Məhkəmə qərarları › İş №2(007)-70/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-70/2023

27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-70/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs ünvan 1 ünvanında yaşayır və həmin daşınmaz əmlak ona məxsusdur.Cavabdeh qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86, mənzil 35 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzilə köçən gündən iddiaçı problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə iddiaçının yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdeh özünə məxsus olan mənzilin şaxtasından iddiaçının yaşadığı sahə su ilə daşqın edilib və ona böyük məbləğdə maddi ziyan dəyib.Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 1000 manat müəyyən edilib.Hadisədən sonra cavabdehə iddiaçının mənzilinə ciddi ziyan dəydiyini bildirsələr də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar.Cavabdehin qeyri qanunsuz və səhlənkar hərəkətlərinə görə iddiaçıya dəyən maddi ziyan ödənilməlidir.Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1000 manat,ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 1030 manat pul tutulması, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı suyun axıdılmasının qarşısının alınması üçün su borularının,kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı mənzilin sahibinin ərizəsinə əsasən onun mənzilinə baxış keçirilmiş,baxış zamanı məlum olmuşdur ki,həmin binanın 3-cü mərtəbəsində yerləşən, Cavabdeh məxsus 35 saylı mənzilin sanitar qovşağından su axma nəticəsində 18 saylı mənzilin sanitar qovşağı və yaşayış otağının bir divarı yararsız vəziyyətə düşmüşdür. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı mənzilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, Cavabdeh məxsus 35 saylı mənzilindən su axıdıdıldığı və su sızmanın səbəbinin cavabdehin mənzilinin kanalizasiya xətlərində yaranmış nasazlıq olması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1312 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı mənzilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, Cavabdeh məxsus 35 saylı mənzilindən su axıdıdılmış və su sızmanın səbəbinin cavabdehin mənzilinin kanalizasiya xətlərində yaranmış nasazlıq olması müəyyən edilmişdir.Nəticədə iddiaçıya ziyan dəyməsi müəyyn olunur. Ekspert rəyi ilə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1312 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı dəymiş ziyana görə 1000 manat tələb edir. Ona görə də iddiaçıya dəymiş ziyan ödənilməli, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı suyun axıdılmasının qarşısının alınması üçün su borularının ,kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalidır. Ekspertiza tədiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, ev 86 ünvandakı 18 saylı suyun axıdılmasının qarşısının alınması üçün su borularının,kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Susızma nəticəsində dəymiş ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar