Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-667/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 34928 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 194,78 (bir yüz doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq “Yelo Bank“ ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, “Vesta Construclion" MMC-nin və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Nikoyl“ İKB ASC-də» 20 sentyabr 2007 ci il tarixli kredit müqaviləsi ilə illik 15.5 faizlə 168 ay müddətinə 32400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 33 nömrəli mənzili alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh bank qarşısında öhdəliyini lazımı qaydada yerinə yetirmədiyi üçün bankın məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bu zaman bankda yüklü edilmiş, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin 53 nömrəli mənzilinin söküldüyü aşkarlanmışdır. AR Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən verilmiş 03 may 2019-cıı il tarixli məktubuna əsasən bildirilmişdir ki, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 saylı binanın yerləşdiyi torpaq sahəsi AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 85 №li qərarına əsasən Nizami rayon İcra Raçşısının xx.xx.2016-cı il tarixli, 29 nömrəli sərəncamı ilə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. Bununla əlaqədar "xxxx" Conslrııction MMC-yə sorğular ünvanlanmış, lakin tərəflərindən cavablandırılmamışdır. 20 sentyabr 2007-ci il tarixli 1861/1051İPN saylı saylı alqı satqı və ipoteka müqaviləsinin 1.8- ci bəndinə əsasən mənzilin bazar qiyməti 34928 manat qiymətləndirilmişdir. Cavabdeh2 MMC tərəfindən ipoteka predmetlarinin qanunsuz olaraq, ipoteka saxlayana heç bir məlumat verilmədən qəsdən məhv etməsi halı ilə bağlı "xxxx" MMC və Cavabdeh1 barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Belə ki, Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq "Nikoyl” İKB ASC ilə Cavabdeh1 arasında imzalanmış 20 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsinin 2.3.2-ci bəndlərinə əsasən alıcı-ipoteka qoyanın ipoteka predmetinə sahib olmaq və təyinatına uyğun olaraq istifadə etmək hüqııqu vardır, bu şərtlə ki, istifadə ipoteka predmetinin məhv edilməsinə, zədələnməsmə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. Həmin müqavilənin 2.4.3 və 2.4.5-ci bəndlərinə əsasən ipoteka qoyanın ipoteka predmeti onun sahibliyində və istifadəsində olduqda saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə etmək, ipoteka predmetini lazımi vəziyyətdə saxlamaq iiçün lazımi tədbirlər görmək və sair kinıi vəzifələri vardır. Həmin müqavilənin 2.5.4-cü bəndinə əsasən ipoteka saxlayan, ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsilə səbəb olan hərəkətlərə son qoyulmasım həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, mübahisəli bina yataqxana tipli olmuş, Cavabdeh2 MMC tərəfindən istismar müddəti keçdiyinə, bina qəzalı və pilot layihə olduğuna görə sökülmüşdür. Həmin bina sökülərkən Cavabdeh1 tərəfindən ipoteka ilə bağlı Cavabdeh2 MMC-yə heç bir məlumat verilməmişdir. Cavabdeh1 həmin yataxana tipli binada yerləşən mənzilinə görə Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 20 faiz artıq kvadrat olmaqla, təmirli 2 otaq mənzil verilmişdir. Cavabdeh2 MMC-yə 2020-ci ildə məlum olmuşdur ki, Cavabdeh1 mənzili ipoteka ilə yüklü olub. İddiaçı Cavabdeh1 qarşı kredit borcuna görə məhkəmədə 68000 manatla bağlı iddia qaldırmış, iddia təmin edilmiş və icra sənədinə əsasən Cavabdeh1 əmək haqqısından pul tutulur. Burada tələb edilən 34000 manat 68000 manatın girovu kimi irəli sürülmüşdür, halbuki 34000 manatla 68000 manat vəsait arasında əlaqə yoxdur. Bu gün Cavabdeh2 MMC 34928 manatı ödəməyə razıdır, bu şərtlə ki, həmin 34928 manat 68000 manat borcdan çıxılsın, bank onlara sökülmüş evin yülülükdən azad olduğu barədə məktub versin və yerdə qalan məbləğ də Cavabdeh1 tutulmağa davam edilsin. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, işin halları məlumdur və qanun qüvvəyə minmiş qətnamə vardır. Cavabdeh tərəfindən rəhbərliklə görüşüb ödənişlə bağlı danışıq aparıla bilər. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 "Nikoyl” İKB ASC-dən ("Yelo Bank” ASC) 20 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi ilə illik 15,5 faizlə, 168 ay müddətinə 32400 ABŞ dolları məbləğində kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin, 33 nömrəli mənzili 20 sentyabr 2007-ci il tarixli, 1861/1051İPN saylı alğı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı ASC kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-116/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh1 xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla "Yelo Bank” ASC-nin xeyrinə 21156,43 ABŞ dolları məbləğində əsas borc, 18259,33 ABŞ dolları məbləğində faiz borcu borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 39615,76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Bank qarşısında yüklü edilən, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin, 33 nömrəli mənzili Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 10 mart 2016-cı il tarixli, 29 saylı sərancamına əsasən "Vesta Construction” MMC xx.xx.2016-cı il tarixli, 002 saylı müraciəti nəzərə alınaraq sökülmüşdür. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(007)-141/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin, 33 nömrəli mənzilinin yerləşdiyi ərazidə tikilməkdə olan əmlakın sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa olunması vəzifəsinin "Vesta Construction” MMCnin üzərinə qoyulması, Cavabdeh1 və "Vesta Construction” MMC-dən müştərək qaydada borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat, xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqının İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6909/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(007)-141/2022 saylı qətnaməsinin iddianın cavabdeh "Vesta Construction” MMCyə aid təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın qeyd edilən hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 31.2-ci maddəsinə əsasən ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 48.1.4-cü maddəsinə əsasən ipotekaya ipoteka predmeti məhv olduqda xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-116/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh1 xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla "Yelo Bank” ASC-nin xeyrinə ümumilikdə 39615,76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyi üçün məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə müqavilə üzrə borc məbləği tutulmuşdur. Həmin qətnamə icraya yönəldilmişdir və cavabdeh tərəfindən hələ də ödənişlər davam edir. Məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması ilə yanaşı hazırda ipoteka əmlakının qiymətləndirilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, borcun tutulması və ya borcun ipotekaya yönəldilməsi bankın hüquqlarından biridir və bank kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəməyə müraciət edən zaman bu hüquqlarından birini istifadə edərək borcun tutulmasını tələb etmişdir. İddiaçının Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 6 nömrəli evin, 33 nömrəli mənzilinin yerləşdiyi ərazidə tikilməkdə olan əmlakın sökülərək, bankda ipoteka ilə yüklü edilmiş mənzilin əvvəlki vəziyyətinə qaytarılmaqla bərpa olunması vəzifəsinin "Vesta Construction” MMC-nin üzərinə qoyulması, "Vesta Construction” MMC-dən borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək hər ay 400 manat olmaqla, cəmi 2000 manat, xx.xx.2022-ci il tarixindən ipoteka predmeti olan mənzil əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunan tarixədək hər ay 400 manat məbləğində kirayə haqqının İddiaçı ASC-nin xeyrinə tutulması tələbi təmin edilməmişdir. Bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında artıq məhkəmə qətnaməsinə əsasən cavabdehdən tərəflər arasında mövcud olan və hazırda məhkəmədə mübahisələndirilən ipoteka predmeti ilə təminat verilmiş kredit müqaviləsi üzrə 39615,76 ABŞ dolları borc tutulması müəyyən olunmuş, həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Ümumiyyətlə ipoteka predmetinə yönəldilmə olmuş olsa idi belə borclu tərəfindən kredit borcunun könüllü icrası həyata keçirilmədiyi təqdirdə borcun ipoteka predmetinə yönəldilməsinin mümkün olması və bunlardan sonra onun açıq hərracda satılmasından əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə müəyyən olunmuş borcun tutulması müəyyən oluna bilərdi. Yəni həmin məbləğdə yekunda ümumi kredit üzrə borc da nəzərə alınacaqdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın təmin edilməsi ilə artıq qanuni qüvvəsini alımış məhkəmə qətnaməsinə əsasən üzərinə borc öhdəliyi qoyulmuş borclunu onun tərəfindən 2007-ci ildə ABŞ dolları ilə götürülmüş 32400 məbləğində vəsaitə görə hazırda məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla pul vəsaitinin və əlavə olaraq da yükləyərək ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri olan 34928 manat məbləğində vəsaitin tutulması vətəndaşın vəziyyətinin pisləşməsinə rəvac vermiş olacaqdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 MMC-yə aid hissəsində bildirir ki, onun vəkili və nümayəndəsi izahatında bildirmişdir ki, 34928 manat 68000 manat vəsaitdən çıxıldığı, bankın onlara sökülmüş evin yülülükdən azad olduğu barədə məktub verməsi şərtilə 34000 manat məbləği ödəməyə razıdır. Hansı ki, qeyd olunan məsələ ilə bağlı tərəflər aralarında razılıq əldə edilə bilər. Məhkəmə iclasında razılıq təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin təklifə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsi ilə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçı tərəfin cavabdelərin cinayət əməlləri barədə xüsusi qərardad çıxarılması” barədə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 34928 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 194,78 (bir yüz doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq “Yelo Bank“ ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, “Vesta Construclion" MMC-nin və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 194,78 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 34928 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 194,78 (bir yüz doxsan dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq “Yelo Bank“ ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, “Vesta Construclion" MMC-nin və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-667/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-667/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver