Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-683/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəmdəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o 2008-ci ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır. Onun başqa yaşayış yeri olmadığı üçün burada yaşamaq məcburiyyətində olmuşdur. Bina əvvəllər Sosial İnkişaf İdarəsinin hazırda isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Onun dəfələrlə yaşadığı mənzilə qeydiyyata alınmaq barədə müvafiq sənədlərin verilməsi barədə müraciətinə cavabdeh etinasız yanaşmış və ya imtina etmişdir. Ona yaşadığı mənzilə ancaq məhkəmə yolu ilə düşə biləcəyini bildirmişlər. Mənzilin kommunal xərclərini özü ödəyir. Bundan əlavə mənzilə elektrik enerjisi, qaz və su sayğacları qoyulmuşdur ki, onlar da onun adınadır. Yəni, 2008-ci ildən mənzilə sahiblik və istifadə hüququnu həyata keçirir. Uzun müddətdir ki, yaşadığı mənzilin bütün kommunal xərclərinin ödəmişdir. Mənzil kommunal şəraitlidir, arxitektura və memarlıq qaydalarının tələblərinə tam cavab verir. Yaşadığı müddət ərzində yaşayış sahəsini cari və əsaslı təmir etdirmiş, oranın kommunal xidmətlər haqqını vaxtı-vaxtında ödəməklə, yaşayış sahəsindən açıq, fasiləsiz və vicdanla istifadə etmişdir. Həmin ev memarlıq baxımından mümkündür, digər binalara, qurğulara və kommunikasiya xətlərinə heç bir maneçilik törətmir. Başqa yaşayış yeri yoxdur və uzun müddət yaşayıb istifadə etdiyi tarixdən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 79, 10 A saylı mənzilinə pasport qeydiyyatına alınmalıdır və onunla icarə müqaviləsi bağlanmalıdır. Hazırda qeydiyyatı olmadığı üçün yaşadığı mənzilə dair hüquq və vəzifələrimin yerinə yetirməyinə bir sıra çətinliklər yaranır. Bir vətəndaş kimi ölkədə keçiriləcək seçkilərdə iştirak etmək istəyir. Qeyd olunanlara əsasən onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək,iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəmdəsi X2 iddianı tam olaraq qəbul etmiş,iddiaçının mənzilə istifadə hüquqnun tanınmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 15.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 79 saylı yaşayış binası Birliyin balansında olmaqla 141 saylı MKİS-nin istismarındadır. İş materiallarında olan AR “xxxx” ASC-nin 28.09.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “xxxx” ASC-nin elektron bazasında İddiaçı adına ünvan 2 ünvanında **********101 saylı abonent kodu aşkarlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını, iş üzrə toplanmış sübutları araşdırıb, cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ünvan 2 ünvanına istifadə hüququ tanınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Qə t e t d i: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin 10A saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-683/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-683/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver