Məhkəmə qərarları › İş №2(007)-737/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-737/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-737/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı geriyə tələb hüquq-reqres qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı geriyə tələb hüquq-reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbi onunla əsaslandırdı ki, qızı İddiaçı hazırki iş üzrə Cavabdeh ilə əvvəllər nişanlı olmuşlar. Onlar nişanlı olduqları dövrdə bir-birilərinə inanıb etibar etmişlər. Qızı İddiaçı 09 iyul 2020-ci il tarixində 6600 (altı min altı yüz) manat məbləğində pulu borc olaraq borc müqaviləsi əsasında Cavabdeh vermişdir.Qeyd etmək istəyir ki, 09 iyul 2020-ci il tarixdə Bakı şəhəri 2 nömrəli notariusda qızı ilə Cavabdeh arasında bağlanmış və təsdiq edilmiş “zərərin əvəzinin ödənilməsi” müqaviləsinə əsasən Cavabdeh qızına olan 6600 (altı min altı yüz) manat məbləğində borcu 31 iyul 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də,həmin öhdəliyi bu günədək yerinə yetirməmişdir. Cavabdeh şəxs dəfələrlə qızını aldadaraq qızının ona borc olaraq verdiyi pulu geri ödəyəcəyini və borcu bağlayacağını bildirmiş ancaq heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq, 6600 (altı min altı yüz) manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş zərərin əvəzinin ödənilməsi müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 31 iyul 2020-ci il tarixinədək 6.600 mant zərər ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş zərərin əvəzinin ödənilməsi müqaviləyə əsasən Cavabdeh İddiaçı 31 iyul 2020-ci il tarixinədək 6.600 mant zərər ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Nümayəndə xeyrinə 6600 manat pul tutulmalıdır. Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Nümayəndə xeyrinə 6600 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar