Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-66/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “su axıtma nəticəsində mənzilə dəymiş maddi ziyanın ödənilməsi, beton əlavəsinin sökülməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "daşınmaz əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı "daşınmaz əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən ünvan 1, mənzil 63 döşəmə hissəsinə tökülmüş beton əlavəsinin öz hesabına sökülməsi ilə bağlı öhdəliyin qoyulması, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 3000 manat maddi ziyana görə, həmçinin 70 manat hüquqi yardıma görə, 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 61 AR-sı ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixli seriya RX ******* №li çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Onun mənzilindən yuxarıda yaşayan Cavabdeh mənzilində xx.xx.2023cü il tarixində apardığı əsaslı təmir işləri zamanı əsasən mənzilin döşəmə hissəsinin alt beton plitələr hissəsinə əlavə beton tökməsi səbəbindən onun mənzilinin tavan hissəsi deformasiya uğramışdır. Cavabdehin hərəkətləri nəticəsində mənzilin döşəmə hissəsinə tökülmüş əlavə beton su qarışığı ilə istifadə zamanı onun mənzilinin divarları yararsız vəziyyətə düşümüş və belə olan halda cavabdehin hərəkətləri nəticəsində ona xeyli maddi ziyan dəymişdir. Dəfələrlə ev sahibinə vurulmuş ziyanın ödənilməsi barədə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona məxsus olan evin divarlardakı oboy və rəng boya örtüyü qopmuş, divarların boyası qalxmış, tavanında deformasiya yaranmış, bir sözlə yararsız vəziyyətə düşmüşdür. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu evin foto şəkilləri ilə də təsdiq olunur. Bakı şəhəri Nizami rayonu 26 saylı MKİS rəhbərliyinə yaranmış vəziyyətlə bağlı dəfələrlə müraciətlər olunsada, cavabdehin heç bir üsulla məsələnin həlli istiqamətində tədbir görülə bilinməmişdir. Beləliklə cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 3000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Davamlı olaraq şikayətlərinə baxmayaraq onun əmlakına ziyan yetirmələri, nəticələri aradan qaldırmamaları əsəbləşməyinə, nəticədə xəstəliyinin artmasına səbəb olmuş, nəticədə cavabdeh ona mənəvi zərər vurmuşdur. Göstərilən məsələlərlə bağlı hüquqi yardımın göstərilməsi üçün 70 manat və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
Cavabdehin etirazı
3. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 ünvanında yerləşən 63 saylı mənzil binanın konstruktiv quruluşuna müvafiq olaraq İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 61 saylı mənzilin üzərində yerləşir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, guya onun tərəfindən xx.xx.2023-cü il tarixində aparılan əsaslı təmir işləri zamanı mənzilin döşəmə hissəsinin alt beton piltələr hissəsinə əlavə beton tökməsi səbəbindən iddiaçının mənzilinin tavan hissəsi deformasiya uğramışdır. İddiaçı ərizədə guya onun hərəkətləri nəticəsində mənzilin döşəmə hissəsinə tökülmüş əlavə beton su qarışığı ilə istifdəsi zamanı onun mənzilinin divarları yararsız vəziyyətə düşdüyünü, ona xeyli maddi ziyan dəydiyini xüsusi ilə vurğulamışdır. İddiaçı bu əsassız iddiaları sadəcə öz mülahizələri ilə bildirmiş, bu faktları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, o, öz fikir mülahizə və tələblərini sübut etməli, mötəbər dəlillərlə əsaslandırmalıdır. İddiaçı ərizədə əsaslı təmir işləri apardığını qeyd etmişdir. Lakin bildirir ki, ümumiyyətlə, sözü gedən bina köhnə binadır, hətta ona məxsus mənzilin konstruktiv quruluşunda divarlarda olan əyriliklər və digər müəyyən qüsurlar müşahidə olunur. Həmçinin, iddiaçı ərizədə mənzilinin tavan hissəsi deformasiya uğradığını bildirmişdir, lakin belə bir deformasiyanın baş verməsinə səbəb ola biləcək əsaslı təmir aparılmamışdır. Ona məxsus sözü gedən mənzil xx.xx.2022-ci il tarixində tərəfindən alınmışdır. Həmin zaman mənzil yeni alındığından tərəfindən yaşamaq üçün zəruri xarakter daşıyan kiçik həcmli təmir işləri aparılmış və onunla da yekunlaşmışdır. Daha sonra isə o, ailə üzvlərim ilə birlikdə 2023-cü ilin fevral ayından artıq sözü gedən mənzilə köçmüş, hər hansı bir təmir işi aparmamış, təsərrüfat aparmağa başlamışdır. Bu faktı sübut edən zəruri sənədləri-kommunal ödənişlər tərəfindən məhkəməyə təqdim olunacaqdır. Bu səbəbdən iddiaçının qeyd etdiyinin əksinə xx.xx.2023- cü il tarixdə ona məxsus mənzildə təmir işləri aparılmamışdır. Bu da bir daha iddiaçının tələbinin əsassız olduğunun bariz isbatıdır. İddiaçı yalan, həqiqətə uyğun olmayan, hər hansı bir hüquqi əsası olmayan məlumatlarla ədalət mühakiməsini yanıltmağa çalışır. Onu da vurğulayır ki, iddiaçı ərizədə ona məxsus mənzilin divarlarındakı oboy və rəng boya örtüyünün qopduğunu, divarların boyasının qalxdığını, tavanında deformasiya yarandığını, bir sözlə mənzilin yararsız vəziyyətə düşdüyünü qeyd etmiş, buna dair mənzilin fotoşəkillərini əlavə etmişdir. İddiaçı tərəfindən təqdim edilən fotoşəkillər ilə ona qarşı irəli sürdüyü tələblər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçı irəli sürdüyü tələblərin obyektiv həqiqəti əks etdirmədiyini bildiyi halda ona qarşı əsassız iddia irəli sürərək sadəcə süründürməçiliyə, məhkəmənin iş yükünün artmasına nail olmağa çalışır. İddiaçının təqdim etdiyi ərizədən və “sübut” qismində əlavə etdiyi qoşmalara öz etirazını bəyan edərək qeyd etmək istəyir ki, iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ona dəymiş zərərlə bağlı sübutetmə vəzifəsinin öz üzərində olduğunu dərk etmiş, lakin ona qarşı irəli sürdüyü tələblər əsassız və həqiqətə uyğun olmadığından onu mötəbər dəlil və sübutlarla isbat etmək iqtidarında olmamışdır. Belə olan təqdirdə mənzilin fotoşəkillərini və Bakı şəhəri Nizami rayonu 26 saylı MKİS tərəfindən verildyini israr etdiyi həqiqətə uyğun olmayan arayışı əlavə etməklə kifayətlənmişdir. Qeyd edir ki, sözü gedən arayışla bağlı aşağıda qeyd etdiyi məqamları nəzəriə çatdırmaq istəyir. Belə ki, iddiaçı Bakı şəhəri Nizami rayonu 26 saylı MKİS rəhbərliyinə yaranmış vəziyyətlə bağlı dəfələrlə müraciətlər etdiyini, müvafiq olaraq həmin idarədən cari mübahisənin xarakteri və nəticələri ilə bağlı ona arayış təqdim edildiyini bildirmişdir. Lakin sözü gedən idarənin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 ünvanında yerləşən 63 saylı mənzilə baxış keçirilməmişdir. Halbuki, zərərin mövcud olmasını, zərərin hansı şəraitdə və hardan qaynaqlanmasını öyrənmək üçün Bakı şəhəri Nizami rayonu 26 saylı MKİS-in əməkdaşları ona məxsus olan mənzilə də baxış keçirməli, zərərin ona məxsus mənzildən vurulubvurulmamasını müəyyənləşdirmək üçün lazimi araşdırma aparmalı idi. Lakin, sadalanan tədbirlərin heç biri həyata keçirilməmiş, həqiqəti əks etdirməyən qanunsuz arayış tərtib edilmişdir. Belə olan halda, iddiaçının irəli sürdüyü tələbə uyğun olaraq guya beton-su qarışığının onun hərəkətləri nəticəsində töküldüyünü təsdiq edən hər hansı bir sənədin tərtibatı sadəcə absurd xarakter daşıyır, əsassızdır, sübut qismində də çıxış etməməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə müvafiq olaraq qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Onu da qeyd edir ki, iddiaçı ərizədə guya qan təzyiqi xəstəsi olduğunu bildirmiş, lakin bu faktı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə olan təqdirdə iddiaçının həqiqətə uyğun olması şübhə doğuran, sübutlarla təsdiq olunmayan, yalnız sözlə, şifahi mülahizə ilə ifadə olunan xəstəyini bəhanə gətirərək maddi pul vəsaiti əldə etməyə çalışdığı, bu səbəbdən qanunvericiliklə nəzərdə tutulan mənəvi zərərə görə kompensasiya ilə bağlı müddəaları ərizədə qeyd etdiyi qənaətindədir. İddiaçı guya onun tərəfindən vurulan zərərin nəticələrinə və aradan qaldırılmamasına görə əsəbləşdiyini, xəstəyinin artdığını vurğulamışdır. Lakin onun tərəfindən hər hansı bir maddi zərər vurulmadığına görə, nəticə etibarilə tərəfindən iddiaçıya mənəvi zərərin vurulması da imkansızdır. Onun sözü gedən cari problemlə bağlı hər hansı bir bağlılığı əlaqəsi yoxdur. Onu da qeyd edir ki, iddiaçı xəstəliyi təsdiq edən sənəd təqdim etmiş də olsa idi, yenə də onun maddi zərərlə əlaqəsi olmadığından, mənəvi zərərlə bağlı tələb irəli sürməsi yenə əsassız olacaqdı. Ona görə də ona qarşı mənəvi zərərlə bağlı hər hansı tələbin irəli sürülməsini absurd bir yanaşma olduğunu hesab edir. Bildirmək istəyir ki, qeyd etdiyi nüanslardan da göründüyü kimi, iddiaçı ona qarşı əsassız, həqiqətə uyğun olmayan, sadəcə mülahizələrdən ibarət olan, mötəbər sübutlarla təsdiq edilməyən iddia irəli sürmüşdür. Belə olan təqdirdə iddiaçı tərəfindən irəli sürülən tələbi əsassız hesab edir, bu tələblə qəti surətdə razılaşmadığını və etiraz etdiyini bəyan edir. Odur ki, yuxarıda vurğuladığı bütün xüsusatlara əsasən, iddiaçının irəli sürdüyü tələbin rədd edilməsini qanuna müvafiq hesab edir, ədalət mühakiməsini həyata keçirən məhkəmənin sosial ədaləti bərqarar edəcəyinə səmimi qəlbdən inanır.
İş materialları :
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri”ndən RX seriyalı, ******* nömrəli, xx.xx.2019cü il tarixli, 111811271qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2979 nömrəli reyestr kitabının 278087 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
6. Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında qeyd olunan ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, həqiqətən 63 saylı mənzilin sahibi döşəmənin üzərinə əlavə sement beton qatı çəkmişdir. 61 saylı mənzilin tavanında da, çatlar müşahidə edilmişdir.
7. Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli aktdan görünür ki, İddiaçı şifahi olaraq bildirmişdir ki, həmin binanın 63-cü mənzilindən onun mənzilinə su axır. ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, baxış zamanı mənzilə su sızıntısı aşkar edilməmişdir.
8. İş materiallarına mənzilin foto şəkilləri əlavə edilmişdir.
9. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə İddiaçı tərəfindən X3 hüquqi yardım xidməti üçün 70 manat ödəniş edilmişdir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti PHŞ tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 ünvanında yerləşən 63 nömrəli mənzil xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-162-10/885 nömrəli rəyindən görünür ki, 1ci, 2-ci və 3-cü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 61 saylı mənzilin dəhliz və mətbəx tikilisinin konstruktiv elementlərindən (tavan, divar və s) qüsurların əmələ gəldiyini, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, ünvan 2 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 ünvanında yerləşən 63 saylı mənzilin tikililərinin təmirli olduğu müəyyən olunmuşdur. Bu səbəbdəndə 61 saylı mənzildə yaranmış qüsurların texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Həmin qüsurların yaranmasının texniki səbəbi və hər hansı təhlükə yaradıb-yaratmaması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Ağentliyinin mütəxəssisləri və ya tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. 4-cü sual üzrə ünvan 2 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılmıası üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2050 manat məbləğində müəyyən olunmuşdur.
12. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MB- 18/0782 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin döşəmə hissəsinə əlavə beton qatı tökülmüşdür və həmin beton qatının tökülməsi nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilə zərər vurulmağı ehtimal oluna bilər. Həmin betonun tökülməsi nəticəsində su sızma halı yarana biləcəyi və nəticədə 61 saylı mənzilə zərər vurula biləcəyi ehtimalı ola bilər. (Qeyd 63 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilin tam təmir olunduğu müəyyən edilmişdir. Bu səbəbdən susızmanın həmin mənzildən yaranıb yaranmadığını dəqiq demək mümkün deyildir). 61 saylı mənzilə baxış zamanı mənzilin mətbəxt, dəhliz və sanitar qovşağına (hamam və tualet) zərər dəymişdir. Mənzilin dəhliz və mətbəxində tavanda saralma, zamaskanın qabarması, divar kağızının zədələnməsi, hamam və tualetdə lambirin və spotların zədələnməsi müəyyən edilmişdir. Sual 2 üzrə: İddiaçı məxsus ünvan 2 saylı mənzilin sanitar qovşağı və hamamın tavan hissəsinə, yəni lambirin və sportlara zərər dəymişdir. Dəymiş zərərin səbəbi su sızması olmuşdur. Digər sualların cavabını müəyyən etmək mümkün deyil. Sual 3 üzrə: Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin sanitar qovşağına, hamama, dəhliz və mətbəxə su sızma halı aşkar olunmuş, yaşayış otaqlarına su sızma halı aşkar olunmamışdır. Sanitar qovşağına, hamama, dəhliz və mətbəxə su sızmasının dəqiq səbəbini demək mümkün deyil. Sual 4 üzrə: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin dəhliz və mətbəxin döşəmə hissəsinə həmin mənzildə aparılan təmir zamanı əlavə beton qatı tökülüb. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin dəhlizinin bir hissəsində, mətbəxdə, tualet və hamamın tavanında qüsurlar yarandığı aşkar edilmişdir. (Qeyd: 63 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilin tam təmir olunduğu müəyyən edilmişdir. Bu səbəbdən yaranmış qüsurların məhz tökülmüş beton qatı nəticəsində baş verdiyi dəqiq mümkün deyil). Təhlükə yaratmır. Sual 5 üzrə: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin zərər dəymiş hissələrinin təmiri üçün çəkilməli xərclər bu rəyin 15-ci səhifəsində əlavə olunmuş hesablama cədvəlində öz əksini tapmışdır. Sual 6 üzrə: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilə suyun sızmasının hansı mənzildən və hansı sahələrdən olduğunu müəyyən etmək mümkün deyil. (Qeyd: üst mərtəbədə yerləşən 63 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilin tam təmir olunduğu müəyyən). Sual 7 üzrə: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilə suyun sızmalarının xx.xx.2024-cü il tarixdən əvvəl və ya həmin tarixdən sonra olduğunu müəyyən etmək mümkün deyil. Sual 8 üzrə: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzildən 61 saylı mənzilə su sızmaların 2022-ci ilin oktyabr ayından əvvəl və ya sonra olduğunu müəyyən etmək mümkün deyil. Sual 9: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilə suyun sızması nəticəsində mənzilin hansı hissəsinə hansı təmir xərcləri olması bu rəyin 15-ci səhifəsində əlavə olunmuş hesablama cədvəlində (970.07 manat) öz əksini tapmışdır. Sual 10: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin dəhliz, hamam, tualet və mətbəxin döşəməsinə əlavə sement qatı çəkilmişdir. Sual 11: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı saylı mənzilin girəcəyinin döşəməsində beton piltəsinin üzərinə əlavə sement qatı çəkilməsi nəticəsində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin otaqlarının tavanında çatların əmələ gəlməsi mümkün deyildir. Sual 12: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin otaqlarının tavanında beton əyriliyi mövcuddur. Sual 13: İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin hansı otağına zərər vurulması, vurulan zərəin nədən ibarət olması, texniki səbəbinin nə olmsaı, Cavabdeh tərəfindən ona məxsus mənzildə aparılan təmir işləri ilə bağlı olu-olmaması yuxarıda qeyd olunan sualların cavabında öz əksini tapmışdır.
13. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən 4 saylı Bakı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən vəkil X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sorğuya cavab olaraq sorğu edilən şəxsin qeydiyyatı barədə arayış göndərilmişdir.
14. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir
15. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, rəy ilə tanış olmuş, rəylə razı deyildir. Belə ki, rəydə lambir qeyd olunmuş, lakin lambirə heçnə olmamışdır. Kafellər pis vəziyyətdədir, tökülürlər. Hazırda evinə su axır, bunun da qarşısını almırlar. Bundan əlavə məhkəmə prosesindən sonra evdə qəsdən səs küy salırlar, narahatlıq verirlər.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, döşəmə işinə başlamadan öncə iddiaçı tərəf şikayətlər edir, deyirdilər ki, səs etməyin narahat olurlar. Təmirə maneələr yaradır, işıqları söndürürdülər. Həmişə onlara güzəşt edirdilər, lakin sonradan güzəşt etmədilər, aralarında mübahisə yarandı. Onların evinə də su axır, lakin mənzil kommunala müraciət etsələr də, axıntının səbəbini tapmamışlar.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mənzilə təzə köçəndə iddiaçının evinə baxış keçirmiş, onda onun evinə su sızması var idi. Onların heç bir təqsir yoxdur. Ona görə iddianın rədd edilməsini xahiş edir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, dəymiş zərərin cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdehin mənzilində betonlama işləri, isti pol çəkilməsi olmamışdır. Ekspertiza keçirilmiş və suallara cavab verilmişdir. Verilmiş cavablardan da görünür ki, cavabdehin heç bir təqsiri yoxdur, zərərin vurulmasının cavabdehə aidiyyəti yoxdur. İddia tələbi əsassız olduğundan, verilmiş tələb sübutlarla təsdiq edilmədiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən 26 saylı MKİS-nin mühəndisi X4 (xx.xx.2023-ci il tarixli aktı tərtib edən) izahatında bildirmişdir ki, onlar hər iki mənzilə baxış keçirmişlər. Baxış 2022-ci ilin noyabr-dekabr aylarında keçirilmiş, lakin iddiaçı tərəf tələb etmədiyi üçün akt həmin vaxt yox, sonra tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ustalar məznildə təmir işləri görürlər, evin mülkiyyətçisi isə evdə deyildir. Evin içərisində qum, sement var idi. O, baxış zamanı cavabdehin mənzilin qonaq otağına “styaşka” vurduğunu görmüşdür. Evin girişində, digər otaqlarda evin taxtalarını sökmüşdülər. Baxış zamanı iddiaçının mənzilinin tavanında çökmə, deformasiya görünmürdü, lakin çatlar var idi. İddiaçı və cavabdehdən başqa həmin binada digər şəxslər su sızma ilə bağlı müraciət etməmişdir.
21. Məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) rəyi tərtib etmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İsa Eyvazzadə izahatında bildirmişdir ki, evin mətbəxi və dəhlizinin divarlarında sarımtıl ləklərə var idi və həmin ləkələr su sızması üçün xarakterikdir. Sanitar qovşağında olan su sızmanın səbəbini sanitar qovşağın kafellərinin düzgün doldurulmaması, üst mərtəbədən su sızma hadisəsi ola bilər. Su sızmanın nə vaxt baş verdiyini müəyyən etmək mümkün deyildir. Yuxarı mərtəbədəki mənzil təmir olunmuş idi. Yuxarı mərtəbədən su sızma olub-olmamasını xüsusi aparat vasitəsilə müəyyən etmək olur. Evin tavanında çökmə olub-olmamasını AR FHN müəyyən edə bilər. İddiaçının mənzili orta təmirli idi. Müəyyən edilmiş 2050 manat xərc mənzilin mətbəxi və dəhlizinə dəymiş ziyanla bağlıdır.
İşin faktiki halı :
22. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzil İddiaçı, həmin binada iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzil Cavabdeh məxsusdur.
23. Cavabdeh X2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 nömrəli mənzili 2022-ci ilin sentyabr ayında satın almış və həmin ilin oktyabr ayında həmin mənzildə təmir işlərinə başlamışdır. Mənzilin təmiri 2023-cü ilin yanvar ayınadək davam etmişdir. Cavabdeh tərəfindən təmir zamanı mənzilə əlavə beton qatı tökülmüşdür.
24. İddiaçıya məxsus 61 saylı mənzilin mətbəx, dəhliz, sanitar qovşaq və hamamına su sızma halı aşkar olunmuşdur. Həmçinin mənzilin tavanında qüsurlar aşkar edilmişdir.
25. Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən 2022-ci ili sonu (noyabr-dekabr aylarında) hər iki mənzilə baxış keçirilmiş, lakin baxışa dair akt xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Həmin aktadan görünür ki, baxış zamanı məlum olmuşdur ki, həqiqətən 63 saylı mənzilin sahibi döşəmənin üzərinə əlavə sement beton qatı çəkmişdir. 61 saylı mənzilin tavanında çatlar müşahidə edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-162-10/885 nömrəli rəyinə əsasən 61 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2050 manat, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli MB-18/0782 nömrəli mütəxəssis rəyinə əsasən isə 970.07 manat təşkil etdiyi müəyyən olunmuşdur.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111. binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
30. Mənzil Məcəlləsi:
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Məhkəmənin mövqeyi :
31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
32. İddiaçı Cavabdeh qarşı olan “su axıtma nəticəsində mənzilə dəymiş maddi ziyanın ödənilməsi, beton əlavəsinin sökülməsi” tələbini caavbdeh tərəfindən mənzildə aparılan təmir işləri nəticəsində onun mənzilinə ziyan dəyməsi ilə əsaslandırmışdır.
21. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir: a. Dəymiş maddi ziyanın ödənilməsi; b. Beton əlavəsinin sökülməsi; c. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması.
İddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsi:
33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
34. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. İşin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzilə su sızma nəticəsində ziyan dəymişdir.
37. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
39. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
40. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
41. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
43. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
44. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
45. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.
46. Hazırki mülki iş üzrə delikt öhdəliyinin yaranması üçün ilk şərt olan zərərin mövcudluğu olması işin mübahisəsiz halıdır.
47. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə zərər dəyibdəyməməsini, əgər zərər dəymişdirsə, dəymiş zərərin səbəbini, dəymiş zərərin 63 nömrəli mənzildən su axması nəticəsində dəyib-dəyməməsini və dəymiş zərərin məbləğini müəyyən etmək üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-3571/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış, həmçinin iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə mütəxəssis rəyi alınmışdır.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin dəhliz və mətbəx tikilisinin konstruktiv elementlərində (tavan, divar və s) qüsurların əmələ gəldiyi müəyyən edilmişdir.
49. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin mətbəx, dəhliz, sanitar qovşaq və hamamında su sızma halı aşkar edildiyi müəyyən edilmişdir.
50. Həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dindirilmiş ekspert İsa Eyvazzadə izahatında bildirmişdir ki, 61 saylı mənzilin mətbəxi və dəhlizinin divarlarında su sızma üçün xarakterik olan sarımtıl ləklər aşkar edilmişdir.
51. Yəni həm ekspert rəyi, həmçinin mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilmişdir.
52. İddiaçıya məxsus olan mənzilə su sızma nəticəsində ziyan dəydiyi işin müəyyən edilmiş halı olduğundan hazırda məhkəmə təərfindən qiymət verilməli olan məsələ mənzilə dəymiş ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkət-hərəkətsizliyinin nəticəsi olub-olmamasıdır.
53. İlk növbədə qeyd edək ki, həm ekspert rəyi, həm müətəxəssis rəyində 63 saylı mənzil təmirli olduğu üçün iddiaçıya məxsus olan mənzilə su sızmasının texniki səbəblərini müəyyən etmək mümkün olmadığı qeyd edilsə də, işin tədqiq edilən halları iddiaçıya məxsus mənzilə cavabdehin mənzildə apardığı təmir işləri nəticəsində ziyan dəydiyi nəticəsinə gəlməyə əsas verir.
54. İddiaçı tərəf iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, onların mənzilinə su axma nəticəsində ziyan dəyməsi 2022-ci ilin noyabr ayında və cavabdeh tərəfindən mənzilində aparılmış təmir işləri nəticəsində baş vermişdir.
55. Cavabdeh tərəf iddia tələbinə etirazında iddiaçının mənzilinə dəymiş ziyanın onların mənzilindən su sızması ilə bağlı olmadığını, suyun binanın şaxtasından axdığını, onların da sanitar qovşağında su sızma halı olduğunu və bu səbəbdən sanitar qovşaqda təmir işləri həyata keçirdiyini bildirmişdir.
56. İşin tədqiq edilən halları ilə (cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahat) müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzil 2022-ci ilin sentyabr ayında satın alınmış və həmin mənzildə 2022-ci ilin oktyabr ayında təmir işlərinə başlanılmış və 2023-cü ilin yanvar ayınadək təmir işləri davam etdirilmişdir.
57. Müəyyən edilmişdir ki, cavbdeh Cavabdeh tərəfindən aparılan təmir işləri zamanı ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin (dəhliz, hamam, sanitar qovşaq və mətbəx) döşəmə hissəsinə əlavə beton qatı tökülmüşdür.
58. Qeyd edilən hal "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə, həmçinin Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilmişdir.
59. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, mənzilə betonun tökülməsi nəticəsində su sızma halı yarana biləcəyi və nəticədə 61 saylı mənzilə zərrə vurula biləcəyi ehtimal ola bilər.
60. Cavabdeh tərəf 2023-cü ilin iyul ayında mənzildə təmir işləri aparmadıqlarını bildirərək Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş aktı mübahisələndirdikləri üçün aktı tərtib etmiş Bakı şəhəri 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında dindirilmişdir. O izahatında bildirmişdir ki, onun tərəfindən hər iki mənzilə baxış 2022-ci ilin noyabrdekabr ayında həyata keçirilmişdir. Lakin iddiaçı tələb etmədiyi üçün akt həmin vaxt yox daha sonra tərtib edilmişdir.
61. Tərəflərin izahatına əsasən belə nəticəyə gəlinir ki, həmin aktın daha sonra tərtib edilməsinin səbəbi ilk öncə tərəflər arasında mübahisəli vəziyyətin olmaması, daha sonra tərəflər arasında münasibətlərin kəskinləşməsi ilə bağlı olmuşdur.
62. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında cavabdehin mənzilində apardığı təmir işləri nəticəsində onun mənzilinin tavan hissəsini su basmış, hətta mənzilin işıqları sönmüşdür. Onlar cavabdehə dəfələrlə müraciət etmişlər, cavabdeh ilk öncə bildirmişdir ki, mənzildə təmir işləri qurtarsın daha sonra onun mənzilini təmir edəcək, lakin daha sonra bundan imtina etdmişdir. Bu səbəbdən o polisə, məhkəməyə müraciət etməli olmuşdur. Cavabeh isə izahatında bildirmişdir ki, o qonşuluq xatirinə öz evində təmir işləri qurtardıqdan sonra qalan tikinti materiallarından iddiaçıya verəcəyini bildirmişdir. Yəni müəyyən edilmişdir ki, ilk vaxtlar tərəflər arasında münasibətlər kəskin olmadığı üçün iddiaçı aktın tərtib edilməsi ilə bağlı daha sonra, məhkəməyə müraciət etmək qərarına gəldikdə MKİS sahəsinə aktın tərtib edilməsi üçün müraciət etmişdir.
63. 26 saylı MKİS-nin mühəndisi həmçinin izahatında bildirmişdir ki, cavabdehə məxsus mənzilə baxış zamanı mənzildə təmir işləri həyata keçirildiyi, mənzilin taxtalarının söküldüyü, qum, sement, suyun qarışığından ibarət olan “styaşka” vurulduğu, iddiaçının mənzilinin tavanında çatlar olduğu müəyyən edilmişdir. Mühəndis onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən mənzildə təmir işləri başladıqdan sonra iddiaçı və əri MKİS-nə dəfələrlə müraciət etmişlər.
64. Həmçinin məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə cavabdehin deyil, yuxarı mərtəbədə yerləşən mənzildən su axması ehtimalının dəqiqləşdirilməsi üçün həmin binada digər mənzil sakinləri tərəfindən yuxarı mərtəbədən su axma ilə bağlı müraciət olub-olmaması aydınlaşdırılmış və mühəndis izahatında belə bir müraciət olmadığını bildirmişdir.
65. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəymişdir.
66. Məhkəmə işin müəyyən olunmuş hallarını nəzərə alıb qeyd edir ki, yuxarıda göstərilən hallar iddiaçının mənzilinə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.
67. Belə ki, cavabdeh mənzilin mülkiyyətçisi olaraq ona məxsus olan mənzildə təmir işləri həyata keçirən zaman yaşayış sahəsindən istifadə qaydalarına, yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarını riayət etməli, su borularını məsuliyyətlə mühafizə etməmiş, nəticədə iddiaçıya məxsus olan mənzilə ziyan dəymişdir.
68. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.
69. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.
70. Məhkəmə qeyd edir ki, mülki işdə iddiaçıya məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar dəyəri ekspert rəyi ilə 2050 manat, mütəxəssis rəyi ilə 970.07 manat müəyyən edilmişdir.
71. Məhkəmə tərəfindən mütəxəssis tərəfindən verilmiş rəy daha dolğun, əsaslandırılmış, mənzilin hansı hissəsində hansı işlərin görülməli olduğu daha dəqiq qeyd edildiyindən, hətta ekspert tərəfindən cavablandırılmayan suallara cavab verildiyindən mütəxəssis tərəfindən verilmiş rəy ilə müəyyən edilmiş məbləğ əsas götürülmüşdür.
72. İddiaçı mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğ ilə razı olmayaraq, onun mənzilinə 3000 manat məbləğində ziyan dəydiyini iddia etsə də, öz iddiasının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
73. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə mütəxəssis rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 970.07 manat məbləğdə təmin olunmalıdır.
İddia tələbinin “beton əlavəsinin sökülməsi” hissəsi ilə bağlı:
74. İddiaçı iddia tələbinin hazırki hissəsini cavabdeh tərəfindən mənzilin döşəmə hissəsinə beton əlavəsi tökməsi nəticəsində onun mənzilinin tavan hissəsinin çökməsi, təhlükə yaranması ilə əsaslandırmışdır.
75. İddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hazırki hissəsinin əsaslılığının müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspert Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzildə qüsurların yaranmasının texniki səbəbi və hər hansı təhlükə yaradıb-yaratmamasının Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən müəyyənləşdirilə biləcəyini bildirməklə həmin hissədə ekspert qarşısında qoyulmuş suallara cavab verməmişdir. Daha sonra iddiaçı cavabdeh tərəfindən mənzilin döşəmə hissəsinə beton əlavəsi tökülməsinin onun mənzili üçün təhlükə yaratdığını bildirdiyindən məhkəmə tərəfindən Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin sözügedən orqanın mütəxəssisləri tərəfindən mütəxəssis rəyi verilmədiyi üçün ekspert rəy verməkdən imtina etmişdir. Nəticədə məhkəmə tərəfindən müstəqil qiymətləndiricidən mütəxəssis rəyi alınmışdır.
76. Həmin rəyə əsasan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 63 saylı mənzilin (dəhliz, hamam, sanitar qovşaq və mətbəx) döşəmə hissəsinə əlavə beton qatı töküldüyü və iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, 61 saylı mənzilin dəhliz, hamam, sanitar qovşaq və mətbəxin tabvanında qüsurlar aşkar edildiyi müəyyən edilsə də, yaranmış qüsurlar ilə cavabdeh tərəfindən mənzilin döşəmə hissəsinə əlavə beton qatı tökülməsinin vabdeh səbəbli əlaqəsi, o cümlədən cavabdeh tərəfindən mənzilin döşəmə hissəsinə beton əlavəsi tökülməsinin iddiaçının mənzili üçün təhlükə yaratması müəyyən edilməmişdir.
77. Beləliklə, işin tədqiq edilən halları ilə cavabdeh tərəfindən mənzilin döşəmə hissəsinə əlavə beton qatı tökülməsi nəticəsində iddiaçıya məxsus mənzildə qüsurlar yarandığı, yaranmış qüsurların təhlükə yaratdığı müəyyən edilmədiyindən, yəni iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin hazırki hissəsinin əsaslılığı sübuta yetirilə bilmədiyindən təmin edilə bilməz. İddia tələbinin hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı:
78. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi yardıma görə ödənilmiş 70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğundan təmin edilməlidir.
79. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Bakı “Asan Xidmət” mərkəzində fərdi qaydada fəaliyyət göstərən vəkil X3 70 manat məbləğində pul vəsaita ödənilmişdir. Vəkil tərəfindən isə ona hüquqi xidmət göstərilərək Azərbaycan respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edilərək cavabdehin yaşayış yerinə dair arayış alınmışdır.
80. Yəni işin tədqiq edilən halları ilə vəkil tərəfindən iddiaçıya xidmət göstərildiyi və göstərilən xidmətin cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə səbəbli əlaqəsi müəyyən edildiyindən, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi hazırki hissədə əsaslıdır, təmin edilməlidir.
Məhkəmə Xərcləri :
81. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
82. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
83. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı 150 manat və Cavabdeh 150 manat məbləğində vəsait tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə :
84. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi qismində 970.07 manat, hüquqi xidmətə görə ödənilmiş 70 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
85. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
Cavabdeh dəymiş ziyanın əvəzi qismində 970.07 manat, hüquqi xidmətə görə ödənilmiş 70 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait Cavabdehn qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünərək, İddiaçı 150 manat və Cavabdeh 150 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva