Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-658/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, X2 prospekti, ev 113, mənzil 1 ünvanında yerləşən mənzilə sonuncunun sahiblik və həmin mənzildən istifadə etməsinə yaranan maneələrin aradan qaldırılması, qeyd edilən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçıya məxsus mənzilə bitişik olan iddia ərizəsində qeyd edilən tikililərdən cavabdehin istifadə etməsi, iddiaçıya mülkiyyətində olan mənzildən istifadə və ona sahiblik etməsinə maneələr yaratdığından həmin tikililərin də boşaldılması və iddiaçının faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil3 məhkəməyə barışıq sazişi təqdim edərək, mülki iş üzrə tərəflərin öz aralarında razılığa gəldiyini, tərəflərin barışıq sazişini bağladığını bildirmiş və barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəflər arasında barışıq olduğunu, öz aralarında razılığa gəldiklərini bildirdi. O, barışıq sazinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, Cavabdeh ilə bağlanmış 1612.2021-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, 1) Hazırki mülki iş üzrə tərəf olan İddiaçı üzərinə öhdəlik götürür ki, o, mübahisənin predmeti olan adına DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş sahəsi 277,50 kv.m olan 13.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri X2 prospekti, bina 113, yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi, 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikilini tərəflər arasında bağlanmış barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmasına, özgəninkiləşdirilməsinə, satışdan əldə edilmiş vəsaitin 60 faizinin ona, qalan 40 faizinin Cavabdeh ödənilməsinə razıdır və Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində qaldırdığı “vurulmuş maddi zərərin ödənilməsinə dair’’ tələbdən imtina edərək mülki işin icraatına xitam verilməsinə etiraz etməyəcəkdir. 2) Hazırki mülki iş üzrə tərəf olan Cavabdeh üzərinə öhdəlik götürür ki, o, mübahisənin predmeti olan İddiaçı adına DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş sahəsi 277,50 kv.m olan 13.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri X2 prospekti bina 113, yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikilinin tərəflər arasında bağlanmış barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmasına, özgəninkiləşdirilməsinə, satışdan əldə edilmiş vəsaitin 40 faizinin ona, qalan 60 faizinin İddiaçı ödənilməsinə razıdır və İddiaçı ona qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində qaldırdığı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması və sair” tələbdən imtina edilməsinə və mülki işin icraatına xitam verilməsinə etiraz etməyəcəkdir. 3) Tərəflərin qarşılıqlı razılaşmaya əsasən mübahisənin predmeti olan Bakı şəhəri X2 prospekti bina 113,yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu,X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikili barışıq müqaviləsi təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmazsa, həmin müddət daha 3 ay müddətinə uzadıla bilər. 4) Müqavilə üzrə tərəflər İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, mübahisənin predmeti olan Bakı şəhəri X2 prospekti bina 113,yəni qayda ilə Bakı şəhəri Nərimanov rayonu,X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikiliyə dair barışıq müqaviləsinin şərtlərinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlananadək tikilidən mövcud vəziyyətdə istifadə etdikləri kimi istifadə etmələrinə birbirinə etiraz etməyəcəklər. 5) Müqavilə üzrə tərəflər İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, barışıq sazişi təsdiq olunmasından alqı- satqı müqaviləsi bağlanmasına qədər olan müddət ərzində mübahisə predmetindən əldə edilmiş gəlirlər, zərər və digər xərclər tərəflər arasında 60 faiz (İddiaçı) və 40 faiz (Cavabdeh) nisbətində bölünəcəkdir. 6) Tərəflər Barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq olunan gündən İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, gələcəkdə mübahisənin predmeti olan və olmayan əmlaklar üzrə bir-birinə qarşı iddia və tələblər irəli sürməyəcəklər. 7)Barışıq müqaviləsi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflərin nümayəndələri mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq müqaviləsinin şərtləri ilə razı olmasına dair məhkəməyə ərizə təqdim edirlər. Tərəflər arasında bağlanmış, imzalanmış barışıq müqaviləsi məhkəmə qərardadı ilə təsdiq edilir, istinad edilmiş barışıq müqaviləsi Bakı şəhəri Nizami rayon məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını, barışıq sazişlərinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişləri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. O cümlədən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbinə dair 2(007)-658/2021 nömrəli mülki iş üzrə İddiaçı ilə Cavabdeh aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. Hazırki mülki iş üzrə tərəf olan İddiaçı üzərinə öhdəlik götürür ki, o, mübahisənin predmeti olan adına DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş sahəsi 277,50 kv.m olan 13.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri X2 prospekti, bina 113, yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi, 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikilini tərəflər arasında bağlanmış barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmasına, özgəninkiləşdirilməsinə, satışdan əldə edilmiş vəsaitin 60 faizinin ona, qalan 40 faizinin Cavabdeh ödənilməsinə razıdır və Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində qaldırdığı “vurulmuş maddi zərərin ödənilməsinə dair’’ tələbdən imtina edərək mülki işin icraatına xitam verilməsinə etiraz etməyəcəkdir.
2. Hazırki mülki iş üzrə tərəf olan Cavabdeh üzərinə öhdəlik götürür ki, o, mübahisənin predmeti olan İddiaçı adına DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş sahəsi 277,50 kv.m olan 13.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri X2 prospekti bina 113, yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikilinin tərəflər arasında bağlanmış barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmasına, özgəninkiləşdirilməsinə, satışdan əldə edilmiş vəsaitin 40 faizinin ona, qalan 60 faizinin İddiaçı ödənilməsinə razıdır və İddiaçı ona qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində qaldırdığı “mülkiyyət hüququna maneələrin aradan qaldırılması və sair” tələbdən imtina edilməsinə və mülki işin icraatına xitam verilməsinə etiraz etməyəcəkdir.
3. Tərəflərin qarşılıqlı razılaşmaya əsasən mübahisənin predmeti olan Bakı şəhəri X2 prospekti bina 113, yeni qayda ilə Bakı şəhəri Nərimanov rayonu,X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikili barışıq müqaviləsi təsdiq edildiyi gündən etibarən 3 ay müddətində satılmazsa, həmin müddət daha 3 ay müddətinə uzadıla bilər.
4. Müqavilə üzrə tərəflər İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, mübahisənin predmeti olan Bakı şəhəri X2 prospekti bina 113, yəni qayda ilə Bakı şəhəri Nərimanov rayonu,X2 küçəsi 119H saylı ünvanda yerləşən 277,50 kv.m sahəli tikiliyə dair barışıq müqaviləsinin şərtlərinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlananadək tikilidən mövcud vəziyyətdə istifadə etdikləri kimi istifadə etmələrinə bir-birinə etiraz etməyəcəklər.
5. Müqavilə üzrə tərəflər İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, barışıq sazişi təsdiq olunmasından alqı- satqı müqaviləsi bağlanmasına qədər olan müddət ərzində mübahisə predmetindən əldə edilmiş gəlirlər, zərər və digər xərclər tərəflər arasında 60 faiz (İddiaçı) və 40 faiz (Cavabdeh) nisbətində bölünəcəkdir.
6. Tərəflər Barışıq müqaviləsi məhkəmə qaydasında təsdiq olunan gündən İddiaçı və Cavabdeh üzərinə öhdəlik götürürlər ki, gələcəkdə mübahisənin predmeti olan və olmayan əmlaklar üzrə bir-birinə qarşı iddia və tələblər irəli sürməyəcəklər.
7. Barışıq müqaviləsi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflərin nümayəndələri mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq müqaviləsinin şərtləri ilə razı olmasına dair məhkəməyə yazılı ərizə təqdim edirlər. Tərəflər arasında bağlanmış, imzalanmış barışıq müqaviləsi məhkəmə qərardadı ilə təsdiq edilir, istinad edilmiş barışıq müqaviləsi Bakı şəhəri Nizami rayon məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır. X1 hər biri 3 (üç) nüsxədə tərtib olunub imzalanır. Barışıq Sazişlərinin 01 (bir) nüsxələri Tərəflərin özündə saxlanılır, 01 (bir) nüsxələri isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilir. Həmin barışıq sazişləri təsdiq edilsin və 2(007)-658/2021 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Həqiqət Əhmədova