Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-716/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019cu il tarixli kredit müqaviləsi üzrə 2518.21 AZN əsas borc, 309.93 AZN faiz borcu və 103.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2932.03 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 3197 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 758 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 27 avqust 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il avqustun 31-dək Cavabdeh banka 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2518.21 AZN əsas borc, 309.93 AZN faiz borcu və 103.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2932.03 AZN borcu vardır. Xəbərdarlıq edlməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2518.21 AZN əsas borc, 309.93 AZN faiz borcu və 103.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2932.03 AZN borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı İKB ASC-nin Məhkəmə Orqanları ilə İş Şöbəsinin aparıcı hüquqşünası Dinara Əliyeva 15.03.2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək işlərinin çox olmasını nəzərə alaraq, məhkəmə prosesinə onların iştirakı olmadan baxaraq, iş üzrə qətnamə qəbul edilməsini xahiş etmiş və iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh idda tələbini qəbul etdiyini, bankdan kredit götürdüyünü, ilk vaxtlar borcunu vaxtında ödəmiş, lakin sonradan pandemiya ilə bağlı ödəniş etmək imkanının olmadığını bildirmişdir. Hal-hazırda borcunu ödədiyini və tez bir zamanda borcunu bağlayacağını qeyd etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş: Vеrgilər Nаzirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 22.11.2019-cu il tаriхdə vеrilmiş Çıхаrışın surətindən görünür ki, «xxxx (hazırki adı İddiaçı İKB ASC Bаkı şəhəri Vеrgilər Dеpаrtаmеntinin Kоmmеrsiyа hüquqi şəхslərin dövlət qеydiyyаtı idаrəsində qеydiyyаtdаn kеçmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanınd qeydiyyatdadır. 10 may 2018-ci il tarixli 004 №-li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilənin 1.1-ci maddəsinə əsasən razılaşdırılmış müqavilələrə əsasən borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt edir, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul edir. 22 avqust 2019-cu il tarixli, 497-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “FİNtrend” bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 3197 manat kredit götürmüşdür. İddiaçı ASC-nin 31 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2518.21 AZN əsas borc, 309.93 AZN faiz borcu və 103.89 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2932.03 AZN borcu vardır. 01.09.2020-cil tarixli xəbərdarlığa əsasən cavabdehə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində borcunu İddiaçıa tam ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cаvаbdеh Cavabdeh 22 avqust 2019-cu il tarixli 497-0***-******* №li kredit müqaviləsi üzrə öhdəliklərini lаzımıncа yеrinə yеtirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2518,21 manat əsas borc, 309,93 manat faiz borcu və 103,89 manat cərimə borcu, cəmi 2932,03 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-716/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-716/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver