Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-689/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddianı təmin edib, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun və 150 manat dövlət rüsumunun tutulub İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh təxminən 2 ildən çoxdur ki, tanıyırdı. Cavabdeh onun qızıl-zinət əşyalarının satışı ilə məşqul olduğunu öyrənmiş və yaxşı müştərilərinin olduğunu deyərək ona xəbər verəcəyini bildirmişdir. 05 fevral 2021-ci il tarixdə Günayın “whatsapp” mobil tətbiqində ona mesaj yazaraq onun həmin tətbiqindəki statuslarda şəkillərini paylaşdığı qızıl-zinət əşyalarına baxdığını demiş və onlardan bir neçəsinin şəkillərini işarələyərək həmin qızıl-zinət əşyalarına müştəri tapdığını deyərək gəlib onları aparacağını birlirmişdir. Günayla aralarında razılaşmaya əsasən Günayın ondan öz müştərilərinə satmaq üçün nisyə olaraq 1 cüt qızıl sırğanı ilkin ödənişi 30 manat ödəməklə və qalan 170 manatını isə hissə-hissə 6 ay ərzində ödəmək şərti ilə götürüb aparmış, bundan sonra Günayın müxtəlif vaxtlarda eyni qaydada, ilkin ödənişi ödəməklə nisyə olaraq ondan ümumi dəyəri təxminən 60000 (altmış min) manat dəyərində olan müxtəlif qızıl-zinət əşyalarını satmaq üçün götürərək aparmış, Günay apardığı qızıl-zinət əşyalarına görə sonradan puldan bir qədərini hissə-hissə ödəsə də, lakin müxtəlif bahanələrlə 38379 (otuz səkkiz min üç yüz yetmiş doqquz) manat pulu verməkdən yayınmış, bu barədə Günaya dəfələrlə xəbərdarlıq etsədə, lakin hər dəfə Günay müxtəlif yalanlar danışmış, Günayla aralarında olan qızıl-zinət əşyalarının alqı-satqısını qarşılıqlı şifahi razılaşmaya əsasən, yəni heç bir rəsmi müqavilə bağlanmadan aparılmışdır. Günay 18 yanvar 2022-ci il tarixində yaşadığı evə gələrək ondan 50 manat ilkin ödəniş ödəməklə nisyə olaraq 350 manat dəyərində olan 1 ədəd qızıl qadın üzüyünü götürüb aparmışdır və digər borcları kimi həmin üzüyün də qalığı olaraq 255 manatını hal-hazıra kimi ödəməkdən yayınmışdır. Sonra Günay qızılın bir hissəsini X1 verdiyini demişdir. X6 ilə danışdıqdan sonra razılığa gəlmişdir ki, 11308 manatı ona hissə-hissə özü ödəyəcək. Cavabdeh borcun bir qismini ödəmək üçün mənə “VAZ-2107” markalı avtomobili təklif etmişdir. Halhazırda Cavabdeh ona 20000 (iyirmi min) manat borcu qalıb, o müxtəlif bəhanələr edərək borcu qaytarmır. 2022-ci ildə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı polis polkovnik-leytenat Hafiz Paşayev 22 aprel 2022-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Sonra Sabunçu rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmiş Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski cinayət işinin rədd edilməsi barədə 22 iyun 2022-ci il tarixdə qərar qəbul etmiş və material əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci PB-nə göndərilmişdir. Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən 09 sentyabr 2022-ci il tarixdə qərar qəbul olunmuş və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh qarşı pul tələbi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir.
.
İş materialları :
3. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı polis polkovnik-leytenat Hafiz Paşayev tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və bu məsələ ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət edilməli olduğu izah edilmişdir.
4. Bakı şəhəri Sabunçu ayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən qəbul edilmiş 22 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və əlavə yoxlama aparılması haqqında” qərarla İddiaçı müraciəti əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı polis polkovnikleytenatı Haviz Paşayev tərəfindən toplanmış materialı nəzərdən keçirərək, 26 aprel 2022ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsassız olduğundan ləğv edilməsini və əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci PB-nə göndərilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Hilal Rüstəmov tərəfindən qəbul edilmiş 09 sentyabr 2022-ci tarixli “cinayət işinin balanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət edilməli olduğu ona izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh Polis idarəsində verdiyi izahatda 2020-2021-ci illərdə İddiaçı təxminən 130 000 manat məbləğində qızıl-zinət əşyaları aldığını, 82 manat ödəniş etdiyini, qalıq borcu isə birdəfəlik ödəməyə imkanı olmadığını, hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir.
6. xx.xx.2023-cü il tarixli, 12325 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
9. Əvvəlki məhkəmə iclasında (xx.xx.2024) iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında iddiaçıya 20 000 manat borcu olduğunu etiraf etmiş, lakin iddiaçı borcu tam şəkildə ödənilməsini tələb etdiyindən ödəyə bilmədiyini bildirmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
11. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı 20 000 manat borcu olması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
17. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
19. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı nisyə qızıl-zinət əşyaları aldığını və 20 min manat borcu oluğunu etiraf etmişdir. O cümlədən, iş materiallarında olan cavabdeh tərəfindən Sabunçu rayon Polis İdarəsinə verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçıdan 2020-ci ildən 2021-ci ilin son aylarınadək müxtəlif vaxtlarda 130 000 manat dəyərində olan müxtəlif əyyarlı və ölçülü qızıl-zinət əşyaları almış, lakin İddiaçı olan borcunu tam ödəyə bilməmişdir.
20. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi təşkil edir.
21. Həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
24. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.
25. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
26. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri :
27. İddiaçı ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 12325 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 150 manat dövlət rüsumu ödənilmişdir.
29. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutulmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva