Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-684/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2400,76 manat əsas, 193,55 manat faiz, cəmi 2594,31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu 30 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-dən illik 12 faizlə 60 ay müddətinə 3373 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyan qaçırır. 12.10.2020-ci ildək Cavabdeh oğlunun 30 iyun 2018-ci il kredit müqaviləsi 2400,76 manat əsas, 193,55 manat faiz, cəmi 2594,31 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət edilərək işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdaiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, 014-cü ildə "xxxx" KB ASC-dən 1800 manatlıq televizor kreditə götürmüş və həmin televizorun dəyərindən 1300 manatı gecikdirmədən faizlə birlikdə banka ödəmişdir. 2015-ci ildə bankın işçiləri ona banka dəvət edərək, kreditin qalan 1100 manatın ödənilməsini tələb etmiş, 120 manat ödənilmədiyi halda, krediti manatla yeni tərtib olunmuş cədvəl əsasında ödənilməsini təklif etmişlər. Həmin vaxt 120 manatı ödəyə bilmədiyindən, bankı əməkdaşları ilə ABŞ dolları ilə olan kreditin manatla dəyişdirilməsinə razılığını bildirmişdir. Həmin vaxt ABŞ dollarının məzənnəsi 0.78 olduğundan banka olan borcu 1437 AB dolları təşkil edirdi. 2015-ci ilin fevral ayından ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi qalxdığından, ödənişi edə bilməmişdir. Bank isə ödənilmiş pulların hamısını faizin silinməsimə çıxmış, əsas borc məbləği isə ödənilməmiş olaraq qalmışdır. 06.05.2014-cü il tarixdə yenidən bankdan 2000 manat məbləğində kredit götürmüş, həmin kreditin bir hissəsini də ödənmişdir. 2018ci il tarixdə isə bankın əməkdaşları onu yenidən banka dəvət edərək, yeni kredit müqaviləsi imzalatmış, ayda 76 manat ödəmək şərti ilə 3373 manatlıq kredit müqaviləsi bağlatmışlar. Müqavilə üzrə 21 ay vaxtlı vaxtında 2020-ci ilin aprel ayına kimi cəmi 1596 manat ödəmişdir. Prezidentin müvafiq fərmanına əsasən problemli və ABŞ dolları ilə olan bank kreditlərinə edilən kompensasiya onun kreditinə "xxxx" tərəfindən şamil edilməmişdir. İki oğlu 2-ci Qarabağ müharibəsi iştirakçııs olmuş, biri müharibədə ağır yaralandığından, hal-hazırda qazi olaraq müalicə alır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Fəxri fərman” medallar və “Fəxri adla” təltif edilmişdir. Göstərdiklərinin nəzərə alınmasını, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Unibank“ KB ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 30 iyun 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 3373 manat kredit verilmiş, Cavabdeh oğlu öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" KB ASC-nin 12 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 2400.76 manat əsas borc, 193.55 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2594.31 manat borcu vardır. Məhkəmə qərardadına əsasən iş üzrə təyin olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mübasibatlıq ekspertizasının 22.07.2021-ci il tarixli 9\3885 saylı rəyindən görünür ki, Cavabdeh 30 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 14.10.2020ci il tarixə 2386,13 manat əsas borcu, 193,20 manat faiz borcu vardır. - 12 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" KB ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 30 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən oğluna illik 12 faiz dərəcəsi ilə, 60 ay müddətinə 3373 manat məbləğində kredit verilmiş, Cavabdeh oğlu isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borcalan Cavabdeh oğlu "xxxx" KB ASC ilə bağladığı 30 iyun 2018-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh oğlu öhdəliyini icra etməyən borclu kimi qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan "xxxx" KB ASC-nin xeyrinə 30.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2386,13 manat əsas borc, 193,20 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla 2609,33 manat vəsait tutulmalı iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh tutularaq Məhkəmə Ekpsertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan "xxxx" KB ASC-nin xeyrinə 2386,13 manat əsas borc, 193,20 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2609,33 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-684/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-684/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver