Məhkəmə qərarları › İş №2(007)-707/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-707/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-707/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahın pozulmasına dair iddia tələbi təmin edilib və Cavabdeh Hüseyn oğlundan 2019-cu ilin yanvar ayının 07-sindən başlayaraq onun pensiya yaşına çatanadək hər ay 120 manat məbləğində alimentin xeyrinə tutulması qət edilib.Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunan aliment məbləği onun heç bir tələbatını ödəmir. O,hazırda "onurğanın yayılmış osteoxondrozu, döv və bel fəqərələrinin üstünlüyü ilə döş qəfəsinin deformasiyası, xroniki daşlı xolestit, xroniki dəmir defisiti, anemiya, xroniki qastrit" xəstəliklərindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq ayaq üstə də çox qala bilmir və xəstəlikləri vaxtaşırı müalicə olunmalıdır.Buna görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən onun üçün təyin olunmuş alimentin artırılaraq cavabdehdən hər ay onun xeyrinı pensiya yaşına çatanadək hər ay 199 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki,cavabdeh nəzərə almır ki,tək o, xəstə deyil. Özünün də bir neçə xəstəliyim vardır. Buna baxmayaraq o, alimentin artırılmasına etiraz etmir. Bir onu xahiş edir ki, hazırkı alimenti artırılmış qaydada hər ay ödəyəcək, lakin yığılmış borclarla bağlı xahiş edir ki, onu tələsdirməsinlər hissə-hissə o, borcunu da, bağlayacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Tağıyeva(Həsənova)Fatma Cavaanşir qızı arasında 1990-cı il mayın 23-də Sumqayıt Nikah Evində bağlanmış nikahın pozulması, Cavabdeh 2019-cu il yanvarın 7-dən başlayaraq xx xxxx 1961-ci il təvəllüdlü Tağıyeva(Həsənova)Fatma Cavanşir qızı pensiya yaşına çatanadək hər ay 120 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarını,eləcə də cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmaqla xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx xxxx 1961-ci il təvəllüdlü Tağıyeva(Həsənova)Fatma Cavanşir qızı pensiya yaşına çatanadək hər ay 199 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmaqla xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx xxxx 1961-ci il təvəllüdlü Tağıyeva(Həsənova)Fatma Cavanşir qızı pensiya yaşına çatanadək hər ay 199 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar