Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-682/2020 06.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nizami rayonu Ə.Kürçaylı küçəsi, ev 5, mənzil 53-də yaşayan Cavabdeh ilə 01.02.2019-cu il tarixdə İddiaçı ilə bağlanmış 044 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh 01 fevral 2019-cu il tarixli 044 saylı alqı satqı müqaviləsi üzrə 1435 manat əsas borc. 738 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli 044 saylı alqı satqı müqaviləsinə əsasən kredit üsulu ilə 12 ay müddətinə hər ay 205 manat ödəməklə 2460 (iki min dörd yüz altmış) manat məbləğində 1 ədəd İphoneX 64 mobil telefon satılmışdır.Cavabdeh bağlanmış müqavilənin şərtlərini kobud sürətdə pozaraq aldığı 2460 manat məbləğində mobil telefondan istifadə etsədə, əsas borcdan cəmi 1025 (min iyirmi beş) manat ödəyərək qalan 1435 (min dörd yüz otuz beş) manat borcu ödəməsindən boyun qaçırır, halbuki müqavilənin ödəniş müddəti 01.02.2020-ci il tarixdə bitmək üzrədir. İddiaçı dəfələrlə Cavabdehlə borcu qaytarmaq üçün apardığı danışıqlar və yaranmış mübahisəni məhkəmədən kənar qavdada həll edilməsinə cəhd etsədə, danışıqlar heç bir fayda verməmişdir (pretenziva qaydasında həll olunma) və tələbi məhkəmə qaydasında həll edilməsi uçun məhkəməyə müraciət etməsinə üstünlük verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirib, izahat verərək göstərdi ki, iddia tələbində qeyd olunan əsas borc məbləği ilə razıdır. Lakin cərimə borcu məbləği ilə razı deyil. Hesab edir ki, cərimə borcu məbləği əsassız olaraq şişirdilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2019-cu il tarixli, 044 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 2562 manat dəyərində olan İphoneX 64 markalı mobil telefon almış, həmin mobil telefonun dəyərini 12 ay müddətində müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1435 manat qalıq borcu vardır. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçıtərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Beləliklə məhkəmə araşdırması ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı 2562 manat dəyərində olan İphoneX 64 markalı mobil telefon almış, həmin mobil telefonun dəyərini 12 ay müddətində müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr üzrə götürmüş olduğu öhdəlikləri vaxtında icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, iddiaçıdan mobil telefon almış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, qeyd edilən müqavilə üzrə Cavabdeh öhdəliyi icra etmədiyi üçün, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı mobil telefonun qalıq məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının 01 fevral 2019-cu il tarixli Kredit müqaviləsi üzrə tələb etdiyi 738 manat məbləğində cərimə pulunu (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı, Cavabdeh ilə 01.02.2019-cu il tarixdə bağlanmış 044 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Lakin sözgedən müqavilə 12 ay müddətini bağlanmış və 01.02.2020-ci il tarixdə müqavilənin müddəti başa çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddia qismən təmin edilməli, Əlı̇ yev Xəyyam Haci oğlundan 01.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1435 manat əsas borc, 100 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində vəsait Alişanov Tural Akı̇ f oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məvcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əlı̇ yev Xəyyam Haci oğlundan 01.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1435 manat əsas borc, 100 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində vəsait Alişanov Tural Akı̇ f oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-682/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-682/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver