Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-682/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 və Cavabdeh Akif oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Akif oğluna qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Akif oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Akif oğlundan İddiaçı xeyrinə 18 000 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh 19000 (on doqquz min) manat məbləğində borc pul vermişdir. 29 yanvar 2020-ci il tarixli “kredit müqaviləsi”-ndən görünür ki, cavabdeh tərəf bu borcu 29.07.2020-ci il tarixədək qaytarmaqla bağlı öhdəlik götürmüşdür. Hazırda o, pulunun qaytarılmasını tələb etsə də cavabdeh ödəməli olduğu borcu etiraf etmiş, lakin pulun olmamasını əsas gətirərək borcu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh iddiaçıdan 19 000 manat borc götürmüş, sonradan həmin borcdan 1000 manat hissəsini ödəmişdir. Ona görə də hazırki iddia tələbi ilə cavabdehin ödəmədiyi 18 000 manatı tələb edirlər. Göstərdiklərinin nəzər alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məkəmə iclasında Cavabdeh Akif oğlu iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı götürdüyü 19 000 manat borcun 1 000 manatını ödəmişdir. Hazırda maddi çətinlikləri olduğu üçün qalan borcu ödəyə bilmir. Amma bir neçə aya borcu ödəyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh Akif oğlu arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 19 000 manat məbləğində pulu borcalan Cavabdeh Akif oğluna vermis, borcalan isə həmin məbləği 29 iyul 2020-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Akif oğlu arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 19 000 manat məbləğində pulu borcalan Cavabdeh Akif oğluna vermiş, borcalan isə həmin məbləği 29 iyul 2020-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Akif oğlu mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 19 000 manat məbləğində borc vermiş, cavabdeh 29 yanvar 2020-ci il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Cavabdeh Akif oğlu həmin məbləğdən bir hissəsini, yəni 1 000 manat hissəsini qaytarmış, qalan borcu isə ödəmimişdir. Müəyyən müddətdən sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh qalan borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Akif oğlundan 18 000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Akif oğlundan tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Akif oğlundan 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Akif oğlundan tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-682/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-682/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver