Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-673/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 25% ödənilmək şərtilə 3500 ABŞ dolları məbləğində kredit verilib. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanıb və onlar Cavabdeh1 öhdəliyinə zamin durublar. Lakin cavabdehlər üzərinə götürdükləri müqavilə öhdəliklərinə baxmayaraq cavabdehlər kredit müqaviləsinin şərtlərini pozub, dəfələrlə olunan şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyiblər, kredit və faizləri vaxtında ödəməyiblər. Hazırda cavabdehlərin banka ümumilikdə 2501,91 ABŞ dolları məbləğində borcu vardır. Borcun ödənilməsi cavabdehlərdən dəfələrlə tələb olunsa da, bunun heç bir nəticəsi olmayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1101.06 ABŞ dolları kredit borcu,268.43ABŞ dolları faiz borcu,957.07 ABŞ dolları cərimə kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq)hesablanmış 157.35 ABŞ dolları faiz olmaqla cəmi 2501.91 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. 21 oktyabr 2015-ci il tarixli, 114 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh3 və Cavabdeh2 zaminlik öhdəlikləri götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, borclu 3500 ABŞ dolları məbləğində pulu 24 ay müddətinə hər ayın 21-dən gec olmayaraq 186.80 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 28.09.2020-ci il tarixli bildirişdən görünür ki, borclu bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. 23.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1101.06 ABŞ dolları məbləğində əsas borcu, 286.43 ABŞ dolları məbləğində faiz borcu, 957.07 ABŞ dolları məbləğində cərimə borcu, 157.35 ABŞ dolları məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 2501.91 ABŞ dolları məbləğində borcu vardır. AR X1 18 may 2021-ci il tarixli məktubunda(mütəxəssis rəyində) qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanın tələbləri çərçivəsində cəmi 1965.60 manat kompensasiya hesablanmış və 1871.81 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutumuşdur. 05.10.2020-ci il tarixli qəbzdən görünür ki, LPO İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 oktyabr 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3500 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Digər cavabdehlər isə zaminlik vəzifələrini yerinə yetirməmişlər. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutub, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 114 saylı kredit müqaviləsinin fərmanın təsir dairəsinə düşməsini, Fərmanın tələbləri çərçivəsində cəmi 1965.60 manat kompensasiya hesablanmasını və 1871.81 manat əsas kredit borcunun restrukturizasiya edilməsini nəzərə alaraq hesab edir ki, iddia qismən 1101.06 ABŞ dolları məbləğində təmin olunmalıdır. Hesabat 1965.60 manat(kompensasiya məbləği)=1156.23 ABŞ dolları. 2257.30 ABŞ dollar(ödənilməmiş borc-1156 ABŞ dolları= 1101.06 ABŞ dolları. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1101.06 ABŞ dolları kredit borcu (ödəniş gününə ABŞ dollarının manata məzənnəsi ilə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1101.06 ABŞ dolları kredit borcu (ödəniş gününə ABŞ dollarının manata məzənnəsi ilə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-673/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-673/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver