılmış, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı ona bildirilmişdir. İş materiallarında olan 28.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərinə əməl etməmişdir.Hal-hazırda cavabdehin 4493.58 manat borcu vardır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25.07.2019-cu il tarixli 127206-1-14529/2 saylı kredit müqaviləsi üzrə 23.09.2020-ci il tarixə olan 4479.87 manat əsas borc, 29.02 manat faiz borcu, cəmi 4508.89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 25.07.2019-cu il tarixli 127206-1-14529/2 saylı kredit müqaviləsi üzrə 23.09.2020-ci il tarixə olan 4479.87 manat əsas borc, 29.02 manat faiz borcu, cəmi 4508.89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-655/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-655/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver