Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-715/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 Əliyevanaya və AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 Əliyevananın nümayəndəsi və vəkili Vəkil2işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 Əliyevanaya və AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iş materiallarında işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatət olduğunu bildirərək, işin ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsidir. Qeyd olunanlara əsasən işin ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 işin ərazi aidiyyəti üzrə baxılması üçün Xəzəri Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatəti və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İşdən göründüyü kimi, cavabdeh vəsatətlə müraciət edərək, işin ərazi aidiyyatı üzrə başqa məhkəməyə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan,yaxud Azərbaycan Respublikasında yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 Əliyevananın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsidir.Digər cavabdeh AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsinin hüquqi ünvanı isə Nərimanov rayonunda yerləşir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh1 Əliyevananın nümayəndəsi və vəkili Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatəti təmin olunsun. İddiaçı Cavabdeh1 Əliyevanaya və AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(007)-715/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-715/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-715/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver