Məhkəmə qərarları › İş №2(007)-656/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-656/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-656/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə 87.49 manat məbləğində əsas overdraft borcu, 36.56 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 124.05 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində cavabdehə 100 manat məbləğində kredit ayrılarkən eyni gündə həmin məbləğin onun balansına 2-ci dəfə oturması ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

İş materialları :

3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə və imza nümunəsindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi oferta müqaviləsi ilə tanış olmuş, onun bütün şərtləri ilə razılaşaraq bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" KB ASC-nin Neftçilər filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh 409809******2843 nömrəli plastik kartı təhvil almışdır.

5. "xxxx" KB ASC-nin Neftçilər filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh 409809******4640 nömrəli plastik kartı təhvil almışdır.

6. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış AZ20UBAZ**********1010AZN002 saylı hesab üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixli dövrləri və xx.xx.2021-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində hesab üzrə əməliyyatlar keçirilərək cəmi dövriyyə kreti 200 manat, debet isə 200 manat olmuşdur.

7. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış AZ04UBAZ**********1010AZN002 saylı hesab üzrə xx.xx.2021-xx.xx.2024-cü il tarixli dövrləri və xx.xx.2021-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində hesab üzrə əməliyyatlar keçirilərək cəmi dövriyyə kredit 210 manat, debet isə 210 manat olmuşdur.

8. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış AZ36UBAZ**********1010AZN005 saylı hesab üzrə xx.xx.2021-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində hesab üzrə əməliyyatlar keçirilərək cəmi dövriyyə kredit 112.73 manat, debet isə 112.73 manat olmuşdur.

9. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. xx.xx.2023-cü il tarixinə 87.49 manat əsas, 0 manat faiz, 27.04 manat cərimə olmaqla, cəmi 114.53 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

10. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladırdığı xx.xx.2023-cü il tarixli, UB/RMX/NFT /№1295 saylı sənədindən görünür ki, Cavabdeh "xxxx" ASC-də AZ20UBAZ**********1010AZN002 (kartın nömrəsi 409809LPQTAX2843) saylı kart hesabı olmuş, xx.xx.2022-ci il tarixində Cavabdeh kartında vəsait olmadığı halda 100 manat (yüz manat) məbləğində vəsait silinmiş və Cavabdeh 100 manat (yüz manat) məbləğində overdraft borcu yaranmış, həmçinin xx.xx.2022-ci il tarixində Cavabdeh kartına 3 manat (üç manat) məbləğində vəsait daxil olmuş və Cavabdeh kartında olan ümumi məbləğ 3 manat (üç manat) təşkil etmiş və xx.xx.2022-ci il tarixində Cavabdeh kartından 3 manat (üç manat) məbləğində vəsait overdraft borcuna silinmiş və Cavabdehda overdraft borcu 97 manat (doxsan yeddi manat) təşkil etmiş və kartda olan ümumi məbləğ isə 0.00 manat (sıfır manat 00 qəpik) təşkil etmiş, nəticədə Cavabdeh özünün olmayan 97 manat (doxsan yeddi manat) məbləği istifadə etmiş və xx.xx.2022-ci il tarixində 97 manat vəsait Texniki overdraftdan silinmişdir. Beləliklə də, Cavabdeh xx.xx.2022-ci il tarixində 97.00 manat (doxsan yeddi manat) overdraft borcu yaranmış və xx.xx.2022-ci il tarixində 2.00 manat (iki manat), xx.xx.2022 tarixində isə 0.75 manat (sıfır manat yetmiş beş qəpik), xx.xx.2022 tarixində isə 2.28 manat (iki manat iyirmi səkkiz qəpik), xx.xx.2022 tarixində isə 9.80 manat (doqquz manat səksən qəpik) və xx.xx.2022 tarixində isə 0.90 manat (sıfır manat doxsan qəpik) overdraft borcuna ödəniş edilməsi nəticəsində Cavabdeh xx.xx.2023 tarixində əsas borc olaraq 87,49 manat (səksən yeddi manat qırx doqquz qəpik) və qeyd olunan əsas borca 33.2 manat (otuz üç manat iyirmi qəpik) cərimə faizləri hesablanılaraq qeyd olunan overdarft borcu üzrə xx.xx.2023 tarixində 120.69 manat (yüz iyirmi manat altmış doqquz qəpik) borc təşkil etmişdir.

11. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 3730ovNFT/22 saylı kredit müqaviləsi üzrə 87.49 manat əsas borc, 0 manat faiz borcu və 36.56 manat cərimə olmaqla, cəmi 124.05 manat borcu vardır.

12. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını hesab etmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

16. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh açılmış kredit hesabına iddiaçı tərəfindən səhvən köçürülmüş 100 manatın cavabdeh tərəfindən istifadəsi nəticəsində texniki overdrafta yol verilmişdir.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, mülki qanunvericiliyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi oferta müqaviləsi ilə tanış olmuş, onun bütün şərtləri ilə razılaşmışdır.

23. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən cavabdeh bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq, hesaba səhvən daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq geri qaytarmaq öhdəliyi daşıyır.

24. Həmin müqavilənin 6.1.4-cü bəndində nəzərdə tutulmuşdur ki, müştərinin bank hesabına və ya kart balansına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş pul vəsaitləri Müştəri tərəfindən geri qaytarılmadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti olan müştərilərə). Bu halda Müştəri, kreditdən istifadəyə görə Bankın həmin günə olan mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.

25. Həmin Müqavilənin 2.2.8-ci bəndində nəzərdə tutulmuşdur ki, hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Texniki overdraft baş verdiyi hallarda müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul vəsaiti olmadıqda və ya kifayət qədər pul olmadıqda yaranmış borc müştəriyə illik 30% hesablanmaqla 30 təqvim günü müddətində banka qaytarılmalıdır. Yaranmış borc və ona hesablanmış faizlər bu müqavilənin 2.2.8-ci bəndinin “a” yarımbəndində nəzəzrdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu müqavilənin 2.2.8-ci bəndinin “a” yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat məbləğdə hesablanır. Faizlərin hesablanması borc tam ödənilənə qədər davam edir. Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün müştəri ödənilməli olan məbləğin 0.5 faizi miqdarında dəbbə pulu ödəyir.

26. İşin məhkəmə tərəfindən raşdırılan halları ilə müəyyən edilmişdir ki, kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində Cavabdeh 100 manat məbləğində kredit ayrılarkən eyni gündə həmin məbləğin onun balansına 2-ci dəfə oturması ilə Cavabdeh artıq oturan vəsaitdən istifadə etmiş və nəticədə texniki overdraft yaranmışdır.

27. Cavabdeh özünün olmayan 97 manat (doxsan yeddi manat) məbləği istifadə etmiş və xx.xx.2022-ci il tarixində 97 manat vəsait Texniki overdraftdan silinmişdir. Beləliklə də, Cavabdeh xx.xx.2022-ci il tarixində 97.00 manat (doxsan yeddi manat) overdraft borcu yaranmış və həmin iddiaçı tərəfindən məbləğ kreditləşdirilmişdir.

28. İşin məhkəmə tərəfindən raşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində 2.00 manat (iki manat), xx.xx.2022 tarixində isə 0.75 manat (sıfır manat yetmiş beş qəpik), xx.xx.2022 tarixində isə 2.28 manat (iki manat iyirmi səkkiz qəpik), xx.xx.2022 tarixində isə 9.80 manat (doqquz manat səksən qəpik) və xx.xx.2022 tarixində isə 0.90 manat (sıfır manat doxsan qəpik) overdraft borcuna ödəniş edilməsi nəticəsində Cavabdeh xx.xx.2023 tarixində 87.49 manat əsas borcu qalmışdır.

29. Məhkəmə qeyd edir ki, hazırda Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

30. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" KB ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

31. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli overdraft kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 87.49 manat ödənilməsi tələbi əsaslıdır.

32. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək iddiaçı "xxxx" ASC-yə borcu olduğunu etiraf etmişdir.

33. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

34. Məhkəmə cavabdehlərin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.

35. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

36. Həmçinin iddiaçı "xxxx" ASC Cavabdeh 36.56 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

37. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 36.56 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri :

38. İddiaçı "xxxx" KB ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

39. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət etmək üçün 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdir.

40. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30.00 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə :

41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 87.49 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 88.49 manat pul vəsaiti və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 87.49 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 88.49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.00 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" KB ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar