Məhkəmə qərarları › İş №2(007)-729/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-729/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-729/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı MMM-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh idarə etdiyi LEXSUS LX markalı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq iddiaçıya 23507.50 manat ziyan vurub.Həmin şəxsin barəsində Bakı şəhəri DYPİ tərəfindən TR ******* saylı 03.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o,Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehdən ziyanın ödənilməsi dəfələrlə tələb olunsa da, bunun heç bir nəticəsi olmayıb. Qeyd olunanları nəzərə alaraq Cavabdeh İddiaçı MMM-nin xeyrinə 23507.50 manat pul tutulması barədə qətnamə çıxarılmasnı xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Baki şəhəri DYPİ-nin polis baş leytenantı X1 tərtib etdiyi TR ******* saylı 03.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Sabir-98” MMM-nin mülkiyyətində olan və İsmayılov Adəm tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. İş materiallarında olan AD seriyalı 860716 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sabir-98” MMM-nin mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 459981 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki,hadisə nəticəsində “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22883.00 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh idarə etdiyi LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Sabir-98” MMM-nin mülkiyyətində olan və İsmayılov Adəm tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Ekspert rəyi ilə dəymiş ziyanın 228883.00 manat müəyyən olunmuşdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh Sabir-98” MMM-nin xeyrinə dəymiş maddi ziyana görə 22883.00 manat tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sabir-98” MMM-nin xeyrinə dəymiş maddi ziyana görə 22883 manat tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar